Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

86
 
 
duran soy” birləĢməsi “nəsil korlayan” izahında “soy solduran”, “toyduran 
toy” birləĢməsi isə “toy dolduran” Ģəklində müasirləĢdirilmiĢdir ( 60, 131). 
Beləliklə, hər iki deyimi təĢkil edən sözlər, demək olar ki, heç bir 
fərq qoyulmadan müasir anlamda baĢa düĢülmüĢdür. Əgər dilimizin tari-
xi qurluĢunun təhrifi yolu ilə, yəni təyinlə təyinlənən üzvlərin sırasını də-
yiĢdirməklə  formalaĢdırılan  bu  çevirmə  olmasaydı,  ilk  baxıĢda  olduqca 
cəlbedici  görünən  mövcud  yozum  etiraz  doğurmazdı.  Lakin  tarixi  linq-
vistik materialların müqayisəli təhlili göstərir ki, bu deyim təkcə sintaktik 
baxımdan  deyil,  həm  də  leksik  cəhətdən  tamamilə  baĢqa  forma  və  an-
lamda çevrilməlidir.  
AraĢdırmalar göstərir ki, mürəkkəb tarixi formalaĢma yolu keçmiĢ 
bu boylar toplusu xalqımızın etnogenezisində duran qədim oğuz etnosu-
nun Ģərəfinə düzülüb-qoĢulmuĢ əvəzsiz sənət əsəridir. Onun sərlövhəsin-
də  getmiĢ  “əla  lisani-tayifeyi-oğuzan”  qeydindən  göründüyü  kimi,  türk 
dilinin oğuz layını nəzərə almadan bu monumental abidəni əslinə uyğun 
açıqlamaq istənilən nəticəni verə bilməz. Odur ki, bu tipli deyimləri mü-
asir dilimiz üçün arxaikləĢmiĢ sözlər kontekstində Ģərh etmək lazım gəlir. 
Bu yanaĢmadan çıxıĢ edərək, deyimi təĢkil edən cümlələri ayrıca nəzər-
dən keçirməyi lazım bilirik: 
1) “Birisi solduran soydur”. 
Məlumdur ki, ailə iki dirək üzərində, qadın və kiĢi tərəfin qarĢılıqlı 
bağlılığı əsasında qurulur. Bu tərəflərdən birinin zəifliyi ailənin dağılma-
sına  gətirib  çıxarır.  “Kitab”ı  təĢkil  edən  boyların  məzmunu  göstərir  ki, 
oğuz zamanında qadına böyük dəyər verilmiĢ və ailənin saxlanılmasında 
onun  müstəsna  xidməti  olduğu  qabardılmıĢdır.  Qorqud  deyimində  dörd 
qrupa  ayrılan  qadın  tiplərindən  yalnız  biri  –  evin  dayağı  olanı  alqıĢlan-
mıĢ, digər üç tipi isə qarğıĢla yad edilmiĢdir. Deyimlərin əsaslandırılması 
ilə bağlı verilən ozan Ģərhindən aydın olur ki, ailəyə – ocağa xor baxan, 
ev,  ər  qədri  bilməyib  yalnız  özünü  düĢünən  qadınlar  lənətə  layiqdir  və 
belələrindən  biri  də  “solduran  soy”  kimi  səciyyələndirilir.  Cümlənin 
qrammatik quruluĢundan göründüyü kimi, “soy” sözü xəbər (-dur xəbər-
lik Ģəkilçisidir),  feili  sifət forması  “solduran”  sözü isə təyin vəzifəsində 
çıxıĢ  edir.  Yazılı  abidələrimizin  dilində  “soy”  sözü  “nəsil”  mənası  ilə, 
“tərəf” mənasında da iĢlənmiĢ omonimdir. Məsələn: 
Yenə düĢdi buların artlarınca, 
Atın çapıb səgidir suylarınca (25, 54). 


87
 
 
“Suy” fonetik variantında getmiĢ bu arxaizm (fars mənĢəli “su” sö-
zü  ilə  məna  və  yazılıĢ  ortaqlığı  onun  alınma  olduğuna  əsas  vermir) 
“Dastani-Əhməd hərami”də olduğu kimi abidənin mətnində Qazan xanla 
əlaqədar söylənilmiĢ “Amit soyunun aslanı” (D-35, 12; D-110, 5; D-205, 
3) birləĢməsini tərkibində də  “tərəf”  mənasında iĢlənmiĢdir. Diqqəti çə-
kən  cəhət  odur  ki,  “soy  (//suy)”  sözü  müasir  canlı  xalq  danıĢıq  dilində 
“tərəf” mənasını hələ də saxlamaqdadır. Belə ki, “bir suyu filankəsə ox-
Ģayır”  deyimində  “tərəf”  anlamı  daĢlaĢmıĢ  Ģəkildə  yaĢamaqdadır.  Belə-
liklə, “solduran soy” deyimində bəzi qadınların ailənin “solduran” tərəfi 
olduğu  ön  plana  çəkilir.  “Solduran”  sözü  bu  məqamda  “zəiflədən”,  “cı-
lızlaĢdıran”  mənasında  iĢlənmiĢ  və  “azal(maq)”,  “zəiflət(mək)”  mənalı 
“sol(maq)” felinə (134, 508) -dır leksik və -an feli sifət Ģəkilçisinin artı-
rılması ilə düzəlmiĢdir. 
Beləliklə,  “soldura soydur” ifadəsi ilə gizlincə yerindən durub, əl-
üzünü yumadan “doqquz bazlamac ilə bir küvlək yoğurt gəvzələyən” na-
Ģükür qadın tipi ümumiləĢdirilmiĢdir ki, həm qrammatik, həm də leksik 
baxımdan onu “(ailəni) zəiflədən, cılızlaĢdıran tərəf” kimi yozmaq daha 
inandırıcı görünür. 
2) “Birisi tolduran toydur”. 
Cümlənin açıqlanmasında açar rolunu oynayan “tolduran toy” ifa-
dəsi də tarixi leksikanın süzgəcindən keçirildikdə öz həqiqi mənasını tap-
mıĢ olur. M.KaĢğari lüğətində yalnız oğuzca iĢlənmiĢ belə bir ifadə qey-
də  alınmıĢdır:  “Tuy  tuldradı  –  xalq  hər  yandan  dağıldı”  (55,  IIIc,  383). 
Buradan belə məlum olur ki, “toy” sözünün fonetik variantı kimi verilmiĢ 
“tuy” sözü “xalq, kütlə” anlamını daĢıyır. “Tolduran” sözü isə “toldradı” 
(əslində transkripsiyası “tolduradı” Ģəklində olmalıdır) feilinin baĢlanğıc 
forması olan “toldur-(//toldır-)” sözünün -an Ģəkilçisi qəbul etmiĢ feili si-
fət formasıdır. Deməli, “tolduran toy” “dağıdan, dağıdıcı xalq, tayfa” an-
lamındadır.  Bu  deyim  tərzi  xalqımız  üçün  səciyyəvidir.  Belə  ki,  indi  də 
canlı xalq dilində “qadın tayfası, zənən xeylağı” ifadəsi iĢlədilməkdədir. 
“Tolduran  toy”  ifadəsində  “dəprətincə”  yerindən  durub  əl-üzünü  yuma-
dan  obanı  o  ucundan  bu  ucuna,  bu  ucundan  o  ucuna  gəzən,  dedi-qodu 
dinləyən, günortadan sonra evinə qayıtdıqda yiyəsiz qalmıĢ həyət-bacası-
nı oğru köpəklə həyasız, itaətsiz dananın talan etdiyini görüb qonĢularını 
günahkar  bilən  qadın  tipi  ümumiləĢdirilmiĢdir.  Müdrik  ozan  belələrini 
“dağıdıcı  tayfa”  adlandırmaqda  nə  qədər  haqlı  olduğunu  verdiyi  Ģərhlə 


88
 
 
əsaslandırır. Maraqlıdır ki, “toy” arxaizmi Vatikan nüsxəsində eyni mə-
nalı “tulp” sözü ilə əvəzlənmiĢdir. Ə. Həyyan lüğətində türk mənĢəli hə-
min söz “güruh” kimi (35, 41) açıqlanmıĢdır ki, bu da deyimin izahında 
düzgün seçimdə olduğumuzu göstərir. 
 
[26] 
QorqudĢünaslıqda fərqli açıqlanan sözlərdən biri də “sapadanca” 
sözüdür. Əksər naĢirlər, o cümlədən O.ġ.Gökyay, M.Ergin, O.F.Sertkaya 
bu  sözü  son  samitini  itirməklə  -dan  və  -ca  Ģəkilçiləri  ilə  iĢlənmiĢ  ərəb 
mənĢəli “sabah” zaman zərfi hesab etmiĢlər (101, IIc, 254; 107, 393; 110, 
130). Bizcə, bu bir tərəfdən Vatikan nüsxədəki yazılıĢla bağlıdırsa, digər 
tərəfdən  bir  neçə  sətir  sonra  iĢlənmiĢ  “öylədəncə”  (D-7,  9)  söz  forması 
ilə əlaqəlidir. S.Əlizadə bu baxıĢla razılaĢmayaraq yazır: “V katibi sözün 
kökünü  “sabah”  mənasında  baĢa  düĢüb.  Əslində,  bu  söz-formanın  kökü 
“sap-”  feilidir.  Haqqında  söhbət  gedən  qadını  sübh  tezdən  durmağa  sü-
rükləyən onun qarınqulu və acgöz olmasıdır; ona görə də yerindən “sapa-
danca” (yəni: yatanları azdırıb yuxuda qoyaraq) durmağa məcbur olur ki, 
yeməyini asudə yeyə bilsin” (60, 227). Fikrimizcə, abidənin arxaik leksik 
qatını üzə çıxarmağa imkan verən bu qənaət daha doğrudur. 
 
[27]
 “Nəsil korlayan tərəf” kimi səciyyələndirilən qadın tipi ilə bağlı 
bu  soylamada  “gəvzələr”  variantında  transkripsiya  etdiyimiz  arxaizmin 
də  oxunuĢ  və  yozumunda  fikir  müxtəlifliyi  nəzərə  çarpır.  O.ġ.Gökyay 
həmin sözü bir nəĢrdə “közler” Ģəklində oxuyaraq (106, 3) “korda piĢir-
mek,  yalın ateĢte piĢirmek” kimi (106, 253)  açıqlamıĢdır. Düzü, bu  yo-
zum  oğuz  elat  məiĢəti  ilə  heç  cürə  səsləĢmir.  Yoğurd  (qatıq)  biĢirilməz 
və ya qızdırılaraq çörəklə yeyilməz. Digər bir nəĢrdə isə “gözler” Ģəklin-
də oxuyaraq (107, 22), “gözünü bir Ģeye dikmek; umulan bir Ģeyi bekle-
mek;  gözle  araĢdırmak;  arzu  etmek”  və  s.  buna  yaxın  mənalarda  (107, 
304) izah etmiĢdir. M.Ergin də həmin arxaizmi “gözler” Ģəklində oxuyub 
(101, I c., 76) “gözlemek, gözetlemek, beklemek” anlamlarında (101, II 
c.,  178)  Ģərh  etmiĢdir  ki,  bu  yozum  da  səbirsizliyi,  dözümsüzlüyü  ilə 
fərqlənən bu tipli qadınlara xas xüsusiyyət sayıla bilməz. 
Akademik  V.V.Bartoldun  “высматривает”  çevirməsindən  (137, 
13) belə aydın olur ki, görkəmli ĢərqĢünas da bu sözü “gözlər” kimi oxu-
muĢ və “göz qoymaq, gözətləmək” anlamında qavramıĢdır. 
S.Tezcan-H.Boeschoten  nəĢrində həmin  söz  cəm Ģəkilçisi qəbul  edib 
“toyunca” feili bağlamasına tabe olan “göz” kimi düĢünülmüĢdür (116, 33). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə