Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

53
 
 
11) Qutlu olsun dövlətiñüz! – dedi. (110,12-13). 
12) Qazan aydır: “Dəli ozan, dövlətiñ dəpdi ...” (D-111, 4). 
13) Dövlətlü xan, mədəd! (D-205, 4). 
14) Daim gəldügində tursa, dövlət yaxĢı. (D-208, 6). 
15) “Toğlıcıqlar, dövlətim saqar qoç, gəl keç!” – dedi. (D-227, 9). 
O.ġ.Gökyay  nəĢrində  “devlət”  kimi  transkripsiya  edilən  bu  söz 
“baxt, ikbal, uğur, hayır, saadet”, ondan törəmiĢ “devlətlü” sözü isə “baht-
lı,  hayırlı,  yüce,  ulu”  anlamlarında  Ģərh  edilmiĢdir  (107,  269).  M.Ergin 
sözlüyündə isə  “varlık,  zengimlik, devlet, ikbal” mənalarında açıqlanmıĢ-
dır (101, IIc, 84). 
Müqayisəli təhlilə cəlb edildikdə yalnız sonuncu iĢlənmə məqamın-
da “dövlət” sözünü dilimizə fars dilindən “var-dövlət” anlamında keçmiĢ 
mənada düĢünmək mümkündür. Digər məqamlarda onun müasir dilimiz-
dəki  “hakimiyyət”  məna  çaları  ilə  heç  bir  əlaqəsi  duyulmur.  Buna  bax-
mayaraq, F.Zeynalov-S.Əlizadə çevirməsində 6, 11, 13 və 14-cü iĢlənmə 
məqamlarında  müasir  anlamda  (60,  130,  138,  162,  193,  194),  7  və  8-ci 
iĢlənmə  məqamlarında  isə  kontekstdən  çıxıĢ  edilərək  “dayaq”  (“Qalın 
Oğuzun dayağı”) (60, 140, 142) anlamlarında verilmiĢdir. Digər məqam-
larda  tarixi  gerçəkliyi  gözləyən  naĢirlər  “dövlət”  və  bu  əsasda  yaranmıĢ 
“dövlətli” və “dövlətsiz” sözlərini kəsb etdiklər ilkin mənalarda, yəni 1, 
2,  3,  4  və  5-ci  məqamlarda  müvafiq  olaraq  “ağıl”,  “ağıllı”  və  “ağılsız” 
(60,  129,  130),  9  və  12-ci  məqamlarda  isə  əslinə  uyğun  “tale”,  “bəxt” 
mənalarında (60, 142, 162) açıqlamıĢlar. 
MüĢahidələrimiz  göstərir  ki,  orta  əsr  yazılı  mənbələrin  dilində 
“bəxt,  tale,  uğur”  mənalarında  iĢlənmiĢ  “dövlət//devlət”  sözü  “Kitab”ın 
dilinə eyni mənaları ifadə edən daha qədim türk mənĢəli “saqınc//sağınc” 
sözünü əvəz etməklə düĢmüĢdür. Bunu 6-cı məqamda “sağınc” və “döv-
lət” sözlərinin müvazi iĢlənməsi də sübut edir. Ehtimal edirik ki, abidə-
nin bizə gəlib çatmamıĢ ilkin nüsxələrində göstərilən müvafiq məqamlar-
da “saqınc” sözü iĢlənmiĢ, yalnız boyları çağdaĢ dinləyicisinə çatdırmaq 
istəyən ozanın, yaxud oxucusunun anlam səviyyəsini nəzərə alan katiblə-
rin mətnə müdaxiləsi nəticəsində XIV-XVI əsrlərdə fəallıq qazanan eyni 
mənalı  “dövlət”  sözü  ilə  əvəzlənmiĢdir.  Faktlar  göstərir  ki,  qədim  türk 
yazılı abidələrini dilində “ağıl, düĢüncə” mənasında iĢlənmiĢ “sakınc” sö-
zünə (85, 300) hətta XIII əsr Ģairi Qul Əlinin “Qisseyi-Yusif” poemasın-
da geniĢ rast gəlinir. Məsələn: 


54
 
 
Bu duĢumnın təvilini qılu vergil, 
Aqibəti nə bulaĢsın, bilü vergil, 
Bu duĢuma görklü təvil olu vergil
Bu duĢ içrə saqınc sayqıl imdi. (66, 20). 
 
Gördükün duĢı sən bizdən pünhan qılma, 
Dəgi içrə, saqınc içrə heyran qılma. 
Eya qardaĢ, sən bizləri düĢman qılma, 
təvil ki, qıldı, raznın ayğıl imdı. (66, 23). 
 
Yəquba annı eĢidübən saqınc sandı, 
Qüssə birlə qızığudan bağrı yandı. 
Kəndusi bir duĢı gördi, anı andı,  
Yusifinə hərgiz dəstur verməz imdi. (66, 24). 
   
 
Yusif aydır: – Uluğlarım, bənsə güldüm, 
Övdə ikən mən bir saqınc qiyas qıldım. 
Mundan-ondan nöhə zarı telim qıldım? 
Qul tədbiri hərgiz rəva olmaz imdi. (66, 30) və s. 
“Kitab”ın giriĢində “SağıĢ günündə ayna görkli” (D-6, 9-10) deyi-
mində iĢlənmiĢ “sağıĢ” (fikir, düĢüncə, zikr) sözü ilə eyni kökdən – arxa-
ik “sağ(maq)“ (düĢünmək, fikirləĢmək) feilindən  -ın feil düzəldən və  -c 
ad düzəldən Ģəkilçısının əlavəsi ilə yaranmıĢ “sağınc//saqınc” sözü, görü-
nür, sonrakı dövrlərdə, xüsusən XIV-XVI əsrlərdə alınma mənĢəli “döv-
lət” sözünün təsiri ilə tamamilə iĢləklikdən düĢmüĢdür. Bunu nəzərə alan 
nüsxə  katibləri  “ağıl,  bəxt,  tale,  uğur”  mənalı  “dövlət”  sözünə  üstünlük 
vermiĢlər.  XVI  əsrin  söz  ustalarında  sayılan  Fədainin  əsərində  bunu 
əyani Ģəkildə görmək mümkündür: 
   
Bu gün çün döndü dövlət, bəxtü iqbal
   
Mənim əhvalıma bu qüssə timsal. (39, 42). 
   
 
   
Var idi çun onun baĢında dövlət
   
Ona həm yar idi bəxti səadət. (39, 54). 
 
   
... Ki, daha dövlətin payəndə olsun,  
   
Sənə xəlqani aləm bəndə olsun. (38, 64). 
 
   
Qılır hər kim ki ciddi-cəhd büsyar
   
Nə hasil, olmasa dövlət əgər yar. (39, 112) və s. 


55
 
 
Folklor nümunələrində və xalq danıĢıq dilində bu gün də yaĢamaqda 
olan “dövlət quĢu” birləĢməsində “dövlət” sözünün məhz “bəxt, uğur” an-
lamını ifadə etdiyi məlum olur. Beləliklə, göstərilən məqamlarda, o cümlə-
dən “Dövlətiñiz payəndə olsun, xanım, hey!” alqıĢında bu sözün “bəxt, ta-
le, uğur, düĢüncə” məna çalarlarında iĢləndiyi açıq-aydın duyulur. 
 
    
[11-12]
  Gendə gen
 
yeriñ otlaqların keyik bilür. 
Geñəz yerlər çəmənlərin qulan bilür. 
Qədim türk təfəkkürünün yüzilliklərin həyat təcrübəsindən qaynaq-
lanıb hikmətli deyimlər Ģəklində  ifadə olunan  soylamalar abidənin bədii 
keyfiyyətini  artıran  xüsusiyyətlərdəndir.  Dərin  və  həssas  müĢahidəyə 
əsaslanan bu soylamalar poetik vüsəti, söz əlvanlığı, məntiqi tamlığı ilə 
ruhu  və  düĢüncəni  heyrətləndirəcək  səviyyidə  ifadə  olunmuĢdur  ki,  mü-
qəddimədə getmiĢ belə nəzm parçalarından biri də bu misralarla baĢlayır. 
AraĢdırma göstərir ki, hər iki misranın əvvəlində iĢlənmiĢ sözlərin oxu-
nuĢ və açımı qorqudĢünaslıqda mübahisə yaradan məqamlardandır. 
Abidənin  mətnində 
  Ģəklində  yazılan  ilk  sözü  O.ġ.Gökyay 
və  M.Ergin  “gitdükde”  (101,  Ic,  75;  107,  21),  H.Araslı,  F.Zeynalov  və 
S.Əlizadə  “getdikdə”  (59,  15;  60,  32),  S.Tezcan  və  H.Boeschoten  isə 
“gėtdükde” (116, 31) fonetik varıantlarında oxumaqla “git-//get-” feilinin 
-dükde//-dikdə  Ģəkilçisi  qəbul  etmiĢ  feili  bağlama  forması  saymıĢlar. 
S.Tezcan  oxunuĢ  variantlarına  verdiyi  Ģərhdə  getdikde  sözünün  mətnə 
uyuĢmadığına  əsaslanaraq  onu  Azərbaycan  ədəbi  dilində  “dağ  yamacı”, 
“dağın beli, aĢırım”, dialektlərində isə “hündür dağarxası yol, dağlar ara-
sındakı yüksək keçit”  mənalarında iĢlənən gedik sözünün  yanlıĢ  yazılıĢı 
kimi izah  etmiĢdir (117, 47-48). S.Tezcan yozumu  M.Tulum tərəfindən, 
özünün  dediyi  kimi,  tərəddüdə  yol  verilmədən  qəbul  olunmuĢdur  (118, 
535-537).  Mövcud  oxdunuĢlarla  razılaĢmayan  ġ.CəmĢidov  onu  “gündö-
gən”  (23,  280),  O.F.Sertkaya  isə  “gündegen”  (110,  37)  variantlarında 
transkripsiya  etməklə  yeni  varıant  irəli  sürmüĢlər.  ġ.CəmĢidov  seçimini 
açıqlamasa da, O.F.Sertkaya irəli sürülmüĢ oxunuĢ variantlarını ayrı-ay-
rılıqda göstərməklə onu “güneĢin degdigi” anlamında qavramıĢ və möv-
qeyini belə əsaslandırmıĢdır: “Ben burada büyük bir istinsah yanlıĢını ya-
pıldığı kanaatindeyim. Bana göre burada gündegen ibaresi olmalıdır. An-
cak müstensih vâv harfini yazmamıĢ ve nûn harfinin tek noktası yerine de 
sehven  te  harfinin  iki  noktasını  koymuĢtur.  (Bu  Ģekildeki  noktalamanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə