http://strateq.az/manshet/181206/taninmis-iqtisadci-devalvasiyanin-biznes%C9%99-vurdugu-
z%C9%99rb%C9%99l%C9%99rd%C9%99n-danisdi.html
Tanınmış iqtisadçı devalvasiyanın biznesə vurduğu zərbələrdən
danışdı:
"Sahibkarlar pulsuz qalıblar" - MÜSAHİBƏ
2014-cü ilin iyun ayının sonlarından etibarən, dünya əmtəə bazarlarında neft üzüaşağı getməyə
başladı. 2014-cü ilin iyunun 20-də 115 dollara satılan "Brent" markalı neft ilin sonunda 60
dollardan da ucuz təklif edilirdi. “Qara qızıl”ın yarım ildə 2 dəfə ucuzlaşması, sonrakı aylarda hətta
29 dollara düşməsi neft gəlirlərindən asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün də çətinliklər
vəd edirdi.
2015-ci ildən başlayaraq iqtisadiyyatda çox hadisələr yaşandı: manat dəyərini itirdi, qiymətlər
bahalaşdı, bankların bir hissəsi bağlandı, əmanət və kredit qoyuluşu azaldı, bəzi yerli və xarici
şirkətlər bazarı tərk etdi və s. Təsadüfi deyil ki, son iki ildə ölkənin iqtisadi gündəmini məhz
devalvasiya təhlükəsi, bankların bağlanması kimi mövzular zəbt edib. Şirkətlər bağlanır, maaşlar
azaldılır, işsizlik artır… Bəs bu vəziyyət haçanadək davam edəcək?
Elə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevlə söhbətimizdə də baş
verən proseslərə ötəri nəzər salmağa, xüsusən də devalvasiyanın biznes mühitinə təsirini
qiymətləndirməyə çalışmışıq.
Tanınmış iqtisadçı-ekspert Strateq.az-a müsahibəsində yaranmış problem və ondan çıxış yolları
barədə fikirlərini bölüşüb:
– Samir bəy, adətən, bir hadisədən müəyyən zaman ötdükdən sonra onu daha gerçək
qiymətləndirmə imkanı yaranır. 2 ildir Azərbaycanın gündəmini məşğul edən bir mövzu var:
devalvasiya. Onun yaratdığı əsas problemlərə keşməzdən öncə, bir suala cavab vermənizi
istərdik. Sizcə, devalvasiyadan qaçmaq mümkünüydümü?
– Xeyr, birmәnalı olaraq, mümkün deyildi. Resurs lәnәti ilә üzlәşmiş iqtisadiyyatımız fakt qarşısında
qalmışdı. Devalvasiyanın miqyası müzakirә mövzusu ola bilәr. Hökumәtin iqtisadi bloku arasında
koordinasiyanın olmaması, proseslәrә vaxtında reaksiya verilmәmәsi, neftin yenidәn bahalaşacağna
ümid edib gözlәmә mövqeyi tutlması devalvasiyanın fәsadlarının miqyasını daha da genişlәndirdi.
İqtisadi şaxәlәnmәnin olmaması, neftdәnkәnar sektorun inkişaf etmәmәsi taleyimizi neftdәn asılılı
vәziyyәtә saldı.
Xatırlayırsınızsa, 2008-2009-cu illәrdә qlobal maliyyә böhranı baş verәndә dә manat devalvasiya riski
ilә üzlәşmişdi. Hәmin dövrdә kәskin ucuzlaşan neftin qısa müddәtdә bahalaşması bizi tәhlükәdәn
sovuşdurdu. Hәmin vaxt hökumәt qeyri-neft sektorunun inkişafının vacibliyini anlasa da vә bunun
üçün bir sıra cәhdlәr etsә dә, neftin bahalaşması yenidәn onu arxayınlaşdırdı. İdxal inflyasiyasını
cilovlamaq üçün bahalı manat siyasәti ucuz neft dövrünün tәzyiqinә tab gәtirmәdi.
2015-ci ildә manat iki dәfә devalvasiyaya mәruz qaldı. ABŞ dollarının mәzәnnәsi iki cәhdә 78
qәpikdәn 1,55 manata qәdәr bahalaşdı. İkinci devalvasiyadan sonra dollar hәtta 1,90 manata qәdәr
bahalaşsa da, sonradan nisbәtәn ucuzlaşdı vә hazırda rәsmi mәzәnnә 1,70 manat әtrafındadır.
Müvәqqәti dә olsa, nisbi sabitlik yaranıb.
Devalvasiyadan ona görә qaçmaq olmazdı ki, Azәrbaycan ixracının 95%-i neft-qaz gәlirlәrindә
asılıdır. Xırda istisnalarla, biz faktiki olaraq, meyvә-tәrәvәzdәn savayı, heç nә ixrac edә bilmirik.
Ölkәnin tәdiyyә balansına diqqәt yetirsәk, görәrik ki, müsbәt saldo hәmişә neft ixracı hesabına yaranıb.
Çünki tәdiyyә balansı il әrzindә ölkәyә gәlәn vә ölkәdәn çıxan xarici valyuta arasında fәrqi göstәrir vә
onun müsbәt olması milli valyutanın güvәnliyini artırır. Bir tәrәfdәn ölkәyә neftin ucuzlaşması
fonunda gәlәn dolların kәskin azalması, digәr tәrәfdәn müxtәlif sәbәlәrdәn ölkәdәn kapital axını
manata tәzyiqi güclәndirdi. Tәsadüfi deyil ki, Mәrkәzi Bank manatı qorumaq üçün 2015-ci ilin sonuna
qәdәr ehtiyatından 10 milyard dollar xәrclәdi. Ehtiyatların hәcmi bu müddәtdә 15 milyard dollardan 5
milyarda qәdәr azaldı…
– Mili valyutanın ucuzlaşdırılmasına gedilməsi, Sizcə, nə dərəcədə doğru addım idi? Neft
istehsalçısı olan digər ölkələrin belə vəziyyətdə təcrübəsindən yararlana bilməzdikimi?
– Neftlә zәngin 1-2 әrәb ölkәsi istisna olmaqla, digәr ölkәlәrin hamısı milli valyutalarını ucuzlaşdırmaq
mәcburiyyәtindә qaldılar. Hәtta iqtisadiyyatı neftdәn az asılı olan Norveç belә, devalvasiyaya getmәli
oldu, milli valyutası dәyәrini 35%-ә qәdәr itirdi. Azәrbaycanla qonşu Rusiya, Qazaxıstan,
Türkmәnistan da milli valyutalarını ucuzlaşdırdılar. Burda fәrqlәr devalvasiyanın hәddindә vә
formasında ola bilәr. Rusiya vә Qazaxıstan "üzәn mәzәnnә"yә keçidi elan edәrәk, milli valyutanın
taleyini bazarın öhdәsinә buraxdılar. Azәrbaycan da analoji yolu getdi. Ancaq iki ölkә ilә müqayisәdә
bizim neftdәn asılılığımız daha yüksәkdir vә milli valyutamız daha çox tәzyiqә mәruz qalır.
Mәsәlә ondadır ki, iqtisadiyyatı neftdәn asılı olan ölkәlәr әvvәlcә milli valyutalarını vә makroiqtisadi
sabitliyi qorumaq üçün valyuta ehtiyatlarını sәrf etdilәr, sonra isә valyuta ehtiyatlarını qorumaq üçün
milli valyutalarını ucuzlaşdırmalı oldular. Elә ölkәlәr var ki, mәsәlәn, Birlәşmiş Ərәb Əmirliklәri –
ehtiyatları hesabına bu günә kimi valyutalarını qorumağa müvәffәq olub…
– Ancaq belə fikir var ki, devalvasiyaya gedilməsi Azərbaycana daha böyük zərbə vurdu…
– Tәәssüf ki, elәdir. Zәrәr hәm ümumilikdә ölkәnin makroiqtisadi sabitliyinә, hәm maliyyә sektoruna,
hәm dә әhalinin yaşayış sәviyyәsinә mәnfi tәsir göstәrdi. Devalvasiya ilk növbәdә bank sektoruna
zәrbә vurdu. Ölkәdәki bankların tәxminәn 1/3-i, bank olmayan kredit tәşkilatlarının 8,3%-i bağlanaraq
bazarı tәrk etdi. Bank sektoru sürәtlә dollarlaşmağa başladı. Dollarlaşma prosesi ona gәtirib çıxardı ki,
2012-2016-cı illәrdә cәmi kreditlәrdә xarici valyuta kreditlәrinin payı 31,2%-dәn 53,8%-ә yüksәldi.
Depozitlәrin dollarlaşması 2016-cı ilin sonuna 75,6%-ә çatdı. Qiymәtlәr әhәmiyyәtli dәrәcәdә
bahalaşdı vә bu, әhalinin gәlirlәrinә mәnfi tәsir göstәrdi. Yüksәk inflyasiya vә iş yerlәrinin bağlanması
fonunda işsizliyin artması sosial vәziyyәti pislәşdirdi. Yeri gәlmişkәn, Beynәlxalq Özәl Sahibkarlıq
Mәrkәzinin (CİPE) dәstәyi ilә devalvasiyanın biznesә tәsirini qiymәtlәndirmәk üçün tәdqiqat da
aparmışıq…
– Bilmək olarmı ki, tədqiqatınız zamanı hansı problemlər daha qabarıq nəzərə çarpır?
– Əlbәttә, uzun müddәt manatın sabit olan mәzәnnәsinin qısa müddәtdә ucuzlaşması vә oynaması hәm
ümumilikdә makroiqtisadi sabitliyә, hәm dә biznesә mәnfi tәsir göstәrib. Əhalinin gәlirlәrinin azalması
sәbәbindәn alıcılıq qabiliyyәtinin zәflәmәsi, manatın dәyәrsizlәşmәsi nәticәsindә qiymәtlәrin
bahalaşması mal vә xidmәtlәrә tәlәbatı kәskin azaldıb. Bütün bunlar sahibkarlıq subyektlәrinin
dövriyyәsindә mәnfi iz qoyub…
– Mümkünsə, ilk olaraq makroiqtisadi sabitlik üzərində dayanaq. Burada hansı problemlər
daha çox nəzərə çarpır və üstəlik, hzırda bu sabitlik nə dərəcədə uzunmüddətlidir?
– Milli valyutanın devalvasiya ölkәnin makroiqtisadi sabitliyinin pozulması riskini artırıb vә proses
yekunlaşmayıb. Götürәk ümumdaxili mәhsulun vәziyyәtini. Devalvasiyadan öncәki 2013-cü ildә
ÜDM 5.8% artdığı halda, neftin qiymәtinin kәskin azaldığı 2015-ci ildә artım tempi zәiflәyәrәk 1.1%
tәşkil edib, 2016-cı ildә isә 4%-ә yaxın azalıb. Manatın ucuzlaşması idxaldan asılı olan
iqtisadiyyatımızı yüksәk inflyasiya idxalına mәruz qoydu. 2012-2014-cü illәrdә inflyasiya tempi
kifayәt qәdәr aşağı olsa da, 2015-ci ildә 4%-ә, 2016-cı ildә isә 12.4%-ә yüksәlmişdi.
İnflyasiya sәviyyәsinin artması әhalinin sosial vәziyyәtinin gәrginlәşmәsinә, onların real gәlirlәrinin
azalmasına gәtirib çıxarıb. Bir tәrәfdәn qiymәtlәrin bahalaşması fonunda әhalinin xәrclәrinin artması,
digәr tәrәfdәn dә iqtisadi aktivliyin aşağı düşmәsi әhalinin gәlirlәrinin azalmasına tәsir edib.
Ümumilikdә nominal gәlirlәr artsa da, inflyasiya sәviyyәsinin yüksәk olması әhalinin real gәlirlәrini
üstәlәyib. Əhalinin adambaşına düşәn real gәlirlәri 2012-ci ildәki 10,74%-lik artdığı halda, 2016-cı
ildә 10%-lik azalma ilә әvәz olunub.
Bundan başqa, makroiqtisadi sabitliyin tәminatçılarından olan invesitisiyaların da artımında mәnfi
tendensiya müşahidә edilib. Əsas kapitala investisiyaların 2015-ci ildә qeyd olunan göstәricisi 11.1%,
2016-cı ildә isә 28% azalıb. İqtisadiyyatın pulla tәminatı sәviyyәsindә kәskin azalma olub.
İqtisadiyyatın pulla tәminat sәviyyәsi devalvasiyadan öncә 25.2-29.4% intervalında qәrarlaşdığı halda,
son 2 ildә әhәmiyyәtli dәrәcәdә aşağı düşüb. 2015-ci ildә iqtisadiyyatln monetizasiya әmsalı 16%,
2016-cı ildә isә 19.3% tәşkil edib. Qeyd etmәyә dәyәr ki, hazırda dünyada inkişaf etmәkdә olan
ölkәlәrdә iqtisadiyyatın monetizasiya sәviyyәsi 45-50%-dәn az deyil, bir sıra inkişaf etmiş ölkәlәrdә
isә hәtta 100%-dәn yüksәkdir. Azәrbaycanla oxşar iqtisadiyyata malik Rusiyada 2015-2016-cı illәrdә
42-45%, Qazaxıstanda isә 20% olub.
Milli valyutanın devalvasiyası, bir qayda olaraq, xarici valyutada olan dövlәt borclarının qaytarılmasını
imkanlarını çәtinlәşdirir. 2014-cü ildә xarici dövlәt borcunun ÜDM-dә payı 8,62% olduğu halda, 2016-
cı ilin sonuna 20,4%-ә yüksәlib.
Devalvasiya ölkәnin әsas maliyyә sәnәdi olan dövlәt büdcәsinin xәrclәrinә dә tәsir edib. 2013-cü ildә
özünün rekord hәddindә (19143 milyon AZN) çatan dövlәt büdcәsi sonrakı neftin ucuzlaşması ilә
azalmağa başlayıb…
– Milli valyutanın ucuzlaşmasının təkcə əhali üçün yox, həm də sahibkar təbəqəsi üçün yaratdığı
çətinliklər ortadadır. Artıq iş adamlarımız, biznesmenlərimiz sürətlə ölkədən çıxırlar, çoxu iflas
həddindədir. Hansı sahibkarı dindirirsən, ümidsizlik ifadə edir, vəziyyətin yaxşı olmayacağı
qənaətini əsaslandırır. Tədqiqatlarınızda bu haqda da nəsə varmı?
– Əslindә, Azәrbaycanda biznesin hәmişә problemi olub. Yüksәk neft gәlirlәri dövründә kiçik vә orta
sahibkarlıq zәif inkişaf etmişdi, yüksәk inhisar mövcud idi, yoxlamalar sahibkarlıq mühitini pozurdu,
gömrük-keçid mәntәqәlәrindә şәffaflıq çox aşağı idi. Bunlardan savayı, yüksәk kredit faizlәri biznesin
genişlәnmәsinә mane olurdu. İdxal mallarının ancaq vahid mәnbә vasitәsilә ölkәyә gәtirilmәsi qiymәt
vә keyfiyyәt rәqabәtini pozurdu. Milli valyutanın möhkәmlәnmәsi yerli istehsalın idxal qarşısında
rәqabәt qabiliyyәtini azaldırdı. Bütün bunlar idxalı stimullaşdırırdı, neftdәnkәnar ixracı isә
mәhdudlaşdırırdı.
Şübhәsiz ki, uzun müddәt mәzәnnәsi sabit olan milli valyutanın qısa müddәtdә xarici valyutalar
qarşısında dәyәr itirmәsi biznes sektorunun dayanıqlığını risk altına aldı. Kiçik vә orta biznesin zәif
inkişafı, biznesin әsasәn neft pullarından asılı olması vә onun hesabına genişlәnmәsi yaranmış iqtisadi
böhrana lazımi müqavimәt göstәrә bilmәdi. Nәticәdә iqtisadi aktivlik zәiflәdi, iş yerlәri bağlandı,
dövriyyә azaldı, maaşlar azaldıldı, zәrәrlәr artdı.
Devalvasiyanın sahibkarlığa tәsirini qiymәtlәndirmәk üçün rәsmi mәlumatların analizi ilә yanaşı,
sahibkarlar arasında sorğu vә müsahibәlәr dә aparılıb. Əsas tәsirlәrdәn biri mallara vә xidmәtlәrә
tәlәbatın azalması nәticәsindә sahibkarlıq subyektlәrinin dövriyyәlәrinin kәskin azalmasıdır. Milli
valyutanın xarici valyutalara münasibәtdә dәyәrini itirmәsi qiymәtlәrin artmasına gәtirib çıxarıb.
Digәr tәrәfdәn, әhalinin gәlirlәrinin qiymәt artımına adekvat olmaması, yәni real gәlirlәrinin azalması
alıcılıq qabiliyyәtinә tәsir edib vә mallara vә xidmәtlәrә tәlәbatı azaldıb. Dövlәt Statistika Komitәsinin
rәsmi mәlumatları da fikirlәrimizi tәsdiqlәyir. Mәsәlәn, kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq
sektoru üzrә mәhsul buraxılışı 2014-cü ild 98% artdığı halda, 2015-ci ildә 78% azalma qeydә alınıb.
Devalvasiya ilindә – 2015-ci ildә sәnayedә 51,7%, informasiya vә rabitәdә 66,5%, tikintidә 58,9%,
daşınmaz әmlakla bağlı әmәliyyatlarda 46,9% azalma baş verib. Apardığımız sorğuda hәr 5
respondentdәn 4-ü dövriyyәsinin azaldığını qeyd edib.
Digәr problem sahibkarlıq subyektlәrinin fәaliyyәtini dayandırması hallarının artmasındadır. Rәsmi
mәlumatlar göstәrir ki, müxtәlif sferanı tәmsil edәn kiçik sahibkarlıq subyektlәrinin sayının azalması
müşahidә edilib. Əsas azalma da tikinti vә sәnaye sektorunda olub. 2015-ci ildә sәnaye müәssisәlәrinin
sayı 29.1%, tikinti şirkәtlәrinin sayı isә 5,5% azalıb. Tәdqiqat çәrçivәsindә sahibkarlar arasında
aparılmış sorğuda da respondentlәrin 7,7%-i devalvasiya nәticәsindә biznesinin bağlandığını
bildiriblәr.
Sahibkarlıq subyektlәrindә işçilәrin ixtisarı sәbәbindәn kadr potensialının zәiflәmәsini dә qeyd etmәk
olar. Muzdla işlәyәn işçilәrin sayı 2012-2014-cü illәrdә 2,6% artdığı halda, 2014-2016-cı illәrdә 0,35%
azalıb. Devalvasiyanın kәskin olduğu 2015-ci ildә muzdlu işçilәrin azalması әsasәn emal (8,3%),
tikinti (11,9%), maliyyә vә sığorta (2,6%), informasiya vә rabitә (0,8%) sektorlarında qeydә alınıb.
Nazirlәr Kabinetinin 2016-cı ilin ilk 6 ayının nәticәlәrinә hәsr olunan müşavirәsindә ölkә prezidenti
bu ilin ilk 6 ayında ölkәdә 26 min iş yeri bağlandığını bildirmişdi.
Sahibkarlıq subyektlәrinin kreditә çıxışlarının mәhdudlaşması da әsas problemlәrdәndir.
Devalvasiyadan sonra ticarәt vә xidmәt sektorunda kredit qoyuluşu 16,5%, kәnd tәsәrrüfatı vә emal
sektoru üzrә 57%, inşaat vә әmlak sektoru üzrә 36,1%, sәnaye vә istehsal sektoru üzrә 46,1% azalıb.
Digәr tәrәfdәn, ödәniş yükünün artması nәticәsindә kreditlәrin qaytarılmasının çәtinlәşmәsini,
sahibkarlıq subyektlәrinin banklardakı vәsaitlәri (cari vә depozit hesablarında) üzәrindә sәrәncam
vermәk imkanının mәhdudlaşmasını da problemlәrә daxil etmәk olar. Hәtta bir müddәt öncә dollar
qıtlığı vә manatın mәzәnnәsinin qeyri-sabitliyi idxalatçı şirkәtlәrә problem yaradırdı.
– Sahibkarlara dəymiş zərərin təsirini azaltmaq və biznesi qorumaq üçün hökumətin bir sıra
addımları oldu. Necə qiymətləndirirsiniz bu addımları? Bir faydası varmı görülən tədbirlərin?
– Ümumiyyәtlә, iqtisadi böhran dövründә makroiqtisadi sabitliyin qorunması üçün әsas yük vә
mәsuliyyәt dövlәt qurumlarının üzәrinә düşür. Belә vәziyyәtlәrdә hökumәtlәr tәxirәsalınmaz
tәdbirlәrin әks olunduğu antiböhran proqramları qәbul edir vә bunun әsasında dövlәt siyasәtini qurur.
Bu siyasәtlәr, bir qayda olaraq, әhalinin vә sahibkarlıq subyektlәrinin müdafiәsini tәmin etmәk,
investisiya mühitinә tәsir edәn mәnfi halların aradan qaldırılmasına, inzibati maneәlәrin aradan
qaldırılmasına, iqtisdi aktivliyin artırılmasına yönәldilir.
Tәbii ki, hökumәt bir sıra müsbәt addımlar atdı. İlk olaraq sahibkarlıq subyektlәrinin fәaliyyәtinә
müdaxilәlәrin azaldılması vә yoxlanılması hallarının minimuma endirilmәsi istiqamәtindә tәdbirlәr
görüldü. 2015-ci il noyabrın 1-dәn etibarәn sahibkarlıq sahәsindә aparılan yoxlamalar 2 il müddәtinә
dayandırıldı. Bu zaman bitmәk üzrәdir vә onun uzadılması yaxşı olardı. Sonra lisenziyalaşdırma vә
icazәalma proseduru sadәlәşdirilib, onların sayı azaldılıb, 22 fәaliyyәt növü üzrә lisenziya lәğv edilib,
lisenziya verәn dövlәt orqanlarının sayı 23-dәn 4-ә endirilib, lisenziyaların verilmәsi müddәti 15
gündәn 10 iş gününә azaldılıb vә s.
Bura gömrük sistemindә idxal prosedurunun sadәlәşdirilmәsini, sahibkarlıq subyektlәri üçün vergi
amnistisiyasının vә bir sıra vergi güzәştlәrinin tәtbiqini dә şamil etmәk olar.
Bundan әlavә, yerli istehsalın qorunması mәqsәdilә idxal rüsumlarının artırılması vә sahibkarlıq
subyektlәrinin ixrac potensialının artırılması tәdbirlәri hәyata keçirildi. Ötәn ilin sonunda isә
Azәrbaycan Respublikasında kiçik vә orta sahibkarlıq sәviyyәsindә istehlak mallarının istehsalına dair
Strateji Yol Xәritәsi qәbul edildi.
– Üzdə belə görünür ki, maliyyə bazarında sabitlik yaranıb. Manat xeyli vaxtdır sabitləşib, dollar
qıtlığı aradan qalxıb, indi istədiyin qədər dollar almaq mümkündür. Valyuta hərraclarında
dollara tələbat da azalıb. Bəzi növ məhsulların qiymətində isə ucuzlaşma var. Təhlükə
sovuşdumu?
– Tәәssüf ki, cavabım müsbәt olmayacaq. Sizin sadaladığınız hallar mövcuddur, ancaq dayanıqlı deyil.
Mәrkәzi Bankın inzibati tәdbirlәrinin nәticәsidir. Pul kütlәsi әhәmiyyәtli dәrәcәdә mәhdudlaşdırılıb.
İqtisadiyyatın pulla tәminatı sәviyyәsi aşağı hәddәdir. Bankların әlindәki vәsaitlәrin valyuta bazarına
yönәldilmәsinin qarşını almaq üçün Mәrkәzi Bank depozit hәrracları keçirir vә onların vasitәsilә 500-
600 milyon manat vәsaiti dövriyyәdәn kәnarlaşdırırmağa nail olur, bunun hesabına manata olan tәzyiqi
azalda bilir. Tәdiyyә balansının son vәziyyәtindә nisbәtәn yaxşılaşma müşahidә edilir. Sәbәb, әlbәttә,
neftin bir qәdәr bahalaşması, idxalın mәhdudlaşdırılması vә kapital axınının azalmasıdır. Gәlәcәkdә
neftin ucuzlaşması vә kapital axının davam etmәsi balansda vәziyyәti yenidәn qәlizlәşdirә bilәr.
Sahibkarlar pulsuz qalıblar. İqtisadiyyat getdikcә daralır, bazar kiçilir, dövriyyә azalır. Proses belә
uzun müddәt davam edә bilmәz. Sәrt pul-kredit siyasәti hәyata keçirilmәsinә baxmayaraq, inflyasiyanı
cilovlamaq mümkün olmayıb, hәlә ki ikirәqәmli olaraq qalmaqdadır. İqtisadiyyata pul vermәyәndә bir
problem yaradır, pul verәndә başqa. Əhalinin manata, bank sektoruna etimadı itib. Əhali әlindә olan
artıq pulu dollara çevirib yastıq altına yönәldir. Neftin bahalaşması yaxın dövrdә gözlәnilmәdiyindәn,
vәziyyәti indiki kimi saxlamaq qısamüddәtli sәmәrә verә bilәr.
– Sizcə, indiki zamanda hökumət neyləməlidir? Sahibkarlara hansı istiqamətdə dəstək
verməlidir?
– Ümumi götürsәk, çox işlәr görülmәlidir. Ölkәdә struktur islahatları aparılmalıdır, iqtisadiyyat
liberallaşdırılmalıdır, dövlәt biznesdәn kәnara çәkilmәlidir, büdcә yükü azaldılmalıdır, mәhkәmә
sistemi müstәqillәşmәlidir, mülkiyyәt hüququ qorunmalıdır vә s. İndiyәdәk atılmış addımlar
әhәmiyyәtli olsa da, köklü deyil. Proses bu vәziyyәtdә dayanmamalıdır. Uzun müddәt bir yerdә qalan
daş, nәhayәt ki, tәrpәdilib, ancaq onu belә saxlamaq olmaz, fәsadları ağır ola bilәr.
İstәnilәn böhranlı vәziyyәtdә hökumәtlәr әsas diqqәti kiçik-orta sahibkarlığın dәstәklәnmәsinә
yönәldir. İqtisadiyyatın yüksәk sәviyyәdә dollarlaşması pul-kredit siyasәtinin sәmәrәliliyinin
mәhdudlaşmasına, likvidlik problemlәrinin artmasına, Mәrkәzi Bankın rolunun azalması kimi neqativ
nәticәlәrә gәtirib çıxarır. Bunun üçün iqtisadiyyatda dollarlaşma sәviyyәsinin aşağı salınması vacibdir.
Milli valyutada qiymәtli kağızların buraxılması, etibarlı indeksasiya sistemi, valyuta risklәrini
sığortalama (hedge) alәti, kapital bazarının vә bankolmayan institutların güclәndirilmәsi, kredit
mәlumatları sisteminin tәkmillәşdirilmәsi, nәzarәtin güclәndirilmәsi, faiz dәrәcәlәri üzәrindә inzibati
tәdbirlәrdәn imtina edilmәsi, valyuta depozitlәri vә istiqrazlarının gәlirliliyinә vergi rejiminin tәtbiqi
kimi addımlar dollarlaşmanı әngәllәyә bilәr.
Manatın mәzәnnәsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik vә iqtisadi inkişaf fonunda
mümkündür. Ölkәnin maliyyә sektorunun sürәtlә dollarlaşması milli valyutaya tәzyiqi artırmaqla
yanaşı, makroiqtisadi sabitliyi risk altına qoyur. Milli valyutanın ucuzlaşması idxaldan asılı olan ölkә
iqtisadiyyatını yüksәk inflyasiya idxalına mәruz qoyub.
Hazırda Azәrbaycanda inflyasiyaya bir sıra daxili vә xarici amillәr tәsir edir. Daxili amillәrә dövlәt
büdcәsindә kәsirin yaranması, mikro vә makro sәviyyәdә disproporsiyanın yaranması, xarici ticarәtdә
inhisarın mövcudluğu, daxili bazarın iri şirkәtlәrin inhisarında olması, yüksәk kredit faizlәri aiddir.
Xarici amillәrә isә xarici tcarәtdәn daxilolmaların azalması, xarici ticarәt vә tәdiyyә balansında kәsirin
mövcudluğu, idxal mallarının xarici bazarlarda bahalaşması daxildir…
– Əksdollarlaşma siyasətinin vacibliyini vurğulayırsınız. Araşdırmısnızmı ki, hansı ölkələr bu
təcrübədən yararlanıblar və biz hansı ölkələrin təcrübəsindən faydalana bilərik?
– Əksdollarlaşma müxtәlif ölkәlәrdә hәyata keçirilib. Bayaq әksdollarlaşma alәtlәrini sadaladıq.
Anqola, Boliviya, Çili, Meksika, Rusiya kimi ölkәlәrdә hökumәt dollar depozitlәrinә alternativ
investisya imkanlarını artıran milli valyutada olan istiqraz bazarını stimullaşdırmağa qәrar verib. Çünki
daxili pul vә kapital bazarında milli valyutada olan qiymәtli kağızların artması dollar aktivlәrinin
azalmasını şәrtlәndirir. Boliviya, İsrail, Meksika kimi ölkәlәr milli valyutada dövlәt istiqrazlarının
buraxılışını artırıb, dövlәt istiqrazlarını inflyasiyaya uyğun indekslәşdirib. Estoniya, Haiti,
Macarıstanda milli valyutanın cәlbediciliyini artırmaq üçün bankların faiz dәrәcәlәri üzәrindә inzibati
nәzarәti lәğv edilib. Boliviya, Honduras, Nikaraqua, İsraildә xarici valyutalar üzrә mәcburi ehtiyat
normalarının tәlәblәri sәrtlәşdirilib. Çili, Kolumbiya, Meksika vә İsraildә milli valyutanın
cәlbediciliyini vә ona inamı artırmaq, hәmçinin alıcılıq qabiliyyәtinin sabitliyini qorumaq üçün kәskin
mәzәnnә dәyişiklikliyindәn sığortalamağa imkan verәn әhalinin gәlirlәrinin indeksasiyası sistemi
tәtbiq edilib.
Tәcrübәlәr olduğu kimi yox, ölkә şәraitinә uyğun tәtbiq edilmәlidir. Tәcrübә göstәrir ki, bazar
alәtlәrindәn istifadә etmәdәn yalnız mәcburi әksdollarlaşma tәdbirlәrinin hәyata keçirilmәsi sәmәrә
vermir. Peru vә Boliviyanın inzibati yolla dollarlaşmanı azalda bilmәmәsi buna sübutdur. Argentina
vә Pakistanda atılan addımların nәticәsi ona gәtirdi ki, rezidentlәr xarici valyuta vәsaitlәrini bank
hesablarında yox, nağd şәkildә saxlamağa üstünlük verdilәr. Belә mәhdudiyyәtlәr milli bank sektoruna
inamı tәhlükә altına qoyur vә kapital axınına gәtirib çıxarır…
Söhbətləşdi:
Zaur İBRAHİMLİ
Strateq.az
Dostları ilə paylaş: |