Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   25   26   27   28   29   30   31   32   33

92
 
 
Görkəmli qorqudĢünas S.Əlizadə ayrıca hazırladığı nəĢrdə də bu mövqe-
də qalmıĢ  və tərtib etdiyi  sözlükdə  “uyar”  arxaizmini  “uyğun,  münasib, 
yaraĢan” məna çalarlarında Ģərh etmiĢdir (61, 225).  
Göründüyü kimi, məlum arxaizmin açıqlanmasına münasibət fərq-
lidir. Bizcə, ilk dəfə Vatikan nüsxə katibi artıq həmin dövr üçün iĢləklik-
dən düĢmüĢ “uyar” arxaizmini anlaya bilmədiyi üçün öncə gələn “uma-
rımdan” sözünün təsiri ilə daha əski nüsxədəki yazılıĢ variantına düzəliĢ 
etməklə onu “umar” Ģəklində vermiĢdir. 
AraĢdırmalar göstərir ki, boyların əsasən V-VIII əsrlər arasında for-
malaĢması və təxminən eyni yüzilliklərdə ilk dəfə yazıya köçürülməsi bu 
möhtəĢəm  abidənin  dilində  əski  türk  leksikasının  geniĢ  iĢlənməsinə  im-
kan yaratmıĢdır. Məhz buna görə də “Kitab”ın dilində artıq XI əsrdə, yə-
ni ulu dilçi M.KaĢğarinin “Divani lüğat-it-türk” əsərinin qələmə alındığı 
dövrdə tamamilə  arxaikləĢən nadir sözlərə də rast gəlmək  mümkün olur 
ki,  “uyar”  arxaizmi  də  belələrindəndir.  Məlumdur  ki,  qədim  türk  yazılı 
abidələrinin  sırasında  Yenisey  çayı  hövzəsində  tapılmıĢ  abidələr  xüsusi 
yer tutur. Bəzi dilçilər dil bəsitliyinə və yazılıĢ formasına görə hətta Ye-
nisey abidələrini Orxon abidəlrindən daha qədim dövrün məhsulu hesab 
edirlər (74, 207). Haqqında danıĢılan “uyar” arxaizminə ilk dəfə bu abi-
dələrin mətnində rast gəlinir ki, bir neçə fakta müraciət edək.  
ElegeĢ abidəsində: 
“2. Yüz ər kadaĢım uyarın üçün yüz ərən ə(lig) öküzün təgdük üçün 
adırıltım” (74, 232). 
BeĢinci Çaxöl abidəsində: 
“2. Uyar kadınım üçün ükdim yıta içim yurçımka y... 
 3. Uyar bəgimcə adırıltım, uyar kadaĢımka adırıltım” (74, 246). 
Birinci Altın göl abidəsinin sağ tərəfində: 
“4. Ər ərdəm üçün, eçim uyarın üçün bengümin tikə berti” (74, 266). 
Minusinsk muzeyində saxlanılan bir abidənin ikinci tərəfində: 
“4. ... üçün ağı uyar eĢim sizimə adırıltım a bökmədim na elim Ģ z y” 
(74, 296). 
Bundan əlavə, “uyar” söz forması Göytürk əlifbası ilə kağız üzərin-
də  yazıya  alınmıĢ  ilk  mətnlərdən  sayılan  “Irk  bitik”  abidəsinin  XXVIII 
ırkında – falında da (42-ci sətirdə) iĢlədilmiĢdir: 
“Kan olurup ordu yarmıĢ, ili turmuĢ, tört buluntakı edgüsi uyarı 
tirilipən məniləyür, bədizləyür, – tir. Ança bilinlər: edgü ol!” (74, 192). 


93
 
 
Mətnlərin müasir dilə çevirməsində müvafiq olaraq “güclü, məĢhur, 
nüfuzlu, ağıllı” sifətlərindən istifadə edilsə də, Ə.Rəcəbov və Y.Məmmə-
dovun  hazırladığı  sözlükdə  “qüdrət,  nüfuz,  hörmət”  (74,  381),  Ə.ġükür-
lünün tərtib etdiyi sözlükdə isə “baĢçı, yuxarı təbəqə” (85, 324) anlamla-
rında  Ģərh  olunmuĢdur.  T.Tekinin  hazırladığı  sözlükdə  isə  bu  arxaizm 
“uyur”  fonetik  variantında  əks  olunaraq  “muktedir”  mənasında  (115, 
287) izah edilmiĢdir. “Qədim türk sözlüyü”ndə isə “uyar” arxaizmi “ba-
carıqlı,  qüdrətli”  (“способный,  могущественный”)  mənalarında  (134, 
607)  əlamət  bildirən  bir  sifət  kimi  daha  dəqiq  ifadə  olunmuĢdur.  Təhlil 
göstərir ki, “uyar” sifəti “u-”, “uy-” arxaik feillərindən -ar Ģəkilçisi vasi-
təsilə düzəlmiĢdir. Etimoloji baxımdan “u-” və “uy-” feilləri eyni sözün 
fonetik variantları sayılır və qədim abidələrin dilində “bacarmaq” məna-
sında ayrıca qeydə alınmıĢdır.  
Kül Tigin abidəsinin Ģərq tərəfində: 
“10. Yağı bolıp itinü, yaratunu umaduk yana içikmiĢ” (74, 72) 
Çevirməsi: 
“10. Yağı olub (eli) təĢkil etməyi, yaratmağı bacarmadığından yenə 
tabe olmuĢ” (74, 79).  
“U-” arxaik feilinə feili bağlama formasında “qüdrəti olmaq, gücü 
yetmək” mənalarında (55, IVc, 595) M.KaĢğari lüğətində də rast gəlinir: 
“Öç, kək kamuğ kiĢininq  
Yalnquk üzə alım bil, 
Edhgülüküg uğança 
Əliginq bilə təlim kıl”. 
Bil ki, qisas baĢqasında alınacaq bir borc kimidir
Gücün yetən qədər qonağa, qəribə yaxĢılıq elə” (55, Ic, 117). 
Bundan əlavə, göstərilən sözlükdə həmin kökdən düzəlmiĢ “hər Ģe-
yə gücü çatan, qadir, qüdrətli” mənalı “uğan” sözü də (55, Ic, 144) veril-
miĢdir ki, bu da “uyar” arxaizminin tarixən kifayət qədər iĢlək olan “u-
//uy-” feilindən yaranmasını təsdiqləyir.  
“Dədə  Qorqud  kitabı”ndan  verdiyimiz  cümlənin  tərkibində  də 
“uyar” sözünün “bacarıqlı, qüdrətli” anlamlarında iĢlədilməsi açıq-aydın 
duyulur. Ərinin ölməsini arzulayan qadın yenisinin umduğundan da yax-
Ģı, bacarıqlı, qüdrətli olmasını istəyir ki, digər yozumlarla müqayisədə bu 
daha məntiqi səslənir. 
 


94
 
 
29]
  Tədqiqatçı  alim  M.Nağısoylu  iĢarələnmiĢ  “dəprətincə”  sözünün 
oxunuĢu və yozumu ilə bağlı fikir ziddiyyətlərini görüb ayrıça məqalə ilə 
çıxıĢ  etdiyindən  (70)  mövcud  baxıĢları  qısaca  xatırlamağı  lazım  bilirik. 
O.ġ.Gökyay  onu  “depdenince”  (107,  23)  Ģəklində  oxusa  da,  qarĢısında 
sual iĢarəsi qoymaqla “deprenmek mi?” variantını ehtimal etmiĢ və “sil-
kinib kalkınca” mənasında açıqlamıĢdır (107, 267). M.Ergin “depidince” 
variantında  (101,  Ic,  76)  oxumuĢ,  “tepretmek,  kımıldatmak,  sarsmak” 
mənalarında (101, IIc, 83) Ģərh etmiĢdir. F.Zeynalov-S.Əlizadə nəĢrində 
“dəpdincə” fonetik tərkibində oxunaraq “dümsükləyincə” mənasında (60, 
33, 228) açıqlansa da, çevirmədə nəzərə alınmamıĢ və “tərpənincə” kimi 
müasirləĢdirilmiĢdir  (60,  131).  ġ.CəmĢidov  “dəp-danca”  kimi  (23,  282) 
oxuyaraq mənasını Ģərh etməmiĢdir. M.Nağısoylunun Ģəxsi söhbətə əsas-
lanan məlumatına görə, hörmətli alim bu sözü “sübh tezdən” mənasında 
düĢünmüĢdür. Gətirilən mülahizələrin heç biri ilə razılaĢmayan araĢdırıcı 
qeyd edilən məqaləsində onu “dipdincə” variantında oxuyaraq “dinməz-
cə, sakitcə” anlamında müasirləĢdirir (70, 237). 
Sözsüz, hər bir oxunuĢ variantı müəyyən elmi əsasa söykənir. Yal-
nız Drezden nüsxəsində 
  Ģəklində  yazılmıĢ  bu  arxaizmin  oxun-
masında  üçüncü  hərfin  dal,  yoxsa  re  hərfi  olması  mübahisə  doğurur. 
Bizcə, bu söz həm abidənin dilində, həm də M.KaĢğari lüğətində müstə-
qil iĢlənmiĢ “təp-//dəp-” feilindən (55, IIc, 33) törəmiĢ “dəprət(mək)” fe-
ilinin -incə Ģəkilçili feili bağlama formasıdır. Müasir dilimizdə metateza, 
yəni səsdəyiĢməsi hadisəsinə uğrayaraq “tərpət(mək)” fonetik tərkibində 
yaĢayan  bu  söz  yenə  də  M.KaĢğari  lüğətində  “tərpətmək”,  “qımıldat-
maq”, “hücum etmək”, “sıçratmaq” mənalarında açıqlanmıĢ “təprət-” feil 
formasıdır (55, IIc, 316-317). 
Öncə  Ģərh  edildiyi  kimi,  buradakı  qadın  tipləri  əməllərinə  əsasən 
müqayisə  edilərək  qruplaĢdırılıb.  Belə  ki,  “solduran  soy”  tipli  qadınlar 
hamı yuxuda ikən gizlincə, oğrunca, xəlvəti durub qarınlarını doyurduq-
dan sonra evin kiĢisinin ölümünü arzulayıb daha imkanlısına, daha yaxĢı-
sına getməyi arzulayırlarsa, “tolduran toy” tipli qadınlar yalnız “dəprətin-
cə” yerindən durur və xarakterlərinə uyğun iĢlərin dalınca gedirlər. Vati-
kan nüsxəsində bu söz buraxılmıĢsa da, əvəzində “quĢluq uyxudan oya-
nur qalqar” (V-5, 3) cümləsi verilmiĢdir. “QuĢluq//kuĢluk” deyildikdə sə-
hərlə günorta arasındakı vaxt, yaxud “günəĢ doğduqdan iki saat sonrakı 
vaxt” (35, 44) nəzərdə tutulur. Elə isə az qala günortaya qədər yatan qa-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə