Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   25   26   27   28   29   30   31   32   33

98
 
 
Alan sabah durmuĢsan, 
Ağ ormana girmiĢsən. 
Ağ qovağın budağından  
Yırğayıban keçmiĢsən. 
Çan yacuğın əgmiĢsən, 
Oqcuğazın qurmuĢsan,  
Adın gərdək qomıĢsan. (D-110, 7-10). 
Qədim oğuz məiĢətinin ən mühüm atributlarından sayılan gərdəyin 
qurulma  mexanizmini  bütün  detalları  ilə  əks  etdirən  bu  soylamadakı 
“çan”  arxaizmi  “dirək”,  daha  dəqiq  desək,  “çadırın  yan  dirəkləri” 
anlamında iĢlənmiĢdir.  ”Qadın  evin dayağıdır” fikri  müqəddimədə Qor-
qud  ataya  istinad  edilərək  qabardılan  ən  parlaq  nəticələrdəndir.  Bu  as-
pektdə “Çan PaĢa” adındakı təyinedici söz məhz “dirək” anlamındadır. 
 
[32] 
Biñ söylərsəñ, birisini qoymaz, əriñ sözini qulağına qoymaz. 
Bu cümlədəki ilkin iĢlənmiĢ “qoymaz” sözü də oxunuĢ və mənalan-
dırma  baxımından  mübahisə  yaradan  məqamlardandır.  O.ġ.Gökyay  onun 
Drezden nüsxəsində “koymaz” Ģəklində yazıldığını qeyd etsə də, kontekst-
dən çıxıĢ edərək “tutmaz” kimi oxumuĢdur (107, 23). M.Ergin yazılıĢı əsas 
götürərək  “koymaz”  kimi  oxuyur  (101,  Ic,  77)  və  tərtib  etdiyi  sözlükdə 
“koymak, bırakmak, sokmak, tıkmak” mənalarından birini daĢıdığını gös-
tərir (101, IIc, 192). S.Tezcan-H.Boeschoten nəĢrində sözün yanlıĢ yazıldı-
ğı ehtimal edilərək “tuymaz” kimi oxunur (116, 34). O.F.Sertkaya eyni Ģə-
kildə oxusa da, fakta baĢqa mövqedən yanaĢır: “Müstensih metinde tuymaz 
yazmak istemiĢ, ancak kamıĢ kalemi fazla bastırmaktan ve harfi sola doğru 
biraz  egri  yazmaktan  dolayı,  mürekkeb  yığılması  sebebiyle,  te  harfinin 
üstte  iki  noktalı  gövdesi,  üstte  iki  noktalı  kaf  gövdesi  halını  almıĢdır. 
Burada harfi yanlıĢ yazma yok, kaligqrafik hata vardır” (110, 150). 
Azərbaycan  naĢirlərindən  H.Araslı  ifadəni  eynilə  saxlayaraq,  hər 
iki  sözü  “qoymaz”  Ģəklində  (59,  18)  oxusa  da,  ġ.CəmĢidov  cümlənin 
ikinci hissəsini ataraq ixtisarla “Bin söylərsən, birisini qoymaz” kimi ver-
məyi məqsədəuyğun bilmiĢdir (23, 282). F.Zeynalov-S.Əlizadə nəĢrində 
ilk söz “quymaz” variantında oxunmaqla belə əsaslandırılmıĢdır: “Bizcə, 
D nüsxəsində yanlıĢlıq yoxdur. Söz iki dəfə eyni Ģəkildə yazılsa da, əv-
vəlcə “quymaz” kimi oxunub transkripsiya edilməlidir. “Qədim türk lü-
ğəti”ndə,  M.KaĢğarinin  “Divan”ında  “quymaq”  feilini  “qorxmaq”,  “çə-
kinmək” kimi məna çalarları kontekstin məzmununa uyğundur. Beləliklə, 


99
 
 
həmin “bayağı” arvad “min də desə, ərindən qorxub çəkinmir və ərin sö-
zünə qulaq asmır” (60, 228). 
Düzü,  “hürkmək,  qorxmaq”  mənalı  “quymaq”  feilinin  göstərilən 
cümlə  strukturunda  iĢlənə  bilmə  ehtimalı  çox  azdır.  Görünür,  elə  buna 
görə  də  müəlliflər  mətnin  müasir  dilimizə  çevirməsində  həmin  ifadəni 
“Min söylərsən, birisini eĢitməz” kimi vermiĢlər (60, 131). 
Boyların  keçdiyi  inkiĢaf  yolunu  nəzərə  aldıqda  bu  ifadənin  də  iki 
hissədən  ibarət  olduğunu  düĢünməyə  əsas  var.  Sözsüz,  “Biñ  söylərsəñ, 
birisini  qoymaz”  Qorqud  ataya  məxsus  deyimdir.  Dil  tarixi  materialları 
göstərir ki, “qoy-” ən qədim və iĢlək feillərdəndir. Orxon-Yenisey abidə-
lərində “ko-”, “kod-” fonetik variantlarında qeydə alınan bu söz (75, 368) 
artıq  M.KaĢğari  lüğətində  “koy-”  Ģəklində  iĢlənməklə  (55,  IVc,  319) 
“qoymaq,  buraxmaq,  tərk  etmək”  anlamlarını  daĢımıĢdır.  Maraqlıdır  ki, 
“Kitab”ın  dilində  həm  “qo-”,  həm  də  “qoy-”  variantlarında  iĢlənmiĢ  bu 
qədim feil çoxmənalı çalarlarda özünü göstərir. Məsələn: 
Anlar eylə digəc At ağızlu Aruz qoca iki diziniñ üstinə çökdi, ay-
dır: “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, orduñ üstünə 
kimi qorsan”. (D-37,  2-5). 
Ərənlər əvrəni Qaracuq çoban sapanınıñ ayasına daĢ qodı atdı. (D-
41, 8-9). 
Çobanın daĢı dükəndi; qoyun deməz, keçi deməz, sapanıñ ayasına 
qor atar, kafiri yıqar. (D-41, 13 – D-42, 1). 
Dölün almaqdan səfan varsa, ġökli Məlik, qara gözli qızun var isə, 
gətür Qazana ver, mərə kafir, sənüñ qızundan oğlı toğsun, siz anı Qazan 
bəgə qırım qoyasız, – dedi. (D-59, 6-8).  
Mərə, bu oğlana ad qoyasınca varmudur? – dedi. (D-75, 1). 
Dəli Qarçarı yalınçaq eylədi, ağıla qoydı. (D-88, 3). 
Qanda getdüñ bəni yalñuz qoyub, canım yigit? (D-92, 5-6)  
Bir yasduqda baş qoyub əmüzdügüm... (D-167, 8). 
Oñın qoyub tərsin oqur qızı, gəlini. (D-279, 3-4) və s. 
Həqiqi mənada “buraxmaq”, məcazi mənada isə “ad qoymaq”, “qı-
rım qoymaq”, “baĢ qoymaq” feillərinin tərkibində iĢlənən bu qədim söz, 
görünür, “yerinə yetirmək, əməl etmək” anlamını da daĢımıĢdır.  
“Biñ  söylərsəñ,  birisini  qoymaz”  cümləsində  -ma  inkar  Ģəkilçili 
“qoy-” feili ilkin məna ilə bağlı “(yaxına) buraxmaz” mənasındadır. Ar-
tıq söyləyici ozanın və ya nüsxə katibinin dövründə bu məna nisbətən ar-


011
 
 
xaikləĢdiyi üçün “əriñ sözini qulağına qoymaz” əlavəsi ilə Ģərh olunmuĢ-
dur.  Qədim  sözlərin,  deyimlərin  əski  variantı  saxlanılmaqla  qarĢılığının 
göstərilməsi Drezden nüsxəsində geniĢ tətbiq edilən üsuldur və bu, onlar-
la  dil  faktının  açımında  özünü  göstərir.  Vatikan  nüsxəsində  daha  sadə 
yolla gedilmiĢ, “qoymaz” feilinin önünə “qulağına” sözü artırılmaqla fi-
kir durulmuĢdur: “Biñ söylərsəñ, birisini qulağına qoymaz” (V-6, 12).  
“Qoymaz” feilinin “(yaxına) buraxmaz”, “eĢitməz”, “qəbul etməz” 
anlamlarında  iĢlənildiyini  XIX  əsr  alman  ĢərqĢünası  H.F.Ditsin  nəĢr  et-
dirdiyi  Dədə  Qorquda  aid  aĢağıdakı  atalar  sözü  vasitəsilə  də  əsaslandır-
maq mümkündür: 
“Er  oğul  çağrılmadığı  yerlere  varmasa;  Adem  olan  hörmetin  bir 
lokma içün bin dane kızıla vermese; aslın kökin bilmedügü yerdən kız al-
masa; uruğun turığın tanımadığı soya kız vermese; yise içse yenilce ba-
yımıĢ kursağı taracuk yigitden kısılı gelüp ödünc beĢ akca istemese; diri-
lerde derneklerde mürüvvet bilmez, keder küymez, kavline turmaz, ögüt 
koymaz  ...”  (107,  819).  Göründüyü  kimi,  bu  söyləmədə  “ögüt  qoymaz” 
ifadəsi məhz “öyüt qəbul eməz, eĢitməz” anlamlarındadır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə