77
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
Tat dilində rus dilindən alınmalar.
XIX əsrin birinci yarısında Az ərbaycanın Rusiyaya il-
haq edilməsindən sonra Azərbaycan xalqı ilə rusların arasında
ictimai-iqtisadi, siyasi və mədəni əlaqələr inkişaf etmiş və
genişlənməyə başlamışdlır. Bu dövrdən başlayaraq, rus
dilindən Azərbaycan dilinə sözlər keçməyə başlamışdır. Zaman
keçdikcə belə sözlərin sayı artmışdır. Rus dilind ən alınmalar
Azərbaycan dili vasitəsilə tat dilinə də daxil olaraq
işlənməkdədir (65, 102-103). Məs: qarnizun, kamandir,
kapitan, podpolkovnik, pulk, saldat, mayur, buxaltir, matrus,
maşinist//moşinçi, şovir (şofer), tıraxturist//traxturçi, sumo-
var//sümovar/simvar, vedrə, lum, bulaşə (yubka), rumkə, qu-
ruşkə//kuruşkə, fənar, silis, cimix//cimix (cmıx), abed, çuxutkə
(çaxotka-dan, pirvoy/surt (əla növ), zoud (zavod).
Tat dilində digər dillərdən alınmalar.
Dağ yəhudilərinin dilində qədim yəhudi sözləri qorunub
saxlanmışdır. Alınma dili öz döğma dilin ə çevirən (bunun
analogiyası dünya xalqlarında olduqca çoxdur) yəhudilər ailə-
məişət, xüsusilə din və onun mərasimlərinə dair leksik
vahidləri (bunların bəziləri yəhudi dili ilə qohum olan qədim
ərəb dili leksemləri ilə eyniyyət təşkil edir) tat dilinə gətirmiş,
beləliklə də, alınma, özününkü olmayan (qeyri -semit dil olub,
İran dillər qrupuna daxil olan) tat dilini bir növ
özününküləşdirmiş, ona milli-semit tərkibi vermişlər. Bu da
təbiidir. Çünki yəhudilər tat deyillər, Azərbaycana gələndən
sonra tat dilini qəbul etmişlər. (Yaxın vaxtlara q ədər
Azərbaycanda olmuş, bu torpağa köçüb g əlmiş bəzi tatdilli
erməni kəndlərinin əhalisi kimi). Məs.: Tat dilində müsəlman
ay adları ilə yanaşı, indi, əsasən, Avropa ay adları işl ədilir.
Yəhudilərsə mart ayının 20-21-dən başlanan aylar qədim
78
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
yəhudi adları ilə adlandırırlar: nisan (mart-aprel), iyer (aprel-
may), sivon (may-iyun), tomuz (iyun-iyul), ov (iyul-avqust), ilül
(avqust-sentyabr), tişri (sentyabr-oktyabr), xəşvon (oktyabr-
noyabr), kisləv (noyabr-dekabr), divid (dekabr-yanvar), şəvəd
(yanvar-fevral), odor (fevral-mart; uzun ildə: voodor).
Dağ yəhudiləri bu gün belə danışdıqları tat dilind ə yəhu-
di-semit (ivrit) dilinin ən qədim qatlarına gedib çıxan çox lu
dini, ailə-məişət termin-sözlərini işlədirlər. Bu leksik vahidlər
bu gün də həmin ləhcənin sabit leksik tərkibini təşkil edir.
Həmin ləhcədən gətirdiyimiz aşağıdakı materiallar buna misal
ola bilər: baxur «cavan», bit «ev», broxo «xeyir-dua», barux
«xeyir-dua verilmiş (iş, adam)», bəhimo «heyvan», cədoy
«qurbanlıq (heyvan)», quf «bədən, vücud», qənidim «cənnət»,
qadeş «müqəddəs», qadüş «mərhuma oxunan dua», qolut
«qovulma, sürgün», qıyno «matəm mahnısı», dofus «möhür»,
dohan «ruhani atanın dua oxuyanda ekstaz v əziyyəti», dərəşo
«dua (oxunan)», zəxüt «yaxşılıq», zox «paklıq», zəmiro «dini
mahnı oxuma», zəmirüt «dini mahnıları oxuyan şəxs», bəs
«qərb», id «şahid», isroylümə «yəhudi dinini təbliğ edən şəxs»,
kadim «şərq», timon «cənub», sofun «şimal», kətubo «kəbin
kağızı», sinaqoqda «təsdiqlənmiş sənəd», kəllo «gəlin», lovonə
«ay», mesovo «qəbir (əlhət) daşı, baş daşı», miğdoş «məbəd»,
midbor «səhra, çöl», midraş «mədrəsə», mizbəyax «qurban
kəsilən yer», miyus «murdar», «napak (adam, heyvan)», milo
«sünnət», minhəq «dini adət, mərasim», misva «müqəddəs dini
borc», «din xatirinə xeyirxahlıq», molqut «şəhid», moloxo «iş,
fəaliyyət», molxut «ağa, hökmdar», moləxo «pıçaq», motono
«allah vergisi», moşiyax «ziyarət» (messiya), müri «müəllim»,
məsliyax «müvəffəqiyyət», namaz «namaz », nimaz «yəhudi
kilsəsi» (sinaqoq), nişir «artal», novi «peyğəmbər», nəşumo
«can, ruh»; odomi «adam», olo «aid» (özünə bəraət zamanı),
79
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
omin «amin», paroşo «müqəddəs kitab», pesax «pasxa», rabi
«savad», rav «alim», roqiyaq «göy»; rufi «həkim»; rəşoq
«zalım», «günahkar»; sedağa «sədəqə», sisid «kəbin kəsiləndə
təzəbəylə gəlinin üstünə salınan örtük»; sifir «kitab», suko
«novruz»; suf «son», tahnit «oruc»; tiro «tövrat»; təlmid
«şagird», «köməkçi»; təfilim «dua-səna», «alqış»; təşuvo
«tövbə»; xalaf «əvəz edən», «nəslin davamçısı», «xələt»; xələt
«xalat», hazzon «ruhani», hazzir «donuz əti», haton «bəy
(evlənən oğlan)», müq.et: az
ərb. xatun/xatın; haham
«başkəsmə mərasimi»; həşqoho «allah nəzəri», şədar
«şəxsiyyət vəsiqəsi»; şiro «dini nəğmə»; şobot «şənbə»; şovo
«and içmək»; şolum «salam»; şolumi «əmin-amanlıq»; «dost-
luq»; şomoş «yəhudi məbədində xidmət edən şəxs», ivri
«yəhudi»; ozun «günah; hədinoy «bir allah», milix «məlik»,
«padşah»; ərif «axşam qaranlığı», «toran», «alato
ranlıq»;
ətiyüt «dövr», «zaman» (30, 80-82).
Tat dilində türk-monqol elementləri (1, 304-329). Azər-
baycan dili ilə ortaq olan bir sıra türk-monqol elementləri
mövcuddur ki, həmin leksik vahidlər Azərbaycan dili vasitəsilə
tat dilinə keçmişdir. Həmin leksik vahidlər aşağıdakılardır: tat.
tatar (azərb., monq. ib.); tat. kağaz/kağəz/koğəz (azərb. kağız,
monq. çaas); tat. seyrəq/seyrey (azərb. seyrək, monq. siyrəq);
tat. sərün/sərin (azərb. sərin, monq. sərüün); tat. buğa/büğo
(azərb. buğa, monq. bux); tat. bez (azərb. bez, monq. bes); tat.
çiçəg/çiçeq (azərb. çiçək, monq. çeçeq); tat. zöendun/şoindun
(azərb.
gecə donu, monq.
şöniygən); tat.
quymağ//quymoğ//qiymoğ (azərb. quymaq, monq. xuymaq); tat.
çöl//çul (azərb., monq. çöl); tat. qaburğa//qaburğo (azərb.
qabırğa, monq. xavirqa(n)); tat. başmağ/başmoğ (azərb. əd.
başmaq//dial. başmağ, türk. başmak); tat. yapunci//yapuncü
(azərb. yapıncı, türk. yapınca); tat. sanduğ//sanduğ (azərb. san-
Dostları ilə paylaş: |