Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

II hissəyə aid suallar:
– Vasif nə üçün həyəcanlı idi?
– Müəllim Vasifin “2” almasının səbəbini necə izah etdi? (Səbəbləri mətn -
dən seçib, sıra ilə yazın.)
– Evdə müəllimin sözlərinə münasibət necə oldu?
– 2-ci mətndaxili sual.
III hissəyə aid suallar:
– Şagirdlər hara gedirdilər?
– Uzaqdan görünənlər nədən xəbər verirdi?
– Müəllim şagirdləri Vasifin yanına nə üçün gətirmişdi?
– Sizcə, İsmayıl müəllim düşündüklərinin doğru olmadığını an la mış dı mı? Nə
üçün belə hesab edirsiniz?
Qrupların təqdimatı dinlənilir. Mətndaxili sual lar cavablandırılır. Ca vab lar
müzakirə yolu ilə razılaş dırıl dıqdan sonra ümumi müzakirə üçün suallar verilir: 
– Mətnin ideyası nədir? (3-cü tapşırıq yerinə yetirilir.)
– Müəllimin qərarı doğru idimi? Əsaslandırın.
– Vasifin arzusuna münasibətiniz. (Bu, debat şəklində də aparıla bilər.)
Danışma
(St. 1.2.2)
Debat. Şagirdlər iki qrupa bölünərək debat keçirirlər.
I qrup: Gələcək üçün planlar qurarkən reallığı nəzərə almaq lazımdır.
II qrup: Gələcək üçün planlar qurarkən təxəyyülü məhdudlaşdırmaq lazım deyil.
Yazı
(St. 3.1.1)
Tapşırıq 4: “Arzu etdiyim uşaq otağı” mövzusunda təsviri xarak-
terli yazı yazmaq tapşırılır (ev tapşırığı kimi də verilə bilər, amma əvvəlcə
nəzəri məlumatla tanış olmalıdır).
Müəllimin nəzərinə! Şagirdlərə təsviri xarakterli mətnin xüsusiyyətləri olan
vərəq təqdim edilməlidir.
TӘSVİRİ XARAKTERLİ MӘTN
Təsviri xarakterli yazıda hər hansı bir varlığın, hadisənin əsas əla -
mətləri, xüsusiyyətləri təsvir edilir. Məsələn, insan təsvir edilirsə, onun
əsas əlamətləri: boyu, yaşı, gözünün və saçının rəngi; otağın təs vi ri -
dir sə, ölçüsü, divarların hün dürlüyü, interyer, pəncərələrin sayı və s. Bu
tip yazı vasitəsilə oxucu təsvir olu   nan əşyanı təsəvvüründə canlandırır.
Təsviri xarakterli yazılarda:
• insan, heyvan, əşya; 
• təbiətin və insanın halı;
• döyüş səhnəsi, müəyyən proses və s. təsvir oluna bilər.
Adətən, bu tip yazıda varlığın əlamətləri (əgər insandırsa, mənəvi
və əqli keyfiyyətləri), onun yaratdığı təəssürat öz əksini tapır. 
25
FƏRD VƏ CƏMİYYƏT
  Çap üçün deyil


I BÖLMƏ 
26
Təsviri xarakterli yazıya nümunə:
Satıcı əlində balaca bir it tutmuşdu. İtin ağıllı, mehriban gözləri qara
muncuq kimi parıldayırdı. Kiçik pəncələrini mənə sarı uzadır, quy ru -
ğu nu dayanmadan tərpədirdi. İti sanki ağ mərmərdən, gözlərini isə şü -
şədən düzəltmişdilər.
Şagirdlər nəzəri məlumatla tanış olduqdan sonra dərslikdə oxuduqları
“İnşa” mətninin hansı hissələrinin təsviri xarakterli yazı tipinə aid olduğunu
müəy yən ləşdirirlər. (Mətndə təsviri xarakterli yazı tipinə Vasifin inşasını və
atçılıq fer ma sının təsvirini aid etmək olar.)
Dil qaydaları
(St. 4.1.4) 
V sinifdən şagirdlər sözün quruluşca növləri haqqında məlumata
malikdirlər. VI sinifdə əsas nitq hissələrinin quruluşca növləri ilə ayrı-ayrılıqda
tanış olacaqlar. Bu, 4.1.2. (Sözün qrammatik mənasını kontekstə uyğun izah
edir.) və 4.1.4. (Әsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.)
standartlarının reallaşmasına xidmət edir.  
5-ci tapşırıq dil qaydalarının mənimsənilməsi üçün motivasiya xarakteri
daşıyır. 
6-8-ci tapşırıqlar sözün quruluşca növünü müəyyən ləşdirmək bacarığının
inkişafına xidmət edir. 9-cu tapşırığın çətinlik dərəcəsi yüksəkdir. Belə ki, bu-
rada elə sözlər verilmişdir ki, isim düzəldən şəkilçilər birbaşa kökə əlavə
edilməmişdir. Şagirdlərə izah etmək lazımdır ki, sonuncu leksik şəkilçi hansı
nitq hissəsinə əlavə olunubsa, verilmiş isim həmin nitq hissəsindən düzəlmiş
hesab olunur. 10-cu tapşırıq da çətinlik dərəcəsi yüksək olan tapşırıqdır.
Tapşırığın məqsədi praktikadan nəzəri qayda çıxartmaqdan ibarətdir.
Şagirdlər lüğətin köməyi ilə sözlərin yazılışını müəyyənləşdirirlər. Müəllim
şagirdlərin diqqətini şəkilçilərin artırıldığı sözlərin sonuncu samitin növünə
yönəltməlidir. Sözləri sonuncu samitin növünə görə qruplaşdırdıqdan sonra
qanunauyğunluğu müəyyənləşdirirlər.
(St. 4.1.2) 
11-ci tapşırığa əlavə olaraq müəllim “gəlir” sözünü cümlələrdə
isim və feil kimi işlətməyi tapşıra bilər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
  Çap üçün deyil


3-cü dərs. MÖCÜZӘNİN QİYMӘTİ (2 saat)
Motivasiya
Şagirdlərə belə bir mətn oxunur:
Günlərin bir günü meşəyə od düşür. Hamı yanğını söndürməyə
qaçır. Vedrələrlə su daşıyıb ocağı söndürməyə çalışırlar. Bu vaxt gö -
rürlər ki, balaca bir sərçə ağzına su alıb odun üstünə tökür. Heyvanlar
gülüşməyə başlayırlar.
– Ay sərçə, o qədər insan tökülüşüb yanğını söndürə bilmir. Sənin
dimdiyindəki su o boyda yanğına nə edəcək?
Sərçə deyir:
Ola bilər ki, mənim daşıdığım su azdır. Amma mən çətin mə qam -
da öz evimə, ocağıma bacardığım kimi kömək etməyi özümə borc
bilirəm.
Suallar: 
– Heyvanlar nə üçün gülürdü?
– Onlar gülməkdə haqlı idilərmi? Nə üçün?
– Sərçənin cavabının mənasını izah edin.
Oxu
(St. 2.2.2, 2.2.3)
Öyrənirəm – öyrədirəm. Әvvəlcə mətn bütün sinif
tərəfindən səssiz oxunur (səssiz oxu). Sonra sinif qruplara bölünür və
müəllim mətni 3 hissəyə bölərək uşaqlara həmin hissəyə dair suallar tərtib
etməyi tapşırır. 
Mətnin təklif edilən bölgüsü: 
I hissə – ilk üç abzas. 
II hissə – “Siz bircə qiymətini deyin” cümləsi daxil olmaqla. 
III hissə – mətnin sonuna qədər. 
Bu üsul şagirdlərə V sinifdən tanışdır. Hər qrup özünə düşən hissəyə
Standartlar
Təlim nəticələri
2.2.2. Mətni tərkib hissələrinə ayırır.    Mətnin tərkib hissələrinə başlıq verir.
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir.
Mətndəki əsas məqamlarla bağlı sual -
ları cavablandırır.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış
olmadığı sözlərin mənasını şərh edir.
Öyrəndiyi yeni sözləri nitqində məna sı -
na uyğun istifadə edir (cümlələr qurur).
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir. 
Nəqli mətni obrazlardan birinin dilin dən
yazmaqla təhkiyə formasını dəyi şir.
4.1.2. Sözün qrammatik mənasını
kontekstə uyğun izah edir. 
Mənsubiyyət şəkilçili sözləri müəyyən
edir.
27
FƏRD VƏ CƏMİYYƏT
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə