Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

56
 
 
öte  <  evine  gibi  baĢka  örneklerini  de  biliyoruz.)  Ġbarenin  sonunda  de 
okunan Ģekil ise sonda kötü yazılan nûn harfi olmalıdır” (110, 90). 
Həqiqətən də, burada bir yanlıĢlıq hiss olunur. Fikrimizcə, bu abi-
dənin  orfoqrafiyası  ilə  bağlı  digər  amillə  əlaqədardır.  Məlumdur  ki,  ilk 
deyim  qədim  türk  atalar  sözünün  böyük  bir  qismini  özündə  əks  etdirən 
“Oğuznamə”də “Ulu-ulu tağları keyiklər bilür” (72, 31) və “Ġssiz yerləri 
keyiklər  bilür”  (72,  30)  variantlarında  qeydə  alınmıĢdır.  Elə  isə  bu  de-
yimlər  nəyi  ümumiləĢdirir?  “Keyik”  arxaizmi  tarixən  ceyran,  cüyür,  sı-
ğın, hətta dağ keçisi kimi cütdırnaqlı çöl heyvanlarını adlandırmağa xid-
mət etmiĢdir (55, IVc, 271). Daima hərəkətdə olması və sürətli qaçıĢı ilə 
fərqlənən bu heyvanlar  yem axtarmaq  məqsədilə yaĢadıqları arealın bü-
tün  otlaqlarını,  o  cümlədən  “ulu-ulu  dağları”,  “issiz  (sahibsiz)  yerləri” 
yaxĢı  bilir,  yaxĢı  tanıyırlar.  Əslində  həm  “Kitab”da,  həm  də  “Oğuzna-
mə”də  müxtəlif  variantlarda  verilmiĢ  atalar  sözündə  keyiklər  məhz  bu 
əlamətə görə səciyyələndirilir. ġ.CəmĢidovun “gündögən”, O.F.Sertkaya-
nın “gündegən” variantda oxunuĢları maraqlı olsa da, eyni anlayıĢı ifadə 
edən “güney” sözünün müqabilində olduqca müasir səslənir. Sözün “gen-
də gen” söz birləĢməsi Ģəklidə oxunuĢu isə bir neçə baxımdan inandırıcı 
görünür. Öncə belə bir faktı nəzərə çarpdırmaq istərdik ki, bu məsəl Ya-
zıçıoğlu Əlinin “Tarixi-ali Səlcuq” əsərində “Geñ yerlər otlağın keyik bi-
lür”  (107,  1322)  Ģəklində  yazıya  alınmıĢdır.  Deməli,  “yer”  sözünün 
“geñ” (geniĢ) sözü ilə təyinlənməsi daha qədim köklərə bağlıdır. Ziddiy-
yət doğuran məqam ondadır ki, iĢləkliyini indiyə qədər itirməyən bu söz 
“Kitab”ın  dilində  bütün  iĢlənmə  məqamlarında 
Ģəklində  yazılmıĢ-
dır  (D-83,  10;  D-129,  6;  D-132,1;  D-159,  2,  8;  D-179,7;  D-209,  5;  D-
229,  13;  D-266,  3,  6)  və  bu  da  baĢlıca  maneə  kimi  qarĢıya  çıxır.  Lakin 
elə  abidənin  orfoqrafiyasında  özünü  göstərən  paralellik  bu  sözün  sağır 
nun hərfi ilə yanaĢı, nun hərfi ilə yazılıĢını ehtimal etməyə imkan yaradır. 
Məsələn, “qonĢu” sözü 2 dəfə “nun” və 2 dəfə də sağır nun səsini ifadə 
edən “kaf” hərfi ilə yazılmıĢdır: 
 
Qonşularına 
 çağırar ki ... (D-8, 11). 
Yanım ala baqduğımda qonşuma 
 eyü baqdım (D-138, 2-3). 
Qoñşı
 haqqı – Tañrı haqqı” deyü söylər (D-9, 1-2). 
Qulanla sığın-keyikə qoñşı 
 yurdum (D-44, 6). 


57
 
 
Eləcə də M.Erginin qeyd etdiyi kimi, “Kitab”da 50 dəfə n ilə yazı-
lan  “qalın”  sözü  bir  dəfə  ñ  ilə  “qalıñ”  variantında  yazılmıĢdır.  Bundan 
əlavə, həssas dilçinin qeyd etdiyi kimi, əslində əski türkcədə ñ ilə yazılan 
bəzi kəlimələr “Dədə Qorqud”da n ilə keçməkdədir (101, IIc, 424). De-
məli,  üzərində  dayandığımız  “gen”  sözünün  də  ikili  variantda  yazılıĢı 
abidənin  dili  üçün  qeyri-adi  görünməməlidir.  “Gendə  gen”  birləĢməsinə 
gəlincə, bu model də eposun qrammatik quruluĢuna tam uyğun dil hadi-
səsidir. Belə ki, sifətin çoxaltma dərəcəsini bildirmək üçün “Kitab”da bir 
neçə  vasitədən,  o  cümlədən  sintaktik  üsullardan  geniĢ  istifadə  olunmuĢ-
dur. Sifətlərin təkrarı ilə ifadə olunan üsul daha səciyyəvi sayılsa da, asılı 
tərəfin hal Ģəkilçisi qəbul edərək dərəcə ifadə etməsi hadisəsi də qarĢıya 
çıxan faktlardandır. Məsələn: “yucalardan yuca” birləĢməsi çoxaltma də-
rəcəsi bildirmək üçün abidənin mətnində 4 dəfə iĢlənmiĢdir (D-161, 5-6; 
D-18,  9;  D-209.  13;  D-251,  5).  “Gendə  gen”  birləĢməsində  birinci  tərəf 
də  yerlik  halı  ilə  iĢlənsə  də,  əslində  abidənin  dili  üçün  daha  xarakterik 
görünən çıxıĢlıq hal funksiyasını yerinə yetirmiĢdir. Məsələn:  
...oğlanı iki talusınıñ arasında urub çaqdı, yakdı (D-22, 13 – 23, 1). 
Günlərdə bir gün Düzmürd qalasına gəldi (D-202, 11-12) və s. 
Gətirilən  dəlillər  “gendə  gen”  birləĢməsini  “gendən  gen”  Ģəklində 
anlamağa imkan yaradır ki, bu da haqqında bəhs olunan ilk misranı “Da-
ha ğeniĢ yerin otlaqların keyik bilir” mənasında qavramağa əsas verir. Bu 
yozum  sonrakı  misranın  baĢlanğıcında  iĢlənmiĢ  “geñəz”  arxaik  sözünün 
məna açımı ilə tam səsləĢir və hər iki deyimin məntiqi cəhətdən bir-biri 
ilə bağlılığını Ģərtləndirir. 
Təhlil göstərir ki, O.ġ.Gökyay nəĢrində “gögez”kimi oxunub (107, 
21)  müxtəlif  mənbələrə  əsasən  “kolay,  rahat;  gövez,  yeĢil,  taze,  göger-
miĢ,  yeĢermiĢ”  və  s.  mənalarında  açıqlanan  bu  arxaizm  (107,  21,  298) 
M.Ergin nəĢrində də eyni Ģəkildə oxunsa da, yalnız “yeĢermiĢ, yeĢillen-
miĢ” mənasında izah olunmuĢdur (101, Ic, 76; IIc, 122). 
H.Araslının “gənəz” (5915), F.Zeynalov və S.Əlizadənin “gəñəz” 
kimi oxuduğu bu söz (60, 32) “uzaq” mənasında açıqlanmıĢdır (60, 130). 
H.Araslı “Orxan ġaiq Gökyaya (Açıq məktub)” adlı məqaləsində bu ar-
xaizm üzərində xüsusi dayanaraq yazır: “Gənəz” sözünü (gənəz yerin ot-
laqlarını  –  uzaq  mənasındadır)  siz  özünüz  də  “geñəz”  kimi  yazmısınız. 
Sonrakı tərtibatınızda bunu “gögəz” kimi oxuyursunuz ki, əlbəttə, yanlıĢ-
dır. “Gögəz” sözünü “göyərti” kimi düĢünürsünüz. Ancaq mətndə “gənəz 


58
 
 
yerin  otlaqların”  ifadəsində  “otlaq”  sözü  özü  göyərtili  yerdir.  Amma 
“gen”  sözü  “uzaq”  mənasındadır” (6, 194).  Görkəmli  alimin təhlilindən 
belə aydın olur ki, O.ġaiq bu sözün oxunuĢu ilə bağlı vahid mövqedə ol-
mamıĢdır. Fikrimizcə, bu Ģərh həm O.ġ.Gökyay, həm də M.Ergin oxunuĢ 
və yozumlarının əsassızlığını sübut etməyə kifayətdir. Bununla belə, sö-
zün  “uzaq”  anlamında  qavranılması  da  inandırıcı  görünmür.  TanınmıĢ 
türkoloq  T.Tekin  abidənin  Vatikan  nüsxəsindəki  yazılıĢını  da  nəzərə 
çarpdırmaqla  “geñəz”  variantını  daha  düzgün  sayaraq,  “anlamı  “yakın” 
olmalıdır” qənaətinə gəlir və fikrini belə izah edir: “Yukarıdaki cümlede 
geñez  yer  “yakın  yer,  kolay  yer”  anlamına  olmalıdır.  Çünkü  yeĢermiĢ 
yerlerin çimenlerini bilmek kulan için bir meziyet sayılamaz” (114, 143). 
Müəllif  “kolay”  qavramının  türkmən  dilində  “yaxın”  anlamı  ilə  əlaqəli 
olduğuna  istinad  edərək  bu  fikrə  gəlir.  S.Əlizadə  son  nəĢrində  bu  sözü 
“geñəz”  fonetik  variantında  oxusa  da,  mənalandırma  baxımından  ilkin 
fikrində qalmıĢdır (61, 32, 235). ġ.CəmĢidov isə onu “gökəz” kimi oxu-
yub  (23,  101,  280)  mənasını  izah  etmədiyindən  M.Ergin  mövqeyində 
durduğunu güman etmək olar. V.V.Bartoldun “луга ровных мест знает 
онагр”  tərcüməsindən  (138,  11)  bu  arxaizmin  “düz,  düzən”  mənasında 
anlaĢıldığı üzə çıxır. S.Tezcan-H.Boeschoten tərtibatında isə bu söz qar-
Ģısında sual iĢarəsi qoyulmaqla “kelez?” (116, 31) Ģəklıində oxunmuĢdur. 
S.Tezcan  həmin  oxunuĢa  verdiyi  Ģərhdə  O.ġ.Gökyay,  M.Ergin  və 
T.Tekinin  yozumlarına  münasibət  bildirilərək  mətnin  bağlamına  –  kon-
tekstinə uyğun düĢmədiyi qənaətinə gəlir və sözün yanlıĢ yazılıĢına istina-
dən onun bəzi Ģivələrdə “verimsiz (torpaq)” mənasına uyğun gələn “kelez” 
Ģəklində oxunmasını irəli sürür (117, 48). Lakin müəllif fikrində sona qədər 
israr etməyərək, “EĢqnamə”nin dilinə əsasən, onun “kolaylıkla eriĢilə bilen 
yer” (çətinliklə qovuĢula bilən yer) mənasını ifadə edən “geñəz” sözü ola 
bilməsini göz önündə tutmağın gərəkliyini söyləyir (117, 49).  
O.F.Sertkaya da adı çəkilən əsərində göstərilən məsəli ətraflı təhlilə 
cəlb  etmiĢ,  mübahisəli  oxunuĢa  və  məna  açımına  uğramıĢ  “geñəz”  açar 
sözünü M.Ergin kimi “yeĢillik, çemenlik” anlamında Ģərh etmiĢdir (110, 
91-93). 
Arxaik “geñəz” sözünün hansı mənanı ifadə etdiyini dəqiqləĢdirmək 
üçün  hər  iki  atalar  sözünün  məzmununa  diqqət  yetirək.  Burada  keyikin 
qulanla  (çöl  eĢĢəyi  ilə)  qarĢılaĢdırılaraq  səciyyələndirildiyi  Ģübhəsizdir. 
Belə  isə,  geniĢ  yerin  otlaqların  tanımaq  keyikə  məxsus  xüsusiyyətdirsə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə