5
şöhrət qazanmışdılar. Onlar döyüşə girərək ölümə nifrət əlaməti olaraq atlarının boynuna qırmızı
kaporlar taxardılar ki, düşmən tərəfindən tez gözə çarpsınlar”
Başqa bir mənbə isə Kəngərlilərin Ərəbistandan gəlməsini inkar edir.
Rus tarixçisi Viktor
Qriqoryev Sankt-Peterburqda çap etdirdiyi “Naxçıvan əyalətinin statistik təsviri” kitabında yazır
ki, Kəngərli tayfaları Türkiyə ərazisindəki Diyarbəkirdən Naxçıvana gəliblər. Onlar doqquz yüz
iyirmi ev olublar. Kəngərlilər döyüşkən, işgüzar, uzun müddət aclığa dözən adamlardılar,
hərbçidirlər. Qonaqpərvər, dostluqda möhkəm, lakin çox məğrur və qürurludurlar.
Hələ 1806-10-cu illərdə Zaqafqaziya Rusiya ilə birləşəndə Qarabağ hakimi İbrahimxəlil
xana general-leytenant,
oğlu Məmmədhəsən ağaya, Mehdiqulu xana və Cəfərqulu ağaya isə
general-mayor rütbəsi verilmişdir. Şəki hakimi Cəfərqulu xan Şəkinski də general-leytenant idi.
Bunlar xanlıqlara başçılıq edən əsil-nəcabətli şəxsiyyətlər idi.. Çar üsul-idarəsi yerli hakimlərə
ona görə ali rütbə vermişdi ki, məhz onların vasitəsilə yerli əhalini özlərinə tabe etsinlər.
Gənc oxucu, əgər sən akademik M.V.Neçkinanın “Qriboyedov və dekabristlər” kitabını
mütaliə etsən, onun iki yüz qırx dördüncü səhifəsinə diqqət yetir. Orada oxuyacaqsan ki,
qarabağlı Rüstəm bəy Fransa imperatoru Napoleon Bonapartın şəxsi yavərlərindən biri olub.
Napoleonla birgə İspaniya, Misir yürüşlərində iştirak edib. Qeyri-adi igidliyinə görə Vaqram
döyüşlərində şəxsən imperatorun özü onu Fransanın ali hərbi Legion ordeni ilə təltif edib.
Napoleon Bonapart Moskvaya hücum edəndə qarabağlı Rüstəm bəy əsir alınıb.
Az sonra
Qarabağa qayıdıb. Sonralar onu general Aleksey Yermolov Qafqaz canşinliyində öz yanına işə
dəvət edib. Ömrünün axırına kimi general Yermolovun yanında işləyib.
Bizə belə gəlir ki, Rüstəm bəyin ən aşağı rütbəsi polkovnik olub. Fransa imperatoru
Napoleonun şəxsi yavəri kimi məsul vəzifə daşıyan, general Aleksey Yermolov kimi iliyinə
qədər hərbçi olan adamın dəvəti ilə canişinliyə hərbi işə cəlb edilən Rüstəm bəyin aşağı rütbəsi
ola bilməzdi.
Bu, Azərbaycan hərb tarixində açılmamış maraqlı səhifələrdən biridir. Görəsən, igid
azərbaycanlı bəyi yüz yetmiş il bundan əvvəl Avropaya hansı yollarla gedib çıxıb? Bu igid
eloğlumuzun müəmmalı, indiydək naməlum hərbi həyatı nə vaxt öyrəniləcək? Axı, Napoleon
kimi sərkərdə hər yoldan ötənə belə bir fəxri ordeni verməzdi.
Vaxtilə onlar necə yaşamışlarsa, bu gün bizim borcumuz onları elə də xatırlamaqdır.
Həyatın qəribə çalın-çarpaz cığırları var. Bu cığırlar yola qovuşana qədər min bir çətinliklərdən
keçir. Hər oğul bu çətin cığırlardan keçib hamar yola çıxa bilmir. Biz bu yola çıxıb xalqımızın
inkişafı uğrunda sidq-ürəklə çalışanları, torpağımızın hər qarışı uğrunda can qoyanları
alqışlayırıq.
Bir sərkərdə oğlumuzun açılmamış həyat səhifəsinə mən qədim Gəncədəki İmamzadə
məscidinin həyətində rast gəldim. Məzarın mərmər başdaşında solmaqda olan yazını oxuyanda
unudulmuş igidin xatirəsi qəlbimi göynətdi. Orda yazılmışdı: “İkinci Qafqaz istehkamçı,
batalyonunun komandiri polkovnik İlyas bəy Ağalarov. Təvəllüdü: yeddi iyun 1860-cı il. On
səkkiz mart 1913-cu ildə həlak olub”. İllərin tufanı mərmər qəbir daşından
onun sonuncu izini
də silib aparır.
“Hər bir insanın içərisində onunla birgə doğulan və ölən kainat var. Hər bir başdaşı
altında bütöv bir dunya tarixi yatır”.
Qax rayonundakı mərkəzi qəbiristanlıqda general Həsən xanın başdaşındakı yazıları
oxuyarkən Henrix Heynenin bu müdrik sözlərini xatırladım.
General-mayor Həsən xan burda dəfn olunub. Kimdi Həsən xan, daha hansı döyüşlərdə
iştirak edib, hansı xidmətlərinə görə general-mayor rütbəsinə layiq görülüb? Qəbir daşındakı
qısaca yazıdan başqa yerli əhali də heç nə bilmir. Təəssüf ki, biz “başdaşı altındakı bütöv bir
dünya tarixindən” bu günə kimi xəbərsizik.
Bakıda İçərişəhərdəki Mirzə Şəfi küçəsində bir ağbirçək ana yaşayır. Gövhər xanım
Usubova ömrünün səksən ilini çoxdan arxada qoyub. Onunla tez-tez görüşurəm. Hər dəfə də
inqilabdan əvvəl yaşayıb-yaratmış, xalqımıza misilsiz xidmət göstərən ziyalı babaları haqqında
iftixarla söhbət açır:
6
- Mənim əmilərim, dayım, babalarım təkcə həkim, müəllim, din xadimi olmayıblar.
Onların arasında
hərbçi də olub, - deyir Gövhər xanım. 1858-ci ildə poruçik Paşa ağa Əmiraslan
ağa oğlunun adına verilmiş bir sənədin əslini mənə bağışlayır.
Sənəddə göstərilir ki, 1856-cı il avqustun iyirmi altısında imperator II Aleksandr
müsəlman süvari alayının döyüşçüsü Paşa ağa Əmiraslan ağa oğluna poruçik rütbəsi verilməsi
şəxsən özü imzalamışdır. Bu fakt ona görə qeyri-adidir ki, milyonlarla əsgər və zabit heyəti
içərisində eloğlumuz öz qəhrəmanlığı ilə necə seçilirdisə, ona verilən rütbəni imperiyanın
birinci
şəxsi - imperator II Aleksandr imzalamışdır.
İnqilabdan əvvəl Tiflisdə “Kavkazskiy kalendar” adlı illik bir məcmuə çap olunurdu.
Onun səhifələrində o dövrün görkəmli ziyalılarının, hərbçilərin ünvanı və rütbəsi göstərilirdi.
1873-74 cü illərin “Kalendar”ında Qafqaz Əlahiddə Ordusunda xidmət edən müxtəlif rütbəli
oğullarımızın da adları çəkilir. Əksəriyyətinin adına ilk dəfə rast gəldiyimiz üçün onları sizə
təqdim edirik. General-mayor Yusif bəy Həsən bəy oğlu Ağalarov, Nikolay Nikolayeviç Ağayev
(şuşalı general Fərəc bəy Ağayev), İsrafil bəy Yadigarov, Cəfər ağa Şəmşəddin ağa oğlu,
polkovnik Ağa xan Şirvanlı, İsmayıl xan İsgəndər
xan oğlu Xoyski, Həsən xan Mirzəağa bəy
oğlu, Səlim bəy Yusif bəy oğlu, Həsən ağa Cəfərqulu ağa oğlu Bakıxanov, Əhməd ağa Cəfərqulu
ağa oqlu Bakıxanov, Cavad xan Şirvanlı, Mirzə İbrahim bəy, Kəlbalı xan Ehsan xan oğlu, Rəşid
xan Mehdili, mayor Mirzə Xudadat bəy Vəkilov, kazak leyb-qvardiyasının kornetləri Şahrux
Mirzə,
Xanbaba xan,
1
Məmmədəli Mirzə, Əbdülsəməd Mirzə və Nəsrulla Mirzə. (Bəhmən Mirzə
Qacarın oğlanlarıdır. Onun yeddi oğlu rus ordusunda xidmət etmişdir).
Xalqımızın tarixi nə qədər zəngin olsa da, lakin hələ də qaranlıq səhifələr çoxdur. Bu
“qaranlıqlar”a işıq salmağın, hər şeyi olduğu kimi yazmağın vaxtı çoxdan çatıb. Axı, bugünkü
tarix, dünənkinin üzərində dayanır və təbiidir ki, dunənki “qaranlıqlar” bu gün açılmasa sabah
daha yeni “qaranlıqlar”a körpü olacaq.
Otuzuncu illərin tuthatutları, qansızlıqları bizi elə vahiməyə salıb ki, ilan vuran ala
çatıdan qorxan kimi, türk kəlməsindən qorxmuşuq. Dil və din qardaşlarımıza
arxa çevirmişik,
ona görə ki, milli bütövluyümüz olmayıb. Əsrlərin, illərin dolanbaclarında görkəmli oğullarımızı
itirə-itirə gəlmişik. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra türklərə dostluğumuzu,
qardaşlığımızı danmışıq. Hətta iş o yerə çatıb ki, məcburən dədə-baba familimizi də dəyişmişik.
Səbəbi də o olub ki, ad-famillərimiz türk ad-famillərinə oxşayır. Pasportlarımızda “milliyyəti”
sözünün qarşısında “türk” yazılardı. Sonra bu kiminsə xoşuna gəlmədi. Yuxarıdan gələn hansısa
gizli tapşırığa əsasən pasportlarımız dəyişdirildi.
... Bütün bunlara baxmayaraq nə yaxşı ki, Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan
qan birliyi qırılmadı.
... Klassik şairimiz S.Ə.Şirvaninin “Təzxirə”sində “Osman bəy və Ömərbəy” adlı kiçik
bir fəsil var. Şair burda iki şirvanlı, qardaşın igidlikdə, sərkərdəlikdə tayı-bərabəri olmadığını
iftixarla yazır:
“Osman bəy şəhri Şamaxının xanzadələrindəndir. Qardaşı Ömər bəy ilə o cənab dövləti-
əliyyeyi-Rusiyyədə sahibmənsəb və sahibvəzifə kimsənələrdən olmuşlar. Onlar kimi əhlikəmal
və sahibcəmal və sahibzövq kimsənələr daireyi-Şirvanə gəlməmişdir. Hər ikisinin təbi olmağı
məşhurdur və zikrixeyr ilə adları hər dildə məzxurdur. Cənab Ömər bəyi qayətdə xoşəhval və
xoşməzaq deyirlər.
... Əlhəq
bu iki qardaş kimi, yeganə daireyi-cahana gəlməmişdir. Tarixi hicrətin... də və
tarixi məsihiyyənin... sənəsində Sultan - Rumun Fransa imdadıyla Rusiyyə ilə davaları olduqda
Ömər bəy ləşkəri-Rusda sərləşkər idi. Ləşkəri-rus mülki-Karsda olan zamanlar Ömər bəy
dövləti-Rusiyyədən rugərdan (incik düşən, üz döndərən - Ş.N.) olub, əsgəri-Rumə mülhəqq oldu.
Dövləti-Rum Ömər bəy məzkuru həman öz mənsəbi və nişanı ilə qəbul edir və məvacib qərar
qılıb, özlərinə sərəsgər etmşidir. Əlan məaliki-Rumda “Yaranan Ömər paşa” ismiylə məşhurdur.
1
Xanbaba xan M.F.Axundovun qızı Nisə xanımın həyat yoldaşı idi. (- Ş.N.).