Girish son Layout 1


-ci dərs. MӘKTUB (2 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

5-ci dərs. MӘKTUB (2 saat)
Motivasiya
Müəllim II sinif dərsliyində verilmiş “Şir və siçan” mətnini xatırladır: “Şir bir
siçanı tutur. Siçan yalvarır ki, onu yeməsin, nə vaxtsa şirə xeyri dəyər. Şir
gülür, amma siçanı buraxır. Bir müddət sonra şir ovçunun qurduğu tora düşür.
Siçan gəlib toru dişləri ilə gəmirir və şiri azad edir. Şir vaxtilə siçanın sözlərinə
güldüyü üçün utanır, çünki...” 
Müəllim şagirdlərə tapşırır ki, mətni tamamlasınlar. Deyilən fikirlər müzakirə
olunur, lakin yekunlaşdırılmır.   
Oxu
(St. 2.2.2) 
Şagirdlərə tapşırılır ki, mətni oxusunlar (səssiz oxu). Mətnin tipi
müəyyən olunur (nəqli xarakterli mətn). Sonra mətnin sonunda verilmiş 1 və
2-ci suallar cavablandırılır. Mətnin giriş, əsas və sonluq hissələri müəy yən olu -
nur. Tapşırıq 3: Әsas hissədəki epizodlar məzmuna uyğun başlıqla adlandırılır. 
(St. 2.2.3) 
Bundan sonra müəllim “Son sözü mənə saxla” üsulunu tətbiq edir. 
I addım. Şagirdlərə mətndən onları təəccübləndirən, sevindirən, əsəbi ləş -
dirən və ya kədərləndirən hissəni seçmək və bir kağıza yazmaq tapşırılır. 
II addım. Sonra tapşırılır ki, kağızı çevirib həmin hissəyə şərh yazsınlar.
Yəni onları təəccübləndirən, sevindirən, əsəbiləşdirən və ya kədərləndirənin
nə olduğunu yazsınlar.
III addım. Şagirdlər öz seçdikləri hissələri oxuyurlar. Bir neçə şagird həmin
hissəni şərh edir. Sonda həmin hissəni seçmiş şagirdin şərhləri oxunur. Buna
görə də bu üsul “Son sözü mənə saxla” adlanır. 
Müzakirəyə müəllim də müdaxilə edə bilər. Lakin bunu bir neçə şagird fikir
söylədikdən sonra etmək daha yaxşı olar. Müəllim müzakirə za manı yönəldici
suallar verərək canlanma yarada bilər. Məsələn:
BÖLMƏ I
Standartlar
Təlim nəticələri
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Mətnin hissələrini məzmuna uyğun
baş lıqla adlandırır.
2.2.3. Mətndəki fikir və mülahizələrə
mü nasibət bildirir.
Bədii mətndən seçilmiş hissələrin on -
da yaratdığı hiss və duyğuları şərh edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və
hadisələrlə zənginləşdirir.
Nəqli xarakterli mətnə məzmuna uyğun
yeni epizodlar əlavə edir.
1.2.2. Dinləyən şəxsin əsas fikri və an -
layışları başa düşməsinə kömək etmək
üçün mühüm məqamları vurğulayır.
Təqdimat edərkən fikrini əsaslandır maq
üçün mühüm məqamları vurğu layır.
4.1.2. Sözün qrammatik mənasını kon   -
tekstə uyğun izah edir.
Qeyri-müəyyənlik bildirən təsirlik hal da
olan söz ləri cümlə daxilində iş lə dir və
məna fərqini müəyyənləşdirir.
I BÖLMƏ 
34
  Çap üçün deyil


FƏRD VƏ CƏMİYYƏT
35
1. Nə üçün belə düşünürsünüz?
2. Seçdiyiniz hissədə sizi təsirləndirən nə oldu?
3. Seçdiyiniz hissəni necə dəyişərdiniz? və s.
Yazı
(St. 3.1.2)
Tapşırıq 4: Qruplarla iş. Sinif qruplara bölünür. Hekayəyə yeni
epizodlar əlavə etmək tapşırılır. Yazılacaq hissələr nəqli xarakterli olmalıdır.
Məsələn:
Bu dəfə mavigözlü bir qız məni yerdən qaldırdı. O mənim göz   lərimi
görməsə də, mən onun gözəl gözlərini və o gözlərin dərin li yindəki
kədəri yaxşı görürdüm.  Məni görən kimi əllərini göyə qaldırıb:
Çox şükür, – dedi. –  Allah yetirdi. Bəlkə, bir-iki bulka alıb, qarnımı
doyura bildim.
Qız çörək köşkünə yaxınlaşıb satıcıdan üç bulka istədi. Satıcı bul -
ka ları verib məni ondan alan kimi qız qaçdı. Satıcı arxasınca: “Ay qız,
gəl bu cırıq pulunu götür!” – deyə qışqırdı, amma qız artıq yox idi.
Satıcı məni əlində hirslə əzib pəncərədən qızın dalınca atdı.
Danışma
(St. 1.2.2) 
Qruplar arasında ən yaxşı təqdimat üçün müsabiqə keçirilir. Hər
bir qrup təqdimat edərkən “Bu epizod hekayənin ideyasına yeni nə gətirdi (və
ya ideyanı necə gücləndirdi)?” sualına cavab verməyə çalışır. Dinləyənlər
təqdimatları şərh edir və ona münasibət bildirirlər.
Dil qaydaları
(St. 4.1.2) 
Dərslikdə verilmiş 5-ci tapşırıq motivasiya xarakteri daşıyır. İsmin
halları arasında yalnız yiyəlik və təsirlik halın qeyri-müəyyənlik bildirən for -
masının olması vurğulanır. Dərslikdə verilmiş 6-8-ci tapşırıqlar yerinə yetiri lir.
Әlavə tapşırıq:
Qeyri-müəyyənlik bildirən təsirlik halda olan isimləri aid olduqları sözlə
birlikdə seçin.
1. O, tez-tez əyilib fətir götürən qızını gözaltı süzürdü.
2. Səbinə stolun üstünə ağ süfrə saldı, sinidə çay, mürəbbə gətirdi.
4. Biz, qələm sahibləri gözəl əsərlər, maraqlı şeirlər, hekayələr  yarat malı -
yıq ki, balaca balalarımız oxusunlar.
5. Mən kollardan böyürtkən dərərək ağzıma atırdım.
6. Gülnaz qardaşı ilə bir qabdan xörək yeyirdi.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
  Çap üçün deyil


I BÖLMƏ 
36
6-cı dərs. “SӘNİN KİMİ OLACAĞAM...” (3 saat)
Motivasiya
Beyin həmləsi. Müəllim aforizmlər yazılmış vərəqləri bir-bir lövhədən asır:
1.
Sual: Sizcə, nöqtələrin yerinə hansı söz yazılmalıdır?
Çox güman ki, müxtəlif variantlar (paltar, yorğan, ayaq, pul, baş sözləri də
ola bilər) səslənəcək. Bütün variantlar lövhədə yazılır. Daha sonra 2-ci aforizm
yazılmış vərəq asılır.
2.
Müəllim: Burada da həmin söz yazılmalıdır.
Yenə də variantlar səslənir və lövhədə yazılır. Müəllim növbəti vərəqəni
asır:
3.
Müəllim bir daha bildirir ki, hər bir aforizmdə nöqtələrin yerinə eyni söz
yazılmalıdır. Bu dəfə yeni variantlar səsləndikdən sonra əvvəlki siyahıdan hər
üç aforizmə uyğun gəlməyənlər silinir.
Müəllim yeni aforizmlər asmaqla prosesi davam etdirir. Hər dəfə siyahıdan
uyğun gəlməyən sözlər silinir:
4. 
5.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki hadisələrin davamını proq -
noz laşdırarkən müvafiq hissədəki mü -
hüm məqamlardan çıxış edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir.
Müvafiq lüğətlərdən istifadə etməklə
məsəlin etimologiyasını açıqlayır.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əlaqələndirir. 
Nəqli xarakterli yazı yazarkən giriş,
əsas, sonluq hissələri əlaqələndirir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkil -
də ümumiləşdirir.
Dinlədiyi mətndəki hadisələri ümumi -
ləş dirməklə mətnin ideyasını müəyyən
edir.
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir.
Şəkilçi qəbul etmiş bəzi ikihecalı söz -
lərdə saitin düşməsi ilə bağlı qaydaları
yazısında tətbiq edir.
Rahat yatmaq istəyirsənsə, yatağa təmiz ...la uzan. (Benjamin Franklin)
... qanundan da şiddətli cəzalar verir. (Sir Publili)
İçimizdəki ən böyük hakimin adı ...dır. (A.Cerard)
... güzgü kimidir, heç vaxt aldatmır. (Corc Vaşinqton)
Ləkəli ... insanı qorxaq edir. (Atalar sözü)
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə