08
Maraqlıdır ki, abidənin müasir naĢirləri də bəzən eyni yolla getmiĢ,
mənasını bilmədikləri bəzi sözləri ya kontekstdə uyğun, ya da yazılıĢca
oxĢar digər bir sözlə əvəzləmiĢ, yaxud da günahı katıb üzərinə ataraq
yanlıĢ yazıldığını əsas gətirməklə müvafiq bildikləri variant üzərində da-
yanmıĢlar. Dil faktları üzərində hərtərəfli araĢdırmalar isə göstərir ki,
əsərin dilində mənası anlaĢılmayan söz və ya ifadələr iĢlədilməmiĢdir.
Sadəcə, həmin mübahisəli məqamlar göstərilən amillər nəzərə alınmaqla
məzmun kontekstinə uyğun tarixi aspektdə tədqiq edildikcə ilkin anlam
dəqiqləĢdirilərək üzə çıxarıla bilir.
Türk bədii təfəkkürünün ən möhtəĢəm abidəsi sayılan “Dədə Qor-
qud kitabı”na olan maraq son dövrlərdə nəzərə çarpacaq dərəcədə yük-
səlmiĢ və bir çox elm sahələrinin tədqiqat obyektinə çevrilmiĢdir. Minil-
liklərin tarixi yaddaĢını özündə əks etdirən bu monumental eposla bağlı
fikir və düĢüncələrin obyektivliyi, sözsüz, mətnin düzgün oxunuĢundan
və bu əsasda elmi Ģərhindən asılıdır. MüĢahidələrimiz göstərir ki, bəzi
hallarda yanlıĢ oxunuĢ əsası olmayan mülahizələrin irəli sürülməsinə Ģə-
rait yaratmıĢ, ulu Qorqud kəlamının təhrifinə imkan açmıĢdır. Odur ki
oğuz türkcəsində əski əlifba ilə yazıya köçürülmüĢ bu boylar toplusunun
əslinə uyğun oxunub açıqlanması mühüm bir problem kimi hələ də öz
aktuallığını saxlamaqdadır. O.ġ.Gökyay, H.Araslı, M.Ergin, ġ.CəmĢidov,
F.Zeynalov-S.Əlizadə, S.Tezcan-H.Boeschoten və digər tanınmıĢ tədqi-
qatçıların dəyərli nəĢrləri olmasına baxmayaraq, bu istiqamətdə aparılan
araĢdırmalar davam etdirilməkdə, yeni oxunuĢ variantları iĢıq üzü gör-
məkdədir. Lakin yarandığı, formalaĢdığı, ilk dəfə yazıya alındığı və son-
radan üzü köçürüldüyü dövrlərin dil və üslub xüsusiyyətlərini özündə
müvazi Ģəkildə yaĢadan bu əvəzsiz abidənin bədii mətnində fikir ayrılığı-
na səbəb olan mübahisəli məqamlar hələ də qalmaqdadır. Buna görə də
kompüter texnologiyasının imkanlarından istifadə edərək Drezden nüsxə
variantını səhifələr üzrə əks etdirib (səhifələrin nömrəsi səhifənin baĢlan-
ğıcında mərkəzdə, sətirlərin sırası isə sətrin baĢında göstərilir), hər bir
sətrin qarĢısında müasir əlifba ilə transkripsiya olunmuĢ oxunuĢunu ver-
məklə mövcud problemin daha optimal həllinə nail olmaq istərdik. DüĢü-
nürük ki, bu üsul mövcud oxunuĢların ilkin variantla müqayisə edilməsi-
ni sadələĢdirəcək və yürüdülmüĢ mülahizələrdən hansının doğru olduğu-
na oxucunu inandırmaqda yardımçı rolunu oynayacaq.
09
Burada incə bir yanaĢmanı qabartmaq istərdik. Drezden nüsxəsi
152 səhifədən (titul səhifəsi daxil olmaq Ģərti ilə), hər səhifəsi 2 sütun və
hər sütunu 13 (sonuncu sütunu 8) sətirdən ibarət kitabdır. Buna görə də
O.ġ.Gökyay və S.Tezcan-H.Boeschoten nəĢrlərində sütunlar, yanında a
və b iĢarələri qoyulmaqla eyni səhifələr üzrə nömrələnmiĢdir. M.Ergin,
ġ.CəmĢidov, F.Zeynalov-S.Əlizadə nəĢrlərində isə hər sütun müstəqil sə-
hifə nömrəsi kimi verilmiĢdir. Birinci nömrələnmə akademik nəĢrlər
üçün daha məqbul sayılsa da, sadəlik baxımından ikinci nömrələnmə va-
riantını seçim etdik.
Həmçinin oxunuĢ zamanı bəzi mübahisəli məqamlara aydınlıq gə-
tirmək üçün yeri düĢdükcə Vatikan nüsxə variantına müraciət olunmuĢ
və buraxıldığı güman edilən söz, söz birləĢməsi və ya cümlələr < > iĢarə-
si daxilində verilmiĢdir. Eyni zamanda, son nüsxə katibinin üzündən kö-
çürmə prosesində yol verdiyi səhvlərin nəticəsi olaraq yanlıĢ getmiĢ bəzi
məqamlar [ ] iĢarəsi içərisində göstərilmiĢdir. Drezden nüsxəsində qırmı-
zı rənglə yazlmıĢ söz və ifadələr isə “yağlı” qara hərflərlə nəzərə çarpdı-
rılmıĢdır. Təqdim olunan oxunuĢda əvvəlki nəĢrlərin uğurlarından və ye-
ni tədqiqatların nəticələrindən də faydalanılmıĢdır. Üzərində nömrələn-
mıĢ
[ ]
iĢarəsi qoyulan sözlər, deyimlər və soylama parçaları tədqiqatın
“ġərhlər” bölümündə ətraflı açıqlanmıĢdır. Təhlil göstərir ki, üzü köçürü-
lənə qədər keçdiyi bütün dövrlərin zəngin dil elementlərini qoruyub mü-
vazi Ģəkildə yaĢadan bu monumental abidənin əslinə uyğun oxunub açıq-
lanmasında hər bir konkret sözün, ifadənin xüsusi yeri və çəkisi vardır.
Odur ki eposu sətir-sətir, söz-söz yenidən müqayisəli Ģəkildə nəzərdən
keçirməklə qorqudĢünaslıqda mübahisəli sayılan əksər məqamlara bir ay-
dınlıq gətirmək istərdik.
21
EPOSUN MÜQƏDDĠMƏ HĠSSƏSĠNĠN
ƏSKĠ YAZILIġI VƏ TRANSKRĠPSĠYASI
1
K Ġ T A B Ġ - D Ə D Ə M Q O R Q U D
Ə L A L Ġ S A N Ġ - T A Y Ġ F E Y Ġ - O Ğ U Z A N*
20
2
1
Bismillah ir-rəhman ir-rəhim və bini nəstəin.
2
Rəsul əleyhissəlam zamanına yaqın
[1]
Bayat boyından Qorqut ata
3
derlər bir ər qopdı. Oğuzuñ ol
[2]
kiĢi tamam bilicisiydi. Nə dersə,
4
olurdı. Ğayibdən dürlü xəbər söylərdi. Haq Taala anıñ köñlünə
5
ilham edərdi. Qorqut ata ayıtdı: “Axır zamanda xanlıq gerü
6
Qayıya dəgə, kimsənə əllərindən almaya, axır zaman olub qiyamət
7
qopunca”. Bu dedügi Osman nəslidir, iĢdə sürülüb gedə yorır
[3]
.
8
Və dəxi neçə buña bəñzər söz söylədi. Qorqut ata Oğuz qövmünüñ
9
müĢkilini həll edərdi. Hər nə iĢ olsa, Qorqut ataya
10
tanıĢmayınca iĢləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi,
11
sözün tutub tamam edərlərdi. Dədə Qorqut soylamıĢ:
12
– Allah-Allah deməyincə iĢlər oñmaz. Qadir Tañrı
[4]
verməyincə ər
bayımaz.
13
Əzəldən yazılmasa, qul baĢına qəza gəlməz. Əcəl vədə irməyincə
Dostları ilə paylaş: |