Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   25   26   27   28   29   30   31   32   33

95
 
 
dınları necə yuxudan ayıltmaq olar? Təbii ki, yalnız acıqlanmaqla, üzəri-
nə qıcanmaqla. Maraqlıdır ki, bu cür yanaĢma S.Tezcan açıqlanmasında 
da öz əksini tapmıĢdır (117, 59). 
AraĢdırma göstərir ki, bu feilin kökü olan “dəp(mək)” sözü abidənin 
dilində “hücum etmək”, “vurmaq” anlamlarında dəfələrlə iĢlənib. Məsələn: 
TaĢ  Oğuz  bəgləriylə  Dəli  Tondar  sağdan  dəpdi.  Cılasun  yigitlərlə 
Qara Günə oğlı Dəli Budaq soldan dəpdi. Ġç Oğuz bəgləriylə Qazan dopa 
dəpdi, ġökli Məlikə həvalə oldı. (D-63, 13 – D-64, 3). 
Endi bir yigit bunu dəpdi. Dəpdikcə böyüdü. Bir qaç yigit dəxi en-
dilər, dəpdilər. Dəpdiklərincə böyüdi. (D-216, 7-8). 
Müasir dilimizdə “üzərinə qıcanmaqla acıqlanmaq” mənalı “təpin-
mək”  feili  də  həmin  arxaik  feil  kökündən  yaranmıĢdır.  Abidənin  dili 
üçün xarakterik t~d müvaziliyinə uyğun olaraq “dəprətincə” variantında 
iĢlənmiĢ bu sözün “açıqlanınca”, “üzərinə qıcanınca” mənalarını ifadə et-
diyini düĢünürük. 
 
[30] 
Bizim “yegə” kimi transkripsiya etdiyimiz sözə də qorqudĢünas-
lıqda  fərqli  yanaĢılmıĢdır.  O.ġ.Gökyay  nəĢrlərində  bu  söz  həm  “yige” 
(106,3), həm də “yekke” (107, 23) variantlarında oxunmasına baxmaya-
raq, birmənalı Ģəkildə  “baĢıboĢ gezmeye alıĢmıĢ yarı vahĢi hayvan; hır-
sız,  ziyankar;  itaatsız”  anlamlarında  Ģərh  olunmuĢdur  (106,  312;  107, 
446). S.Tezcan H.Boeschotenlə birgə hazırladığı nəĢrdə “yige” variantını 
əsas götürmüĢ (116, 33) və oxunuĢa verdiyi Ģərhdə Gökyay mənalandır-
masının doğru olduğu qənaətinə gəlmiĢdir (117, 59). O.F.Sertkaya əlavə 
Ģərh verməyi məqsədəuyğun bilməsə də, görünür, “yege” variantı üzərin-
də dayanmaqla Gökyay yozumu ilə razılaĢdığını ifadə etmiĢdir (110, 7). 
M.Ergin “yike” kimi oxuduğu bu sözü (101, Ic, 76) “büyük, koca, 
kocaman” mənasında (101, IIc, 333) izah etmiĢdir. F.Zeynalov-S.Əlizadə 
nəĢrində “yekə” fonetik variantında transkripsiya edilən bu söz çevirmə-
də eyni anlamda da (60, 33, 133) verilmiĢdir ki, bu da M.Ergin seçiminə 
üstünlük verilməsi ilə əlaqələndirilə bilər. 
Ən ziddiyətli oxunuĢ ġ.CəmĢidov nəĢrində əksini tapmıĢdır. Təəssüf 
ki, müəllif həmin sözün iĢləndiyi parçanı “oqrı köpək yegə-data evini bir-
birinə qatmıĢ”  Ģəklində  oxumaqla (23, 282) hansı  fikrin  aĢılandığını  Ģərh 
etməmiĢdir. 


96
 
 
T.Tekin Gökyay və Ergin tərəfindən irəli sürülmüĢ oxunuĢ və Ģərhləri 
müqayisə  edərək  birincinin  mövqeyi  ilə  razılaĢmaqla  “ziyankar  dana”  an-
lamının mətnin məzmununa uyğun olduğu hökmünü vermiĢdir (114, 144). 
Fikrimizcə, yazılıĢına əsasən “yegə” kimi oxuna bilən bu söz Gök-
yay yozumunda anlaĢılmalıdır. Dilimizin Gədəbəy Ģivəsində iki sait ara-
sında  “g”  samitinin  düĢməsi  hesabına  “yeə”  fonetik  variantında  “həya-
sız”  anlamında  (9,  545)  hələ  də  iĢlənməkdə  olan  bu  arxaizmin  mənĢəyi 
mübahisəli  olsa  da,  bir  çox  türk  dillərində  “nifrət  etmək”,  “xoĢu  gəlmə-
mək” anlamlarında iĢlənən “yekir-“ feilinin (159, 173-174) kökündə du-
ran (-ir feildən feil düzəldən Ģəkilçi olmalıdır) qədim “yek-//yeg-” feilinə 
-ə sifət düzəldən Ģəkilçi vasitəsilə yarandığını güman etmək mümkündür.  
 
[31] 
Bu parçadakı qonĢu qadın adlarının oxunuĢu da fikir ayrılığı yara-
dan  məqamlardandır.  O.ġ.Gökyay  oxunuĢunda  “Kız  Zeliha,  Zübeyde, 
Ürüveyde,  Can  Kız,  Can  PaĢa,  Ayna  Melek,  Kutlu  Melek”  düzümündə 
(107, 23) verilmiĢ və bu xitabların tərkibindəki “can” sözü fars mənĢəli he-
sab edilmiĢdir (107, 248). Bu oxunuĢ S.Tezcan-H.Boeschoten nəĢrində ey-
nilə saxlanılmıĢdır (116, 33). M.Ergin fars mənĢəli “can” sözünü ”çan” sö-
zü  ilə  əvəz  edərək  adları  “Çan  Kız,  Çan  PaĢa”  formasında  (101,  Ic,  76) 
transkripsiya  etmiĢsə də, mənasını  açıqlamamıĢdır. O.F.Sertkayanın  “Cān 
Kız! Çān PaĢā!” oxunuĢundan (110, 43) belə aydın olur ki, görkəmli alim 
Drezden  nüsxəsindəki  yazılıĢı  duya  bilmiĢ,  amma  nədənsə  məna  fərqinə 
varmamıĢdır (110, 145). 
H.Araslının “Qız Züleyxa! Zübeydə! Üreydə! Can qız, can paĢa! Ay-
na Mələk! Qutlu Mələk!” kimi oxuduğu adlar (59, 17) ġ.CəmĢidov tərəfin-
dən “qız, Zalxa! Zübeydə! Uruyzə! Can qız, Can paĢa! Ayna Mələk! Qutlu 
Mələk!”  formasında  (23,  282)  verilmiĢdir.  Fərqli  oxunuĢ  F.Zeynalov-
S.Əlizadə  nəĢrində  də  nəzərə  çarpır:  “Yetər!  Zəlixə!  Zübeydə!  Ürüydə-
can, qız-can! PaĢa! Ayna Mələk! Qutlu Mələk!” (60, 33). Göründüyü kimi, 
müəlliflər vasitəsiz nitqin baĢlanğıcında iĢlənmiĢ “qız” sözünü “Yetər” qa-
dın adı kimi vermiĢ, “can” sözünü isə çağırıĢ nidası kimi düĢünmüĢlər. 
V.Zahidoğlu  tərəfindən  “kız  Zelihe,  Zübeyde,  Ürüveyde!  Çankız, 
ÇanpaĢa! Ayna Melik, Kutlu Melik!” variantında transkripsiya edilən bu 
qadın adları üç qrupa ayrılır. Onun qənaətincə, ilk üç qadın adının qarĢı-
sında “qız” sözünün iĢlədilməsi onların evlənməmiĢ qız olmaları ilə bağ-
lıdırsa, ikinci qrupa aid etdiyi Çankız, ÇanpaĢa adlarındakı çan/can hissə-
si  onların  gelinlik  statusu  daĢımaları,  üçüncü  qrupa  daxil  etdiyi  Ayna 


97
 
 
Melik,  Kutlu  Melik  deyim  forması  isə  yaĢlı  olmaları  ilə  əlaqəlidir  (122, 
6-7). Abidənin dili ilə bağlı olduqca maraqlı araĢdırmalarınn müəllifi ki-
mi tanınan dilçi alimin “Qutlu Melik” ifadə tərzindən çıxıĢ edərək “Ayna 
Melik” ad formasındakı “ayna”  sözünü türk  mənĢəli  “uğursuzlu gətirən, 
uğursuz, Ģeytan” mənalı arxaik söz kimi izah etməsi nə qədər inandırıcı 
görünürsə, qadınların bu bölgüyə uyğun adlandırılaraq çağırılmasını yal-
nız bir mülahizə kimi qəbul etmək olur (122, 6-9).  
Diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, müraciət məqsədilə iĢ-
lədilən  bu  qadın  adları  iki  qrupa  ayrılır;  Zəlixə,  Zübeydə,  Ürüydə  ərəb, 
Çan PaĢa, Ayna Mələk, Qutlu Mələk türk ad sisteminə uyğun gəlir. Gö-
rünür, ərəb təhsili görmüĢ katib “Kitab”ın bir çox yerlərində olduğu kimi
qadın adlarının ifadəsində də əlavələr etməkdən çəkinməmiĢ və boyların 
ad sisteminə tamamilə yad sözləri mətnə daxil etmiĢdir. Bizcə, ilkin vari-
antda  “Qız,  Çan  PaĢa,  Ayna  Mələk,  Qutlu  Mələk”  müraciət  formasında 
olan bu çağırıĢ katib tərəfindən “Qız, Zəlixə, Zübeydə, Ürüydə can” Ģək-
lində dövrün müsəlman ruhuna uyğunlaĢdırılaraq vasitəsiz nitqin əvvəli-
nə gətirilmiĢdir. Hər iki müraciət “qız” xitabı ilə baĢlayır ki, bu abidənin 
üslubundan  irəli  gəlir.  Məsələn,  “Bamsı  Beyrək”  boyunda  Beyrək  öz 
adaxlısına belə müraciət edir: 
Beyrək gedəli Bam-bam dəpə baĢına çıqdınmı, qız? 
Qarmanıb dört yanıña baqdıñmı, qız? 
Qarğu kibi qara saçıñ yoldıñmı, qız? 
Qara gözdən acı yaĢ dökdüñmi, qız? 
Güz alması kibi al yanağıñ yırtdınmı, qız? 
Sən ərə vararsan, altun yüzük mənimdir, ver maña, qız! (D-115, 8-12). 
Nüsxə  yazılıĢından  göründüyü  kimi,  “can”  və  “çan”  sözləri  fərqli 
qrafik formadadır. Görünür, katib soylamanın ritmini saxlamaq üçün “can” 
sözünü  “Ürüydə”  (“Ürüveydə”  Ģəklində  də  oxunuĢu  mümkündür  və  bu, 
mahiyyəti  dəyiĢmir)  adının  sonuna  artırmıĢdır.  Fars  mənĢəli  bu  sözdən 
fərqli olaraq, türk mənĢəli “çan” sözü qonĢu qadınlardan biri olan PaĢanın 
tanınma  əlaməti  kimi  iĢlədilmiĢdir  ki,  bu  da  Ayna  Mələk,  Qutlu  Mələk 
qonĢu adları ilə səsləĢir. Elə isə “çan” hansı anlamı verir? 
Bədii mətnin təhlili göstərir ki, bu arxaizmdən baĢqa bir məqamda 
da  istifadə  olunmuĢdur.  Belə  ki,  Beyrəyin  dəli  ozan  libasında  niĢanlısı 
Banı  Çiçəyin  toy  məclisinə  gəlməsi  epizodunda  Qazan  xana  müraciətlə 
dediyi aĢağıdakı soylamaya diqqət yetirək: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə