Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

35
 
 
Ulu Qorqudun məsləhəti ilə hakimiyyətə keçən Erki düz otuz iki il 
(Əbülqaziyə görə isə otuz beĢ il; 138, 58-60) bu vəzifəni daĢıyır və bəzi 
hadisələrlə  əlaqədar  yenidən  xaqanlığı  Qayı  xanın  nəslindən  olan  Tu-
mana  təhvil  verir.  Onun  həmin  mərasimdə  söylədiyi  nitqi,  üzərində  da-
yandığımız Qorqud deyiminin açıqlanması baxımından böyük maraq do-
ğurur: “Otuz iki ildir ki, mən bu taxta oturmuĢam. Əgər bizim nəslimiz-
dən  (uruq)  biri  padĢah  olmaq  istəsəydi,  bu  xoĢ  xəyal  olardı.  PadĢahlıq 
taxtı bunun üçün Ulu Tanrı tərəfindən seçilmiĢlərə və onların nəslindən 
olanlara layiqdir. Bu bir həqiqətdir ki, bu kökdən gələnlər əsla yanılmaz-
lar, amma mən yanıla bilərəm” (76, 47). Üç Oqlardan olan Göl Erki xan 
bu nitqi ilə hakimiyyətin məhz Boz Oqlara, konkret desək, onun ən qüd-
rətli tayfası sayılan Qayıya mənsub olmasını Tanrı tərəfindən qoyulmuĢ 
qayda  kimi  qəbul  edir.  Lakin  böyük  salnaməçinin  geniĢliyi  və  dəqiqliyi 
ilə təsvir etdiyi sonrakı hadisələrdən göründüyü kimi, taxt-tacın veilməsi 
heç də könüllü olmamıĢdır. Erki xan – Tuman xan və Erki xan – Tuman 
xan oğlu Qayı Yabqu xan qarĢıdurması göstərir ki, görünür, bu, Boz Oq-
larla  Üç  Oqlar  arasında  müəyyən  ziddiyətələrə  də  gətirib  çıxarmıĢdır. 
Ulu Qorqud daha böyük fəlakətlərin qarĢısını almaq və yaranmıĢ proble-
mi  sülh  yolu  ilə  həll  etmək  məqsədilə  qırılmıĢ  hakimiyyət  zəncirinin 
müəyyən  müddət  keçdikdən  sonra  bərpa  olunacağı,  yəni  hakimiyyətin 
yenidən Qayı tayfasına qayıdacağı fikrini Oğuz elinə aĢılamaq istəmiĢ və 
bunu  yuxarıdakı  deyim  formasında  ümumiləĢdirmiĢdir.  Qorqudun  müd-
rikliyinə  inanan  sonuncu  nüsxə  katibi  konkret  tarixi  hadisə  ilə  bağlı  de-
yilmiĢ bu kəlamı öz zəmanəsinə uyğunlaĢdıraraq əslən Qayı tayfasından 
olub  1299-cu  ildə  Osmanlı  Ġmperiyasını  əsasını  qoymuĢ  Ərtoğrul  oğlu 
Osmanın (104, 1-3) nəsli ilə əlaqələndirmiĢdir. Olduqca uğurlu alınan bu 
əlaqələndirmə F.Zeynalov və S.Əlizadə kimi dəyərli tədqiqatçıları yanlıĢ 
nəticə çıxarmağa yönəltmiĢdir. 
Yalnız əlavə mənbələr deyil, “Kitab”ın məzmunu da bu deyimin tari-
xi gerçəkliyin nə dərəcədə obyektiv əks etdirdiyini üzə çıxarmağa əsas ve-
rir.  Məsələ  burasındaddır  ki,  boylarda  baĢ  verən  bütün  hadisələr  heç  də 
Boz Oqların deyil, Üç Oqların hakimiyyəti dövrünü əhatə edir. Boylarda 
təsvir  olunan  Qalın  Oğuz  dövlətinin  baĢında  bayandur  tayfasını  təmsil 
edən  Bayındır  xan  və  onun  kürəkəni  –  salur  tayfasını  təmsil  edən  Salur 
Qazan durur. Təbii ki, bu, oğuzların qeyd olunan hakimiyyəti idarə etmək 
ənənəsinin  ziddinədir.  Deməli,  ulu  Qorqud  haqlıdır:  hakimiyyət  yenidən 


36
 
 
Boz  Oqlara,  yəni  qayı  tayfasına  qayıtmalıdır.  Buradan  “Kitab”ın  məhz 
niyə  Ġç  Oğuzla  TaĢ  Oğuz  arasındakı  qardaĢ  qırğınından  bəhs  edən  boyla 
tamamlanmasının  tarixi-məntiqi  mahiyyəti  üzə  çıxmıĢ  olur.  Belə  ki,  Boz 
Oqlara  aid  qayı  tayfasının  baĢçısı  kimi  göstərilən  Aruz  qocanın  (böyük 
oğlu Qıyan  Səlcuq adlanır ki, bu nəsildən qaynaqlanan  səlcuqlar da  qayı 
tayfasından çıxmıĢlar) Üç Oqlara, konkret olaraq, Salur Qazana “asi olma-
sında”  baĢlıca  məqsəd  itirilmiĢ  hakimiyyətin  geri  alınmasıdır.  Bizcə, 
boyların birində Aruzun nəvəsi Qıyan Səlcuq oğlı Dəli Tondarın “Qazan 
kimi  pəhlivanı  bir  savaĢda  üç  kərrə  atından  yıqan”  (D-150,  5-6)  kimi 
təqdim  edilməsi  də  həmin  əsasda  baĢ  verən  qarĢıdurmadan  xəbər  verir. 
Abidənin  bədii-epik  funksiyası  həmin  tarixi  faktı  daha  önəmli  aspektdən 
Ģərh etməyə yönəldildiyindən Qalın Oğuz elinin müdrik ağsaqqallarından 
və alp ərənlərindən sayılan Aruz qoca XII boyda xırda hisslərin girovuna 
düĢüb tayfalararası qırğına baĢçılıq edən mənfi obraz kimi təqdim olunur. 
Buradan belə bir nəticə çıxarmaq olur ki, minilliklərin qovĢağında forma-
laĢan  bu  möhtəĢəm  epos  konkret  tarixi  hadisəni  kölgədə  buraxaraq, 
ümummili mənafe daĢıyan süjetə söykənməklə gələcək nəsilləri ayıq-sayıq 
olmağa, qardaĢ qırğınının törədə biləcəyi fəlakətlərdən qaçmağa səsləyir. 
Bundan əlavə, göstərilən Qorqud deyimi digər bir məsələnin aydın-
laĢdırılmasında da açar rolunu oynayır. AraĢdırmalar göstərir ki, Ġç Oğuz 
– TaĢ Oğuz bölgüsünün Üç Oq – Boz Oq bölgüsünə münasibəti qorqud-
Ģünaslıqda bəzən qarıĢıq salınmıĢdır. Belə ki, əgər M.Ergin “Kitab”da Ġç 
Oğuzun  Üç  Oqlara,  TaĢ  Oğuzun  Boz  Oqlara  aid  olduğunu  qeyd  edirsə 
(101, Ic., 26, 51), ġ.CəmĢidov əks mövqedə dayanaraq yazır: “Apardırdı-
ğımız araĢdırmalardan və xüsusən 12-ci boydakı mövqenin izahından qə-
rara gəlmək olur ki, Ġç Oğuz – Boz oqdur, DaĢ Oğuz – Üç oqdur. 
“Ġç Oğuz”un “Boz oq” və “DaĢ Oğuz”un “Üç oq” olduğunu oğuzlar 
haqqındakı məĢhur əvsanəvi bölgü prinsipi də təsdiq edir. Oğuz haqqında 
rəvayətlərdə Boz oq hakim, Üç oq isə tabe olan hissədir. Deməli, Oğuzun 
baĢçısı,  hakimi  Boz  oqda,  ona  tabe  olan  dayısı  isə  Üç  oqda  olmalıdır. 
“Dədə  Qorqud”  boylarında  Qazan  xan  Ġç  oquzda,  ona  tabe  olan  dayısı 
Aruz isə DaĢ oquzdadır. Deməli, məntiqi prinsipə görə, Qazan xanın yer-
ləĢdiyi sahə Boz oq, Aruzun yerləĢdiyi sahə Üç oq olmalıdır” (21 , 9). 
Eləcə  də  abidənin  F.Zeynalov-S.Əlizadə  nəĢrində  akademik 
V.V.Bartoldun  “dastanların  məzmunundan  “Ġç  Oğuz  və  “DaĢ  Oğuz”  böl-
güsünün “Üç ox və Boz ox” bölgüsünə münasibəti aydın olmur” (60, 253) 


37
 
 
fikrinə  heç  bir  əlavə  Ģərhin  verilməməsi  bunu  göstərir  ki,  həmin  məsələ 
onların özləri üçün də açılmamıĢ qalmıĢdır. Bəs həqiqət hansı tərəfdədir? 
“Kitab”ın məzmunundan aydın olur ki, Ġç Oğuz və TaĢ  Oğuz böl-
güsü  Qalın  Oğuz  dövlətində  hakimiyyət  bölgüsünü  ifadə  edir.  Prof. 
S.Əliyarovun  qeyd  etdiyi  kimi:  “Ġç  Oğuz  –  Oğuz  elinin  siyasi  mərkəzi-
dir”  (60,  263).  TaĢ  Oğuz  isə  ona  tabe  tərəfdir.  Hakimiyyəti  xanlar  xanı 
Bayındır xan və salur tayfasından Salur Qazan idarə edir. 
Ənənəvi Oğuz bölgüsündə həm bayandurlar (Bayındır antroponimi 
həmin etnonimin daĢıyıcısıdır), həm də salurlar Üç Oq tayfa birliyinə da-
xildirlər. Deməli, hakimiyyət, yəni Ġç Oğuz Üç Oqlara məxsusdur. Yuxa-
rıdakı Qorqud deyiminin də əsl mahiyyəti ondadır ki, axır zamanda haki-
miyyətin, yəni Ġç Oğuzun Üç Oqlardan alınaraq yenə də Boz Oqlara ke-
çəcəyindən xəbər verir. ġ.CəmĢidov daha qədim tarixi köklərə bağlı olan 
bu deyimin məğzini duya bilmədiyindən, riyazi dillə desək, dəyiĢənlə də-
yiĢməyənin yerini qarıĢıq salmıĢdır. DəyiĢən hakimiyyət, dəyiĢməyən isə 
tayfa bölgüsüdür. BaĢqa sözlə, Üç Oq – Boz Oq bölgüsü sabit, Ġç Oğuz – 
TaĢ Oğuz bölgüsü dəyiĢəndir. YaranmıĢ ənənəyə görə, nəsilliklə Boz Oq-
lara çatan Ġç Oğuz bəzən tarixin gözlənilməz gərdiĢi nəticəsində Üç Oq-
lara keçə bilmiĢdir ki, bunu nəzərə almadan həmin münasibəti dəqiqləĢ-
dirmək qeyri-mümkündür. Boyların məzmunundan Üç Oqların Ġç Oğuzu, 
Boz Oqların isə TaĢ Oğuzu təmsil etdiyi meydana çıxır ki, bu da M.Ergin 
qənaətinin daha obyektiv olduğunu göstərir.  
Qorqud kəlamının tarixi əhəmiyyəti bir də bundadır ki, o, boyların 
hansı dövrü, tarixin hansı mərhələsini əhatə etdiyini, təxmini də olsa, də-
qiqləĢdirməyə imkan yaradır. Əsasən, yarandığı, formalaĢdığı və ilk dəfə 
ozan  dilindən  yazıya  alındığı, qismən isə,  sonradan katib və  ya katiblər 
tərəfindən  üzü  köçürüldüyü  dövrlərin  tarıxı  hadisələrini  özündə  əks 
etdirən boylar toplusu Ģəklində zəmanəmizə gəlib çatmıĢ “Dədə Qorqud” 
eposu  əslində  Üç  Oqların  hakimiyyətdə  olduğu  32  (yaxud  35)  illik  bir 
çağı əhatə edir ki, bu da ulu Qorqudun yaĢadığı əsrlə üst-üstə düĢür. Ma-
raqlıdır ki, bir qərinəlik, yəni əsrin üçdə bir hissəsini təĢkil edən bu tarixi 
mərhələ  abidənin  mətnində  poetik  boyalarla  əksini  tapmıĢ  bir  nəslin 
ömür  yoluna  tam  uyğun  gəlir.  Bunu  prof.  M.H.Təhmasibin  incəliyinə 
qədər izlədiyi, abidənin “VI və IX boylarında mötəbər qəhrəman kimi adı 
çəkilən,  II  və  IX  boylarda  iĢtirak  edən,  III,  XI  və  XII  boyların  isə  əsas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə