Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

74
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
baycan dilində geniş surətdə işlənən astar sözündə də qalır. 
Saray//saroy  «saray,  imarət»  (Ab.,  Lah.).  Badə  amarən 
bə  saray  bə  huzur  padşəh  «Sonra  saraya,  padşahın  hü zuruna 
gəlir». İn saroy iş ü duxtə soxte. «Bu imarəti də o qız tikdirib». 
Əslində bu söz fars mənşəlidir, amma o, türk dillərində  də 
müxtəlif məna və formalarda işlənmişdir. 
Qəzğun/qəjqun  «qazan» (Ab., Q., Qon. k.). Bel ə düşün- 
mək olar ki, türk. qazğan  sözünün tat dili mühitində düşdüyü 
şəkillərdən biridir. Qazğan forması üçün bax: 
Yeləq/yeləğ/yələq/yələğ «yalaq» (Q.). 
Yalaq  sözü itə yal vermək üçün yerdə qazılmış çalanı bil- 
dirir. O, mənşəcə  yal  sözündən törəmə olan yalamaq  feli ilə 
bağlıdır (58, 412). 
Quba  şivəsinə  aid  olan  materiallardan  göründüyü  kimi, 
itə yal vermək üçün müxtəlif qab-qacaqlardan da istifad ə et- 
mişlər. Bu bir növ həyat şəraitindən asılı olaraq belə olmuşdur. 
Yələğ  ə xürdə luğnə qabiş  əbirən,  ə ahuniş «Yalaq sınıq sax sı 
qabdan da olur, dəmirdən də». Yələğ seg mundey bə zir poy 
koumiş   həl-hül  birey  «İtin   yalağı   camışın  ayağının  al tında 
qalıb əzik-üzük olub» və s. 
Yələğ//yeləğ  «köhnə qab-qacaq» leksemi Lahıc l əhcəsin- 
də  məcazi mənada, «çirkli, yuyulmamış qab-qacaq» məna- 
larında da işlənir, Məs.: Çüstü, in yələğ-mələğə  vəçireyi bə 
tağçə?! «Nədir bu yalaq-malağı yığmısan taxçaya?!». 
Quba ləhcəsində  təkcə  yalaq  sözü yox, yal  sözü də  işlə- 
nir. Yal segə fukunind diyə, həyvun mürd ki, ə güsneyi! «İtin 
yalını tökün də, heyvan acından oldü ki!». 
 
 
 
 
 
 
 


75
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
Tat dilində ərəb-fars dillərindən alınmalar. 
 
Ərəb alınmaları  Azərbaycan tatlarının dilində  aşağıdakı 
ərəb alınmalar qeydə alır,  alim//ölim  «alim»,  ar//or//ör  «həya, 
utanma,   sıxılma»;    arif//orif    «arif»;    aşura//öşurö    «aşura», 
«onuncu»;  ərəb qəməri təqvimində (hicri-qəməridə) məhərrəm 
ayının  onuncu  günü  (dini  mat əm);   valideyn//volideyn   «ata- 
ana»;  variş/voriş  «varis»;  vəfadar//vəfodor//vafador  «vəfalı, 
etibarlı, sadiq»; ğamət//qomət  «boy-buxun», «qamət, qədd- 
qamət»;  ğeyri//qeyri  «başqa, özgə, qeyri»; ğabz//ğəbz  «alma, 
tutma, çıxarma; qəbul etmə; pul və ya şeyin qəbul edilməsinə 
dair verilən sənəd, kağız;  ğadr//qədr  «qiymət, dəyər», «qədr»; 
«etibar,  şərəf, məziyyət»;  ğazab//ğəzəb  «acıq, hirs, hiddət»; 
qəbohət//ğəbohət  «çirkin iş, yaramaz hərəkət, eyibli iş», 
dars//dərs  «elm və  fənni öyrənmək üçün gündəlik məşğələ, 
təlim», «dərs»;  ayıb//eyb//eyib  «nöqsan, qüsur»; «biabırçılıq»; 
«həyasızlıq, eyib»; eyzən  «tamam, hamısı»;  elm//ilm  «bilik, 
məlumat,  elm»;  əblah//əbləh  «axmaq,  qanmaz,  ağılsız, 
sarsaq»; 
ağıl//ağl//əğl 
«ağıl, düşüncə, 
şüur, idrak»; 
ağrabə//ağrəbö//əqrəbə  «qohumlar, yaxın adamlar, qohum- 
qardaş»;  ələm  «ağrı, acı, dərd, qəm»; «dini bayraq»; 
əndam//əndom  «bədən, vücud», «əndam»;  istiğamət//istiğomət 
«hərəkət yolu»; «cəhət, yön, tərəf», «istiqamət»;  yağut//yəqut 
«qırmızı  rəngli parlaq qiymətli daş»;  kəvin  «kəbin», «kəbin 
haqqı» (boşandıqda və ya öldükdə  şəriətə görə qadına verilən 
pul və ya mal); kamil//kömil  «ağıllı adam»; «hərtərəfli yetişmiş 
adam»;  «elm  və  mərifət  sahibi»;  «bütöv,  tam,  mük əmməl»; 
məqsəd//maqsəd    «arzu,    istək,    məram»,    «məqsəd»;    mərəz 
«xəstəlik,      naxoşluq,      azar»,      köhn.      «mərəz»;      «dərd»; 
marifat//mərifət  «qanacaq,  tərbiyə»;  «hər  şeyi   başa  düşmə», 
«mərifət»;  məxluq//məxluğ  «xəlq olunmuş,  yaradılmış (insan, 
heyvan, əşya və s.)», «məxluq». 
T.Əhmədov   göstərir  ki,  ərəb  mənşəli   sözlərin  cüzi  bir 
hissəsi tat dilinə birbaşa keçmişdir. Müəllif  xollu  «dayı»,  amu 


76
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
«uzaq  əmi»,  gal (zərən)  «çağırmaq»,  da  «pis (uşaq dilində)», 
cə  «xırda  balıq»,  çəh  «çirk,  kir»,  ərsi  «toy»,  keret  «dəfə»
*

ləhmə  «palçıq»,  zə  rəyin  «meşə  ağacı»,  şə di  «gavalı növü», 
həsü «xəşil» sözlərini bu qəbildən sayır (22, 151). 
Fars alınmaları  –  Azərbaycan tatlarının ləhcə  və  şivələ- 
rində  işlənən fars mənşəli sözlər  agah//agoh//aqah//aqoh 
«agah»,  ahən//ohun  «dəmir»,  bab//bob  «layiq, münasib», ba- 
bat//bobət//babut, orta hal, «vəziyyət»,  baxış//bəxş  «bəxşiş, 
bağışlama, hədiyyə, ehsan»; «mərhəmət,  şəfqət»,  birinc//bü- 
rünc  «düyü»,  buy//bü  «iy»,  bilind//bülünd//bülənd  «uca, yük- 
sək, hündür», qədirdan//qədirdan  «qədir bilən, qiymət bilən», 
damad//domod  «kürəkən»,  dəstgirə//dəstgir/dəsgir  «qulp, 
dəstək»; «səbət»,  dilkəş//dilkeş  «könül çəkən, cəlbedici, xoşagə- 
lən, valehedici; «muğam adı»,  diltanq//diltənq//diltəng  «qəlbi, 
ürəyi   sıxılan,   darıxan;   «dilxor,   m əyus»,   ənar//ənor   «nar», 
yek//yək  «bir, tək»,  kam//kom  «mətləb, istək, arzu, murad», 
kaman//kamon  «yay» (silah); «qövs», kar//kor  «iş,  əməl, məş- 
ğələ, peşə»;  kisəbur  «cibgir, oğru»,  kur  «kor»,  kuh  «dağ», 
gürg//girg//qurq  «canavar»,  lağar//loğər  «arıq,  zəif,  cansız», 
ləziz  «ləzzətli,  dadlı»,  lərzə  «titrəyiş»,  ləbələb  «kənarına qə- 
dər, dopdolu», mahi//mohin  «balıq»,  ləng//lanq//lənq  «çolaq, 
şikəst,  axsaq»;  «usanma,  dayanma,  gecikmə»;   məğz   «beyin, 
ağıl»; «damaq»; «bir şeyin, məsələnin  əsli,  əsası, canı»,  mü- 
lüh//mələh//mələx  «çəyirtkə»,  mərd//mard  «kişi»; «ər»; «adam», 
muy//mu//mü  «tük, saç, tel»; micə//micə  «kiprik»,  peyda//pöydö 
«aşkar, zahir, meydanagəlmə, çıxma»,  peyman//peymun  «and, 
əhd»; «bağlaşma, razılaşma»;  rubah//ruva  «tülkü»,  rubaru//rübə- 
rü «üz-üzə, üzbəüz». 
 
 
 
 
 
 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə