Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   2   3   4   5   6   7   8   9   ...   33

5
 
 
Mətnin məzmunu göstərir ki, sıralanma baxımından ikinci verilmiĢ 
“Qazan  xanın  evinin  yağmalanması  boyu”nun  sonunda  24  sancaqdan 
ibarət  Qalın  Oğuz  dövlətinin  adlı-sanlı  igidləri  göstərdikləri  hünərə  uy-
ğun səciyyələndirilərək dinləyiciyə təqdim olunur və bu təqdimat forması 
“Qazan bəg oğlu Uruz bəgiñ tutsaq olduğu boy”da müəyyən ixtisarlarla 
yenidən təkraralanır. Bədii təyinlər Ģəklində yerinə yetirilən bu cür təqdi-
matların  real  faktlara  söykəndiyi  onların  adı  ilə  “Kitab”a  düĢmüĢ  ayrıca 
boyların  məzmunu  ilə  tam  səsləĢir.  Məsələn,  eposun  ən  romantik  və  fa-
ciəvi qəhrəmanı Bamsı Beyrək belə təqdim olunur: 
“Parasarıñ  Bayburd  hisarından  parlayıb  uçan,  apalaca  gərdəginə 
qarĢu gələn, yedi qızın umudı, Qalın Oğuz imrəncisi, Qazan bəgiñ inağı 
Boz  ayğırlı  Beyrək  çapar  yetdi,  “Çal  qılıcıñ,  ağam  Qazan,  yetdim!”  – 
dedi.” (D-61, 3-7). 
Onun adı ilə düzülüb-qoĢulmuĢ boyda bu təqdimatda getmiĢ infor-
masiya  bütünlüklə  öz  bədii  həllini  tapır.  Yaxud,  qeyri-adi  görünüĢü  və 
hünəri ilə seçilən Yegnək belə təqdim olunur: 
“Çaya    çalımlu,  çal  qaraquĢ  ərdəmlü,  qurqurma  quĢaqlu, 
qulağı  altun  küpəli,  Qalın  Oğuz  bəglərini  bir-bir  atından  yıqıcı  Qazılıq 
qoca oğlı bəg Yegnək çapar yetdi, “Çal qılıcıñ, ağam Qazan, yetdim!” – 
dedi.” (D-61, 7-11).  
Yegnəgin adı ilə bağlı boyda onun bu qeyri-adi gücü atası Qazılıq 
qocanı on altı il əsirlikdə saxlayan ArĢın oğlı Dirək üzərində əzəmətli qə-
ləbəsi  ilə  sübuta  yetirilmiĢ  olur.  Maraqlıdır  ki,  görkəmli  qorqudĢünas 
T.Hacıyev bu təqdimatlardan çıxıĢ edərək “Kitaba” düĢməyən neçə-neçə 
oğuznamənin tarixi mövcudluğundan bəhs etməklə “Dədə Qorqud” epo-
sunun həcmcə daha çoxsaylı olması fikrini irəli sürür (48). Olduqca inan-
dırıcı  yanaĢmadır.  Hər  bir  obrazın  oğuz  cəmiyyətində  tutduğu  mövqeyi 
və həyat tarixçəsini əks etdirən bu yığcamlaĢdırılmıĢ informasiya onların 
adı ilə bağlı  müvafiq boyların olmasına iĢarədir ki, bununla dövrümüzə 
gəlib çatmayan digər boyların süjet xətti haqqında müəyyən məlumat əl-
də etmək mümkündür. Oğuz igidlərinin qəliblənmiĢ ifadələr Ģəklində bu 
cür təqdim olunmasına  təkcə  “Dədə Qorqud” eposunun  mətnində deyil, 
həm də XV əsr tarixçisi Yazıçıoğlu Əlinin “Tarixi-ali Səlcuq” əsərindəki 
oğuznamə  parçasında  da  rast  gəlinir  (107,  1317-1320).  Lakin  hər  iki 
mənbədə  iĢlənmiĢ  informativ  təyinlərin  təhlili  göstərir  ki,  burada  oxĢar 
məqamlarla  yanaĢı,  qabarıq  Ģəkildə  nəzərə  çarpan  fərqli  məqamlar  da 


6
 
 
getmiĢdir.  Bu  isə  həmin  obrazlarla  bağlı  variativ  oğuznamə  formasının 
mövcudluğu haqqında mülahizə yürütməyə əsas verir. Həmin variantlara 
diqqət yetirək. “Dədə Qorqud kitabı”nda abidənin baĢ qəhrəmanı Qazan 
xan belə təqdim olunur: 
“Bir gün UlaĢ oğlı, Tulu quĢuñ yavrısı, bezə, miskin umudı, Amit so-
yunıñ aslanı, Qaraçuğıñ qaplanı,  Qoñur  atıñ  iyəsi, xan  Uruzuñ ağası,  Ba-
yındır xanıñ güyəgüsi, Qalın Oğuzuñ dövləti, qalmıĢ yigit arxası Salur Qa-
zan yerindən turmıĢdı”. (D-35,11-13 – 36, 1-2).  
BaĢqa bir boyda: 
“QalmıĢ yigit arxası!  
Bezə, miskin umudı! 
Bayındır xanıñ güyəgüsi! 
Tulu quĢuñ yavrısı! 
Türkistanıñ dirəgi! 
Amit soyunıñ aslanı, Qaraçuğıñ qaplanı! 
Qoñur atıñ iyəsi, xan Uruzuñ babası, xanım Qazan...” (D-110, 2-6). 
“Topqapı  oğuznaməsi”  kimi  tanınan  Yazıçıoğlu  mətnində  isə  bu 
təqdimat belə verilmiĢdir: 
“Sarp hisar duma donlu salkum-salkum don giyen –  Konur atın oy-
nadan – yağı görse yardımlu, düĢman görsə durumlu – Türkistanın diregi 
–  Tülü quĢun yavrusu – Kanlı kafir ellerinden adlu Horasana ad çağırdan 
– Akçahisarın eglik salup alan  – Görklü yüzlü güzel kızların oğlanların 
belün süren – Kanlu kafir ellerine kan kaĢandıran  – Kara baĢların bunlu 
eden – Oğlancıkların ağlaĢdıran –Ġtlerin uluĢduran – Tavukların kığıldaĢ-
dıran  –  UlaĢ  oğlu  Kazan  Bey”  (107,  1318).  Göründüyü  kimi,  sonuncu 
təqdimatda “Kanlı kafir ellerinden adlu Horasana ad çağırdan – Akçahi-
sarın  eglik  salup  alan”  təyinedici  söz  birləĢmələri  “Dədə  Qorqud  kita-
bı”nda Qazan xanın adı ilə bağlı heç bir boyda xatırlanmır. Bundan əla-
və,  “Kitab”ın  XI  boyunda  Qazan  xanın  özü  haqında  söylədiyi  soylama 
mətni ilə Topqapı mətni arasında da müəyyən fərqlər açıq-aydın duyulur. 
Topqapı mətnində həmin hissə bu məzmunda qurulmuĢdur: 
“Kuba kuba tuğlaladım er bunaldırdum buĢkunumda ben Kazan  
Kayın (Kanın) akar kara denizdim, er bunaldurdum cüngümde ben 
Kazan 
Kaytabanın buğrasıydum, er bunaldurıdum 
Kükredükde kapkayada anrar aslanıdım ben Kazan, er bunaldırıdum  


7
 
 
Anradıkda Sarusazda arslan er bunaldırıdum 
Sokradukda kara bulut ürkünüyidüm 
Kara denizden su alup yere baran satarıdum ben Kazan 
Karacuğun  Cılban  dağından  kafir  taĢ  uçursa  kaba  uyluğunu  dutan 
ben Kazanıdım 
Karanu dünle harın yağı erse kanlu suya kılağuzluk eden ben Kaza-
nıdım 
Kalıbı senri karadağun salında kapılınun Karaderbende gür duĢman 
gelse yine kayup ol duĢmana önden depüp giren ben Kazanıdım 
Katı yaylar sındırıp elde kabza koyan ben Kazanıdım 
Kayın oklar atup yelek koyan elde ben Kazanıdım 
Bin er gördügümde ben Kazan bıyık burdum 
BeĢ bin eren gördügümde boĢanmadım 
On bin eren gördügümde öyünüm demedim 
Yirmi bin eren gördügümde yerinmedim 
Otuz bin eren gördügümde utanmadım 
Kırk bin eren gördügümde kıpınmadım 
Elli bin eren gördügümde alpım demedim 
YetmiĢ bin eren gördügümde yılamadum 
Seksen bin eren gördügümde seksenmedim 
Doksan bin eren gördügümde dolanmadım 
Yüz bin eren gördügümde ben Kazan yüz döndürmedüm 
Karakoç konur atun kolanın katı çekdim 
Sağdan girdim soldan çıkdım 
Soldan girdim sağdan çıkdım 
Arı dinli Muhammedi yada getürdüm 
Allahın inayetinden, Muhammed mucizatından ol yağıyı anda basdım 
Alpım begim demedim 
Bu dünde ögünmen ögünmen a beylerüm 
Ögünürse yer ögünsün” (107, 1310-1320). 
Orxan ġaiq oxunuĢunda verdiyimiz bu mətn “Kitab”da daha geniĢ 
informasiya  daĢıyan  soylamalar  vasitəsilə  əksini  tapmıĢdır  ki,  onlardan 
Topqapı variantının birinci hissəsi ilə səsləĢən aĢağıdakı hissələrə xüsusi 
diqqət yetirməyi məqsədəuyğun hesab edirik. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə