Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   2   3   4   5   6   7   8   9   ...   33

05
 
 
Ümumiyyətlə, bizim üzərində dayandığımız və dayanmadığımız di-
gər  Topqapı  mətn  parçalarına  münasibət  bildirən  böyük  folklorĢünas 
M.Təhmasib  belə  bir  fikrə  gəlir:  “Aydın  bir  Ģəkildə  görünür  ki,  bunlar 
eyni tarixi və yaxud əfsanəvi Ģəxsiyyət haqqında baĢqa-baĢqa dastançıla-
rın yaratmıĢ olduqları surətlərdir” (87, 127).  
Deməli,  daha  qədim  çağlarda  yaradılmıĢ  “Dədə  Qorqud”  eposu 
oğuz etnosunun yaĢadığı bütün məkanlarda Ģifahi Ģəkildə yayılaraq müx-
təlif variantlara düĢmüĢ və yazıya alınmaqla Azərbaycan mühitində for-
malaĢma  variantı  Drezden  nüsxəsi,  Anadolu  məkanında  formalaĢma  va-
riantı isə Vatikan nüsxəsi Ģəklini almıĢdır. Drezden nüsxəsinin dil və üs-
lubunun Azərbaycan, Vatikan nüsxəsinin isə Anadolu türkcəsinə uyğun-
luğu da məhz bu faktla bağlıdır. Oğuz zamanının düĢüncə və həyat tərzi-
ni  əks  etdirən  bu  epos  mükəmməl  variantda  Drezden  nüsxəsi  Ģəkilində 
zəmanəmizə gəlib çatsa da, müxtəlif yazılı mənbələrdə rast gəlinən mətn 
parçaları göstərir ki, dastan qəhrəmanlarının fərqli Ģəkildə təsvir olundu-
ğu hekayələr də mövcud olmuĢdur. Bu faktların müqayisəli təhlili Drez-
den  əlyazmasının  məhz  Azərbaycan  xalqının  formalaĢdırdığı  dastan  va-
riantı olduğu qənaətinə gəlməyə əsas verir. 


06
 
 
BƏZĠ QEYDLƏR 
 
Böyük bir zaman axarında monumental epos kimi formalaĢıb I mi-
nilliyin  sonu  –  II  minilliyin  əvvəllərində  yazıya  alındığı  ehtimal  olunan 
Dədə  Qorqud  boyları  dövrümüzə  ilkin  nüsxədə  deyil,  XV-XVI  əsrlərdə 
yenidən  üzü  köçürülmüĢ  2  variantda  gəlib  çatmıĢdır  ki,  bunlardan  mü-
qəddimə daxil olmaqla yalnız 6 boyu əhatə edən Vatikan nüsxəsi ilə mü-
qayisədə, 12 boyu əks etdirən Drezden nüsxəsi istər məzmun, istərsə  də 
dil və üslub baxımından daha mükəmməl sayılmaqdadır. Məhz buna görə 
də  abidənin  Drezden  nüsxə  variantını  əsas  götürən  araĢdırıcılar  katib 
əməyini yüksək qiymətləndirmiĢ, onun üzünü köçürdüyü daha qədim əl-
yazma  nüsxəsinə  sadiq  qaldığını  xüsusi  olaraq  vurğulamıĢlar.  Bunu 
Drezden  nüsxəsinin  əsas  məziyyəti  kimi  dəyərləndirən  S.Əlizadə  ilkin 
mətnə katib müdaxiləsini, demək olar ki, birmənalı Ģəkildə istisna edərək 
yazır: “Dil və üslub baxımından Drezden nüsxəsi ədəbi imitasiya və “sti-
lizə” faktlarından və ya ədəbi redaktə təĢəbbüslərindən uzaqdır” (61, 15). 
Müəllifin  fikrincə,  katib  “isnad  olunan  əlyazma  nüsxəsinin  dil  və  imla 
koloritini  əsasən  saxlamıĢ”,  mətni  köçürüldüyü  dövrün  “ədəbi  dil  xüsu-
siyyətlərinə uyğunlaĢdırmamıĢdır”. Nüsxə katibinin yol verildiyi ara-sıra 
mexaniki  qüsurları  isə  “eyni  sözün  müxtəlif  imla  variantında  yazılması-
na,  əlyazmada  nöqtənin  yerinə  qoyulmamasına,  sürətli  yazı  nəticəsində 
hecanın, sözün, hətta “Bəkil oğlu Əmran boyu”nda bütöv cümlənin tək-
rarən  yazıldığına,  bəzən  də  sözün  ötürüldüyünə  (buraxıldığına)”  təsadüf 
edilməsinə görə qruplaĢdırmaqla görkəmli alim onları “Ģəffaf” nöqsanlar 
kimi səciyyələndirmiĢdir (61, 15). 
Abidənin  əvəzsiz  naĢirlərindən  sayılan  O.ġ.  Gökyay  buraxılmıĢ 
nöqsanları belə xarakterizə edir: 
a)
 
eyni bir söz hətta eyni sətirdə müxtəlif imlalarda yazılmaqdadır; 
b)
 
bunlardan bir bölügü ya anlam baxımından yanlıĢ, ya da anlam-
sızdır; 
c)
 
bəzi yerlərdə ya sözlər, ya da cümlələr buraxılmıĢdır; 
ç) anlaĢılmayan söz və cümlələr vardır (105, 92)  
Mövcud nəĢrlərdə qarĢıya çıxan xətaları Drezden nüsxə katibinə və 
abidənin naĢir və araĢdırıcılarına məxsus olmaqla 2 baĢlıqda qruplaĢdıran 
O.F.Sertkayanın fikirləri bədii mətnin əslinə uyğun düzgün oxunub açıq-
lanmasında  nəzərə  alınması  vacib  görülən  mülahizələrə  aid  edilə  bilər. 


07
 
 
AraĢdırma  göstərir  ki,  Dresden  nüsxə  katibinə  məxsus  nöqsanların  üzə 
çıxarılması baxımından bu mülahizələr olduqca önəmlidir. Görkəmli qor-
qudĢünas  incəliyinə  qədər  izlədiyi  həmin  nöqsanları  aĢağıdakı  Ģəkildə 
qruplaĢdırır: 
1.
 
Ġmlada bir sözün baĢqa söz yerinə iĢlənilməsi; 
2.
 
 Ġmlada artıq hərf və ya heca yazılması üzündən sözün yanlıĢ iĢlə-
nilməsi; 
3.
 
 Ġmlada əksik hərf və ya heca yazılması üzündən sözün yanlıĢ iĢ-
lənilməsi; 
4.
 
Ġmlada  hərflər  üzərində  nöqtələrin  yerində  qoyulmaması  üzün-
dən sözün yanlıĢ iĢlənilməsi (111, 132).  
Sözsüz,  bu  nöqsanların  bir  qismi  sürətli  üzündən  köçürmə  prose-
sinin  və  S.Əlizadənin  qeyd  etdiyi  kimi,  “katib  yorğunluğunun  nəticəsi” 
(61, 15) kimi üzə çıxırsa, bir qismi istinad edilən ilkin nüsxənin yazıldığı 
dövrlə bizə gəlib çatmıĢ sonuncu nüsxəni  köçürən katibin  yaĢadığı dövr 
arasında böyük zaman məsafəsinin keçməsi ilə əlaqəlidir. Həqiqətən, di-
gər tədqiqatçıların da nəzərindən yayınmayan imla səhvləri: söz daxilin-
də hərfin buraxılması və ya əlavə hərfin yazılması, hərf üzərində nöqtələ-
rin yerində qoyulmaması, unudulması və ya artıq qoyulması, cümlə daxi-
lində sözün buraxılması, yaxud yerinə mexaniki Ģəkildə əvvəlki sətirdəki 
sözün təkrar yazılması kimi xarakterik nöqsanlara təsadüf etmək olur ki, 
bunların da tekstoloji baxımdan izahı ciddi problem yaratmır. Lakin kati-
bin mətnə müdaxilə etməməsi və əsərin dilində anlaĢılmayan söz və ifa-
dələrin iĢlədilməsi ilə bağlı fikirlərlə razılaĢmaq çətindir. Çoxsaylı faktlar 
bunu sübut edir ki, əksər orta əsr katibləri kimi, Drezden nüsxə katibi də 
mətnə  müdaxilə  etməkdən çəkinməmiĢdir. Ġlkin mətnə edilən katib  mü-
daxiləsini bu Ģəkildə təsnif etmək mümkündür: 
1)  “Kitaba”a  daxil  edilmiĢ  6  boyun  sonunda  Dədə  Qorquda  aid 
yumların – xeyir-duaların buraxılması; 
2) artıq əsərin üzü köçürüldüyü dövr üçün arxaikləĢərək iĢləklikdən 
düĢmüĢ  bəzi  söz  və  ifadələrin  ya  türk  mənĢəli,  ya  da  ərəb-fars  mənĢəli 
müasir qarĢılığı ilə əvəzlənməsi;  
3)  izah  məqsədilə  bəzi  arxaizmlərin  qarĢısında  müasir  qarĢılığının 
yazılması; 
4) mənası aydın olmayan bəzi arxaizmlərin bilərəkdən buraxılması. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə