Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   2   3   4   5   6   7   8   9   ...   33

8
 
 
Soylama 1. 

 
Yüksək-yüksək qara tağdan taĢ yuvalansa, 
Qaba öñcəm – oyluğum qarĢu tutan Qazan ər idim. 
Firon ĢıĢlər yükəlib yerdən çıqsa, 
Qaba öñcəmlə pərçin qılan Qazan ər idim. 
Qaba-qaba bəglər oğlı ğovğa qılsa, 
Qamçı salub tökdürən Qazan ər idim. 
Yuca tağları tuman tursa,  
qara pusarıq dolı qopsa, 
Qaraqoçımın qulağı görünməz olsa,  
Qayrı ərən qılağuzsız yol yañılsa, 
Qılağuzsız yol baĢaran Qazan ər idim. 
Yedi baĢlu əjdərhaya yetüb vardım. 
Heybətindən sol gözüm yaĢardı. 
Hey gözüm, namərd gözüm, müxənnət gözüm. 
Bir yılandan nə var ki, qorxduñ! – dedim. 
Anada dəxi “ərəm, bəgəm” deyü ögünmədim.  
Ögünən ərənləri xoĢ görmədim. (D-277, 12 – 278, 10) 
 
Soylama 2. 

 
 Arqıç qırda yayqanar Əmman dənizində 
Sarp yerlərdə yapılmıĢ kafir Ģəhri. 
Sağa-sola çırbındı urar yüzgiçiləri,  
Su dibində dönər bəhriləri,  
“Tañrı mənəm” deyü su dibində çığruĢur asiləri. 
Öñün qoyub tərsin oqur qızı, gəlini. 
 Altun ağıq oynar sancıd anıñ bəgləri. 
Altı qatla Oğuz vardı, alımadı ol qalayı. 
Altı baĢ ərlə mən Qazan vardım,  
Altı günə qomadım, anı aldım. 
Kəlisasın yıqub, yerinə məscid yapdım, bañ bañlatdım. 
Qızını, gəlinini ağ köksümdə oynatdım. 
Bəglərin qul etdim. 
Anda dəxi “ərəm, bəgəm” deyü ögünmədim. 
Ögünən ərənləri xoĢ görmədim . (D-278, 13 – 279, 9) 
 


9
 
 
Soylama 3. 

 
Arqıc qırda döndərdigim, mərə kafir, səniñ babañ, 
ġəqaqına emrendügüm səniñ qızıñ, gəliniñ. 
Ağca qala Sürməlidə at oynatdım,  
Atla Qarun elinə çapqun yetdim
Aq hisar qalasınıñ bürcin yıqdım. 
Ağ aqça gətürdilər, “puldur” dedim. 
Qızıl-altun gətürdilər, “baqırdır” dedim. 
Ala gözül qızın, gəlinin gətürdilər, aldanmadım. 
Kəlisasın yıqdım, məscid yapdım. 
Altunı, gümüĢi yağmalatdım. 
Anda dəxi “ərəm, bəgəm” deyü ögünmədim. 
Ögünənləri xoĢ görmədim. (D-279, 12 – 280,6) 
Yersiz  mənəm-mənəmliyi,  öyünməyi  igidə  yaraĢmayan  bir  key-
fiyyət kimi səciyyələndirən Topqapı və “Kitab” soylamalarının müxtəlif 
ozanlar  tərəfindən  fərqli  variantlarda  söyənildiyi  mübahisəzdir.  Bundan 
əlavə,  Topqapı  mətnin  alliterasiya  əsasında  qurulmuĢ  ikinci  hissəsi  ilə 
abidənin  eyni  biçimdə  getmiĢ  aĢağıdakı  soylama  parçası  arasında  da 
müəyyən variativlik vardır: 
“Biñ-biñ ərdən yağı gördümsə, oyunum dedim. 
Yigirmi biñ ər yağı gördümsə, yiləmədim. 
Otuz biñ ər yağı gördümsə, ota saydım. 
Qırq biñ ər gördümsə, qıya baqdım. 
Əlli biñ ər gördümsə, əl vermədüm. 
AltmıĢ biñ ər gördümsə, aytıĢmadım. 
Səksən biñ ər gördümsə, səksənmədim. 
Doqsan biñ yağı gördümsə, donanmadım.  
Yüz biñ ər gördümsə, yüzüm dönmədüm.” (D-277, 1-6). 
Müqayisə  etdikdə  “Kitab”da  ilk  iki  və  “yetmiĢ  bin”  sayı  ilə  bağlı 
misraların buraxıldığı, digər misralarda isə fərqli yanaĢmanın ifadə olun-
duğu müĢahidə olunur. Belə ki, on mindən baĢlayaraq müvafiq ardıcıllıq-
la  iĢlənmiĢ  sayların  “öyünüm  demedim”  –  “oyunum  dedim”,  “yerinme-
dim” – “yiləmədim”, “utanmadım” – “ota saydım”, “kıpınmadım” – “qı-
ya baqdım”, “alpım demədim” – “aytıĢmadım”, “dolanmadım” – “donan-
madım”  kimi  bir-birindən  seçilən  hökmlər  üzərində  qurulduğunu  görü-


01
 
 
rük.  Yalnız  səksən  min  və  yüz  min  sayları  ilə  baĢalayan  misralar  eyni 
fikir üzərində qurlmuĢdur. 
Bu  variativlik  XVII  əsr  tarixçisi  Əbülqazi  Bahadır  xan  tərəfindən 
yazıya alınaraq Qazan xanı yenilməz əvsanəvi qəhrəman kimi mədh edh 
edən bir Qorqud nəğməsində daha qabarıq Ģəkildə nəzərə çarpır. Artıq öz 
dövrünə uyğun formada nəzmə çəkilmiĢ bu 7 bəndlik bədii mətndən iki-
sini gözdən keçirməklə onların eyni qaynaqdan bəhrələndiyinə tam əmin 
olmaq mümkündür:  
Kazğurt tağdın ünkür taĢnı yuğarlatdı 
Salur Kazan utru barıb karbap tutdı 
Ġt Beçene körüb anı isi kitdi 
Alplar Bigler kören bar mı Kazan kibi. 
 
Kök asmandın inip keldi tinnin yılan 
Her ademni yutar irdi köyen zaman 
Salur Kazan baĢın kesdi bermey aman 
Alplar Bigler kören bar mı Kazan kibi. (100, 209-210) 
FormalaĢma baxımından zaman, mühit və janr fərqləri olsa da, hər 
üç mənbədə Qazan xanla bağlı eyni məlumatlar verilir. Qazan xan: 
–  qıpçaqlarla  (beçeneklərlə),  eləcə  də  kafirlərlə  amansız  döyüĢlər 
keçirmiĢ yenilməz qəhrəmandır; 
– elə bir igiddir ki,  yüksək dağdan  yuvarlanan  daĢın qarĢısını  dizi 
ilə kəsə bilmiĢdir; 
– göydən enən əĢdaha ilə vuruĢaraq ona qalib gəlməyi bacarmıĢdır. 
Buna  baxmayaraq,  “Kitab”la  müqayisədə  Qazan  xanla  bağlı  digər 
məlumatlarda  variativliyə  yol  verilmiĢdir.  Əgər  Topqapı  mətnində  və 
“Kitab”da Qazan xan “UlaĢ oğlu” kimi təqdim edilirsə, Əbülqazidə “En-
keĢ oğlı” kimi bəhs olunur (100, 215). Həmçinin eposda onun xanımının 
adı  “Boyu  uzun  Burla  xatun”  kimi,  Əbülqazidə  uca  boyu  ilə  seçilən 
“Altun Közəki” (100, 228) kimi verilir. Eləcə də Bamsı Beyrəyin xanımı 
Banı Çiçək “Türkmənlərin soy kitabı”nda “Barçın Salur” (100, 228) adı 
ilə  təqdim  olunur  ki,  bu  da  məhz  həmin  igidlərin  adı  ilə  bağlı  boyların 
variativliyndən irəli gəlir.  
Burada baĢqa bir məqama diqqət yetirməyi lazım bilirik. Əbülqazi 
Bahadır  xan  Qazan  xanın  anası  ilə  bağlı  belə  bir  hadisə  nəql  edir:  “O 
zamanlar Beçenə elində Toymadık adlı hökmdar vardı. O gəldi. EnkeĢin 


00
 
 
evinə  hücum  etdi.  Cacaklını  əsir  edib,  [özü  ilə]  apardı.  Üç  ildən  sonra 
EnkeĢ [qadına görə çoxlu] mal verib, onu geri qaytarmağa nail oldu. Ca-
caklı  evə  qayıdandan  altı  ay  sonra  oğlan  uĢağı  doğdu.  Qazan  alp  “Bu 
uĢağı haradan aldın?” – deyə soruĢdu, [onu] dəyənəklə vurdu və onun ba-
Ģını yaraladı” (28, 100-101). Fikrimizcə, Qazan xanın anası ilə bağlı bu 
rəvayət halına salınmıĢ hadisə eposu düzüb-qoĢan Dədə Qorquda və ya-
xud  boylara  zamanın  ruhunu  aĢılayaraq  söyləyən  ifaçı  ozana  da  bəlli 
imiĢ. Lakin bu qeyri-adi hadisə abidənin ümumi ruhuna, aĢıladığı mənəvi 
dəyərlərə uyğun gəlmədiyi üçün ağlasığmayan fakt kimi qiymətləndiril-
miĢdir.  “Qazan  xanın  evinin  yağmalanması  boyu”nda  Qaraca  çobanla 
əsir götürülmüĢ anasını, xanımını, oğlunu və bütövlükdə, elini-obasını xi-
las  etməyə  gedən  Qazan  xan  düĢməndən  döyüĢ  zamanı  at  ayağı  altında 
qalmasın deyə anasını istəyir. Lakin kafir ona: 
“Qarıcıq anañı gətirmiĢiz, bizimdir. 
Saña verməziz, Yayxan keĢiĢ oğlına verəriz. 
Yayxan keĢiĢ oğlından oğlı toğar, 
Biz anı saña qırım qoruz” (D-58, 10-12) cavabını verməklə təklifini 
rədd edir. Qaraca çoban kafirin bu fikrini ağılsızlıq adlandıraraq: “Mərə, 
dini  yoq,  ağılsız  kafir!  Ussu  yoq,  dərnəksiz  kafir!  ...  Mərə  kafir,  Qaza-
nınñ anası qarıyubdur, oğul verməz. Dölün almaqdan səfañ varsa, ġökli 
Məlik, qara gözlü qızıñ varsa, gətür Qazana ver. Mərə kafir, səniñ qızıñ-
dan oğlı toğsun, siz anı Qazan bəgə qırım qoyasız” (D-59, 1, 5-8) demək-
lə sanki həm də Əbülqazidə getmiĢ hekayəyə etirazını bildirmiĢ olur. De-
məli, dastanın formalaĢdığı dövrdə ozanlar arasında müxtəlif variantlılıq 
mövcud imiĢ.  “Dədə Qorqud” eposunu  daha geniĢ  aspektdə təhlilə cəlb 
edən  görkəmli  folklorĢünas  V.M.  Jirmuncki  də  Əbülqazi  tərəfindən  ve-
rilmiĢ bu tipli faktları variant kimi dəyərləndirmiĢdir (138, 178). 
Maraqlıdır ki, bu variativlik “Kitab” və Yazıçıoğlu mətnində digər 
oğuz qəhrəmanlarının təqdimatında da üzə çıxır. Aydınlıq üçün aĢağıdakı 
faktları müqayisəli Ģəkildə veririk: 
“Kitab”da: 
“Qaradərə ağzında qadır verən, qara buğa dərisindən beĢiginiñ ya-
puğı olan, acığı tutanda qara taĢı kül eyləyən, qara bığın yedi yerdə əñsə-
sində dügən Qazan qartaĢı Qara Günə ...” (D-149, 12 – 150, 2). 
Yazıçıoğlu mətnində: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə