Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

47
 
 
rın ağayılda, atların isə qazağucda saxlanıldığı üzə çıxır. Digər tərəfdən, 
aydın  olur  ki,  dəvə  sürüsü  qaytaban,  qoyun  sürüsü  ağayıl,  at  sürüsü  isə 
qazağuc adlandırılmıĢdır. Artıq bu misralarda ata Ģamil edilən  “qüvvətli 
erkək”  mənalı  “qara  qoç”  birləĢməsinin  iĢlədilməsi  özünü  doğrultmur. 
Sonuncu boyun aĢağıdakı cümlələrində də həmin sözün “atların saxlanıl-
dığı yer” anlamında iĢlədilməsini görürük:  
Qazağuçda Qazılıq atlarım kiĢnətdilər. (D-293, 2-3). 
Qazağuçda Qazılıq atın çoq yilmiĢəm. (D-296, 9). 
Qazağuçda Qazılıq atıma binərdim. (D-297, 1-2). 
AraĢdırma göstərir ki, “qazağuc” sözü qədim türk dilində iĢlədilən 
nadir  arxaizmlərdəndir.  Bu  sözə,  S.Tezcanın  qeyd  etdiyi  kimi,  cəmi  iki 
mənbədə: “Kitab əl-idrak li-lisan əl-idrak” lüğətində və cağatayca “Səng-
lah” sözlüyündə eynilə üzərində dayandığımız sətirdə yazıldığı variantda 
rast  gəlinir  (117,  41-42).  Həmçinin  arxaik  “kazağuç”  sözü  V.V.Radlov 
lüğətində “at” anlamında qeydə alınmıĢdır (152, IIc, 1h, 367). XIII əsrin 
ikinçi yarısı – XIV əsrin əvvəlllərində yaĢamıĢ dilçi alim Əbu Həyyanın 
tərtib etdiyi lüğətdə oxuyuruq: “qazdı atını – ərəbcədəndir. Atının durma-
sını tələb etdi”. Görünür, alim “qaz-” feilindən törəndiyini ehtimal edərək 
“at saxlayan” anlamını ifadə edən “kazağuç” sözünü də bu Ģərhə əlavə et-
miĢdir  (35,  44).  S.Tezcan  Ģərhindən  məlum  olur  ki,  Ə.Cəfəroğlu  və 
G.Clauson  kimi  tanınmıĢ  dilçilər  belə  bu  sözün  həmin  anlamda  iĢlənil-
məsini Ģübhə altına almıĢlar (117, 41). Ġki əski sözlükdə və “Dədə Qor-
qud  kitab”nda  iĢlənilməsinə  istinadən  o,  belə  bir  sözün  mövcud  olduğu 
qənaətinə  gəlir  və  həmin  dilçilərin  Ģübhələrini  yersiz  sayır  (117,  42). 
MəĢhur  türkoloq  V.V.  Radlov  isə  mənbə  olaraq  cümlə  nümunələri  ilə 
əsaslandırdığı xalq danıĢıq dilini deyil, cağatay kitab dilini və 1870-ci il-
də  Parisdə  nəĢr  edilmiĢ  bir  kitabı  götürmüĢdür  (152,  IIc,  1h,  367).  Ona 
görə də həmin sözün ilkin mənasının müəyyənləĢdirilməsində bu yozum 
yetərli sayıla bilməz.  
M.KaĢğari  lüğətində  “heyvanlar  üçün  ağacdan  düzəldilmiĢ  ağıl” 
mənasında  “kası”  sözü  iĢlədilmiĢdir  (55,  IIIc.  212).  Türk  dillərində  s~z 
səz müvaziliyini nəzərə alaraq bu sözün Əbu Həyyan lüğətində “durdur-
maq” mənasında iĢlənmiĢ “qaz-“ feilindən düzəldiyini güman edirik. Ma-
raqlıdır  ki,  orta  əsrlərə  aid  türk  yazılı  mənbələri  əsasında  hazırlanmıĢ 
“Tarama sözlüyü”ndə “kazmak” feili məhz atla bağlı Ģərh edilir: “Kazık 
çakıp (atı) bağlamak” (112, IVc, 2393). Burada atı bağlamaq üçün istifa-


48
 
 
də olunan arxaik “kazık” sözü “qazıx” fonetik variantında “yerə basdırı-
lan dirək, paya, mıxça” mənasında indi də dialektlərimizdə iĢlədilməkdə-
dir (9, 289). Əgər belədirsə, “qazağuc” sözü də qaz-(//kaz-) feilinə -ağ (-
aq) ad düzəldən və -uç (//-ıc) kiçiltmə və əzizləmə mənalı Ģəkilçilərin ar-
tırılması yolu ilə yaranmıĢ olmalıdır. Bir qədər də dərinə getdikdə bu sö-
zün  d-z  səs  keçidi  ilə  atın  nəyəsə  möhkəm  bağlanmasını  bildirən  qada- 
(//kada-) feilindən yarandığını irəli sürmək mümkündür (160, 180). Qay-
taban  və  ağayıl  sözlərinin  etimoloji  açımı  da  bu  mülahizələrin  döğrulu-
ğuna  zəmanət  verən  faktor  kimi  götürülə  bilər.  AraĢdırma  göstərir  ki, 
“dəvə sürüsü” mənasını ifadə edən qaytaban sözü 1 yaĢdan 7 yaĢa qədər 
müxtəlif cinsli dəvələrə verilən kayalık, kayalak, kaylak, kaymal sözləri-
nin  tərkibində  daĢlaĢmıĢ  Ģəkildə  qalmaqda  olan  arxaik  “qay//kay”  kökü 
ilə (160, 197), görünür, “sürü”, “ilxı” mənasını bildirən “taban” (müasir 
rus dilində “tabun” formasında yaĢamaqdadır) sözlərinin birləĢməsindən 
yaranmıĢdır.  “Qoyun  sürüsü”  və  “qoyunların  saxlanıldığı  yer”  anlamını 
ifadə  edən  ağayıl  sözü  isə  “çəpərləmək”,  “hasarlamaq”  mənalı  arxaik 
“ağ-” feilinə -ağ//-ay və -ıl Ģəkilçilərinin artırılması yolu ilə düzəlmiĢdir 
(153, 83-84). Bu arxaizmin qədim türk yazılı abidələrində və müasir dili-
mizdə  “mal-qara  və  qoyun  saxlamaq  üçün  üstüaçıq  yer”  mənasında 
“ağıl”  fonetik  tərkibində  daha  geniĢ  iĢləndiyi  (10,  Ic,  45;  134,  18;  154, 
303) müĢahidə olunur ki, abidənin mətnində də öz əksini tapmıĢdır: 
Qıyangüci, Dəmirgüci – bu iki qardaĢı yanına aldı, ağılıñ qapusını 
bərkitdi. (D-39, 11-12). 
Arqasını evürüb bərk ağılıñ ardın sökən! (D-46,1-2). 
Dəlı Qarçarı yalıncaq eylədi, ağıla qoydı. (D-88, 3). 
Qeyd  edilən  sözlər  arasındakı  bu  məna  yaxınlığına  baxmayaraq, 
abidənin  mətnində  getmiĢ  məqamların  təhlilinə  əsasən  demək  olar  ki, 
“ağayıl” arxaizmi məhz “qoyun sürüsü” anlamında iĢlənilmiĢdir. 
Beləliklə,  hansı  üsulla  yaranmasından  asılı  olmayaraq,  “qaza-
ğuç//kazağuç” sözünün “at saxlanılan yer” və “at ilxısı” mənalarında iĢlə-
nildiyini söyləmək mümkündür. Üzərində dayanılan deyimə gəlincə, onun 
“Güçlü  erkək  ata  minməyincə  yol  baĢa  vurulmaz”  fikrini  ifadə  etdiyi 
fikrindəyik.  
[7] 
Əsərdə maraq doğuran məqamlardan “Dövlətlü oğul qopsaĢində tiridir, dövlətsüz oğul qopsa,> ocağınıñ küridir” deyiminin oxunuĢu 
və  mənalandırılması  ilə  bağlıdır.  Drezden  nüsxəsinə  əsasən  bu  deyimi 


49
 
 
“Dövlətlü oğul qopsa, ocağınuñ közüdir” Ģəklində oxumaq lazım gəlir. La-
kin soylamanın məntiqi və Vatikan nüsxəsi bu oxunuĢun yarımçıq və yan-
lıĢ olduğunu ortaya qoyur. 
O.ġ.Gökyay Vatikan nüsxəsinə istinadən “Devletlü oğul kopsa tir-
keĢində  tiridür,  devletsüz  oğlu  kopsa  ocağınuñ  kürüdür”  (107,  20)  Ģək-
lində bərpa etməyi lazım bilir. Həm də tərtib etdiyi “Sözlük”də “köz” fo-
netik  variantında  baĢlığa  gətirdiyi  “kür”  sözünü  “yanmıĢ  olğun  kömür, 
yanmıĢ  odunlardan  kalan  ateĢ  parçaları,  yanar  ateĢ,  kor,  ateĢ  koru,  kızıl 
ateĢ  parçası”  mənalarında  (107,  360)  açıqlayır.  S.Tezcan-H.Boeschoten 
nəĢrində də Vatikan nüsxəsinə istinad edilməklə deyim: 
“Devletli oğul [kopsa terkeĢinde tiridür, 
Devletsüz  oğul]  kopsa  ocağınuñ  köri-dür”  variantında  (116,  30) 
bərpa  edilir.  Bu  oxunuĢa  Ģərh  verən  S.Tezcan  deyimdə  açar  söz  rolunu 
oynayan “kör” sözünü “ocaq” anlamını daĢıyan fars mənĢəli “küra” sözü 
ilə əlaqələndirərək sonda özünün də tam əmin olmadığı belə bir nəticəyə 
gəlir: “Belki Ģöyle anlaĢılmalı: “Hayırsız oğlu yetiĢse (babasının) ocağın-
daki  ateĢin  altindaki  destekdir”.  Yani:  “Hayırsız  oğul  bile  bab  ocağını 
sürdürmekte iĢe yarar” denmek istemiĢ olabilir” (117 , 45).  
S.Tezcanın diğər Ģərhləri ilə yanaĢı, bu Ģərhinə də tənqidi münasi-
bət bildirən M. Tulum “kör” sözünün farsca “küra” sözü ilə əlaqələndiril-
məsini zəif sayaraq, onu ərəb mənĢəli “çamurdan yapılmıĢ dəmirçi oca-
ğı” anlamını verən “kür” sözü əsasında izah edir və mətni prinsipcə Tez-
can yozumundan ciddi Ģəkildə fərqlənməyən variantda yozur: “Bir baba-
nın oğlu hayırsız çıksa bile, ocakdaki ateĢli kül üzerine oturulan ve çatı-
lıp yerleĢtirilen odunların kolayca tutuĢup yanmasını, böylece de ocağın 
sönmemesini sağlayan kör gibi, hiç degilse baba ocağının sönmesini ön-
ler, yani soyunun davamını sağlar” (118, 529). 
O.F.Sertkaya  da  göstərilən  naĢirlər  kimi  Vatikan  nüsxəsinə  istina-
dən Drezden nüsxəsində yarımçıq yazıya alınmıĢ bu atalar sözünü: 
“Devletli oğul Devlet-süz oğul> kopsa, ocağınuñ köri-dür” Ģəklində tamamlamağı 
gərəkli bilir (110, 33-35, 83). 
Nəzm formasında verilmiĢ bu misraları tamamlayan “tirkeĢinde ti-
ridür”, “ocağınuñ köridür” ifadələri üzərində ətraflı təhlil aparan müəllif 
fikirlərini  maddə-maddə  qruplaĢdıraraq  önəmli  nəticələrə  gəlir.  “Oxluq, 
ox qabı” anlamını verən “tirkeĢ” sözünün Vatikan nüsxəsində -e- hərəkə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə