Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

44
 
 
rağuc”  sözü  “qaracıq”ın  metateza  nəticəsində  dəyiĢmiĢ  variantıdır.  Bü-
tövlükdə bu söz KDQ mətnində üç mənada iĢlənmiĢdir: 1) At adı (xüsusi 
isim). 2) Qara camaatın, hamının mindiyi və minə biləcəyi at. 3) Yer adı 
(toponim).  Burada  ikinci  mənada  iĢlənib”  (60,  225-226).  Gorünür,  elə 
buna görə də mətnin müasir çevirməsində həmin söz “Qaracıq” kimi ve-
rilərək “atın adı; qara camaatın mindiyi adi at” Ģəklində mənalandırılmıĢ-
dır  (60,  129).  Düzü,  mətn  boyu  rəngarəng  epitetlərlə  məth  olunan,  ağır 
hərbi  yürüĢlərdə  Oğuz  igidlərinə  həmiĢə  dayaq,  arxa  durub  onları  hətta 
ölümdən xilas edən, buna görə də böyük sevgi ilə “yoldaĢım, qardaĢım” 
deyə  müraciət  edilən  atların  bu  yozumda  Ģərhi  inandırıcı  görünmür. 
ġ.CəmĢidov isə yalnız nüsxə yazılıĢını “Qızaqucə” Ģəklində qeyd etmək-
lə  “Qara  qoça  qıymayınca  yol  alınmaz”  varıantını  seçim  etmiĢdir  (23, 
101,  279).  V.V  Bartoldun  “Не  сгубив  коня,  дороги  не  пройти”  (138, 
14) tərcüməsindən anlaĢılır ki, böyük ĢərqĢünas ilk sözü “at” mənasında 
anlamıĢ,  ikinci  sözü  isə  “kıymayınca”  Ģəkilində  oxuyaraq  mənalandır-
mıĢdır.  S.Tezcan-H.Boeschoten  nəĢrində  bu  hikmətli  ifadə  “Kazağuca 
binmeyince yol alınmaz” (116, 30) kimi verilmiĢdir. S.Tezcan tərəfindən 
açıqlanan bu oxunuĢda “kıymayınca” sözü, katibin yol verdiyi xətalardan 
biri olaraq, Vatikan nüsxəsində getmiĢ “binmeyince” sözünün yerində iĢ-
ləndiyi göstərilirsə, “kazağuc” “at” mənasını daĢıyan və kökü dəqiq mü-
əyyənləĢdirilə  bilməyən  söz  kimi  dəyərləndirilmiĢdir.  AraĢdırıcı  bu  sö-
zün “kara koç” biçimində oxunması ilə qəti razılaĢmayaraq yazır: “Ben, 
DKK'daki sözcügün aslında kazağuç olduğunu, çekimleyenlerin bunu an-
lamadıkları için kara koç biçimine sokmuĢ olduklarını sanıyorum” (117, 
40-41). M.Tezcan  yozumuna tənqidi  yanaĢan  M.Tulum  abidənin dilində 
iĢlənmiĢ çoxsaylı faktlara istinad edərək “kıymayınca” sözü ilə müqayi-
sədə “binməyince” sözünün daha məntiqi olduğunu göstərməklə bərabər, 
baĢlanğıc  sözün  “Divani-lüğət  it-türk”  əsərində  “kazmak,  at  haĢarılana-
rak ve çamıĢlanarak ayağıyla yeri kazmak” anlamını daĢıyan kaz- feil kö-
künə -a  feil və -ğuç isim düzəldən  Ģəkilçilərinin artırılması ilə  yaranmıĢ 
“kazağuç”  olduğunu  təsdiqləyir  (118,  525).  Alimə  görə,  bu  deyim  belə 
açıqlanmalıdır: “Yerinde durmayan, üstüne kimseyi bindirmeyen, hırçın, 
huysuz, gem vurulmaz, ram olmaz bir ata binmeyince (yani: üstüne çıka-
bilib sırtında durabilecek güce sahib olmadıkca) yol alınmaz” (118, 526).  
M.Tulumun etimoloji açımının doğru olduğuna qatılan O.F.Sertka-
ya mənalandırması ilə bağlı Ģərhi imkansız sayaraq: “Bu kelime olsa olsa 


45
 
 
cinsi bildiren bir kelime olan “at” kelimesinin önüne gelen bir sıfat olma-
lıdır” (110, 65) fikrini irəli sürməklə abidənin mətninə istinadən “kazağu-
ça” kəlməsini “kazağuç a” birləĢməsinin düĢümə uğramıĢ Ģəkli kimi 
bərpa edir və deyimi “kazağuç a minmeyince yol alınmaz” variantın-
da oxuyur (110, 70).  
Beləliklə,  qorudĢünaslıqda  müxtəlif  oxunuĢ  və  Ģərhlərin  irəli  sürül-
düyü üzə çıxır. Fikrimizcə, bu deyimdə sürətli yazıya alınma və ya üzün-
dən köçürülmə prosesinin nəticəsi olaraq iki xətaya yol verilmiĢdir ki, bun-
lardan açıq-aydın duyulanı sonrakı sətirdə getmiĢ “Ər malına qıymayınca 
adı  çıqmaz”  (D-3,  11)  atalar  sözünün  tərkibindəki  “qıymayınca”  feili 
bağlamasının mexaniki surətdə bu sətirdə yazılmasıdır. Ġkinci yanlıĢlıq isə 
bütün əsər boyu re hərfinin üzərinə bir nöqtə iĢarəsi qoyulmaqla ze kimi 
oxunmasından,  eləcə  də  qaf  və  ğeyn  hərflərinin  oxĢar  konfiqurasiyaya 
malik olmasından irəli gəlir. Vatikan nüsxəsində “qara qoça” kimi oxunan 
ilk  sözün  Drezden  nüsxəsində 
Ģəklində  yazılaraq  “qazağuça” 
kimi oxunmasını (-a yönlük hal Ģəkilçisidir) həm də abidəni yazıya alan və 
yaxud üzünü köçürən Ģəxsin “qara qoç” və “qazağuc” sözlərini semantik 
baxımdan fərqləndirə bilməməsi ilə izah etmək mümkündür.  
AraĢdırma  göstərir  ki,  “qoç”  sözü  ilk  mərhələdə  “ayğır”,  “buğur” 
sözləri  kimi  keyik,  maral,  dağ  keçisi,  qoyun  kimi  heyvanların  erkəyinə 
verilmiĢ ümumi ad olmuĢdur (43, 16-17). Sonradan məna daralması yolu 
ilə “ayğır” sözü atın, “buğur” sözü dəvənin, “qoç” sözü isə qoyunun er-
kəyini  adlandırmağa  xidmət  etmiĢdir.  “Qara  eĢək”,  “qara  buğur”  birləĢ-
mələrində  olduğu  kimi,  “qara”  sözü  “qara  qoç”  birləĢməsində  “güclü” 
anlamını  ifadə  edən  təyinedici  sözdür.  Bu  birləĢmənin  abidənin  dilində 
“güclü erkək at” anlamında 
 Ģəklində dəfələrlə iĢləndiyi müĢahi-
də olunur. Məsələn: 
Qara qoç atları kiĢnəĢdirən ... (D-45,13). 
Mən qara qoç atıma binmədin il binmax gərək! (D-81, 2). 
Qara qoçın oynaddı, Uruz kafiriñ sağına at dəpdi. (D-133,132-133). 
Qara  qoç  ata  binənlər  vardı  gəldi,  Bədəvi  atlu  bir  oğula,  ya  Rəb, 
noldu? (D-137, 10-11) və s.  
Bu  və  digər  iĢlənmə  məqamlarını  ayrıca  qeyd  etməklə  “qara  qoç 
at”, qara qoç ayğır” əvəzinə “kazağuç at”, “kazağuç ayğır” ifadəsinin ve-
rilməsini  irəli  sürən  O.F.Sertkaya  mülahizəsi  (110,  69-70),  fikrimizcə, 
özünü doğrultmur. Onun bütün məqamlarda -ım, -ın, -lar qrammatik Ģə-


46
 
 
kilçiləri qəbul etmiĢ “qara qoç” birləĢməsini “kazağuç ” birləĢməsi-
nin düĢümə uğramıĢ Ģəkli sayması inandırıcı görünmür ki, bu da görkəm-
li alimin onu M.Tulum və S.Tezcan kimi, sadə bir ata deyil, “yerinde du-
ramayan,  sürekli  olarak  ayaklarıyla  yeri  eĢeleyip  duran,  haĢarı,  huysuz, 
harın  yanına  kimseyi  yaklaĢtırmayan,  üzerine  semer  vurulup  binilmesi 
güç, vahĢi, ram olmayan” ata verilən təyinedici söz, yəni sifət (110, 65) 
hesab etməsi ilə əlaqəlidir.  
Fikrimizcə,  müasir  naĢirlər  və  tədqiqatçılar  kimi,  katib  də  arxaik 
“qazağuç” sözünün mənasını dəqiq bilmədiyi üçün iĢlədilməsi tələb olu-
nan  məqamlarda  onu  eynilə  “qara  qoç”  birləĢməsinin  yazılıĢı  kimi  ver-
miĢdir.  Lakin  kontekstə  əsasən  bu  sözləri  fərqləndirmək  olur  ki,  həmin 
məqamları nəzərə çarpdırmaq istərdik. 
1. “Qazan bəg oğlı Uruz bəgiñ tutsaq olduğu boy”da Burla xatunun 
Qazan xana soylamalarından birində: 
Qaytabanda qızıl dəvə bundan keçdi.  
Torumları bundan bozlayıb bilə keçdi.  
Torumcığım aldırmıĢam, bozlayayınmı? 
Qazağucda Qazılıq at bundan keçdi.  
Quluncığı kiĢnəyüb bilə keçdi.  
Quluncığım aldırmıĢam, kiĢnəyəyinmi? 
Ağayılda ağca qoyun bundan keçdi.  
Quzucığı məñriĢib bilə keçdi.  
Quzucığım aldırmıĢam, məñriyəyinmi? (D-139, 6-11) 
2. “Qañlı qoca oğlı Qan Turalı boyu”nda Selcan xatunun Qan Turalı-
ya soylamasında: 
Hey, yigidim, bəg yigidim! 
Qaytabanlar torumundan dönərmi olur? 
Qazağucda Qazılıq atlar quluncığın dəpərmi olur? 
Ağayılda ağca qoyun quzıcığın süsərmi olur? (D-196, 11 - 197, 1). 
3. “Ġç Oğuza TaĢ Oğuz asi olub Beyrək öldügü boy”da: 
Qaytabanda dəvələrim bozlatmadın, 
Qazağuçda Qazılıq atım kiĢnətmədin... (D-299, 2-3). 
Bu  məqamlarda  yerlik  hal  Ģəkilçisi  qəbul  etmiĢ  “qazağuç”  arxaiz-
minin  eynilə  “qara  qoç”  birləĢməsi  kimi  bəzən 
,  bəzən  isə 
 Ģəklində yazılmasına baxmayaraq, tamamilə fərqli məna daĢı-
dığı Ģübhəsizdir. Göstərilən nümunələrdə dəvələrin qaytabanda, qoyunla-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə