Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

32
 
 
Ģəxsiyyət  olmuĢ  Dədə  Qorquda  əfsanə  qəhrəmanlarına  məxsus  iki  yüz 
doxsan beĢ il yaĢ verilməsi də islam dininin türklər arasında geniĢ yayıl-
ması və bu inamın təsiri ilə Məhəmməd peyğəmbərlə müasirləĢdirilməsi 
ilə  birbaĢa  bağlıdır.  F.Zeynalov-S.Əlizadə  nəĢrində  “Kitabi-Dədə  Qor-
qud”da ən qədim dini-mifoloji təsəvvürlər və bəzi adət-ənənlər hansı əsr-
lərə  aiddir?”  sualına  “Oğuzların  ibtidai  dövrünə  –  bizim  eranın  III-IV 
dövrünə” cavabının verilməsi (60, 16) təsadüfi xarakter daĢımır. Boyların 
məzmunundan göründüyü kimi, ulu Qorqud həm özünəqədərki, həm də 
yaĢadığı, Ģahidi olduğu dövrlərin hadisələri əsasında boy boylamıĢ, oğuz-
namələr düzüb qoĢmuĢdur. Sonrakı nəsil ozanlarının dilində “ol zaman” 
kimi qəlibləĢən Oğuz zamanı əslində islamdan qabaqkı dövrü əhatə edir 
ki, Dədə Qorqudun da bu mərhələdə, daha dəqiq ifadə etsək, V-VII əsrlər 
arasında yaĢadığı daha məntiqi səsləĢir. Belə bir yanaĢma abidənin mət-
nində əksini tapmıĢ bəzi qədim deyimlərin, ifadələrin açımını tarixi ger-
çəkliyə uyğun yozmağa əsas verir. 
 
[2]
  Abidənin  tanınmıĢ  araĢdırıcılarından  biri  hesab  edilən  və  Drez-
den nüsxəsinin “GiriĢ” bölümünü ilk dəfə mətnin transkripsiyası və mü-
bahisəli məqamların açıqlaması ilə ayrıca kitab Ģəklində nəĢr etdirən Os-
man Fikri Sertkaya “ol” iĢarə əvəzliyinin Ģəddəli yazılıĢına əsasən, həmin 
sözü  “evvel”  variantında  oxumağı  və  iĢləndiyi  cümləni  “Oğuzun  evvel 
kiĢi, tamam bilicisiydi” Ģəklində verməyi  məqsədəuyğun bilir (110, 31). 
Hörmətli  alimin  düĢüncəsinə  görə,  bu  variant  “(Korkut  Ata)  Oğuzun 
evvel kiĢi(siydi), tamam bilicisiydi” cümləsinin “unsurları düĢüme uğra-
mıĢ, eksiltili, kısaltılmıĢ” formasıdır (110, 47).  
Təhlil  göstərir  ki,  Drezden  nüsxəsindəki  bu  yazılıĢ  variantına 
ġ.CəmĢidov da diqqət yetirərək, onun “əvvəl” kimi oxuna bilməsini qeyd 
etsə də,”ol” kimi oxunmasını məntiqi saymıĢdır (23, 100).  
Məlumdur  ki,  uzun  əsrlərin  qovĢağında  formalaĢan  bu  epos  ilkin 
variantda hansısa bir ozanın dilindən yazıya köçürülmüĢdür. Odur ki abi-
dənin  mətnində  bəzən  müəyyən  söz  və  ifadələrin  buraxılmasına,  əlavə-
sinə,  yerdəyiĢməsinə,  hətta  təkrar  yazılıĢına  rast  gəlindiyi  kimi,  orfoq-
rafik səhvlərə də yol verilmiĢdir. Təbii ki, belə hallarda hər bir hadisəyə 
fərdi yanaĢılmalı,  mətnin kontekstinə uyğun tarixi faktlarla əsaslandırıl-
malıdır.  Bizcə,  sözün  orfoqtafiyası  onun  “evvel//əvvəl”  Ģəklində  oxunu-
Ģuna əsas versə belə, yazılıĢına müvafiq transkripsiya edilməsi və məna-
landırılması inandırıcı görünmür. Bu bir neçə amillə bağlıdır:  


33
 
 
Birincisi,  “əvvəl”  sözü  zaman  zərfidir  və  özündən  sonrakı  “kiĢi” 
sözünə yanaĢaraq onu təyin edə bilməz. O.F.Sertkayanın düĢündüyü fik-
rin alınması üçün bu məqamda “əvvəl” zərfi deyil, ondan törəmiĢ “əvvə-
linci” sözü iĢləsdilməliydi. 
Ġkincisi, “Oğuzuñ ol kiĢi tamam bilicisiydi” cümləsində getmiĢ “ol 
kiĢi” ifadəsi ilə dastançı öncəki cümlədə getmiĢ “Qorqut ata” adını üslubi 
baxımdan  təkrarlamaqdan  qaçmıĢ  və  bununla  da  iĢləndiyi  cümləyə  bir 
axıcılıq, sadəlik gətirmiĢdir. 
Üçüncüsü,  ola  bilsin  ki,  əsərin  ilkin  yazıya  köçürüldüyü  dövrdə, 
yəni XI əsrdə ozanın dilində dialekt əlaməti və ya tarixi dil faktı olaraq 
ilkin uzanmanın təsiri ilə “ol” iĢarə əvəzliyi “ool” [o:l] Ģəklində tələffüz 
edildiyi üçün katib “Ģəddə” iĢarəsindən istifadə etməli olmuĢdur. 
Hər  halda,  hansı  səbəbdən  irəli  gəlməsindən  asılı  olmayaraq,  bu 
məqamda “əvvəl” sözünün iĢlənilməsi özünü doğrultmur. 
 
[3] 
“Qorqut ata ayıtdı: “Axır zamanda xanlıq gerü Qayıya dəgə, kim-
sənə  əllərindən  almaya,  axır  zaman  olub  qiyamət  qopunca”.  Bu  dedügi 
Osman nəslidir, iĢdə sürülüb gedə yorır”. 
Müqəddimədə  Qorqud  ataya  məxsus  ilk  deyim  və  onun  katib  Ģər-
hindən  ibarət  bu  hissəyə  qorqudĢünaslıqda  fərqli  Ģəkildə  yanaĢılmıĢdır. 
O.ġ.Gökyay  (107,  19),  M.Ergin  (101,  I  c,  73),  V.V.Bartold  (138,  9), 
H.Araslı  (59,  14),  ġ.CəmĢidov  (23,  279),  S.Tezcan-H.Boeschoten  (116, 
29) nəĢrlərində Qorqud kəlamı katibin əlavə etdiyi qeyddən fərqləndirilə-
rək  ayrıca  cümlə  Ģəklində  verilmiĢdir.  F.Zeynalov-F.Əlizadə  birgə  nəĢ-
rində (60, 31), eləcə də S.Əlizadənin ayrıca tərtib etdiyi nəĢrdə (61, 30) 
və ensiklopedik nəĢrdə (62, 30) isə katibə aid olduğu güman edilən qeyd 
Qorqud deyiminin tərkibində ona məxsus fikrin davamı kimi belə bir va-
riantda – “Qorqut ata ayıtdı: “Axır zəmanda xanlıq gerü  – Qayıya dəgə, 
kimsənə əllərindən almaya. Axır zaman olub qiyamət qopunca bu dedügi 
Osman  nəslidir,  iĢdə  sürülüb  gidə-yürır”  Ģəklində  verilmiĢdir  ki,  bu  da 
məntiqi  anlaĢılmazlığa  gətirib  çıxarır.  Belə  ki,  tarixi  mənbələrdə  Oğuz 
dövlətinin ən müdrik vəzirlərindən biri kimi bəhs olunan (76, 42-45) Də-
də Qorqud, adı ilə bağlı bu “Kitab”da Oğuz elinin bilicisi, “vilayət issi”, 
“qayibdən dürlü xəbər söyləyən” ağsaqqalı kimi səciyyələndirilərək təq-
dim  edilir.  Həqiqətən  də,  böyük  həyat  təcrübəsi,  dərin  düĢüncə  qabiliy-
yəti və ən əsası, Tanrının könlünə ilham verdiyi bəndələrdən olması Də-
dəyə imkan verir ki, Qalın Oğuz igidlərini baĢına gələn fəlakətlərdən on-


34
 
 
ları xəbərdar etsin, olacağı anlatsın. Bununla belə, öncə göstərildiyi kimi, 
V-VII  əsrlərdə  yaĢadığı  ehtimal  olunan  Dədə  Qorqudun  çox-çox  son-
ralar, yəni XIII əsrdə böyük bir imperiyanın əsasını qoymuĢ Osman nəs-
linin adını çəkməsi ağla sığmır. Fikrimizcə, Qorqud kəlamının tarixi ma-
hiyyətini  anlamayan  katib,  bu  deyimi  Qayı  tayfasından  çıxmıĢ  Osman 
nəsli ilə əlaqələndirməli olmuĢdur ki, qorqudĢünaslıqda xüsusi yeri olan 
dəyərli dilçi alimlərimiz F.Zeynalov və S.Əlizadə bunun fərqinə varma-
mıĢlar. Bundan əlavə, tarixən “yenə” anlamında iĢlənmiĢ “gerü” sözünü 
müasir  mənada qavrayaraq, “Qayıya”  sözünü onun əlavəsi kimi vermiĢ-
lər.  Əgər  ehtimallarımız  düzgündürsə,  Qorqud  deyiminin  haradan  qay-
naqlandığını araĢdıraq.  
Mənbələr göstərir ki, 24 tayfa birləĢməsindən ibarət olan Oğuz eli 
Boz Oq, Üç Oq adlanmaqla 2 qola bölünür. Bu bölgüdə sağ qolu təmsil 
edən Boz Oqlar hakimiyyəti, sol qolu təmsil edən Üç Oqlar isə onlara ta-
be olan tərəfi bildirir. Oğuzların dövlətçiliik ənənəsinə görə, hakimiyyət 
həmiĢə qüdrətli türk hökmdarı Oğuz xaqanın böyük oğlu Gün xanın bi-
rinci  övladı  Qayının  nəslindən  törəyənlərə,  yəni  Qayı  tayfasına  çatmalı-
dır. Lakin Qorqudun vəzirliyi dövründə vəziyyət elə gətirir ki, bu ənənə 
pozulur və hakimiyyət müvəqqəti olaraq Üç Oqlara keçir. F.RəĢidəddinin 
istinad  edilən  əsərində  əfsanə  donu  geyinmiĢ  bu  hadisə  belə  təsvir  olu-
nur: Oğuz xaqanı Qayı Ġnal xanın uzun bir müddət oğlu olmur və yalnız 
ömrünün  sonuna  az  qalmıĢ  xanımı  hamilə  olur.  Odur  ki  xaqanın  ölüm 
ərəfəsində  varisi  dünyaya  gəlir.  Qorqud  tərəfindən  adı  Tuman  (Duman) 
qoyulan  bu  yeganə  varisin  yaĢı  çox  az  olduğundan  hakimiyyəti  idarə 
etmək  üçün,  yenə  də  Qorqud  atanın  məsləhəti  ilə,  Bayandur  Denkerin 
oğlu  Erki  onun  naibi,  yəni  regenti  təyin  olunur.  Qorqud  ata  bunu  belə 
əsaslandırır: “PadĢahımız öldüyü vaxt hamı bilir ki, Erki onun qulluğun-
da idi və gözəl ad-sanı vardı. Çox dəyərli xidmətləri var. Ġki göl düzəldib
ayran  və  kumızla  doldurub.  O  qədər  ət  topladı  ki,  heç  bir  kəs  bunu  edə 
bilməzdi.  Onun  haqqı  daha  çoxdur  və  zamanın  və  vəziyyətin  (Ģəraitin) 
hökmü belədir: Tuman xan çox kiçikdir və padĢahlıq vəzifələrini yerinə 
yetirə  bilməz.  PadĢahlıq  bu  uĢağın  adına  yazılsın.  O,  böyüyənə  qədər 
onun adından bizlərə baĢçılıq etmək üçün indiyə qədər buna haqq qazan-
mıĢ Erkini onun naibi təyin etməliyik! Qorqud bu sözləri deyəndən sonra 
hamı razılaĢdı və bu uĢağı padĢahlıq taxtına oturtdular” (76, 43-44). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə