Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

77
 
 
“Boğralar kökrəĢdi = ayğırlar kiĢnədi” (55, IIc., 228). 
Görünür, elə buna görə də “buğur” sözü müasir türk dillərinin bəzi-
sində çoxçalarlığını saxlayaraq, dağ qoçunu, maral və sığının erkəyini də 
adlandırmaqdadır    (155,  236).  Odur  ki  bu  soylamada  “buğur”  sözünün 
dəvə ilə yanaĢı, atın erkəyini adlandıra bilməsi ehtimalı yüksəkdir. Abi-
dənin dilində iĢlənmiĢ  “ayğır” və  “qoç”  sözlərinin məna çalarları gəldi-
yimiz qənaətin doğruluğuna zəmin yaradır. Faktları dilləndirək: 
Əlimdə qıl kiĢlim ayğır malı,  
Ayğır urub* alduğım boğma kiriĢim. (D-109, 3-4). 
(*Bu  sözün  “verüb”  variantında  yazılıb  oxunmasına  baxmayaraq, 
boydakı  hadisələrin  məntiqinə  uyğun  tərzdə  “urub”  kimi  oxunub  məna-
landırılmasını  daha  düzgün  hesab  edirik;  Beyrək  yayını  at  verməklə  de-
yil, yağı üzərinə at salmaqla – hücum etməklə qazanır). 
Təhlil göstərir ki, “ayğır” sözü birinci misrada “erkək dağ keçisi”, 
ikinci misrada isə “erkək at” mənasındadır (42, 138). 
Mən qara qoç atıma binmədən ol binmax gərək! (D-81, 2). 
Qara qoçın oynatdı, Uruz kafirin sağına at təpdi. (D-133, 4). 
Qara qoçlar qarısa, qulun verməz. (D-147, 3). 
NaĢırlərin müxtəlif variantlarda oxuduğu “qara qoç” birləĢməsində 
“qoç” sözünün “erkək at” anlamında iĢlənilməsi göstərilən konteksdə an-
laĢılandır.  Buradan  belə  nəticə  çıxır  ki,  “ayğır”  və  “qoç”  sözləri  Dədə 
Qorqud  boylarının  formalaĢdığı  dövrdə  bütün  heyvanların  erkəyinə  de-
yilmiĢ,  sonradan  məna  daralmasına  məruz  qalaraq  bugünkü  anlamda 
konkret heyvanların erkəyini adlandırmaq funksiyasını qazanmıĢdır. 
Bu  mənada  “buğur”  arxaizminin  erkək  atı  adlandırması  təbiidir. 
Deməli, “YanaĢub yola girəndə qara buğur görkli” deyimində minik va-
sitəsi kimi erkək atın əvəzsizliyi təqdir olunur. Qədim türk təfəkküründə 
“At  igidin  qanadıdır”  (55,  Ic,  122).  “At  ki  var,  igidin  qardaĢıdır”  (64, 
158)  deyimləri  ilə  birbaĢa  bağlılığı  olan  “Sevgili  qardaĢ  görkli”  ifadəsi 
məhz  özündən  əvvəlki  fikri  tamamlamaq  məqsədilə  iĢlədilmiĢdir.  Atın 
sevgili  qardaĢla  tən  tutulması  oğuz  düĢüncəsinə  doğmadır  və  bu,  Bamsı 
Beyrəyin Boz atını öyməsi səhnəsində qabarıq Ģəkildə əksini tapmıĢdır: 
Açuq-açuq meydana bəñzər səniñ alıncuğıñ,  
Ġki Ģəbçırağa bəñzər səniñ gözcigəziñ, 
ƏbriĢimə bəñzər səniñ yelicigiñ, 
Ġki qardaĢa bəñzər səniñ qulaqcığıñ,  


78
 
 
Əri muradına yetürər səniñ arxacığıñ, 
At deməzəm saña, qardaĢ derəm, qardaĢımdan yeğ! 
BaĢıma iĢ gəldi, yoldaĢ derəm, yoldaĢımdan yeg! (D-99, 6-11). 
Ġnci kimi sıralanıb düzülən bu fikirlər oğuzların həyat tərzində ger-
çəkləĢən  möhkəm  bir  məntiqə  söykənir.  Bu  qırılmaz  məntiq  göstərilən 
deyimdə ata olan nəhayətsiz sevgini üzə çıxarır. 
 
[22-23]  
Yañal ala uyanında dikilsə, gərdək görkli. 
          Urunca tınğı görkli. 
          Oğul görkli. 
“Kitab”ın  Drezden  nüsxəsinin  müqəddiməsində  getmiĢ  bu  deyim 
Dədə  Qorquda  məxsus  hikmətli  kəlamlardandır.  AraĢdırmalarda  “ev  ya-
nında”  kimi  oxunan  “uyanında”  sözü  istisna  olunmaqla  birinci  misrada 
mübahisə daha çox ilk sözün üzərində açılmıĢ və gərdəyin – gəlin otağının 
uca ev yanında qurulmasına görə dəyərləndirildiyi qənaətinə gəlinmiĢdir. 
M.Ergin  nəĢrində  “yañal”  sözü  “yan  tərəf”  mənasında  (101,  IIc, 
319) Ģərh olunmuĢdur  ki, bu zaman belə bir sual doğur: əgər həmin  ar-
xaik söz “ev” sözünə aiddirsə, onda “ev yanında” birləĢməsinə nə ehtiyac 
var idi, yox, “gərdək” sözünə aid edilirsə, onu necə əlaqələndirmək olar 
və buradan hansı nəticəni almaq olar? Görünür, elə buna görə də müəllif 
mətni  müasirləĢdirərkən  qrammatik  formanı  dəyiĢdirməli  olmuĢ  və  bü-
tövlükdə göstərilən soylama parçasını belə incələmiĢdir: “Yan tarafta, ev 
yanında  dikilse  gelin  odası  güzel,  uzunca  çadır  ipi  güzel.  Oğul  güzel” 
(102, 17). 
H.Araslı həmin sözə daha sərbəst yanaĢaraq onu nüsxə yazılıĢı ilə 
təsdiqlənməyən  “bunar” variantında oxumuĢ (59, 16), mənasını isə izah 
etməmiĢdir. ġ.CəmĢidov bu sözün özündən sonrakı sözlə birləĢmə təĢkil 
etdiyini düĢünərək “yanal ələ” variantını irəli sürmüĢ və fikrini belə əsas-
landırmıĢdır: “Dilimizdə “yan almaq” (yanaĢmaq) ifadəsinin olduğunu və 
“ələ” sözünün “tərəf” mənasında iĢləndiyini (“baĢın ələ baxar olsam baĢ-
sız ağac, dibin ələ baxar olsam dibsiz ağac”, D-55,13, 54-1) əsas götürüb 
bu cümləni”yanal ələ ev yanında dikilsə gərdək görklü” Ģəklində oxuma-
ğı dürüst hesab edirik” (23, 103-104). Göründüyü kimi, müəllifin “yañal” 
sözünü  “yan  al(maq)”  feili  birləĢməsi  əlaqələndirməsi  formal  xarakter 
daĢıyır. Hətta buna baxmayaraq, “yañal ala” birləĢməsini “yan alınan tə-
rəf” Ģəklində anlasaq belə, cümlədəki fikir durulmur. 


79
 
 
Təkzib edilməz həqiqətdir ki, ulu Qorquda məxsus bütün deyimlər 
tarixin  həyat  təcrübəsində  sınanılmıĢ  xə  xalq  təfəkkürünün  məntiqi  süz-
gəcindən süzülmüĢ mülahizələrə söykənir. Burada söz oyunu, gəliĢi gö-
zəl  ifadələr  iĢlənilməmiĢdir.  ġübhəsiz,  haqqında  danıĢılan  deyimdə  də 
müdrik  ozanın  ailə  qurmağa  hazırlaĢan  gənclərə  gərdəyin  qurulması  ilə 
bağlı ən sağlam arzuları, düĢüncələri ifadə olunmuĢdur. Odur ki söyləni-
lən hər bir fikir yozum xatirinə deyil, həqiqəti üzə çıxarmaq naminə yü-
rüdülməlidir. 
F.Zeynalov-S.Əlizadə  nəĢrində  əlamət  bildirən  sifətlərin  ardıcıllığı 
və qoĢalaĢmasına istinadən ilk iki söz “ban al-ala” variantında oxunaraq 
(60, 33) əlavə Ģərhdə belə əsaslandırılmıĢdır: “KDQ-un Ģifahi Ģəkildə for-
malaĢdığı ilkin mərhələdə cümlədəki “ev” sözünün təyini “ban ala” Ģək-
lində  imiĢ,  lakin  yazıya  köçürülərkən  artıq  “al”  (“qırmızı”  mənasında) 
sözü daha düĢümlü sayılırmıĢ; ona görə də katib dastanların dilindəki qo-
Ģa  sözlər  sisteminə  uyğun  olaraq  “al”  sözünü  “ala”  sözü  ilə  qoĢalaĢdır-
mıĢdır. Əlbəttə, məqsəd gərdəyin (gəlin otağının) toxunulmaz, hörmətli, 
bəlkə də, müqəddəs olduğunu bildirməkdədir. Beləliklə, həmin qoĢa söz-
lərin iĢləndiyi cümlənin məzmunu belədir: “Gəlin otağı (çadırı) uca, qır-
mızı və müqəddəs bir evin yanında qurulsa, gözəldir” (60, 227). Sözlərin 
məna  çalarlarından  bacarıqla  yararlanan  alimin  gəldiyi  nəticə  olduqca 
orijinaldır və o bu mövqeyini müstəqil tərtib etdiyi nəĢrdə də saxlamıĢdır 
(61, 32). Xüsusilə gərdəyin məhz “qırmızı” və “müqəddəs” anlayıĢları ilə 
əlaqələndirilməsi maraqlı tapıntıdır və yadda saxlamağa dəyər. Lakin ilk 
baxımdan  bu  oxunuĢ  və  yozum  etiraz  doğurur.  Birincisi,  abidənin  əsas 
mətnində ilk sözlərin “ban al-ala” variantında oxunuĢunun mümkünsüz-
lüyüdür ki, görünür, elə buna görə də “Kitabi-Dədə Qorqud Ensiklopedi-
yası”nda  abidəni  Drezden,  Vatikan  əlyazma  nüsxələri  və  M.Ergin  nəĢri 
əsasında  tərtib  edib  çapa  hazırlayan  müəllif  bəzən  daha  məqbul  bildiyi 
oxunuĢ variantları sırasında onu qeyd etməmiĢdir (62, 37). Ġkincisi, “uca, 
qırmızı  və  müqəddəs”  epitetlərinin  gərdəyə  deyil,  hansısa  bir  evə  aid 
edilməsi deyimin abidənin mətnində öz əksini bütün incəlikləri ilə tapmıĢ 
gərdəkqurma adəti ilə təsdiqlənmir. Gəlin həmin prosesi izləyək. “Bamsı 
Beyrək boyu”nda bu belə əks olunmuĢdur: “Oğuz zamanında bir yigit ki, 
evlənsə, ox atardı, oxu nə yerdə düĢərsə, anda gərdək dikərdi” (D-89, 4-
6). Bütün oğuz igidləri kimi Beyrək də oxun atıb gərdəyin qurur. Burada 
diqqəti çəkən ən önəmli fakt odur ki, gərdək məhz yaĢayıĢ yerindən aralı-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə