Görkəmli alim işığlı ziyalı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/33
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8463
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

70
 
 
(-ca  Ģəkilçisi  -caq//-saq  kimi  sifətin  çoxaltma  dərəcəsini  yaratmağa 
xidmət edir) sözünün də semantikasında da yaĢayır: 
Marə, alca qopuzum ələ aluñ, məni ögün! (D-183, 11) 
Beləliklə,  “alçaq”  sözünün  tarıxən  “müqəddəs,  xeyirli”  anlamını 
ifadə  etməsi  təbii  görünür  və  bu  fikri  eyni  təfəkkürün  məhsulu  olan 
“Oğuznamə”nin dilində iĢlənmiĢ belə bir məsəl də qüvvətləndirir: 
Alçaq yerdə yatma, səni alur (72, 29). 
Əski  inama  görə  müqəddəs  yerlərdə  yatmaq  insana  xeyir  gətirməz, 
onu  vahimələndirər.  Bu  inanc  indi  də  xalq  arasında  yaĢamaqdadır.  Hətta 
müqəddəs hesab edilən ağacların (məsələn, əncirin) altında yatmaq qadağa 
sayılır.  Bu  baxımdan  “alçaq  yer”  ifadəsini  relyefin  əlaməti  kimi  “düzən, 
aĢağı” anlamında deyil, “müqəddəs” mənasında qavramaq lazım gəlir. 
Həqiqətən, bütün dastan boyu islam dininə, onun müqəddəs saydığı 
Ģəxsiyyət və məbədgahlara böyük hörmətlə yanaĢıldığı müĢahidə olunur. 
Odur ki həmin dinin vətəni olan Məkkə adının qarĢısında ”aĢağı, düzən” 
anlamı  ilə  müqayisədə  “ulu,  müqəddəs”  mənalı  arxaik  “alçaq”  sözünün 
iĢlədilməsi daha inandırıcı səslənir. 
 
[19] 
SağıĢ günində ayna görkli. 
Deyimin  Ģərhi  “sağıĢ”  arxaizminin  hansı  mənada  anlaĢılmasından 
asılıdır. AraĢdırma göstərir ki, bəzi lüğətlərdə, o cümlədən Ə.Həyyan və 
V.V.Radlov  sözlüyündə  “say,  hesab”  mənasında  açıqlanan  bu  söz  (35, 
37; 152, IVc, Ih, 270) ümumən omonimlik kəsb edib “kədər, hüzn; ağıl, 
düĢüncə” mənalarını da ifadə etmiĢdir. Təəssüf ki, abidənin O.ġ.Gökyay, 
M.Ergin, H.Araslı, V.V.Bartold kimi naĢirləri bu faktı nəzərə almayaraq, 
“sağıĢ  günü”  ifadəsini  “hecab  günü,  qiyamət  günü,  məhĢər  günü”  anla-
mında açıqlamıĢlar (59, 173; 101, IIc, 255; 107, 394; 138, 12). 
Həqiqətən  də,  klassik  Ģairlərimizdən  Q.Bürhanəddin  “Divan”ında 
bu arxaik sözə həm “say, hesab”, həm də “kədər, hüzn” mənalarında rast 
gəlmək olur: 
Saçunun sağıĢıncadır, Ģəha, üĢĢaqi hüsnünün, 
Vəli bir nöqtə ağzundan qamusuna kifayətdir (17, 46) 
 
Canuma bəla türki gözi qəmzələridir
Gəlməz sağıĢa gisuları, zira qəzadır (17, 63). 
 
Çü ol birdir, bir birsəvüz ortada neyçün 
Saçının sağıĢına yürəgimdə yaradır (17, 210). 


72
 
 
EĢqün ilə bən ziyanı sud dutaram
SağıĢa götürməzəm bu sudü ziyanı (17, 59). 
Göründüyü kimi, ilk 3 beytdə “sağıĢ” arxaizmi “say, miqdar” anla-
mında, son beytdə isə “qiyamət” anlamında iĢlənmiĢdir. 
Görünür,  abidənin  tədqiqatçıları  məhz  “qiyamət,  haqq-hesab”  mə-
nasından  çıxıĢ  edərək  yuxarıdakı  deyimin  əsl  mahiyyətinə  vara  bilmə-
miĢlər. Məlumdur ki, dini inama görə qiyamət dünyanın sonudur. Bu mə-
naya  əsaslansaq,  deyimdə  ayna  gününə  düĢən  həmin  hadisənin  sanki 
görklü, yəni gözəl gün kimi alqıĢlandığı ortaya qoyulur. Bu məntiqsizliyi 
duyan F.Zeynalov və S.Əlizadə cümləni “Sayılan günlərdən cümə gözəl-
dir” Ģəklində çevirmiĢlər (60, 131). 
Təhlilsə göstərir ki, Dədə Qorqudun dilindən islam dininin  müqəd-
dəs  saydığı  bütün  varlıqlara:  ulu  Tanrıya,  “din  sərvəri”  Məhəmməd  pey-
ğəmbərə  və  onun  sadiq  ardıcılı  Əbubəkrə,  “Ģahi-mərdan”  Əliyə  və  onun 
Ģəhid övladlarına, Tanrı elmi Qurana və Tanrı evi Məkkəyə alqıĢ ruhunda 
deyilmiĢ bu soylama parçasının “SağıĢ günü ayna görklü” cümləsində əs-
lində  cümə  gününün  baĢlıca  funksiyası  qabardılaraq  nəzərə  çarpdırılmıĢ-
dır. Belə ki, bütün müsəlman dünyası, yəhudilərdə Ģənbə, xriatianlarda ba-
zar günü olduğu kimi, məhz cümə günü iĢdən-gücdən ayrılaraq elliklə dini 
ayinləri icra etmək, onun mahiyyətini dərk etmək üçün məscidlərə toplaĢır. 
Fikrimizcə, arxaik “sağıĢ” sözü də həmin prosesi ifadə etmək üçün iĢlədil-
miĢdir. V.V.Radlov lüğətində  “sağıĢ”  sözünün  həm ayrılıqda, həm  də  bu 
söz  əsasında  yaranmıĢ  “sağıĢlı”,  “sağıĢlıq”,  “sağıĢtu”  (düĢüncəli),  “sağıĢ-
sıra” (düĢünmək) sözlərinin tərkibində  “fikir, düĢüncə, xatirə” anlamında 
geniĢ yayıldığı göstərilir (152, IVc, Ih, 271-274). Göründüyü kimi, “sağıĢ” 
sözünün  fərqli  bir  mənada  iĢlənildiyi  də  üzə  çıxır.  Etimoloji  baxımdan 
omonim kimi çıxıĢ edın “sağ-” feil kökünə -ıĢ ad düzəldən Ģəkilçisinin ar-
tırılması ilə düzəlmiĢ “sağıĢ” sözünün müxtəlif mənalarda iĢlənməsi təsa-
düfi sayılmamalıdır.  Bu qədim  söz kökünün  “sağ(maq),  “say(maq)  məna 
çalarları dövrümüzə qədər gəlib çatsa da, “kədərlən(mək)”, “düĢün(mək)” 
məna çalarları yalnız yazılı abidələrin dilində adda-budda rast gəlinməkdə-
dir. Məsələn,  “DüĢmənin günü sağıĢlı olsun” qədim oğuz məsəlində (72, 
101) “sağıĢlı” sözü (-lu sifət düzəldən Ģəkilçidir) “qəmli, kədərli” mənasın-
da iĢlənərək deyimə “DüĢmənin günü kədərli olsun” qarğıĢ məzmunu ver-
miĢdir. Üzərində dayandığımız deyimdəki “sağıĢ” sözü isə Orxon-Yenisey 
abidələrindən  üzü  bəri  əksər  türk  dillərində  iĢlənmiĢ  (85,  117;  145,  135, 


73
 
 
137;  152,  IVc,  Ih,  265)  “düĢün(mək)”,  “fikirləĢ(mək)”  mənalı  “sa-
ğın(maq)”  (-ın  qayıdıĢ  növ  Ģəkilçisidir)  feilinin  kökündə  yaĢayan  “sağ-” 
feilindən  törəmiĢdir.  Bu  sözlə  kökdaĢ  olan  “sağın-”  feilinə  Azərbaycan 
klassiklərinin, o cümlədən böyük Füzulinin əsərlərində də rast gəlinir: 
   
ġüai-cövhəri-tiğindən umma rəhm, ey dil, 
   
Sağınma su verə, ey tənim, ol sərab sana (340, Ic, 61). 
 
   
Peykanları ilə doludur çeĢmi-pürabım, 
   
Ey bəhr, sağınma, sənin ancaq hünərin var (40, Ic, 134). 
Maraqlı burasındadır ki, həmin arxaik feil “say-” fonetik variantın-
da “Sən saydığını say, gör fələk nə sayır” (Sən fikirləĢdiyini fikirləĢ, gör 
fələk nə fikirləĢir) deyiminin tərkibində günümüzəcən yaĢamaqdadır. Qə-
dim türk dilində feil-ad sinkretizmi hadisəsinə müvafiq olaraq “sağ” sö-
zünün  həm  də  “ağıl,  düĢüncə”  mənasında  iĢlənməsi  (“Səndə  sağ  yok”, 
yəni “Səndə ağıl və anlayıĢ yoxdur”, 55, IIIc, 154) bu arxaizmin tarixən 
iĢlək olduğunun göstəricisidir.  
Beləliklə,  gətirilən  faktlar  “sağıĢ  günü”  birləĢməsini  məhz  “zikr, 
düĢüncə, xatirə günü” kimi açıqlamağa imkan verir ki, göstərilən deyim 
də ayna, yəni cümə gününü bu baxımdan səciyyələndirməyə xidmət edir. 
 
[20] 
Dölümündən ağarsa, baba görkli.
 
Ata ilə bağlı düĢüncələrin əks olunduğu bu qədim oğuz kəlamının 
açıqlanmasında ilk iki söz açar rolunu oynasa da, qorqudĢünaslıqda yal-
nız birinci söz üzərində ətraflı dayanılmıĢ, onun hansı variantda oxunma-
sından  və  necə  mənalandırılmasından  asılı  olaraq  fikir  yürüdülmüĢdür. 
Belə  ki,  O.ġ.Gökyay,  M.Ergin  və  O.F.Sertkaya  bu  sözü  “dulumundan” 
variantında oxumaqla (101, Ic, 75; 107, 22; 110, 39) türk dillərində geniĢ 
yayılmıĢ “Ģakak” (gicgah), “kaĢ ile kulak arasındakı yer”, “Ģakağın üstü-
ne  dökülen  saçlar”  mənasında  (101,  IIc,  97;  107,  275;  110,  113-114), 
“ağar(maq)” sözünü isə müasir anlamda (101, IIc, 4; 107, 275; 110,113-
114) izah etmiĢlər ki, bu da aforizmin “Gicgahından ağarsa, ata gözəldir” 
Ģəklində qavranıldığını üzə çıxarır. Bir çox mübahisəli məqamlara izahlı 
münasibət bildirən S.Tezcan-H.Boeschoten nəĢrində də bu oxunuĢ və yo-
zum  saxlanılmıĢdır  (116,  32).  H.Araslı  və  ġ.CəmĢidov  ilk  sözü  “dölü-
mündən” (23, 28; 59, 16), F.Zeynalovla S.Əlizadə isə “dölimindən” (60, 
33)  fonetik  variantında  oxumaqla  fərqli  mövqe  nümayiĢ  etdirmiĢlər. 
S.Əlizadənin ayrıca tərtib etdiyi nəĢrdə “dölüm” sözü “döl (cinsiyət) ye-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə