Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

83
 
 
lərinin  əski  əlifba  ilə  yazılıĢı  ilk  mənanın  nəzərdən  qaçırılmasına  Ģərait 
yaratmıĢdır ki, sürətli yazı prosesinin fəsadlarından biri kimi üzə çıxan bu 
oxĢar  qrafik  forma  mətndə  -r-  kimı  oxunması  tələb  olunan  neçə-neçə 
sözün tərkibində özünü göstərir. Məsələn, “qara qoç”(D-3, 10), “urun” (D-
27, 5), “Tondar” (D-37, 1) sözlərindəki  -r- hərfinin bir nöqtə qoyuluĢu ilə 
yazılıĢı  həmin  sözlərin  “qazağuc”,  “uzun”,  “Tondaz”  variantlarında 
oxunması  üçün əsas olmuĢdur. Dil  tarixi  faktları göstərir ki,  arxaik  “ur-” 
feili  “toxum  səpmək”,  “doğmaq”,  “nəsil  vermək”,  “mayalanmaq” 
mənalarında  iĢlənməklə  müasir  türk  dillərində  “ailə”,  “nəsil”,  “övlad”, 
“toxum” anlamlarını verən bir çox sözlərin mənĢəyində durur (152, Ic, 2h, 
1651,  1658;  154,  604-605).  Bu  qədim  feil  kökünə  “qoymaq,  taxmaq” 
mənalarında  M.KaĢğari  lüğətində  də  (55,  IVc,  606-607)  rast  gəlinir  ki, 
“urağut = qadın, arvad” (55, Ic, 194), “urı = oğul” (55, Ic, 152), “uruğ = 
dənə, toxum, həbbə” (55, Ic, 133) kimi arxaizmlər məhz həmin semantik 
özüldən qaynaqlanmıĢdır. Bundan əlavə, “Kitab”ın dilində cəmi bircə dəfə 
iĢlənib  “qohum,  bir  nəsildən  törəyən  ailə  üzvü”  anlamını  verən  “urğun” 
sözü də (“Yettügimdə yel yetməzdi yedi urğunum”, D-207, 9-10) bu arxa-
ik feil kökündən törəmiĢdir (42, 166-169). Odur ki “nəsil vermək” mənalı 
“ur-” feilinin göstərilən məqamda iĢlənməsinə Ģübhə yeri qalmır.  
“Tınğı”  kimi  transkripsiya  etdiyimiz  sonrakı  sözün  məna  açımı, 
ümumilikdə,  soylama  parçasının  və  deyimin  semantik  ruhu  ilə  səsləĢir. 
Təhlil göstərir ki, M.KaĢğari lüğətində “ruh, nəfəs” və “nəfəs almaq” an-
lamlarında “tın-” feil-ad sinkretizmi iĢlənmiĢdir (55, Ic, 349; IIc, 54). Bu 
korrelyativ  sözə  “nəfəs,  ruh,  həyat”  və  “nəfəs  almaq,  rahatlanmaq,  isti-
rahət etmək” mənalarında müasir türk dillərinin bir çoxunda həm müstə-
qil Ģəkildə, həm də “həyat vermək, həvəsləndirmək” mənalı “tınıt-” (152, 
IIIc,  2h,  1316),  “nəfəs”  mənalı  “tınıĢ”  (152,  IIIc,  2h,  1317)  sözlərinin 
tərkibində rast gəlinir. Görünür, tarixən iĢlək olan “tın-” feili M.KaĢğari 
lüğətində müĢahidə etdiyimiz  “rahat etdirmək,  dincəltmək”  mənalı  “tın-
dır-”  feilinin  (55,  IIc,  189)  və  “nəfəs  alma”  mənalı  “tınığ”  isminin  (55, 
IIc, 63) yaranmasında da iĢtirak etmiĢdir. Bu sinkretik söz kökünə “ruh, 
nəfəs” və “nəfəs almaq” anlamlarında eyni əsrin məhsulu olan “Qutadqu 
bilig”  didaktik  poemasında  da  rast  gəlinir  (119,  1243).  Bundan  əlavə, 
həmin əsərdə “tın-” feil kökündən törəmiĢ “canlı; Ģüurlu həyat sürən var-
lıq”  anlamını  daĢıyan  “tınığlı”  (-ığ  isim,  -lı  sifət  düzəldən  Ģəkilçilərdir) 
sözü ilə də qarĢılaĢmaq mümkündür: 


84
 
 
    23  uçuğlı yorığlı tınığlı nece 
          tiriliğü seningdin bulup bir içe (119, 94). 
1741 negü tir eĢitgil ukuĢluğ amul 
          yorığlı tınığlı küdezçisi ol  (119, 366). 
 
 
3106 tilin sözledi barĢa edgü sena 
         dua birle tınmaz tınığlı tına  (119, 564). 
Bu feil kökü dilimizin tarixi inkiĢaf prosesində izsiz ötüĢməmiĢ, bə-
zi Ģivələrimizdə  “havası çatmamaq, təngnəfəs  olmaq,  boğulmaq”  məna-
sında iĢlənən “tıncıxmaq” feilinin (9, 496) kökündə daĢlaĢmıĢ Ģəkildə ya-
Ģamaqdadır. 
Qorqud deyimində iĢlənmiĢ “tınğı” arxaizmi də həmin “tın-” feilin-
dən -ğı leksik Ģəkilçisi ilə yaranmıĢdır ki, güclü nəfəsalma ilə müĢahidə 
edilən ehtiras hissini ifadə etdiyini düĢünürük.  Etimoloji açımdan əlavə, 
bu aĢağıdakı faktlarla da özünü doğruldur.  
Müasir canlı xalq danıĢıq dilində “kefi durmaq” (9, 496), “keyfi gel-
mek, canı ... istemek” (94, 504) anlamlı “tınqılığı durmaq” deyimi iĢlənir 
ki, buradakı “tınqılığı” (-ı mənsubiyyət Ģəkilçisidir) sözü məhz bəhs etdiyi-
miz  “tınğı”  arxaizmindən  -lıq  morfemi  ilə  düzəlmiĢ  və  “kef”  anlamı  ilə 
müqayisədə daha dəqiq görünən “ehtiras, həvəs” mənasını ifadə etmiĢdir.  
Beləliklə, zəncirvari fikirlərin keçid həlqəsini təĢkil edən yuxarıdakı 
deyim bəylə gəlinin qovuĢmasına Ģərait yaradan gərdəyin Ģəhvət hissi oya-
dan parlaq al rəngində qurulması Ģərti ilə baĢlanır, nəsil artırmaq ehtirası-
nın gözəlliyinin təqdir edilməsi ilə davam etdirilir və bu prosesin nəticəsi 
kimi dünyaya gələcək oğul övladın üstün tutulması ilə tamamlanır. 
 
[24-25] 
Qarılar dört dürlüdir: 
          Birisi solduran soydur
          Birisi tolduran toydur
          Birisi eviñ tayağıdır,  
          Birisi, necə söylərsən, bayağıdır. 
Mübahisəli oxunuĢa və məna açımına uğramıĢ mətn parçalarından 
biri də belə baĢlanır. Qadın tiplərini xarakter və əməlinə görə qruplaĢdı-
ran ulu ozan gəldiyi ümumiləĢmiĢ nəticəni daha sonra Ģərh edərək bölgü-
nün nəyə əsasən aparıldığını aydınlaĢdırır ki, bu da verilmiĢ hökmün qav-
ranılmasında mühüm rol oynayır. Lakin ilk baxıĢda sadə və anlaĢıqlı gö-
rünən  “birisi  solduran  soydur,  birisi  tolduran  toydur”  deyimlərinin  düz-


85
 
 
gün  oxunub  mənalandırılması  ilə  əlaqədar  qorqudĢünaslıqda  vahid  fikir 
yoxdur  və  təhlil  göstərir  ki,  irəli  sürülən  yozumların  heç  biri  mahiyyəti 
əks etdirmir. 
O.ġ.Gökyay deyimin əvvəlinə Vatikan nüsxəsindən götürdüyü “Bi-
risi ev yapan sulpdur” cümləsini əlavə etməklə onu “birisi solduran sop-
dur, birisi tolduran topdur” (107, 22) oxumuĢ, fikrin açıqlanmasında mü-
hüm  rol  oynayan  ərəb  mənĢəli  “sulb”  sözünü  “yağrından  kuyruk  soku-
muna  gelince  arka  gemigine  denir  ki,  onurğa  tabir  olunur”,  “onurğa  sü-
müyü, bel” (107, 408), “sop”  sözünü  “soy”  sözünün sinonimi kimi  “ne-
sil,  sülale”  (107,  406),  “top”  sözünü  ise  “yuvarlak,  yuvarlak  olan  her-
hangi bir eĢya, top” (107, 422) mənasında izah etmiĢdir. 
M.Ergin bu parçanı “Birisi solduran sopdur, birisi tolduran topdur” 
variantında (101, Ic, 76) oxusa da, sözlükdə “soy” sözünü verməklə “soy 
sop” qoĢa sözünə əsasən yaxın mənalı söz kimi (101, IIc, 270), “top” sö-
zünü  isə  eynilə  saxlamaqla  müasir  mənada  (101,  IIc,  292)  anlamıĢdır. 
“Birisi  tolduran  topdur”  cümləsi  üzərində  xüsusi  dayanan  T.Tekin  de-
yimdəki  qadın  tipini  xarakterizə  edən  sonrakı  mətn  parçasından  çıxıĢ 
edərək yazır: “Bu açıqlama gösteriyor ki, bu kadın oradan oraya yuvar-
lanan  topa  benzedilmiĢdir”  (114,  144).  “Tul-”  feilinin  M.KaĢğari  lüğə-
tində verilmiĢ “vur-” mənasına əsaslanan müəllif belə bir nəticəyə gəlir: 
“ĠĢte,  kanımca,  yukarıdaki  cümledeki  kelime  bu  tuldur-  fiilinden  yapıl-
mıĢ  sıfattır.  Tolduran  top  deyimi,  böylece,  “vurulan  top,  oradan  oraya 
yuvarlanan  top”  tarzında  anlaĢılmalıdır”  (114,  144).  F.Sertkaya  da  bu 
ənənəyə sadiq qalaraq, həmin ifadələri “solduran sop”, “tolduran top” va-
riantında oxumuĢ və bu zəmində də Ģərh etmiĢdir (110, 116-123). 
Göstərilən  deyimin  oxunuĢunda  Drezden  nüsxəsini  əsas  götürən 
Azərbaycan qorqudĢünasları: N.Araslı, F.Zeynalovla S.Əlizadə, ġ.CəmĢi-
dov  onu  “soldıran  (//solduran)  soy”,  “toldıran  (//tolduran)  toy”  variantla-
rında  (23,  281;  59,  17;  60,  33)  vermiĢlər  ki,  bu  da  ilkin  nüsxə  yazılıĢına 
tam  riayətdən  irəli  gəlir.  Deyimin  Ģərhi  üzərində  ayrıca  dayanmasa  da, 
M.Təhmasiblə birgə hazırladığı nəĢrdə V.V.Bartold tərcüməsinə (“одни – 
наводящая  бледность  порода,  другие  –  оставляющий  пресыщение 
пир”, 132, 12-13) əlavə Ģərh verilməməsindən belə aydın olur ki, H.Araslı 
da həmin yozumla həmfikir olmuĢdur. ġ.CəmĢidovun da deyimlə bağlı xü-
susi qeydi olmadığından onun da “soy” və “toy” sözlərini müasir mənada 
anladığı nəticəsinə gəlmək olar. F.Zeynalov-S.Əlizadə birgə nəĢrində “sol-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə