Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   2   3   4   5   6   7   8   9   ...   33

02
 
 
“Kara taĢı karmadıkta kül eyleyen – Dağa taĢa buĢusundan duman 
çöken – Karadere ağzında Kadir veren kara yeri kertüp beĢik kılan – Ka-
ra  buğra  derisinden  bağırtlak  düzen  –  Altı  ay  Hançerkid  (?)  hisarında 
dutsak olan – Kazan Beyin kartaĢı Kara Güne bey” (107, 1348). 
Göründüyü kimi, “Kitab”da “Altı ay Hançerkid (?) hisarında dutsak 
olan” məlumatı əksini tapmamıĢdır; bu da Kara Günə ilə bağlı ayrıca bo-
yun  olduğunu düĢünməyə  əsas verir. Bundan  əlavə,  “qara buğa dərisin-
dən beĢiginiñ yapuğı olan” birləĢməsindəki “nəsil, qohum-əqrəba” məna-
sında iĢlənmiĢ  “beĢik”  (159-160)  Yazıçıoğlunun  istinad  etdiyi  mənbədə  onu  müasir  mənada 
anlayan ozan “kara yeri kertüp beĢik kılan” yozumunu verməli olmuĢdur. 
“Kitab”da: 
“AltmıĢ ərgəc dərisindən kürk eyləsə, topuqlarını örtməyən, altı ögəc 
dərisindən  külah  etsə,  qulaqlarını  örtməyən,  qolı-budı  xıranca,  uzun  bal-
dırları incə, Qazan bəgüñ tayısı At ağızlu Aruz qoca ...” (D-61, 12 – 62,2). 
Yazıçıoğlu mətnində: 
“Doqsan deriden kürk olsa topuğun örtmeyen – Dokuz deriden Ģeb-
külah olsa tülügün örtmeyen – Dokuz koyun dovğalık on koyun öyünlük 
yetmeyen – Dokuz yaĢar cüngin silküp atan – Kıynağında gökte dutan – 
AtbaĢın  yalmayup  bir  kez  yudan  Afrasiyab  oğlu  Alp  Arız  bey”  (107, 
1318-1319). 
Hər iki təqdimatda oxĢar elementlərlə yanaĢı, fərqli cəhətlər də get-
miĢdir. Ən önəmlisi Alp Aruzun ġərq ədəbiyyatında “Əfrasiyab” adı ilə 
məĢhurlaĢan Alp Ər Tonqanın oğlu kimi verilməsidir. Firdovsinin “ġah-
naməsi”ndə  Alp  Aruz  Əfrasiyabın  düĢmənə  satqınlıq  edən  qardaĢı  kimi 
(19,  19)  təsvir  olunur  ki,  bu  da,  sözsüz,  müəyyən  fraqmentləri  KaĢğarı 
sözlüyündə verilmiĢ qədim türk dastanı “Alp Ər Tonqa”dan götürülmüĢ-
dür. “Kitab”ın XII boyunda Aruzun Qazan xana xəyanət etməsi, görünür, 
məhz  daha  qədim  formalaĢma  mərhələsi  keçmiĢ  həmin  dastandan  qay-
naqlanmıĢdır. 
“Kitab”da: 
“Varıban  Peyğəmbəriñ  yüzüni  görən,  gəlübəni  Oğuzda  səhabəsi 
olan,  acığı  tutanda  bıyıqlarından  qan  çıqan,  bıyığı  qanlu  Bükdüz 
Əmən...” (D-62, 4-5). 
Yazıçıoğlu mətnində: 


03
 
 
“Bıyığın ensesinde üç kez dügen – Kaçındıkta karımına kan kaĢandı-
ran – gözü  kanın dönen  – Yer  evreni  yılan –  Ademiler  evreni Ucen  oğlu 
Emen bey” (107, 1319). 
“Kitab”da  Qalın  Oğuz  elinin  baĢının  bəlası  kimi  meydana  çıxan 
Dəpəgözü öldürən Basatla bağlı ayrıca boy verilmiĢdir. Yazıçıoğlu mət-
nində isə bu fakt tamamilə fərqli Ģəkildə təqdim olunur: 
“Yedi  yıl  Elbürze  sefer  kılan  –  Kayup  dönen  Kıyan  Busat  kanını 
alan  –  Ġt  Depegözü  öldürüp  kalın  Oğuzda  ad  koyan  UrılmıĢ  Han”  (107, 
1319). 
“Kitab”dakı  boyda  Aruz  oğlu  Basatın  hərbi  yürüĢdən  qayıdarkən 
qardaĢı Qıyan Selcikin  Dəpəgöz tərəfindən öldürüldüyü  və təkbətək dö-
yüĢdə ona qalib gəldiyi bildirilirsə, artıq bu təqdimatda Basatın (mətndə 
“Busat”  yazılmıĢdır)  özünün  Dəpəgöz  əlində  həlak  olduğu  və  qardaĢı 
UrılmıĢ  xan  tərəfindən  intiqamı  alındığı  göstərilir.  Deməli,  bu  məlumat 
boyun baĢqa variantda nəql edilməsinə iĢarədir. 
Topqapı  mətni  ilə  “Dədə  Qorqud  kitabı”nı  bütün  incəlikləri  nəzərə 
alınmaqla  təhlilə  cəlb  edən  folklorĢünas  alim  M.Təhmasib  “Kitab”dakı 
boydan  əsaslı  Ģəkildə  fərqlənən  mətni  “Basat-Təpəgöz”ün  Topqapı  vari-
antı hesab edir (87, 129) və həmin parçaları “Dədə Qorqud boylarının baĢ-
qa bir variantından qopub qalmıĢ hissələr” adlandıraraq belə bir nəticəyə 
gəlir: “Bunlar eyni mənbədən su alıb, yeni qaynaqdan qaynayıb, lakin baĢ-
qa fauna və floralı yerlərdən axıb keçən çaylara bənzəyirlər” (87, 128).  
QorqudĢünaslıqda  daha  əski  çağlarla  bağlanan  bu  boyun  tarixçi 
Əbubəkr ibn Abdullah ibn Aybək əd-Dəvadarinin “Dürərüt-tican” əsərin-
də  oğuzlar  arasında  məĢhur  olan  “Uluxan  Ata  Bitikçi”  dastanına  istina-
dən qısa məzmunu verilmiĢ “Təpəgöz” rəvayətdən də müəyyən dərəcədə 
fərqlənir.  MəĢhur  türk  alimi  F.Köprülüzadəyə  əsaslanmaqla  ilk  dəfə 
Azərbaycan  qorqudĢünaslığına  Ə.Abid  tərəfindən  gətirilən  həmin  rəva-
yətdə  Basatın  Təpəgözü  öldürməsinə  səbəb  atası  Aruzun  onu  acılaması 
olmuĢdur. Belə ki, Basat Oğuz içində heç kəsə yenilməyən bir atıcı qızı 
məğlub edərək alması xəbərini atasına çatdırmaqla ondan müjdə istəmiĢ, 
atası  Aruz  isə  “Mən  də  elə  sandım  ki,  Təpəgözü  öldürmüĢsən”  deyə 
oğluna  qızmıĢdır.  Yalnız  bundan  sonra  Basat  Təpəgözü  öldürmək  istə-
yinə  düĢmüĢ  və  qeyri-adi  sərgüzəĢtlərlə  müĢayiət  olunan  sınaqlardan 
keçməklə ona qalib gəlmiĢdir (4, 49-50). M.Ergin daha ətraflı Ģərh etdiyi 
bu faktdan belə bir nəticə çıxarır: “Görünür ki, Ġbn Aybək Dədə Qorqud 


04
 
 
hekayələrini içinə alan Oğuznaməni görmüĢdür. Buradakı Təpəgöz “Də-
də  Qorqud  kitabı”ndakı  Təpəgözün  eynidir.  Yalnız  “Dədə  Qorqud  ki-
tab”nda qız məsələsi yoxdur. Bəlkə də müəllif bunu Beyrək və Kan Tu-
ralı hekayələrindəki qızlarla qarıĢdırmıĢdır” (101, Ic, 37). Buradan aydın 
olur  ki,  “Kitab”dakı  süjet  xəttindən  fərqlənən  bu  variantı  görkəmli  alim 
müəllifin,  yəni  Dəvadarinin  yol  verdiyi  nöqsan  kimi  qəbul  edir.  Lakin 
hər iki mənbədəki faktları müqayisəli araĢdıran M.Təhmasib çoxsaylı ox-
Ģar, müĢtərək cəhətlərlərinə baxmayaraq, onları müxtəlif variantlar kimi 
(87, 125-126) dəyərləndirir ki, bu fikrin daha obyektiv olduğunu düĢünü-
rük. Bununla belə, mövcud mətnlərin təhlilinə istinadən M.Ergin də ye-
kunda doğru nəticəyə gələrək yazır: “Bu Oğuznamədə diqqəti çəkən Ģey 
“Dədə  Qorqud  kitabı”  qəhrəmanlarından  baĢqa  adların  da  keçməsi  və 
Dədə Qorqud qəhrəmanlarının sifətləri sayılarkən daha geniĢ olayları bil-
dirməsidir.  Bundan  anlaĢılır  ki,  “Oğuznamə”ni  təsbit  edən  Ģəxs  Dədə 
Qorqud hekayələrinin daha geniĢ Ģəkillərini daĢıyan  “Oğuznamə”dən və 
ya oğuz rəvayətlərindən xəbərli idi” (101, Ic. 37-38). 
“Kitab”dakı  “Kan  Turalı”  boyu  ilə  Yazıçıoğlu  mətnində  getmiĢ 
mətn  parçası  arasında  da  müəyyən  fərq  oduğu  gözdən  qaçmır.  Topqapı 
mətnində bu oğuz igidinin hekayəsi aĢağıdakı təyinlər vasitəsilə sanki qı-
saca Ģərh olunur: 
“Kalın Oğuz ellerinden kalkup derilen – Kırk iğidin yanına salan – 
Kanlu kafir ellerine aĢan – Kaynar akar mal ırmakların geçen – Garıplık 
ellere gafil düĢen – Arslanıla boğasın buğrasın güreĢçisin öldüren – Otuz 
dokuz  yigidin kanın  alan  – Adlu Oğuzda ad koyan  – Saru donlu Selcan 
kadını alan Kanlı Koca oğlu Kan Turalu” (107, 1319). 
Boyun  məzmunundan  aydın  olur  ki,  Selcan  xatuna  qovuĢmağın 
baĢlıca  Ģərti  tamaĢa  Ģəklində  təĢkil  olunmuĢ  döyüĢ  meydanında  arslan, 
buğa  və  buğraya  qalib  gəlməkdir.  Kan  Turalıya  qədər  bu  istəkdə  olan 
otuz iki igid arslan və buğranın üzünü görmədən yalnız buğanın buynu-
zunda  həlak  olmuĢ  və  onların  baĢları  qala  bürclərindən  asılmıĢdı.  Mətn 
parçasında isə iki fərqli məlumat əksini tapır: 
birincisi,  Kan  Turalı  arslan,  buğa  və  buğradan  əlavə,  bir  kafir  dö-
yüĢçüsü ilə də güləĢməli olmuĢdur; 
ikincisi, Kan Turalıya qədər, “Kitab”da göstərilidiyi kimi, otuz iki 
yox, otuz doqquz igid baĢından keçməli olmuĢdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə