Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə46/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   42   43   44   45   46   47   48   49   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
137 
İblis 
 
(m
əmnun qəhqəhələrlə) 
D
əryalərə hökm etmədə tufan, 
S
əhraları sarsıtmada vulkan, 
Sell
ər kibi axmaqda qızıl qan, 
Canlar yaqar, evl
ər yıqar insan... 
 
İblis  müxtəlif donlara girməyi məharətlə  bacarır.  Arif 
Elxana İblisi “bir mürşid, sahibi-kəramət” kimi təqdim edir. Rəna 
is
ə İblisin yorulmasına bərk narahat olur. 
Qabaqcıl ədəbiyyat müəllimləri iblisliyin mahiyyətini, xa-
rakter xüsusiyy
ətlərini  açmaqda  aşağıdakı  monoloqdan istifadə 
edirl
ər. Onlar monoloqu lent yazısına köçürüb (Yaxşı olar ki, mo-
noloq oxu m
ədəniyyəti yüksək olan şagirdin ifasında lentə yazılsın) 
sinifd
ə səsləndirir və şagirdlərin fəal iştirakı əsasında misraların mə-
na
larını beyt-beyt təhlil edir, İblisin kimliyini müəyyənləşdirirlər: 
 
İblis 
 
Röya kibi h
ər an olaraq zahirü qaib, 
B
ən Şərqdə abid olurum,Qərbdə rahib. 
Bir qazi olub, gah ed
ərim fitnələr icad, 
Bir 
mürşid olub, gah edərim aləmi bərbad. 
B
əzən olurum bir papa! Cənnət satırım bən, 
İsa dirilib gəlsə də qorqar qəzəbimdən, 
Xilq
ətdəki hər məsələ,hər nöqteyi-mövhum, 
H
ər fəlsəfə, hər məzhəbü məslək bana məlum,  
B
əzən olurum bir çoban, azadə bir insan,  
B
əzən olurum zülmü fəsad,aşiqi sultan, 
Bir piri-z
əbun olduğum əsnada dilərsən, 
T
əbdili-qiyafətlə həmən gənc olurum bən. 
(s
əh. 322-323).   


Yusif Aslanov 
 
 
138 
İblis bəşəri bəladır, insanın mənəviyyatını zəhərləyən qara 
l
əkədir. Cavid Mələyin dili ilə “İblisə uymuş bəşəriyyət?!” – deyib 
h
əyəcan təbili çalır, tamaşaçını ayıq olmağa, İblisi dərindən tanıma-
ğa çağırır: 
İblis nədir? 
-
 
 Cüml
ə xəyanətlərə bais... 
Ya h
ər kəsə xain olan insan nədir? 
-
 
İblis... 
 
İblis  göylərdə,  başqa  bir  aləmdə  deyil,  insanın  özündə, 
m
ənəvi  dünyasında  axtarılmalıdır.  İnsanda  insani  duyğuları, 
keyfiyy
ətləri mənfi xüsusiyyətlər  əvəz edəndə, insan  öz  varlığını 
unudanda  iblis  orada  meydana  çıxır,  pislik etmək istəyi  reallığa 
çevrilir. 
İblis insanın qəlbinə asanlıqla girməyi bacarır. O, əvvəlcə 
özünü m
ələyə  bənzədir, istəyinə  nail olduqdan sonra qəddar bir 
qatil
ə  çevrilir.  İşığı  qaranlıqla, xeyri şərlə, məhəbbəti qəddarlıqla, 
xeyirxah  arzuları  bəd  əməllərlə  əvəz etmək, bütün külli-aləmi 
at
əşdə yandırmaq onun həyat amalıdır. 
İblis  özünün  böyük  hörmətə  layiq  olduğunu  söyləyir: 
“Allah il
ə bir zikr edilir namü-nişanım”. Allah onun xislətini, bəd 
əməllərə  sahib  olduğunu  dərk etdikdən sonra lənətləyir, qovur. 
Bundan  sonra  biz  İblisi  yalançı,  ikiüzlü,  insanın  qəlbinə  girməyi 
bacaran v
ə  xoşbəxtliyini  əlindən  almağa  qadir  şərin  timsalı 
olduğunu  görürük.  “Gəldim ki, verim qəlbinə  bir nuri-həqiqət” – 
dey
ə Arifi inandırır, az sonra isə öz xislətini gizlədə bilmir: “Atəş, 
özüm at
əş, üzüm atəş, gözüm atəş”. 
H.Cavid s
ənətində  böyük  bir  mayak  yanır.  Bu  mayak 
insanları həqiqətə aparır, “Çarə bul, yoxsa məhv olub gedəlim” – 
deyib göyl
ərdən ümid, imdad diləyən, ancaq həllini yerdə tapanlara 
yol göst
ərir, əxlaqı, mənəvi aləmini iblisdən təmizləmək istəyir. O, 
böyük bir filosof kimi sübut edir ki, 
şərin yaradıcısı iblisdir. Onun 
m
ənşəyi və  kökünü  Allahın  adı  ilə  bağlamaq  həqiqətə  uyğun 
deyildir. İblis insanın “iç” dünyasında, ictimai mühitin dəhşət saçan 


Ədəbi axtarışlar və tədris 
 
 
139 
hadis
ələrində  özünə  yer  tapır.  İblisin  son  monoloqunda  bu 
m
əqamlar öz həllini tapır: 
 
... B
ənsiz də, əmin ol sizə rəhbərlik edən var,  
Qan püskür
ən, atəş savuran kinli krallar, 
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər,  
Altun v
ə qadın düşkünü divanə bəbəklər... 
 
“İblis”  faciəsinin dərindən öyrənilməsinə  imkan yaradan 
ikinci istiqam
ət  obrazların  təhlili və  H.Cavid  dünyasında  insanın 
aliliyi v
ə  Peyğəmbər səviyyəsinə  yüksəlməsinin  imkanlarının 
açıqlanması ilə bağlıdır.  
Şagirdlərin nəzərinə  belə  bir  faktı  çatdırmaq  lazımdır  ki, 
Yer kür
əsində 200-dən artıq elm sahəsi insan öyrənir, tədqiq edir. 
Aliml
ərin etiraf etdiklərinə görə insan möcüzələr diyarıdır, bioloji 
var
lıq  kimi  onun  hərtərəfli tədqiqata  ehtiyacı  vardır.  H.Cavidi  də 

şündürən bu idi ki, insan hər şeyə qadir olduğu halda nə üçün 
İblis onun qəlbinə girə bilsin, qəhqəhə çəkib, cinayət törətməyə va-
dar etsin. “O (H.Cavid – 
Y.Aslanov) insan obrazı yaradarkən onu 
t
ərbiyə etməyi məqsəd qoymur, insanı olduğu kimi insana göstərə-
r
ək bizə bizdən danışır”. (Zümrüd Yağmur. İnsan axtarışında. B., 
1998, s
əh. 19). 
Unutmaq olmaz ki, 
ədəbiyyat idrak vasitəsi olmaqla yanaşı, 
qüdr
ətli tərbiyə  sistemidir. H.Cavid də  “bizə  bizdən”  danışsa  da, 
oxu
cunu düşündürür, nəticə çıxarmağa istiqamətləndirir və ən əsası 
insan
dakı insanilikdən söz açır.  

əllimin üçüncü istiqamətin – şərin mənbəyi naqis ictimai 
mühitdir – 
probleminin şərhinə də aydınlıq gətirməsi vacib bilinir. 
“M
ənsəb və şöhrət, pul və şəhvət həyat idealına, ictimai məqsədə 
çevril
əndə  (Ə.İsmayılov.  Dünya  romantizm  ənənələri və  Hüseyn 
Cavid. B., 1983, s
əh. 195) insan varlığını unudur, qəlbində məskən 
sal
mış iblisin qurbanına çevrilib müharibələr, nahaq qanlar tökməyə 
m
əcbur olur”. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə