Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   2   3   4   5   6   7   8   9   ...   33

08
 
 
Maraqlıdır ki, abidənin müasir naĢirləri də bəzən eyni yolla getmiĢ, 
mənasını bilmədikləri bəzi sözləri  ya kontekstdə uyğun,  ya da  yazılıĢca 
oxĢar  digər  bir  sözlə  əvəzləmiĢ,  yaxud  da  günahı  katıb  üzərinə  ataraq 
yanlıĢ yazıldığını əsas gətirməklə müvafiq bildikləri variant üzərində da-
yanmıĢlar.  Dil  faktları  üzərində  hərtərəfli  araĢdırmalar  isə  göstərir  ki, 
əsərin  dilində  mənası  anlaĢılmayan  söz  və  ya  ifadələr  iĢlədilməmiĢdir. 
Sadəcə, həmin mübahisəli məqamlar göstərilən amillər nəzərə alınmaqla 
məzmun kontekstinə uyğun tarixi aspektdə tədqiq edildikcə ilkin  anlam 
dəqiqləĢdirilərək üzə çıxarıla bilir. 
Türk  bədii  təfəkkürünün  ən  möhtəĢəm  abidəsi  sayılan  “Dədə  Qor-
qud  kitabı”na  olan  maraq  son  dövrlərdə  nəzərə  çarpacaq  dərəcədə  yük-
səlmiĢ və bir çox elm sahələrinin tədqiqat obyektinə çevrilmiĢdir. Minil-
liklərin  tarixi  yaddaĢını  özündə  əks  etdirən  bu  monumental  eposla  bağlı 
fikir  və  düĢüncələrin  obyektivliyi,  sözsüz,  mətnin  düzgün  oxunuĢundan 
və  bu  əsasda  elmi  Ģərhindən  asılıdır.  MüĢahidələrimiz  göstərir  ki,  bəzi 
hallarda yanlıĢ oxunuĢ əsası olmayan mülahizələrin irəli sürülməsinə Ģə-
rait  yaratmıĢ,  ulu  Qorqud  kəlamının  təhrifinə  imkan  açmıĢdır.  Odur  ki 
oğuz türkcəsində əski əlifba ilə yazıya köçürülmüĢ bu boylar toplusunun 
əslinə  uyğun  oxunub  açıqlanması  mühüm  bir  problem  kimi  hələ  də  öz 
aktuallığını saxlamaqdadır. O.ġ.Gökyay, H.Araslı, M.Ergin, ġ.CəmĢidov, 
F.Zeynalov-S.Əlizadə,  S.Tezcan-H.Boeschoten  və  digər  tanınmıĢ  tədqi-
qatçıların dəyərli nəĢrləri olmasına baxmayaraq, bu istiqamətdə  aparılan 
araĢdırmalar  davam  etdirilməkdə,  yeni  oxunuĢ  variantları  iĢıq  üzü  gör-
məkdədir. Lakin yarandığı, formalaĢdığı, ilk dəfə yazıya alındığı və son-
radan  üzü  köçürüldüyü  dövrlərin  dil  və  üslub  xüsusiyyətlərini  özündə 
müvazi Ģəkildə yaĢadan bu əvəzsiz abidənin bədii mətnində fikir ayrılığı-
na  səbəb  olan  mübahisəli  məqamlar  hələ  də  qalmaqdadır.  Buna  görə  də 
kompüter texnologiyasının imkanlarından istifadə edərək Drezden nüsxə 
variantını səhifələr üzrə əks etdirib (səhifələrin nömrəsi səhifənin baĢlan-
ğıcında  mərkəzdə,  sətirlərin  sırası  isə  sətrin  baĢında  göstərilir),  hər  bir 
sətrin qarĢısında müasir əlifba ilə transkripsiya olunmuĢ oxunuĢunu ver-
məklə mövcud problemin daha optimal həllinə nail olmaq istərdik. DüĢü-
nürük ki, bu üsul mövcud oxunuĢların ilkin variantla müqayisə edilməsi-
ni sadələĢdirəcək və yürüdülmüĢ mülahizələrdən hansının doğru olduğu-
na oxucunu inandırmaqda yardımçı rolunu oynayacaq.  


09
 
 
Burada  incə  bir  yanaĢmanı  qabartmaq  istərdik.  Drezden  nüsxəsi 
152 səhifədən (titul səhifəsi daxil olmaq Ģərti ilə), hər səhifəsi 2 sütun və 
hər sütunu 13 (sonuncu sütunu 8) sətirdən ibarət kitabdır. Buna görə  də 
O.ġ.Gökyay  və  S.Tezcan-H.Boeschoten  nəĢrlərində  sütunlar,  yanında  a 
və  b  iĢarələri  qoyulmaqla  eyni  səhifələr  üzrə  nömrələnmiĢdir.  M.Ergin, 
ġ.CəmĢidov, F.Zeynalov-S.Əlizadə nəĢrlərində isə hər sütun müstəqil sə-
hifə  nömrəsi  kimi  verilmiĢdir.  Birinci  nömrələnmə  akademik  nəĢrlər 
üçün daha məqbul sayılsa da, sadəlik baxımından ikinci nömrələnmə va-
riantını seçim etdik.  
Həmçinin  oxunuĢ  zamanı  bəzi  mübahisəli  məqamlara  aydınlıq  gə-
tirmək  üçün  yeri  düĢdükcə  Vatikan  nüsxə  variantına  müraciət  olunmuĢ 
və buraxıldığı güman edilən söz, söz birləĢməsi və ya cümlələr < > iĢarə-
si daxilində verilmiĢdir. Eyni zamanda, son nüsxə katibinin üzündən kö-
çürmə prosesində yol verdiyi səhvlərin nəticəsi olaraq yanlıĢ getmiĢ bəzi 
məqamlar [ ] iĢarəsi içərisində göstərilmiĢdir. Drezden nüsxəsində qırmı-
zı rənglə yazlmıĢ söz və ifadələr isə “yağlı” qara hərflərlə nəzərə çarpdı-
rılmıĢdır. Təqdim olunan oxunuĢda əvvəlki nəĢrlərin uğurlarından və ye-
ni  tədqiqatların  nəticələrindən  də  faydalanılmıĢdır.  Üzərində  nömrələn-
mıĢ 
[  ] 
iĢarəsi  qoyulan  sözlər,  deyimlər  və  soylama  parçaları  tədqiqatın 
“ġərhlər” bölümündə ətraflı açıqlanmıĢdır. Təhlil göstərir ki, üzü köçürü-
lənə qədər keçdiyi bütün dövrlərin zəngin dil elementlərini qoruyub mü-
vazi Ģəkildə yaĢadan bu monumental abidənin əslinə uyğun oxunub açıq-
lanmasında  hər  bir  konkret  sözün,  ifadənin  xüsusi  yeri  və  çəkisi  vardır. 
Odur  ki  eposu  sətir-sətir,  söz-söz  yenidən  müqayisəli  Ģəkildə  nəzərdən 
keçirməklə qorqudĢünaslıqda mübahisəli sayılan əksər məqamlara bir ay-
dınlıq gətirmək istərdik.
 
 
 
 
 
 
 
 
 


21
 
 
EPOSUN MÜQƏDDĠMƏ HĠSSƏSĠNĠN 
ƏSKĠ YAZILIġI VƏ TRANSKRĠPSĠYASI 
 
 
 
 
 
 
 

 
 
 
K Ġ T A B Ġ - D Ə D Ə M  Q O R Q U D 
Ə L A  L Ġ S A N Ġ - T A Y Ġ F E Y Ġ - O Ğ U Z A N*  
 
  
 
 
 
 
 
 
 
 
 


20
 
 

 
1
Bismillah ir-rəhman ir-rəhim və bini nəstəin. 
 
 
2
Rəsul əleyhissəlam zamanına yaqın
[1]
 Bayat boyından Qorqut ata 
 
              
3
derlər bir ər qopdı. Oğuzuñ ol
[2]
 kiĢi tamam bilicisiydi. Nə dersə, 
 
 
 
4
olurdı. Ğayibdən dürlü xəbər söylərdi. Haq Taala anıñ köñlünə  
 
  
5
ilham edərdi. Qorqut ata ayıtdı: “Axır zamanda xanlıq gerü 
 
 
 
6
Qayıya dəgə, kimsənə əllərindən almaya, axır zaman olub qiyamət  
 
 
7
qopunca”. Bu dedügi Osman nəslidir, iĢdə sürülüb gedə yorır
[3]

 
 
8
Və dəxi neçə buña bəñzər söz söylədi. Qorqut ata Oğuz qövmünüñ 
 
 
9
müĢkilini həll edərdi. Hər nə iĢ olsa, Qorqut ataya 
 
 
10
tanıĢmayınca iĢləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi
 
 
11
sözün tutub tamam edərlərdi. Dədə Qorqut soylamıĢ: 
 
 
 
12
  –  Allah-Allah  deməyincə  iĢlər  oñmaz.  Qadir  Tañrı
[4]
  verməyincə  ər 
bayımaz. 
 
 
13
Əzəldən yazılmasa, qul baĢına qəza gəlməz. Əcəl vədə irməyincə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə