Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

40
 
 
Göründüyü kimi, hətta “yor-“ fonetik variantinta götürülə bilən bu 
arxaik feil birinci nümunədə “getmək”, ikincidə isə “qovmaq, qaçırtmaq” 
mənalarındadır. 
Bundan əlavə, sözün əski əlifba ilə yazılıĢı və abidənin dilində aĢa-
ğıdakı  iĢlənmə  məqamları  göstərilən  oxunuĢun  tarixi  həqiqətə  daha  uy-
ğun olduğunu söyləməyə imkan verir:  
Sarp yorırkən Qazılıq ata namərd yigit binə bilməz, binincə binmə-
sə yeg! (D-4, 4-5). 
Evdən çıqub yorıyında səlvi boylum! (D-12, 8-9). 
Bədəvi atın ökcələdi, ol tərəfə yorıdı. (D-26, 7-8). 
Dirsə xan yayan, bunlar atlu yorıdılar. Alubanı qalın kafir ellərinə 
yönəldilər. (D-30, 2-3). 
Yorı, oğul, babañ saña qıydısa, sən babaña qıymağıl! (D-31, 1). 
Yorıyalım, a bəglər, av avlayalım, quĢ quĢlayalım, sığın, keyik yı-
qalım,  qayıdalım  otağımıza  düĢəlim,  yeyəlim,  içəlim,  xoĢ  keçəlim!  (D-
36, 12-13). 
Çoban böylə digəc Qazana qəhər gəldi, aldı yorıyu verdi. (D-49, 5-6). 
Qazana  qeyrət  gəldi,  çobanı  bir  ağaca  sara-sara  möhkəm  baqladı, 
atlandı, yorıyu verdi. (D- 50, 3-4). 
Böylə  digəc  anasınıñ  qərarı  qalmadı,  yorıyu  verdi,  qırq  incə  bellü 
qızıñ içinə girdi. (D-55, 2-3). 
Bir-iki  gögərçin  öldürdi  döndi,  evinə  gəli  yorırkən  Əzrayıl  atınıñ 
gözinə göründi. (D-159, 12-13) və s. 
M.Erginin dəqiq müəyyənləĢdirdiyi kimi, boyların dilində müxtəlif 
qrammatik Ģəkilçilərlə 27 dəfə iĢlənən bu söz (101, IIc, 339) eyni zaman-
da -t leksik Ģəkilçisi ilə düzəlmiĢ “yorıt-“ feilinin yaranmasında da iĢtirak 
etmiĢdir. Məsələn: 
1) “qaçırtmaq” mənasında: 
 Kəndüləri atlı, babañı yayaq yorıtdılar. (D-30, 11). 
Ağ  əlləriñ  qarusından  bağlatdıñmı,  kafir  öñincə  yorıtduñmı?  (D-
136, 10). 
2) məcazlaĢaraq “ad daĢımaq” mənasında: 
  Ata  adını  yorıtmayan  xoyrad  oğul  ata  belindən  enincə  enməsə, 
yeg! (D-4, 9). 
  Ata adın yorıdanda dövlətlü oğul yeg! (D-4, 10-11). 
3) qılıncla bağlı “oynatmaq”, “çalmaq” mənasında: 


42
 
 
Qara tonlu kafirə at saldılar, qılıc yorıtdılar. (D-270, 6). 
T.Tekinin düzgün müĢahidə etdiyi kimi, bu arxaik söz Orxon abi-
dələrində iĢlənmiĢ eyni mənalı “yor-” feilinə -ı Ģəkilçisinin əlavəsi ilə dü-
zəlib (115, 87). Bu fikrə və semantik yaxınlığa istinadən deyə bilərik ki, 
“Kitab”ın mətnində rast gəlinən “yort-”, “yortıĢ-” feilləri, eləcə də “yort-
ma”, “yorıĢ” isimləri həmin arxaik feil kökündən törəmiĢdir. Bunu aĢağı-
dakı dil nümunələri də təsdiq edir: 
Qazan gerü döndi, gəldügi yolı əlinə alub yortdı. (D-141, 2-3). 
At üstində əylənməyüb yortan Qazan, səniñ beliñ ulmıĢ? (D-149, 7-8). 
Qırq yigidin yanına bıraqdı, yedi gün yedi gecə yortdılar. (D-177, 
5-6). 
Ağboz  atlar  binübən  yortuşdılar,  bəg  babası  yanına  iriĢdilər.  (D-
200, 8-9). 
Gecə-gündüz demədilər, yortma oldı. (D-301, 10). 
Qırq yigidin boyına aldı, Qalın Oğuzuñ üstünə yorış etdi. (D-19, 4-5). 
Bəllidir ki, orta əsr yazılı abidələrinin dilində “yorı-“ feili artıq in-
cələĢərək “yürü-“ və “yörü-“ Ģəklini almıĢdır. Lakin bu bizə haqq vermir 
ki, “Kitab”ın dilini yaxın keçmiĢə çəkib müasirləĢdirək. Məhz çox zaman 
bu  yolla  gedildiyi  üçün  onlarla  sözün  oxunuĢu  və  mənalandırılmasında 
yanlıĢlığa yol verilmiĢdır. 
“Yorı-” feilinin yuxarıdakı iĢlənmə məqamına gəlincə, onun “gedə” 
feil  formasına  artırılaraq  “getməkdə  davam  edir”  mənasında  iĢlədiyini 
söyləmək olar. 
[4]
 Drezden nüsxəsindəki
 yazılıĢına əsasən, bu sözü Orxon-
Yenisey  abidələrində  olduğu  kimi  “Teñri”  variantında  oxumaq  daha 
məntiqi görünür. F.Zeynalov-S.Əlizadə nəĢrində həmin söz bütün iĢlən-
mə  məqamlarında  “təñri” kimi verilmiĢdir (60, 31). Abidənin orfoqrafi-
yasına əsasən, türk mənĢəli qalın saitli sözlər “ta”  , incə saitli sözlər isə 
“te”    hərfi  ilə  yazılmıĢdır.  Böyük  dilçi  M.KaĢğari  lüğətində  də  oxĢar 
yazılıĢın Ģahidi oluruq (55, Ic, 126, 150; IIc, 113, 178; III c, 52, 118 və 
s.). Sadəcə, “sağır nun” hərfi burada iki hərf – nun və kaf hərf birləĢmə-
ləri  Ģəklində  getmiĢdir.  Maraqlıdır  ki,  O.F.Sertkaya  bu  sözün  ilk  səkkiz 
səhifədə məhz nöqtəsiz nun hərfi ilə yazıldığını müĢahidə etmiĢdir (110, 
56). Bu da abidənin Drezden nüsxəsinin məhz XI əsr əlyazmasından üzü 
köçürüldüyünə  əsas  verən  faktlardandır.  Bununla  belə,  O.ġ.Gökyay, 


43
 
 
M.Ergin nəĢrlərində olduğu kimi, sözün “Tañrı” varıantında transkripsiya 
edilməsinə üstünlük verdik. 
 
[5] 
Öncə deyildiyi kimi, < > iĢarəsi içərisinə verilmiĢ  söz, ifadə və 
cümlələr  Drezden  nüsxəsində  buraxılıb,  Vatikan  nüsxəsinə  və  abidənin 
digər  yerlərində  təkrarlanaraq  iĢlədilən  məqamlarına  əsasən  bərpa  olun-
muĢları əks etdirir. 
 
[6] 
“[Qazağuca  qıymayınca]    yol  alınmaz” 
deyimindəki  [  ]  iĢarəsi  içərisində  verilmiĢ  “qara  qoca”  və  “qıymayınca” 
sözləri  də  mübahisəli  məqamlardan  sayılır.  Drezden  nüsxəsində  “Qaza-
ğuca qıymayınca yol alınmaz” oxunuĢunda verilmiĢ deyimin ilk iki sözü 
Vatikan  nüsxəsində  “qara  qoça  binməyincə”  Ģəklində  oxunan  varintda 
yazılmıĢdır (V-3, 3). O.F.Sertkayanın üzərində ətraflı dayandığı bu deyi-
min təhlilindən (110, 63-71) aydın olur ki, “qara qoç” və “qazağuc” söz-
lərinin ifadə etdiyi mənalar tədqiqatçı alimlər tərəfindən fərqli yanaĢma-
larda izah olunmuĢdur. Azərbaycan nəĢrlərini əlavə etmək Ģərtilə mövcud 
yanaĢmaların mahiyyətini açıqlamaq üçün onları bir daha nəzərdən keçir-
məyi məqsədəuyğun bilirik.  
O.ġ.Gökyay deyimi “Karagoça kıymayınca yol alınmaz” kimi oxu-
muĢ (107, 20) və tərtb etdiyi sözlükdə “at, yügrük at, at sürüsü” və sual 
iĢarəsi ilə verdiyi “tavla” mənalarında izah etmiĢdir (107, 337). Maraqlı-
dır ki, böyük qorqudĢünas “karakoç” sözünü də eyni anlamlarda açıqla-
mıĢdır (107, 337). M.Ergin deyimi “Kızağuça kaymayınca yol alınmaz” 
variantında transkripsiya etməklə (101, Ic, 74) ilk sözü -ça Ģəkilçisi qəbul 
etmiĢ  “kızak”  mənalı  “kızağu”  (101,  IIc,  185),  ikinci  sözü  isə  “kay-” 
feilinin  -mayınca  Ģəkilçisi  ilə  iĢlənmiĢ  feili  bağlama  forması  kimi  (101, 
IIc, 175) anlasa da, yekunda deyimi “Kara koç ata kıymayınca yol alın-
maz” Ģəklində çevirmiĢdir (102, 16). O.ġ.Gökyay və M.Ergin oxunuĢla-
rını müqayisəli təhlilə cəlb edən T.Tekin “kıymayınca” əvəzinə, Vatikan 
nüsxəsində “binməyincə” sözünün yazılmasına və mətn boyu “kara koça 
binmək”  ifadəsinin  daha  çok  iĢlənməsinə  rəğmən  deyimin  “kara  koça 
binməyincə” birləĢməsi ilə verilməsini doğru hesab edir (114, 142-143). 
H.Araslı deyimi “Qaraqoca qıymayınca yol alınmaz” varinatında oxumuĢ 
və  ilk  sözü  “at”  mənasında  qavramıĢdır  (59,  15).  F.Zeynalov-S.Əlizadə 
nəĢrində  deyim  “Qarağuca  qıymayınca  yol  alınmaz”  kimi  verilmiĢ  (60, 
31) və ilk sözün oxunuĢu belə bir Ģərhlə əsaslandırılmıĢdır: “Bizcə, “Qa-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə