Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   25   26   27   28   29   30   31   32   33

89
 
 
S.Tezcan  bunu  daha  doğru  çözüm  olaraq  “Bir  çanak  yoğurdu  gözleri 
doyuncaya kadar basa yer” anlamında Ģərh etmiĢdir (117, 56-57). Mövcud 
variantlardan  tamamilə  fərqlənən  bu  oxunuĢ  O.F.Sertkaya  tərəfindən 
mübahisəsiz  qəbul  olunmuĢdur  (110,  41).  Etiraf  edək  ki,  əgər  soylamanın 
daxili ahəngini, sintaqmlar arasındakı fasilə nəzərə alınmasa, bu fikir daha 
orijinal və məntiqi səslənərdi. Lakin ritm, sadalanma intonasiyası tələb edir 
ki, məhz həmin məqamda müəyyən pauza yaratmaq üçün feil iĢlədilməlidir.  
Görünür, bunu nəzərə alan Azərbaycan naĢirləri həmin sözü feil ki-
mi oxumağı daha məqsədəuyğun bilmiĢlər. Belə ki, H.Araslı onu “güvəz-
lər” Ģəklində (59, 17) oxumuĢ, lakin hansı mənada anladığını izah etmə-
miĢdir. ġ.CəmĢidov oxunuĢunda isə göstərilən parça bütövlükdə belə get-
miĢdir: “Gəldin ol kim, solduran soydur, sabadanca  yerindən uru durar. 
Əlin-yüzin yumadan doqquz bazlamac əppəknən bir güvələk yoğurd gö-
zələr, doyunca tıqa-basa yer” (23 282).  
MətnĢünas alim nədənsə digər naĢirlərdən fərqli oxuduğu bu parça-
ya, o cümlədən “gözələr” sözünə Ģərh verməmiĢ və mənalandırmanı oxu-
cuların öhdəsinə buraxmıĢdır. Güman edirik ki, araĢdırıcı “gözələ(mək)” 
feilinin qeyri-qəti gələcək zaman forması kimi düĢündüyü bu sözü “gözü 
doyunca yemək” anlamında qavramıĢdır. Hətta zənnimiz doğru çıxsa be-
lə,  bu  mənalandırma  nə  abidənin  formalaĢdığı,  nə  də  yazıya  alındığı 
dövrlərin  dil  faktları  ilə  təsdiqlənmir.  Maraqlıdır,  həmin  nəĢrdə  “bazla-
mac” sözü “bağlamac” Ģəklində verilmiĢdir ki, bunu mətbəə qüsuru saya-
raq düzəliĢlə verməyi məqsədəuyğun bildik. 
F.Zeynalov-S.Əlizadə birgə nəĢrində isə bu arxaizm “gəvəzlər” va-
riantında oxunaraq (60, 33) müasir dilimizə “gəvələyər” kimi çevrilmiĢ-
dir (60, 131). S.Əlizadə bu oxunuĢu “gəvəzlə-” feilinin “gəvĢə-//gövĢə-” 
feili və dialektlərimizdə iĢlənən “gəvəz//gəvəzə” sifətləri ilə eyni kökdən 
olması ilə  əsaslandırmıĢdır (60, 227). Müstəqil hazırladığı ayrıca nəĢrdə 
isə  görkəmli  qorqudĢünas  “gəvəzlər”  feilini  “gəvələyə-gəvələyə  (acgöz-
lüklə)  yemək”  (81,  201)  kimi  açıqlamıĢdır.  Bizcə,  mənalandırma  baxı-
mından dəqiq ifadə olunmuĢ bu arxaizmin yazılıĢı müəyyən suallar doğu-
rur. Bu, ilk növbədə, müəllifin eyni köklə əlaqələndirdiyi “gəvĢə-//gövĢə-
” feili ilə “gəvəz//gəvəzə” sifətlərinin semantik uyğunsuzluqlarından irəli 
gəlir. AraĢdırma göstərir ki, “çeynəmək” mənalı arxaik “gəv-” feilindən 
(55,  IIc,  44)  yaranmıĢ  eyni  mənalı  “gəvĢə-//gövĢə-”  feilləri  ilə  Türkiyə 
türkcəsində  (152,  IIc,  2h,  1579)  və  Azərbaycan  dialektlərində  (9,  280) 


91
 
 
“çoxdanıĢan,  boĢboğaz”  anlamında  iĢlənən  “gəvəz//gəvəzə”  sözləri  ara-
sında  məna  əlaqəsi  tapmaq  çətindir.  Odur  ki  sözün  “gəvəzlər”  Ģəklində 
deyil, “gəvzələr” (-r qeyri-qəti gələcək zaman Ģəkilçisidir) Ģəklində oxu-
nuĢu  mövcud  ziddiyyətə  bir  aydınlıq  gətirir.  Əksər  türk  dillərində  “çey-
nəmək”  anlamını  verən  “gevĢə”  feili  “köyĢə-”,  “köysə-”,  “küysə-”, 
“küyze-”  və  s.  fonetik  variantlarında  qeydə  alınmıĢdır  (156,  5).  Bu  isə 
“gəvzələ-”  feilini  gəvĢə-//gəvsə-//gəvzə-  fonetik  keçidində  -lə(<ələ)  sü-
rəklilik yaradan Ģəkilçi ilə düzəlmiĢ söz kimi düĢünməyə əsas verir. Bun-
dan əlavə, Türkiyə türkcəsində (152, IIc, 2 h, 1578) və Azərbaycan dilin-
də  (10,  IIIc,  148)  “çeynəmək”  mənasında  indi  də  iĢlənməkdə  olan 
“gəvələ-” (gəv+ələ) feili bu etimoloji açımın doğruluğuna zəmanət verir. 
Beləliklə, göstərilən mətn parçasında hamıdan tez yuxudan durub qarnını 
acgözlüklə doyuran qadın tipinin hərəkətini ifadə etmək üçün “gəvzələ-” 
feilinin iĢləndiyini qəti Ģəkildə söyləməyə imkan yaranır. Abidənin sabit-
ləĢmiĢ  üslubuna  uyğun  olaraq,  sonra  gələn  “doyunca  tıqa-basa  yer” 
ifadəsi məhz həmin arxaik sözün daĢıdığı mənanı çağdaĢ oxucuya və ya 
dinləyiciyə  aydın  çatdırmaq  məqsədilə  iĢlənmiĢdir  ki,  bu  da  irəli  sürdü-
yümüz yozumun daha tutarlı olduğunun bir göstəricisidir.  
Bu məqamda gətirilən parçada iĢlənmiĢ “küvlək” sözünün mənĢəyi 
ilə bağlı S.Tezcanın “bu sözsüz ermeniceden alıntıdır” (117, 57) fikrinə 
münasibət bildirmək istərdik. S.Əlizadənin “küpkü ilə bağladığı bu sözün (60, 222) Ə.Həyyan lüğətində “güvələk” fone-
tik variantında “süd qabı” (35, 51), “Derleme sözlügü”ndə isə “ağacdan 
yapılmıĢ su kabı” (98, VIIIc, 3056) mənalarında Ģərh olunuğu müĢahidə 
olunur.  Həmin  sözə  “Kitab”ın  mətninə  düĢməyib,  lakin  Dədə  Qorquda 
aid edilən soylama parçalarının birində də rast gəlinir: 
“Dere  tepe  kalmaya,  tarla  ola.  Tana  dolabı  kalmaya,  küvlek  ola” 
(107, 820). 
“Güv//küv”  sözü  tarixən  “qoruyub  saxlamaq”  mənalı  arxaik  “kü-” 
feilindən yaranmıĢdır ki, “küvlək//güvlək” sözü də -lək Ģəkliçisi ilə həmin 
təkhecalı sözdən düzəlmiĢdir. Həm söz kökü, həm də leksik Ģəkilçilər sırf 
türk mənĢəlidirsə, necə ola bilər ki, söz ermənicədən alınma olsun? Bun-
dan baĢqa, yenə də Türkiyə türkcəsində (152, IIc, 2 h, 1652) və Azərbay-
can dilində “gildən düzəldilən qab” anlamında iĢlədilən “güvəc” (güv+əc) 
sözü bu fikrin əsassız olduğunu göstərir. Vaxtilə Azərbaycan dilçi alimləri 
birmənalı Ģəkildə belə bir qənaətə gəlmiĢlər ki, Dədə Qorqud boylarında, 


90
 
 
ümumiyyətlə, nə erməni izi, nə də bir dənə də  olsun erməni sözü nəzərə 
çarpmır (88). Dərin araĢdırmaya söykənən bu nəticə ilə yanaĢı, göründüyü 
kimi,  “küvlək”  sözünün  etimoloji  açımı  da  S.Tezcanın  R.Dankoffa  əsas-
lanaraq söylədiyi mülahizələrin yanlıĢ olduğunu sübuta yetirir. 
 
[28]
 Abidənin müqəddiməsində “solduran soy” tipli naĢükür qadınla-
rın dili ilə yaĢadığı evə, ərə qarĢı sayğısızlığı ifadə edən “Ah, nolaydı, bu 
öləydi, birinə dəxi varaydım, umarımdan yaxĢı, uyar
 
olaydı” parçasındakı 
“uyar”  arxaizminin  oxunuĢu  və  açımı  da  xeyli  maraq  doğurur.  Görkəmli 
qorqudĢünas  O.ġ.Gökyay  bu  sözü  “uyar”  Ģəklində  oxuyub  “uyar  olmaq” 
tərkibində  “uyğun  düĢmek,  denk  gelmek”  mənasında  açıqlamıĢdır  (107, 
22, 428). Eposun digər tanınmıĢ türk naĢiri və tədqiqatçısı M.Ergin bu sö-
zü “uymaq” feilinin qrammatik forması kimi düĢünmüĢ (101, IIc, 304) və 
müasir türkcəyə çevirdiyi mətndə “uyğun” anlamında vermiĢdir (103, 18).  
S.Tezcan-H.Boeschoten  birgə  nəĢrində  və  eləcə  də  O.F.Sertkaya 
transkripsiyasında Dezden nüsxəsindəki yazılıĢ Ģəkli nəzərə alınmayaraq 
Vatikan  nüsxəsinə  istinadən  “umar”  variantı  əsas  götürülmüĢdür  (110, 
43, 142; 116, 33). O.F.Sertkayanın fikrincə, burada Drezden nüsxə katibi 
yanlıĢlığa yol verərək “umar” sözündəki “mim” hərfinin altına iki nöqtə 
qoymaqla onu “uyar” kimi yazmıĢdır. Tədqiqatçı alim sözün etimologi-
yasına  da  toxunaraq  onun  um-  feilindən  -ar  Ģəkilçisi  ilə  düzəlməsi  və 
“Derleme  sözlüyü”ndəki  “umarsız”  (carəsiz)  kəlməsinə  istinadən,  iĢlən-
diyi  cümlənin  “umduğumdan  (umuncumdan)  (daha)  güzel  çare  (inanc) 
olaydı” anlamını ifadə etməsi qənaətinə gəlir (110, 142).  
Akademik  V.V.Bartoldun  verilmiĢ  cümlənin  “umarımdan  yaxĢı, 
uyar olaydı” hissəsinin “выйдет лучше, чем я надеюсь” Ģəklində tərcü-
məsindən (138, 13) belə aydın olur ki, böyük ĢərqĢünas “yaxĢı”, “uyar” 
sözlərini  eyni  mənada  qavramıĢdır.  “Kitab”ın  Azərbaycan  naĢirlərindən 
H.Araslı bu arxaizmə nisbətən sərbəst yanaĢaraq əski yazılıĢla təsdiqlən-
məyən “o barı” formasında, yəni “o” Ģəxs əvəzliyi və “barı” arzu ədatının 
birləĢməsi  kimi  oxumuĢdur  (59,  17).  QorqudĢünas  alim  ġ.CəmĢidov  da 
təxminən eyni yolla gedərək tərtib etdiyi mətndə “o barı” (23, 282), araĢ-
dırmalara əsasən yazdığı təshihdə isə “o yar” (“o” iĢarə əvəzliyi və “yar” 
ismindən ibarət birləĢmə) variantında vermiĢdir (23, 104).  
F.Zeynalov-S.Əlizadə  birgə  nəĢrində  “uyar”  sözü  özündən  əvvəlki 
“yaxĢı” sözü ilə defislə yazılaraq yaxın mənalı sözlərin qoĢalaĢması kimi 
düĢünülmüĢ (60, 33) və “yaxĢı-uyğun” anlamında çevrilmiĢdir (60, 131). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə