Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə31/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   27   28   29   30   31   32   33   34   ...   129

Yusif Aslanov 
 
 
92 
r
ə  istinad sənətkarın  böyüklüyüdür.  Məhz Cavid də  bu  məsələni 
“S
əyavuş”da əsas götürmüşdür. Pyesin dramatik oxusu, obrazların 
s
əciyyəsi və mətni üzərində iş apararkən şagirdlərin diqqəti bu isti-
qam
ətə yönəldilməlidir. Şagird bilməlidir ki, Cavid müasiri C.Cab-
bar
lı kimi hadisələrə və surətlərin psixoloji əhvali-ruhiyyəsinə uy-
ğun mahnı verir:  
  
G
əl, quzum, tez ol da gəl! 
Gözüm qaldı yolda, gəl! 
Camur g
ətir, daş gətir! 
Durma, arxadaş, gətir! 
 
Burada işə çağırış, əməyə məhəbbət qiymətləndirilir, onun 
h
əzz və zövq mənbəyi olduğundan danışılır. Nəzərə alınmalıdır ki, 
dövr, zaman d
əyişdikcə belə nümunələr öz əhəmiyyətini itirmir, ək-
sin
ə əsərə yeni ruh, mənəvi qida verir. Əsərdə bu cür faktlar çoxdur. 

əllimlərin bu istiqamətdə yaradıcı işi pyesin sənətkarlıq məziy-
y
ətlərini müəyyənləşdirməkdə məktəblilərə imkan verməklə yanaşı, 
onlarda xalq müdrikliyin
ə, bədiilik və şeiriyyətə məhəbbət oyadar, 
s
ənət əsərinin emosionallığını, lirizmini, estetik qayəsini dərk etdir-
m
ək üçün zəmin yaradar. 
Pyesd
ə diqqəti cəlb edən sənətkarlıq məziyyətlərindən biri 
d
ə dil məsələsidir. Məlumdur ki, Türkiyədə aldığı təhsil H.Cavidin 
yara
dıcılığında əsaslı iz buraxmışdır ki, bu da sənətkarın ilk əsərlə-
rind
ə türk dilinin söz, ifadə və tərkiblərinin işlənməsinə təsir göstər-
m
əyə bilməzdi. Lakin “Səyavuş” mənzum faciəsi bu cəhətdən dra-
ma
turqun  uğurlu  əsərlərindən  sayılmalıdır.  Əsərdə  anlaşılmayan, 
yaxud m
ənası çətin dərk olunan söz və ifadələr nisbətən azdır. Hü-
seyn Cavid burada m
ənası bir qədər çətinlik törədən sözlərdən (hə-
r
əmi, cariyyə, köylü, nədimə, davul, iştə, bəkləyir, ətməy,  nasırlı, 
yavrum, omuz, b
əkliyor, kəndini, nasıl, sərab, xırsızı, bayğın, təbər-
dar, y
əzdani-pak, xayır, əfəndim, müztərib, şımardın, çapuq, yasa, 
naçarva, qurnaz) istifad
ə etmişsə də, bəzi sözlərin (münəccim, mü-
n
əccimbaşı,  yavər, xaqan, divanbəyi,  pişxidmət,  vali,  müşavir, 


Ədəbi axtarışlar və tədris 
 
 
93 
başbuq,  altun)  lüğəvi mənaları  M.F.Axundovun  “Aldanmış  kə-
vakib”  povestinin v
ə  Azərbaycan tarixindən  müvafiq  mövzuların 
t
ədrisi zamanı şagirdlərə aydınlaşdırılmışdır.  
Qabaqcıl təcrübə və metodika elmi həmin sözlərin leksik-
semantik m
ənalarını izah etmək, misra daxilində işlənmə məqamını 
ay
dınlaşdırmaq, xarakterlərin fərdi və tipik xüsusiyyətlərinin müəy-
y
ənləşdirilməsində dil-üslubdan çıxış etmək və s. kimi işlərə sənət-
kar
lığın deyil, bədii təhlilin komponenetlərinin tərkib hissəsi kimi 
ba
xır. Əsas məsələ odur ki, dramaturqun canlı dildən yaradıcı istifa-
d
əsi dialoq, monoloq və replikalarda necə ümumiləşdirilmişdir, ob-
raz
lılıq,  şeiriyyət yaradan imkanlardan, frazeologizmlərdən, atalar 
sözü, z
ərbi-məsəl, aforizm, bədii təsvir və ifadə vasitələrindən istifa-
d
ə  olunması  ifadəliliyi, emosionallığı  qüvvətləndirmişdirmi?  Məhz 
aşağıda  qeyd  olunan  səpkidə  nümunələrin  seçilib  obrazların  səciy-
y
ələndirilməsi pyesin ideya və  bədii mahiyyətinin, dramaturqun 
s
ənətkarlıq  məharətinin  dərk  olunmasına  zəmin  yaradır:  a)  obrazın 
özün
əməxsus zahiri əlamətləri; b) məqsəd və  məramlarını,  arzu və 
ist
əklərini həyata keçirməyə  can atmaq cəhdləri və  ictimai həyata 
münasib
ətləri; v) obraza istər pyesin başlanğıcında, istərsə də dramatik 
inkişaf xətti boyunca remarkalarda dramaturqun münasibəti; q) başqa 
sur
ət və personajların obraz barədə şəxsi mülahizələri; ğ) tipik şəraitdə 
tipik xarakterin yaradılmasında dramaturqun ustalığı.  
Pyesin m
ətnindən xarakterik nümunələrin seçilməsi (şagird-
l
ərin iştirakı ilə), obrazların müqayisəli təhlili zamanı müəllim şa-
girdl
ərdə belə bir təsəvvür formalaşdırmalıdır ki, dərin həyati və fəl-
s
əfi məzmuna malik fikirlər, mühakimələr “Səyavuş”un əsas sənət-
kar
lıq  məğzidir.  Az  sözlə  dərin fəlsəfi mənaların  verilməsi, xalq 
müdrikliyin
ə yaradıcı münasibətin bəslənməsi ayrı-ayrılıqda atalar 
sözü v
ə zərbi-məsəl təsiri bağışlayır.    
 
Zalım bağışlansa daha çox 
azar. 
M
əzlum üçün qazar ən dərin 
m
əzar. 


Yusif Aslanov 
 
 
94 
Cavid b
ədii təsvir və ifadə vasitələrini daha qabarıq, mənalı 
q
ələmə alır ki, bu da fikrə, ifadəyə sənət dolğunluğu, obrazlılıq, də-
rin ideya m
əzmunu verir: 
 
Oh, S
əyavuş, Səyavuş! Bilməm 
n
ə sandın məni!? 
Bir gün didib parçalar d
əmir 
bil
əklər səni. 
 
Sözl
ərə yeni məna ifadəliliyi verməsi də Cavid sənətkarlı-
ğının mühüm keyfiyyətlərindən sayılmalıdır. “Kirli təhqir”, “Saxla-
na
lım  gizli  bir  yerdə”,  “Bizim  ağzımız  bütün”,  “Canavar  gözü”, 
“Qızmış...  qurd”,  “Vicdansız  canavar”  və  s. kimi nümüunələr bu 
q
əbildəndir.  “İki  könül  birləşsə,  qoparar  dağı-daşı”  atalar  sözünü 
“İki könül birsə, diləklər də bir” şəklində işlətməsi də həmin ideya-
nın davamıdır. Şagirdlərin nəzərinə onu da çatdırmaq vacibdir ki, 
Cavid b
əzən bir misra ilə hər hansı bir obrazın mənəvi aləmini aça 
bilir.  Birinci cariy
ənin dili ilə ifşa edilən Keykavusun mənliyi iki 
sözl
ə (“Şərəfsiz, alçaq!”) oxucuya məlum olur. Eyni zamanda, gör-
k
əmli dramaturqun sözünün kəsərliyi məntiqinin gücündə, tarixi hə-
qiq
ətlərə yaradıcı münasibətində öz bədii dəyərini tapır.  
Cavidin  ölm
əzliyi ondadır ki, əsərlərində təbliğ etdiyi ide-
yalar dövründ
ə şöhrət tapmaqla bərabər, özündən sonra  yaranmış 
bir çox m
ənzum dram əsərlərinin məfkurəvi bədii qayəsinə  təsir 
göst
ərmişdir.  
Bu c
əhət də şagirdlərin nəzərinə çatdırılmalıdır ki, drama-
turqun b
ədii  yaradıcılıq  metodu  mütərəqqi romantizm olsa da, 
t
ərənnüm etdiyi ideyalar insan mənəviyyatı, şəxsiyyətinin təkamül 
v
ə  formalaşmasına  əsaslı  kömək göstərir.  Cavid  dramaturgiyası 
oxucu v
ə tamaşaçılara xeyirxah əməllər, saf arzular, nəcib ideyalar, 
ülvi hissl
ər aşılayır.   
Buraya q
ədər qeyd etdiklərimizdən  belə  bir nəticəyə  gəl-
m
ək olra ki, təlim prosesində sənətkarlıq məziyyətlərinin müəyyən-
l
əşdirilməsi yüksək elmi-nəzəri hazırlıq, dərin tədqiqatçılıq qabiliy-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə