Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə36/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   32   33   34   35   36   37   38   39   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
107 
yumurtlayır.  Onlar  varlarını  bir-birindən  əsirgəmirlər. Bir-birinə 
əllərindən gələn köməyi göstərirlər /Şagird kitabdan oxuyur/.  
Gülsüm. Ay Nabat bacı. Ay Nabat bacı. Bu yiyəsi ölmüş çil 
toyuq iki gündür, yen
ə də fal aparır, heç bilmirəm hara baş götürüb 
gedir, deyir
əm, bəlkə, sizin hinə gəldi.  
Nabat. Hin
ə bax, ay Gülsüm bacı, dünən hindən iki dənə 
q
ərib yumurta tapmışam.  
Gülsüm. Yiy
əsi ölmüş, bir yerdə oturub qaxıla bilmir. 
Nabat. Ala
, bunları da apar, dünən axşam əyirmişəm. 
Gülsüm. N
ə xəbər, qaçhaqaç deyil ki, mənim hələ əyrilmə-
m
iş yunum var.  
Nabat. S
ən Allah, ay Gülsüm bacı, mallar gələndə sən on-
ları bir az yemlə, mən Eyvazı yola salım. 
Gülsüm. Dana g
əlib, yemləmişəm, o biriləri də farağat elə-
r
əm. Sən arxayın ol, işini gör /Şagird fikrini şərh etməkdə davam 
edir. 

əllim elə  buradaca  dramın  nəzəri xüsusiyyətləri ilə 
əlaqədar  şagirdlərə  yeni bir məlumat verərək göstərir ki, dram 
əsərlərində  geniş  yer  tutan  belə  mükalimələrə  d i a l o q deyilir. 
Bunun m
ənası  iki  adamın  səhnədə  üz-üzə  danışması  deməkdir. 
Əgər səhnədə bir neçə adam qarşılıqlı söhbət edirsə, belə səhnələrə 
kütl
əvi səhnələr deyilir. Bəzən səhnədə  ancaq bir adam da tək 
danışa bilər ki, buna m o n o l o q deyilir. Yəni bir adamın təklikdə 
çıxışı mənasını ifadə edir. 
İrəlidə  qeyd etdiyimiz kimi, təhlil prosesində  aparılan 
müsahib
ədə  əsasən bütün suallarla əlaqədar  əsərdən  seçilmiş 
epizodlara müraci
ət edilməlidir. Belə ki, pyesin birinci şəklində əks 
olunmuş əsas ideyanın – azərbaycanlılarla ermənilərin həyat, məişət 
v
ə  şəxsiyyət  birliyinin  şagirdlərə  dərk etdirilməsinə  xidmət edən 
müvafiq sualların hər birinin şərhi ilə əlaqədar konkret epizodların 
seçilm
əsi üçün olan geniş imkanlardan səmərəli istifadə olunması 
şagirdlərin dramatik əsərlərə  bədii təhlil vermək qabiliyyətini 
inkişaf  etdirir  və  onları  gələcəkdə  bu istiqamətdə  daha dərin 
bilikl
ərə yiyələnmək üçün səfərbər edir.  


Yusif Aslanov 
 
 
108 
N
əticə olaraq qeyd etməliyik ki, “1905-ci ildə” pyesinin / I 
şəkil / məzmun və ideyasının öyrənilməsindən sonra şagirdlərin yaş 
xüsusiyy
ətlərinə, bilik səviyyələrinə  uyğun  olaraq  aşağıdakı 
mövzularda  inşalar  yazdırmaq  pyesin  mahiyyətinin uzun müddət 
hafiz
ədə yaşaması üçün zəruri imkan yaradır: 
1.
 
“1905-ci ild
ə” pyesində xalq həyatının təsiri. 
2.
 
“1905-ci ild
ə” pyesində Azərbaycan və erməni xalqının 
nümay
əndələrinin keçirdikləri ailə - həyat tərzlərinin təsviri. 
Bu mmetodik v
əsaitdə  /V-VII siniflərdə/  C.Cabbarlının 
dramatik 
əsərlərindən “Sevil” pyesinin tədrisi  yolları  da  verilir. 
Mövcud proqramda h
əmin dramın tədrisinə dörd saat vaxt ayrılır. 
Bu müdd
ət ərzində müəllim əsas diqqəti Cəfər Cabbarlının həyat və 
yaradıcılığı haqqında IV-VI siniflərdə öyrənilmiş biliklərin sistemə 
salınmasına, “Sevil” pyesinin məzmun, ideya, bədii və sənətkarlıq 
xüsusiyy
ətlərinin mənimsədilməsinə, kompozisiya, süjet, dramatik 
konflikt v
ə s. haqqında praktik biliklərin aşılanmasına yönəltməli-
dir. 
Son otuz il 
ərzində ədəbiyyat proqramlarında ciddi məzmun 
d
əyişiklikləri aparıldığı halda, sənətkarın digər əsərləri kimi “Sevil” 
pyesinin d
ə  proqramdakı  mövqeyi  sabit  və  möhkəm  olmuşdur. 
Proq
ramın  məqsədinə  uyğun  olaraq  təkmilləşdirilmiş  ədəbiyyat 
d
ərsliyinə əlavə edilmiş materiallar xüsusilə nəzər-diqqəti cəlb edir. 
D
ərslikdə  əvvəlki nəşrlərdən fərqli  olaraq  C.Cabbarlının  həyat və 
yaradıcılığı  haqqında  məlumatlar  şagirdlərin  yaş  və  bilik 
s
əviyyəsinə  uyğun  dəqiqləşdirilmiş,  “Sevil”  pyesinin  məzmun və 
ideyası,  pərdə, konflikt, kompozisiyaya dair yeni, orijinal 
materiallar verilmişdir. Bu da istər sənətkarın yaradıcılığı, istərsə də 
“Sevil” pyesi haqqında şagirdlərə proqramın tələb etdiyi səviyyədə 
bilikl
ərin verilməsi üçün obyektiv imkan yaratmışdır  /Müqayisə 
üçün  bax:  H.Əfəndiyev,  Z.Əliyeva.  Ədəbiyyat  /oxu  kitabı/  7-ci 
sinif. Bakı, “Maarif”, 1968-1988-ci illərə dair on beş nəşr, səh. 56-
92;  H.Əfəndiyev,  Z.Əliyeva.  Ədəbiyyat  /oxu  kitabı/  7-ci sinif. 
Yenid
ən  işlənmiş  və  təkmilləşdirilmiş  on  altıncı  nəşri.  Bakı, 
“Maarif”, 1983, s
əh. 51-90/. 


Ədəbi axtarışlar və tədris 
 
 
109 
Bununla yana
şı, C.Cabbarlı  yaradıcılığı  Azərbaycan sovet 
ədəbiyyatşünaslığı tərəfindən geniş və hərtərəfli tədqiq olunmuşdur 
ki, burada “Sevil” pyesinin d
ə öz xüsusi mövqeyi vardır. /M.A.Da-
daşzadə. Seçilmiş əsərləri. III cilddə. II cild. Bakı, Azərb. EA nəş-
riyyat
ı. 1968, səh. 120-146/. Respublikamızda bu sahədə aparılmış 
metodik t
ədqiqat haqqında da eyni fikri söyləmək olar /Camal Əh-
m
ədov. Orta məktəbdə Cəfər Cabbarlının həyat və yaradıcılığının 
öyr
ədilməsi. Namizədlik dissertasiyası. Əlyazması V.İ.Lenin adına 
APİ-nin kitabxanasındadır. Bakı, 1955, səh. 136-169/.  
“Sevil” pyesinin maraqlı səhnə quruluşu ilə bərabər, opera 
/F.Əmirovun  “Sevil”  operası/  və  kino sahəsindəki /“Sevil” filmi/ 
mövqeyi d
ə  müvəffəqiyyətli  olmuşdur.  Azərbaycan ümumtəhsil 
m
əktəbləri üçün hazırlanmış “C.Cabbarlının səhnə əsərləri” filmi-
nin dörd fraqmentind
ən biri “Sevil” pyesi əsasında çəkilmişdir. Nü-
ma
yişi beş dəqiqə davam edən fraqmentdə Sevilin köləlikdən azad 
z
əhmət yoluna qədərki mürəkkəb həyat yolu təsvir edilir.  
Qabaqcıl ədəbiyyat müəllimləri köməkçi imkanlardan isti-
fad
ə etməklə “Sevil” pyesini aşağıdakı sistemdə şagirdlərə öyrədir-
l
ər. 
Birinci saat. 
C.Cabbarlının  həyat və  yaradıcılığı  haqqında 
şagirdlərin bu vaxta qədər öyrəndikləri biliklərin möhkəmləndiril-
m
əsi.  Şagirdlərə  sənətkarın  dramaturgiyası  haqqında  daha  geniş, 
m
əzmunlu məlumatın verilməsi, onun görkəmli sovet dramaturqu 
ki
mi tanıtdırılması, “Sevil” fraqmentinin nümayişi. Müəllimin ver-
diyi m
əlumat və filmin məzmunu əsasında müsahibə. Fikrət Əmiro-
v
un “Sevil” operasından “Beşik mahnısı”. Evə tapşırıq: Dərslikdən 
C.Cab
barlının həyat və yaradıcılığı haqqındakı materialın öyrənil-
m
əsi, pyesin dərslikdə verilmiş mətninin oxunması, rollar üzrə dra-
ma
tik oxu işinə hazırlıq. 
Bu m
ərhələdə  müəllim göstərir ki, dramaturji fəaliyyətə 
inqilabdan 
əvvəl başlayan C.Cabbarlı “Vəfalı Səriyyə, yaxud göz 
yaşları  içərisində  gülüş”,  “Solğun  çiçəklər”,  “Oktay  Eloğlu”, 
“Aydın”  kimi  pyeslərində  pulun sinifli cəmiyyətdəki  alçaldıcı 
rolunu,  insanların  azadlıq  uğrunda  apardığı  mübarizəni tərənnüm 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə