Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

38
 
 
qəhrəmanı  olan  Bamsı  Beyrəyin”  (87,  154)  həyat  salnaməsinin  tim-
salında əyani Ģəkildə görmək mümkündür. 
Buradan aydın olur ki, Oğuz bəylərinin alqıĢı ilə dünyaya gəlib 16 
yaĢında  ilk  qəhrəmanlığını  göstərən,  beĢikkərtmə  adaxlısı  Banı  Çiçəklə 
evlənmək məqsədilə təĢkil olunmuĢ toyunda 39 yoldaĢı ilə kafir düĢmən 
tərəfindən əsir götürülən və 16 illik əsirlikdən sonra öz yurduna qayıdıb 
sevgilisinə  qovuĢan  Bamsı  Beyrəyin  ömür  kitabçası  XII  boyda  Aruzun 
xəyanəti nəticəsində tamamlanır. Adi riyazi hesablama Üç Oqların haki-
miyyət dövrünün həm gerçək, həm də dastanlaĢmıĢ variantlarda olduqca 
yaxın olduğunu üzə çıxarır ki, bu da bir daha göstərilən Qorqud deyimi-
nin tarixi reallıqla bağlı olduğunu söyləməyə əsas verir.  
Qədim oğuz tarixinin ibrətamiz səhifələrindən birini ümumiləĢdirən 
Qorqud atanın “Axır zamanda xanlıq gerü Qayıya dəgə, kimsənə əllərin-
dən almaya, axır zaman olub qopuca” deyiminə öz məlumat səviyyəsinə 
uyğun “Bu dedügi Osman nəslidir, iĢdə sürülüb gedə yorır” Ģərhini verən 
nüsxə katibinin dilində getmiĢ “yorır” felinin oxunuĢu mətnĢünaslıqda fi-
kir ayrılığı yaradan məqamlardandır. O.ġ.Gökyayın özündən əvvəlki söz-
lə birlikdə “gideyürür” Ģəklində oxuyub, “gidip duruyor, devam edib gi-
diyor” kimi açıqladığı (107, 19, 297) bu arxaizm H.Araslı və ġ.CəmĢidov 
nəĢrlərində  də  bütöv  söz  forması  kimi  düĢünülərək  “gedəyüdir”  varian-
tında (23, 279; 59, 14) əks olunmuĢdur. Maraqlıdır ki, H.Araslı onu “get-
məkdədir” kimi  Ģərh  etsə də, ġ.CəmĢidov, ümumiyyətlə,  münasibət bil-
dirməmiĢdir. F.Zeynalov-S.Əlizadə birgə nəĢrində, eləcə də S.Əlizadənin 
müstəqil tərtib etdiyi nəĢrdə yaxın mənalı feillərin birləĢməsindən yaran-
mıĢ “gide-yürir” mürəkkəb feili kimi tranksripsiya edilən bu sözlər (60, 
31;  61,  30)  son  dövrlərdə  iĢıq  üzü  görən  S.Tezcan-H.Boeschoten  və 
O.F.Sertkayanın  nəĢrlərində  “gede  yörür”  formasında  verilmiĢdir  (110, 
31;  116,  29).  Qeyd  olunan  arxaizmin  oxunuĢu  üzərində  ayrıca  dayanan 
O.F.Sertkaya onun qalın və ya incə saitlə verilməsini seçim edərkən na-
Ģirlərdən  çoxluğun  qəbul  etdiyi  fikri  əsas  tutursa,  “-ö-,  yoxsa  -ü-  ilə 
oxunmalıdır?” sorğusunu cavablandırarkən Osmanlı türkcəsini önə çəkə-
rək “yörür” variantının daha uyğun olacağı qənaətinə gəlir (110, 51-52). 
Düzü, bu cür təhlillə razılaĢsaq, onda  Azərbaycan klassik ədəbiyyatının 
dilində daha geniĢ yayılmıĢ “yürür//yürir” (-r zaman Ģəkilçisidir) varian-
tının hansı əsasla qəbul edilməyəcəyini düĢünmək məntiqsiz görünür. Bu 
halda düĢünməli olursan: “Bəs gerçək olan hansıdır?”  


39
 
 
Yazılı  türk  dilinin  ilkin  qaynaqlarından  olan  Orxon  kitabələrininn 
dərin bilicilərindən biri olan M.Ergin tarixi gerçəklikdən çıxıĢ edərək qo-
Ģa iĢlənmiĢ bu sözləri “gide yorır” Ģəklində vermiĢ və tərtib etdiyi sözlük-
də  “yorı-”  variantında  baĢlığa  gətirməklə  göstərilən  iĢlənmə  məqamın-
dakı  mənanı  “yor-”  yardımçı  feili  kimi  açıqlamıĢdır  (101,  Ic,  73;  IIc, 
339). Bizim də tərəfində olduğumuz bu oxunuĢda “yorı-” əslində -ə feili 
bağlama  Ģəkilçisi  qəbul  etmiĢ  “get-”  feili  ilə  birlikdə  tərkib  yaratmıĢdır 
ki, bu, “Kitab”ın dili üçün xarakterik feil formalarındandır. Məsələn: 
Sarp yorırkən Qazılıq ata namərd yigit binə bilməz, binincə binmə-
sə yeg! (D-4, 4-5). 
Gəldiñ ol kim solduran soydur, sabadanca yerindən uru turar, əlin-
yüzin yumadan toquz bazlammac ilən bir küvlək yoğurd gəvzələr, toyun-
ca tıqa-basa yer... (D-7, 12-13).  
Çaya baqsa Ģalımlu, çal qaraquĢ ərdəmlü bir gözəl yaxĢı yigit oldı. 
(D-70, 4-6).  
Bamsı Beyrək birini qova getdi. (D-76, 3) və s. 
Bu faktlar “gedə-” feili bağlama formasının “yorır” kimi oxuduğu-
muz əsas feili tərz baxımından izah etdiyini Ģübhə altına almır. Bəs “yü-
rir”  və  “yörir”  oxunuĢu  ilə  müqayisədə  daha  qədim  “yorır”  variantının 
seçim edilməsi nə ilə bağlıdır?  
AraĢdırmalar  sübut  edir  ki,  bu  boylar  toplusu  yaranma  baxımından 
VI-VII əsrlərə qədərki bir dövrü əhatə edirsə də, ən kamil nüsxə hesab edi-
lən  Drezden  əlyazması  XI  əsrdə  yazıya  alınmıĢ  daha  qədim  əlyazmadan 
üzü  köçürülən  variantdır.  Ona  görə  də  abidənin  mətnində  həm  boyların 
yaradıcısı,  düzüb-qoĢanı  sayılan  “Rəsul  əleyhissəlam  zamanına  yaqın” 
yaĢamıĢ Qorqud atanın, həm sonrakı dövrlərdə onun Ģifahi formada yayıl-
masında  müstəsna  xidmətləri  olan  söyləyici  ozanların,  həm  də  öz  döv-
rünün  anlam  səviyyəsini  nəzərə  alaraq  ona  Ģüurlu  müdaxilə  edən  nüsxə 
katiblərinin dilinə məxsus sözlər paralel Ģəkildə iĢlənməkdədir. Üçmərhə-
ləli arxaikləĢmə kimi Ģərh etdiyimiz bu dil hadisəsinin ilkin qatı, təbii ki, 
Dədə Qorqudun yaĢadığı zamanla, yəni V-VII əsrlərlə bağlıdır (ətraflı bax: 
41). Ġstər söyləyici ozan, istərsə də nüsxə katibləri bəzən daha arxaik qatı 
əvəzləmək yolu ilə mətnin dilini müasirləĢdirməyə çalıĢmıĢlar ki, bu meyli 
çağdaĢ  naĢirlərin  iĢ  üsulunda  da  sezmək  mümkündür.  Haqqında  danıĢ-
dığımız “yorı-” feili nüsxə katibinin dilinə məxsus cümlədə iĢlənilməsinə 
baxmayaraq,  məhz  arxaik  qata  aid  sözlərdəndir.  “YürüĢ  etmək,  getmək, 


41
 
 
hərəkət  etmək”  kimi  məna  çalarlarında  iĢlənən  bu  söz  Orxon-Yenisey 
abidələrinin dilində mütəmadi rast gəlinən arxaizmlərdəndir. Məsələn: 
Kañım bağa teñrikən tiyin anta yorımıs, isig, küçin bermis... (Ongin 
abidəsi, ön tərəf , 5). (74, 53) 
...yorıyup  tiyin  kü  esidip  balıkdakı  tağıkmıs,  tağdakı  inmis,  tirilip 
yetmis ər bolmıs. ( Kül tigin, Ģərq tərəfi, 12). (74, 72) 
...karığ  səkipən  Kögmən  yıĢığ  toğa  yorıp  kırkız  bodunığ  uda  boz-
dım, kağanın birlə Soña yıĢda süñüĢdim. ( Bilgə xaqan, Ģərq tərəfi, 27). 
(74, 94) 
Bu arxaizmə “yürümək, varmaq” anlamlarında Yusif Balasaqunlu-
nun  XI  əsr  türk  poeziyasının  ən  qüdrətli  abidəsi  olan  “Qutadqu  bilig” 
əsərində də rast gəlininr. Məsələn: 
            158 yorı ay biligsiz igingni ota 
                   biligsiz otın sen ay bilgi kuta (119, 116) 
 
             179 bilig karağu turur belgülüg 
                    yorı ay biligsiz bilig al ülüg (119, 118) 
 
             227 kalı edgü bolmak tilese özüng 
            yorı edgülük kıl kesildi sözüng (119, 126) və s. 
  M.KaĢğarinin  həmin  əsrdəcə  qələmə  aldığı  ensiklopedik  sözlü-
yündə  eyni  anlamda  açıqlanan  bu  arxaizm  (109,  IVc,  635)  aĢağıdakı 
atalar sözü və nəzm parçası vasitəsilə Ģərh olunmuĢdur:  
“tündə  yorup  kündüz  səwnür,  kiçikdə  əwlənip  ulğadhu  səwnür” 
(yolı gecə gedən gündüz sevinər, çünki o, yolı görmədən getmiĢdir, gənc 
ikən  evlənən  adam  isə  yaĢa  dolanda  sevinər,  çünki  uĢaqları  iĢləyərək 
onun ehtiyacını ödəyərlər, adam rahat olar). (55, IIIc, 79-80).  
“Udhu barıp öküĢ ewdim, 
Təlim yorıp küçi kəwdim, 
Atım birlə təgü ewdim, 
Məni körüp yini ağdı”. 
Dalınca varıb tələsdim, 
Çox yorıb gücdən saldım, 
Atımla çatmağa tələsdim, 
Mən görüb tükü ürpəĢdi. (55, Ic, 219) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə