Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

81
 
 
da  qurulur.  Elə  buna  görə  də  Beyrək  və  onun  yoldaĢları  əsir  götürülür. 
Beləliklə,  gərdəyin  hər  hansı  bir  ev  yanında  qurulması  fikri  özünü  doğ-
rultmur.  Böyük  bir  mərasim  kimi  geniĢ  təsviri  verilən  gərdəkqurma  ilə 
bağlı iki nümunəni nəzərdən keçirək: 
1) “Bamsı Beyrək boyu”nunu sonunda Beyrək və onun əsirlikdən xi-
las edilən otuz doqquz yoldaĢının toyu belə təsvir olunur: “Bay Börə bəgiñ 
oğlancuğı  Beyrək  Bay  Bican  bəgiñ  qızın  aldı.  Ağ-ban  evinə,  ağ  otağına 
gerü  döndi.  Dügünə  baĢladı.  Bu  qırq  yigidiñ  bir  qaçına  xan  Qazan,  bir 
qaçına Bayındır xan qızlar verdilər. Beyrək dəxi yedi qız qarındaĢını yedi 
yigidə verdi. Qırq yerdə otaq dikdi. Otuz toquz qız talelü taleinə birər ox 
atdı. Otuz toquz yigit oxunun ardınca getdi. Qırq gün-qırq gecə toy-dügün 
eylədilər. Beyrək yigitləriylə murad verdi, murad aldı” (D-121, 5-12). 
2)  “UĢun  qoca  oğlı  Səgrək  boyu”nun  sonluğunda  iki  qardaĢın  ev-
lənməsi isə belə verilir: “Ulu oğlına dəxi görkli gəlin gətürdi. Ġki qardaĢ 
bir-birinə sağdıc oldular, gərdəklərinə çapub düĢdülər. Murada-məqsuda 
iriĢdilər” (D-271, 6-8).  
Burada belə nəticə hasil olur ki, yaĢayıĢ yerindən kənarda quruldu-
ğu üçün toy məclisindən sonra gərdəyə at çapmaqla gedilərmiĢ. Ona görə 
də deyimin digər oxunuĢ variantlarında verilməsi bizə inandırıcı görün-
mür  və  əvəzində  onu  yuxarıdakı  varıantdakı  kimi  transkripsiya  etməyi 
məqsədəuyğun bilirik. Fikrimizi əsaslandıraq.  
Diqqət çəkən önəmli faktdır ki, abidənin dilində “gərdək” sözü çox 
zaman “apalaca” sifəti ilə yanaĢı iĢlədilir. Məsələn: 
Parasarıñ Bayburd hisarından parlayıb uçan, apalaca gərdəginə qar-
Ģu gələn, yedi qızıñ umudı, Qalın Oğuz imrəncisi, Qazan bəgiñ inağı Boz 
ayğırlı Beyrək çapar yetdi, “Çal qılıcıñ, ağam Qazan, yetdim!” – dedi (D-
61, 3-7). 
Parasaruñ Bayburd hisarından uça görgil! 
Apalaca gərdəgünə gələ görgil! (D-95, 12 – 96, 1). 
Parasarıñ Bayburd hisarından parlayıb uçan, apalaca gərdəginə qar-
Ģu gələn Qalın Oğuz imrəncisi, Qazan bəgüñ inağı, Boz ayğırlu Beyrək 
çapar  yetdi,  “Çal  qılıcıñ,  xanım  Qazan,  yetdim!”  –  dedi  (D-150,  12  – 
151, 3). 
Dəyərli  araĢdırıcı  S.Əlizadənin  yadda  saxlanılmasını  məqsədəuy-
ğun  bildiyimiz  belə  bir  fikrinə  tam  Ģərikik  ki,  “apalaca”  sifəti  gərdəyin 
düĢərli  olmasını  ifadə  edən  qrammatik  təyindir.  Ümumiyətlə,  qırmızı 


80
 
 
rəng dastanda bütün əlvanlığı ilə əksini tapmıĢ qədim toy adət-ənənəsinin 
vacib elementi kimi çıxıĢ edir. Məsələn: 
Beyrək dəxi oxın atdı, dibinə gərdəgin dikdi. Adağlusından ərgən-
lik bir qırmızı qaftan gəldi. Beyrək geydi (D-89, 6-8). 
Banı Çiçək qırmızı qaftanın geydi (D-114, 10). 
Altunluca  günlügin  diküb,  Qan  Turalı  gərdəginə  girüb,  muradına-
məqsudına iriĢdi (D-200, 13 – 201, 1). 
Toy günü bəy və gəlinin qırmızı qaftan geyib gərdəyə girmələri məhz 
qırmızının düĢərli rəng olması ilə izah oluna bilər. Selcan xatunun Qan Tu-
ralının tərsliyinə, inadına qarĢı etirazını kəskin Ģəkildə ifadə edən soylamada 
iĢlənmiĢ  “Al  duvağım  altından  söyləĢmədim”  (D-198,  6)  cümləsindən  də 
aydın  olur  ki,  gəlin  “al”  (qırmızı)  rəngli  duvağa  bürünərmiĢ.  Son  dövrlərə 
qədər el toylarında gəlinin məhz qırmızı gəlinlik paltarı geyinməsi, al duva-
ğa bürünməsi, bəyin boynuna qırmızı parça (xüsusilə xara) doladılması bu 
qədim inancın yaĢantılarıdır. Bu mənada deyimdəki “yañal” arxaik sözünün 
“parlaq”  və”qırmızı” rəngləri ifadə  etməsi  fikri (62, 207; 107, 439)  yerinə 
düĢür. Onun eyni mənalı “ala” sözü ilə yanaĢı iĢlədilməsi (“alaca” sözü də 
bu sözə -ca çoxaltma dərəcə Ģəkilçisinin artırılması ilə düzəlib) “al qırmızı”, 
yaxud elə abidənin dilində dəfələrlə rast gəlinən “apalaca” anlamının sintak-
tik  üsulla  ifadə  olunmuĢ  digər  formasıdır.  Maraqlıdır  ki,  “yañal”  arxaizmi 
“qırmızımtraq” mənasında Azərbaycan dilinin Gədəbəy dialektində indi də 
iĢlənməkdədir (9, 539). Bu da söylənilən fikrin doğruluğuna əsas verən tu-
tarlı faktlardandır. Bunu da nəzərə çatdırmaq istərdik ki, gərdəyi səciyyələn-
dirən “yañal ala” qeyri həmcins təyinləri “Kitab”la bağlı digər bir məqamda 
“qızıl ala” Ģəklində iĢlənilmiĢdir: 
Qırq  yerdə  otaq  dikdirdi,  qırq  yerdə  qızıl  ala  gərdək  dikdirdi  (D-
189, 10-12).  
Digər mühüm amil qorqudĢünaslıqda “ev yanında” formasında ve-
rilən növbəti sözün “uyanında” variantında oxunması ilə əlaqəlidir ki, bu, 
iki  göstəricidən  qaynaqlanır.  Birincisi    (əlif)  və 
  (vaf)  hərflərinin 
“ev”  sözü  ilə  yanaĢı,  -u-  səsini  də  ifadə  etməsi,  ikincisi  isə  müasir  dili-
mizdə iĢlənən “uyğun”, “uyğunlaĢmaq” sözlərinin kökündə yaĢayan “uy-
”  feilinin  olması  faktıdır.  Təhlil  göstərir  ki,  “uyanında”  sözü  “uy-“  feil 
kökündən,  -an  feili  sifət,  -ı  mənsubiyyət  (-n  bitiĢdirici  samitdir)  və  -da 
yerlik  hal  Ģəkilçilərindən  ibarətdir.  Bu  qrammatik  forma  abidənin  dili 
üçün  yad  deyil.  Belə  ki,  “Keçənindən  otuz  aqça  alurdı,  keçməyənindən 


82
 
 
dögə-dögə qırq aqça alurdı” (D-155, 3-4) cümləsində iĢlənmiĢ feili sifət-
lər  müvafiq  kateqoriyalar  üzrə  dəyiĢməklə  isimləĢmiĢlər.  “Uy-”  arxaik 
feili “uyğun olmaq” mənasında Əbu Həyyan lüğətində də iki dəfə veril-
miĢdir  (35,  23)  ki,  bu  da  xalqımızın  qədim  düĢüncə  tərzini  canlandıran 
deyimin “Al qırmızı uyğunluğunda (müvafiqliyində) qurulsa, gərdək gö-
zəldir” fikrini ifadə etdiyini söyləməyə əsas verir. 
Əksər nəĢrlərdə “Uzunca tənəfi görkli” kimi oxunan ikinci misradakı 
deyimdə  isə  məiĢətlə  bağlı  çadır  ipinin  uzun  olmasının  gərəkliyi  fikrinin 
irəli  sürüldüyü  göstərilir.  Bu  yozum  “urunca”  sözünün  ilk  baxıĢda  əski 
əlifba ilə yazılıĢa uyğun “uzunca”, “çadır ipi” anlamını verən ərəb mənĢəli 
“tənab” sözünün isə “tənəfi” fonetik variantında oxuna bilməsi ehtimalına 
əsaslanır. QorqudĢünas alim V.Zahidoğlu “tənab” sözünün hətta xalq danı-
Ģıq dilinin təsiri ilə “tənəfi” (-i mənsubiyyət Ģəkilçisi kimi düĢünülür) for-
masında iĢlənmə imkanının mümkünsüzlüyünü və ən baĢlıcası, daxil oldu-
ğu sətrin, mətn parçasının sintaktik quruluĢuna uyğunsuzluğunu əsas gəti-
rərək, onu qədim türk dilində “çadır ipi, Ģərid” mənalı “tanğı” arxaizmi ki-
mi bərpa  edir (93, 473-475).  “Kitab”ın dilinə tarixi baxımdan həssas  ya-
naĢan  araĢdırıcının  mövqeyi  digərləri  ilə  müqayisədə  inandırıcı  görünsə 
də, soylamanın məntiqi axarına aydınlıq gətirmir. Belə ki, ikinci sözün ey-
ni məna daĢıyan ərəb mənĢəli “tənəf (sözü kimi açıqlanması deyimin mahiyyətini dəyiĢmir. Əvvəlki misralardan 
göründüyü  kimi,  bu  soylama  parçasında  dizin  qatlayıb  ailəsinə  halallıqla 
qulluq edən ev qadını, öz toxumundan övlad böyüdüb boya-baĢa çatdıran, 
pərvazlandıran ata, ağ, müqəddəs südünü doyunca əmizdirən ana alqıĢla-
naraq  örnək  sayılır.  Məntiqi  baxımdan  özündən  əvvəlki  hökmlərlə  səs-
ləĢib, biri digərini tamamlayan sonrakı deyimlər də olduqca maraqlı fikir 
üzərində qurulmuĢdur.  
Öncə qeyd etdiyimiz kimi, “Yañal ala uyanında dikilsə, gərdək görk-
li” deyimi ilə bəylə gəlinin ilk zifaf gecəsini keçirdikləri al-qırmızı çadır, 
onun  müqəddəsliyi  dəyərləndirilir.  Türk  inancında  qırmızı  rəng  eĢq, 
Ģəhvət, ehtiras rəmzidir ki, gərdək də bəylə gəlinin cismani qovuĢduğu ülvi 
bir məkandır. “Urunca tınğı görklı. Oğul görkli” deyimi bu fikrin məntiqi 
davamı  kimi  araĢdırıldıqda  həqiqi  mənasını  tapmıĢ  olur.  NaĢirlərin 
çoxaltma  dərəcə  Ģəkilçili  “uzunca”  sifəti  kimi  oxuduqları  “urunca”  sözü 
əslində  “ur-”  arxaik  feilininin  -unca  feli  bağlama  Ģəkilçisi  qəbul  etmiĢ 
formasıdır.  Bir  nöqtə  qoyuluĢu  ilə  fərqlənən  “urunca”  və  “uzunca”  söz-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə