Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

62
 
 
lavarsa çəkən bilir” (59, 16) variantları üzərində dayanmıĢdır. Göründüyü 
kimi,  deyimin  açımında  açar  rolunu  oynayan  sözlər  “sızlayır  varsa”  və 
“sızlavarsa” variantlarında oxunmuĢdur. OxunuĢlara Ģərh verilmədiyindən 
müəllifin hansı anlamı nəzədə tutduğunu yalnız güman etmək olar. 
Bu deyimi O.ġ.Gökyay “Ne yerde sı[z]ılar varsa, çeken bilür” (107, 
21) variantında oxumaqla aparıcı söz olan “sızı” kəlməsini “acı, ince iĢle-
yen ağrı” (107, 404) mənasında, M.Ergin isə “Ne yirde sızılar var ise çe-
ken  bilür”  (101,  Ic,  75)  prinsipcə  oxĢar  variantda  transkripsiya  etməklə 
hələ də iĢləkliyin itirməmiĢ həmin sözü “sızı” mənasında (101, IIc, 268) 
açıqlamıĢlar. 
Mübahisə obyektinə çevrilmiĢ bu söz F.Zeynalov-S.Əlizadə nəĢrində 
əski  əlifba  ilə  yazılıĢına  əsasən  “sırılur”  Ģəklində  verilməklə  orijinal  bir 
fikrin irəli sürülməsinə Ģərait yaratmıĢdır. S.Əlizadə Vatikan nüsxəsindəki 
yazılıĢı,  eləcə  də  bunu  əsas  götürən  O.ġ.Gökyay  və  M.Erkin  nəĢrlərində 
getmiĢ “sızılar” variantını yanlıĢ hesab edərək yazır: “V-nın katibi qılınca 
iĢarə ilə iĢlədilən “sırılur” (yəni “sıyrılur”) söz-formasını baĢa düĢməmiĢ, 
“sızıltı”,  “inilti”  mənasında  “sızı”  sözü  ilə  (cəm  Ģəklində)  əvəz  etmiĢdir. 
Halbuki  Dədə  Qorqud  dilindən  xatırladılan  hikmətli  cümlələrin  poetik-
linqvistik sistemi I variantı tələb edir. Kontekstin məzmunu belədir: “Ha-
rada qınından çəkilən qılınc varsa, (onu) çəkən bilir” (60, 226). Abidənin 
gözəl  bilicilərindən  sayılan  S.Əlizadə  bu  oxunuĢu  müstəqil  hazırladığı 
nəĢrdə də saxlamaqla (61, 32) fikrinin qəti olduğunu göstərmiĢdir. 
ġ.CəmĢidov  və  S.Tezcan-H.Boeschoten  nəĢrlərində  “sızılar”  oxu-
nuĢuna üstünlük verilmiĢdir (23, 101, 280; 116, 11). 
Beləliklə, qorqudĢünaslıqda qeyd edilən deyimlə bağlı müxtəlif fi-
kirlər söylənilsə də, əsas seçim verdiyimiz oxunuĢ variantı üzərində qal-
maqdadır.  Deyimin  hansı  mənada  iĢləndiyini  daha  dərindən  duymaq 
üçün  iĢləndiyi  soylama  parçasını  nəzərdən  keçirmək  kifayətdir.  Öncə 
Ģərh  etdiyimiz  kimi,  əgər  birinci  beytdə  keyik  və  qulan  geniĢ  və  ya  az 
miqdarda yerlərin otlaqlarını tanıdıqlarına görə səciyyələndirilirsə, ikinci 
beytdə dəvə iz, tülkü qoxu, üçüncü beytdə torağay gecələr karvan köçdü-
yünü, ana isə oğlun kimdən olduğunu, dördüncü beytdə at iğidin ləngini 
və cəldini, qatır isə ağır yüklərin çətinliyini bildiklərinə görə xarakterizə 
edilir. Bu aspektdən yanaĢdıqda araĢdırılan məsəlin daxil olduğu beytdə 
də həmin məzmun konteksti “qafil (yatmıĢ) baĢın ağrısını beyin, bədən-
dəki sızıltını – ağrını (onu) çəkən bilir” Ģəklində davam etdirilir. Cümlə-


63
 
 
lər qrammatik və leksik baxımdan elə qurulmuĢdur ki, fikrin izahında heç 
bir  əlavə  sözə  ehtiyac  duyulmur.  Odur  ki,  “qılınc”  və  “qın”  sözlərinin 
mətnə əlavəsinə əsaslanan F.Zeynalov-S.Əlizadə yozumunun əksinə ola-
raq, O.ġ.Gökyay və M.Ergin yanaĢmaları daha uğurlu və inandırıcı görü-
nür. Doğrudur, Drezden nüsxəsinə əsasən “sızılar” kimi oxunan sözü “sı-
rılur” Ģəklində transkripsiya etmək mümkündür, ancaq bu, abidənin əski 
əlifba ilə yazılıĢ xüsusiyyətlərini nəzərdən qaçırmaq, faktlara kor-koranə 
riayət etmək deməkdir. Məlumdur ki, “Kitab” boyu sürətli yazı prosesini 
nəticəsi olaraq bəzən  “re” samiti nöqtəli,  “ze”  samiti isə nöqtəsiz  yazıl-
mıĢ, sait səsləri, o cümlədən “a” səsini ifadə etmək üçün “vav” hərfindən 
istifadə  olunmuĢdur.  Bununla  belə,  Drezden  nüsxə  yazılıĢında  müəyyən 
nöqsana yol verildiyini qəbul etməklə, Vatikan nüsxə variantına istinadən 
(V-4,  4)  bu  sözü  “sızılar”  Ģəklində  oxumaq  daha  məntiqi  səslənir.  Son 
olaraq belə bir faktı da nəzərə çarpdırmaq istərdik ki, müasir dilimizdəki 
“sızla-”,  “sızıltı”,  “sızılda-”  sözləri  ilə  eyni  mənĢəli  olan  “sızı”  sözü” 
“ağrı” anlamında əksər türk dillərində (152, IVc, 1h, 663-664), o cümlə-
dən qədim abidələrdən sayılan “Oğuznamə”nin dilində də iĢlənməkdədir: 
Kimin ki qızı var, 
Belində önəlməz sızı var, 
Həm göydə nəhs yıldızı var (72, 17). 
[16] 
“Ġleyüñüzdə”  sözünün  oxunuĢu  da  mübahisə  yaradan  məqamlar-
dandır. M.Ergin və S.Tezcan-H.Boeschoten nəĢrlərində “ileyüñüzde” (101, 
Ic,  74;  116,  31),  H.Araslı  nəĢrində  “iləyinizdə”  (59,  16),  ensiklopedik 
nəĢrdə isə “iləyüñüzdə” (62, 37) kimi yaxın fonetik variantlarda transkrip-
siya edilən bu söz digər naĢirlər tərəfindən fərqli varıantlarda oxunaraq Ģərh 
olunmuĢdur.  Belə  ki,  O.ġ.Gökyay  tərəfindən  “ileyüñde”  kimi  oxunan  bu 
arxaizm  (107,  210)  -üñ  ikinci  Ģəxs  təkinin  mənsubiyyət  və  -de  yerlik  hal 
Ģəkilçisi  qəbul  etmiĢ  “hüzur,  yan,  ön,  karĢı  teref”  və  s.  buna  yaxın 
mənalarda  iĢlənən  qədim  “iley”  sözü  kimi  (107,  321)  qavranılmıĢdır. 
F.Zeynalov-S.Əlizadə birgə nəĢrində “el-evüñüzdə” variantında oxunan bu 
sözün  (60,  32)  M.Ergin  və  H.Araslı  transkripsiya  variantları  qeyd 
edilməklə  belə  bir  açıqlama  verilir:  “H.Araslı  bu  sözü  “qarĢınızda”  kimi 
izah  etmiĢdir.  Lakin  V  nüsxəsindəki  hərəkəli  yazılıĢına  əsasən  sözü  “el-
eyüñüzdə” kimi də oxumaq mümkündür. Bizcə, burada “el” və “ev” sözləri 
qoĢalaĢmıĢdır”  (60,  226).  Görünür,  bu  oxunuĢ  və  açıqlamanın  ziddiyyətli 
olduğunu  hiss  edən  S.Əlizadə  müstəqil  nəĢrində  onu  “ileyüñüzdə”  kimi 


64
 
 
oxuyaraq  “önünüzdə,  qarĢınızda”  mənasında  izah  etmiĢdir  (61,  32,  204). 
ġ.CəmĢidov  mətn  daxilində  “elü  gündə”,  “Ġzahat”  hissəsində  isə  “eyülü 
gündə”  kimi  oxuduğu  bu  sözü  (23,  100,  280),  görünür,  V.V.  Bartoldun 
təsiri  ilə  “yaxĢı,  xoĢ  gündə”  mənasında  düĢünərək  irəli  sürmüĢdür. 
Maraqlıdır  ki,  böyük  ĢərqĢünas  sözü  “в  день  праздника”  formasında 
çevirsə də, qarĢısında (?) iĢarəsi qoymaqla mübahisəli yozum ola biləcəyini 
nəzərə çarpdırmıĢdır (137, 14). O.F.Sertkaya isə ümumilikdə cümləni “Ėli-
öñünde çalup eyden ozan olsun!” kimi oxumaqla (110, 37) özünə qədərki 
bütün varıantları nəzərdən keçirmiĢ, Drezden nüsxəsində yazılıĢ xətası ola 
biləcəyini  güman  edərək  burada  “el”  və  “ön”  sözlərinin  iĢləndiyini 
düĢünmüĢ  və  bu  iki  sözü  defis  iĢarəsi  ilə  yazmaqla  “halkı  önünde”,  yəni 
“xalqı  önündə”  anlamında  açıqlamıĢdır  (110,  96-99).  Nə  qədər  orijinal 
səslənsə  də,  “el”  və  “ön”  sözlərinin  bu  birləĢmədə  nə  üçün  defislə  yazıla 
biləcəyini anlamaq çətindir. Fikrimizcə, Drezden nüsxəsində, həqiqətən,   
özündən  sonrakı  hərflə  mexaniki  surətdə  birləĢdirilərək 
 
Ģəklində yazılmıĢdır. Bu aĢağıdakı faktlarla da sübuta yetirilir: 
Birincisi, bütün boyların baĢlığından onların hansısa bir oğuz xanı-
nın  qarĢısında  ozan  tərəfindən  söylənildiyi  açıq-aydın  görünməkdədir. 
Deməli,  ulu  Qorqudun  alqıĢ  kimi  söylədiyi  bu  deyimdə  “qarĢı  tərəf,  ön 
tərəf” anlamını verən arxaik “iley” sözünün (152, Ic, 2h, 1478; 154, 347) 
iĢləndiyi qəbul ediləndir. Bu sözə “Koroğlu” dastanında da “ön tərəf” an-
lamında rast gəlinir: 
   
 
Gəlin deyirəm nazlanır, 
   
 
Qız deyirəm xoruzlanır.  
   
 
Dalında qarpız gizlənir
   
 
Ġleydə buzxanası var. (64, 376). 
Ġkincisi,  “ilk”,  “iləri//ilgəri”  sözləri  ilə  eyni  kökdən  törəmiĢ  bu 
arxaizm soylamalardakı alqıĢ tərzinə uyğun formada -üñüz II Ģəxs cəminin 
mənsubiyyət Ģəkilçisi ilə iĢlənmiĢdir (-də yerlik hal Ģəkilçisidir). Məsələn: 
On otuz yaĢıñız dolsun! (D-4, 12-13). 
Dövlətiñiz payəndə olsun, xanım, hey! (D-4, 13 – D-5, 1). 
Ocağıñıza buncılayın övrət gəlməsün! (D-9, 12). 
 
[17] 
Dədə Qorqudun islam dininin müqəddəs saydığı varlıqlar və Ģəx-
siyyətlər haqqında söylədiyi soylamadan götürülmüĢ bu misralardakı “kö-
bitdi”  feilinin  oxunuĢu  və  açımı  ilə  bağlı  müxtəlif  variantlar  irəli  sürül-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə