Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə44/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   40   41   42   43   44   45   46   47   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
131 
Az
ərbaycan mənzum dramaturgiyasına gətirdi. Böyük əqidə, fikir 
mücahidi olan Hüseyn Cavidin h
əyat  idealı  özünün  dediyi kimi 
“m
ənim  tanrım  gözəllikdir,  sevgidir”,  insanın  qüdrətini, aliliyini 
d
ərk etmək, mənəvi dünyasının gizli qatlarını tədqiq və kəşf etmək-
dir. Onun 
əsərlərinin bədii-estetik qayəsini haqqın, ədalətin tərənnü-
mü,  azadlığa,  müstəqilliyə  çağırış,  “altun və  qurşun  dünyası”nın 
(Arif) insan h
əyatına, cəmiyyətə gətirdiyi fəlakət və dəhşətlərin tən-
qidi t
əşkil edir. 
M
əktəb təcrübəsi təsdiq edir ki, şagirdlərin əksəriyyəti, hət-
ta, mü
əllimlərin bəziləri də H.Cavid sənətinin qüdrətini dəqiq dərk 
etm
əyi, ümumbəşəri mahiyyətini açmağı bacarmır, əsərlərinin dilini 
v
ə  təlqin  etdiyi  ideyaları  çətin  qavradıqlarını  etiraf  edirlər. Bizcə, 
qar
şıya çıxan belə vacib problemlərin düzgün həll olunmaması aşa-
ğıdakı səbəblərlə sıx bağlıdır: 
Birincisi, H.Cavid s
ənətinin elmi-nəzəri, fəlsəfi və teatrşü-
nas
lıq baxımından təhlilinə həsr olunmuş tədqiqat əsərlərinin müəl-
liml
ər tərəfindən dərindən öyrənilib məktəb təcrübəsinə tətbiq edil-
m
əməsindən; 
İkincisi,  elmi-nəzəri  araşdırmaların  nəticələrini düzgün 
ümumil
əşdirən, müəllimlərə aydın istiqamət verən metodik vəsait
tövsiy
ə və məqalələrə ehtiyacın olmasından; 
H.Cavid b
ənzərsiz, həmişəyaşar  mütəffəkkir sənətkardır. 
Onun ideyaları bu günümüzlə, gələcəyimizlə bağlıdır, obyektiv var-
lığı, insan həyatını dərk etməyin fəlsəfi salnaməsidir. İdealla realı 
v
əhdətdə götürən “H.Cavidi olduğu kimi anlamaq, bilmək və duy-
maq üçün h
ər şeydən əvvəl onun təlqin etdiyi ideyaları başa düş-
m
ək  lazımdır”  (Məsud  Əlioğlu.  Məhəbbət və  qəhrəmanlıq.  B., 
1979, s
əh. 189). 
Bel
ə bir cəhəti qeyd edək ki, mərhum dahi öndər və əvəz-
edilm
əz lider Heydər Əliyevin göstərişi əsasında Azərbaycan höku-
m
əti Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında (1981-ci 
il 21-i iyul) q
əbul etdiyi qərardan sonra H.Cavid irsinin nəşrinə diq-
q
ət artmış, qiymətli tədqiqat işləri aparılmış, namizədlik və doktor-
luq dissertasiyaları yazılmışdır. Bütün tədqiqatçıların gəldikləri elmi 


Yusif Aslanov 
 
 
132 
q
ənaətləri belə ümumiləşdirmək olar ki, H.Cavid dahi bir sənətkar, 
filosof, insanlar üçün düzgün yol göst
ərən böyük bir ədəbi məktə-
bin yaradıcısıdır. Onu düşündürən insanın iç dünyasında, daxilində, 
m
ənəviyyatında olan gözəlliyə əqlin, idrakın gücü ilə nur vermək, 
insanla
rı həqiqətə, saflığa qovuşdurmaq, “insanın xoşbəxtliyini tə-
min ed
əcək yolları axtarmaq olmuşdur”. (Nəzakət Əzizova. H.Ca-
vid  dramaturgiyasında  İnsan,  İblis,  Tanrı:  “Şeyx  Sənan”,  “İblis”, 
“Pey
ğəmbər”. B., 2000, səh. 12). 
Mövcud 
ədəbiyyat proqramında H.Cavid sənətinin öyrədil-
m
əsinə geniş imkan yaradılmış və qarşıya aşağıdakı tələblər qoyul-
muşdur:  
“H.Cavid 
“İblis”. 7 saat. 
Hüseyn Cavidin h
əyat və  yaradıcılığı.  Şeirində  və  dram 
əsərlərində milli və ümumbəşəri mənəvi problemlərin inikası, icti-
mai gerç
əkliyə və tarixə fəlsəfi baxış.  
H.Cavid 
ədəbiyyatımızda romantizmin görkəmli nümayən-
d
əsi kimi. 
“İblis” faciəsi. Əsərin mövzu və ideyası. Əsərdə bütün za-
manlar üçün olan h
əqiqətlərin bədii ifadəsi. Arif, İblis, Elxan, Rəna 
sur
ətlərinin səciyyəsi. Faciənin bədii xüsusiyyətləri. 
Ədəbiyyat nəzəriyyəsi: mənzum dram haqqında məlumat.  
Ədəbiyyat və incəsənətin digər növləri: ədəbiyyat və teatr 
s
ənəti. 
Müst
əqil  oxu  üçün:  H.Cavidin  şeirləri və  dram  əsərləri 
(mü
əllimin tövsiyəsi ilə)”. (Ümumtəhsil məktəblərinin V-XI siniflə-
ri üçün 
ədəbiyyat proqramı. B., 1999, səh. 49). 
Qabaqcıl ədəbiyyat müəllimlərinin iş təcrübələrinə, mövcud 
metodik göst
ərişlərə və şəxsi qənaətimizə əsaslanaraq H.Cavid irsi-
nin t
ədrisinə ayrılmış 7 dərs saatını aşağıdakı ardıcıllıqla şagirdlərə 
öyr
ətməyi məqsədəuyğun hesab edirik:  
1.
 
Dramaturqun h
əyat və yaradıcılığının vəhdətdə öyrədil-
m
əsi və bu istiqamətdə məlumatın verilməsi – 1 saat.  
2.
 
Cavid poeziyasında mövzu və ideya istiqaməti, milli və 
ümumb
əşəri problemlərin həlli – 1 saat.  


Ədəbi axtarışlar və tədris 
 
 
133 
3.
 
H.Cavidin dram 
yaradıcılığı – 1 saat. 
4.
 
“İblis” faciəsinin mövzu və ideyası, müvafiq parçaların 
rollar üzr
ə oxusu – 1 saat. 
5.
 
Əsərin təhlili – 1 saat.  
6.
 
Faci
ənin bədii dili – 1 saat. 
7.
 
“İblis” faciəsinin sənətkarlıq xüsusiyyətlərinin öyrədil-
m
əsi – 1 saat.  
Son zamanlar Cavidin h
əyat və yaradıcılığının öyrədilməsi 
il
ə bağlı metodik tövsiyə (B., 1982), “Azərbaycan dili və ədəbiyyat 
t
ədrisi”, “Filologiya məsələlərinə dair tematik toplu”, “Gənc fəhlə” 
v
ə s. jurnallarda, “Azərbaycan müəlliimi” və “Azərbaycan” qəzeti 
s
əhifələrində maraq doğuran metodik məqalələr çap edilsə də bu sa-
h
ədə müəyyən problemlər öz həllini gözləyir. Apardığımız sorğu-
nun n
əticələrinə əsasən deyə bilərik ki, müəllimlərin daha çox me-
todik köm
əyə ehtiyac duyduqları əsərlərdən biri H.Cavidin “İblis” 
faci
əsinin tədrisi ilə bağlıdır. 
Düzdür,  “İblis”  faciəsinin öyrədilməsi ilə  əlaqədar  dos. 
T.Rzayev, 
dos. İ.Orucəli, 283 saylı məktəbin müəllimi S.Kərimova 
filoloji t
ədqiqatlara  əsaslanaraq  pyesin  yazılma  səbəbi,  ideyası, 
quru
luşu, obrazların təhlili haqqında müəllimlərə metodik istiqamət 
ver
miş, ümumiləşdirmələr aparmışlar. Ancaq bu məqalələrdə “İb-
lis” faci
əsinin daha çətin qavranılan, dərk edilən, görünməyən fəlsə-
fi  qatının  (iblisliyin  mahiyyətinin)  açıqlanması,  dil  və  sənətkarlıq 
xüsusiyy
ətlərinin öyrədilməsi imkanları öz həllini geniş tapmamış-
dır.  Müəllim  şagirdlərə  H.Cavidin  keçdiyi mürəkkəb həyat yolu, 
poezi
yası,  dramaturgiyası  haqqında  tarixi  və  filoloji məlumatları 
öyr
ətməklə kifayətlənməməli, eyni zamanda onlarda H.Cavid sənə-
tinin böyüklüyün
ə inam, sevgi, məhəbbət oyatmalı, şeiri, poeması 
v
ə dram əsərləri üzərində geniş iş aparmalıdır. Xüsusən, H.Cavidin 
şah əsəri sayılan “Şeyx Sənan” və “Peyğəmbər” faciələri geniş təh-
lil edilm
əli, bunlarla “İblis” kimi qüdrətli sənət nümunəsinin ideya 
istiqam
əti arasındakı oxşar və fərqli cəhətlər dəqiq öyrədilməlidir.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə