Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

77
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
Tat dilində rus dilindən alınmalar
 
XIX  əsrin birinci  yarısında Az ərbaycanın Rusiyaya il- 
haq edilməsindən sonra Azərbaycan xalqı ilə rusların arasında 
ictimai-iqtisadi, siyasi və  mədəni  əlaqələr inkişaf etmiş  və 
genişlənməyə  başlamışdlır.  Bu  dövrdən  başlayaraq,  rus 
dilindən Azərbaycan dilinə sözlər keçməyə başlamışdır. Zaman 
keçdikcə belə sözlərin sayı artmışdır. Rus dilind ən alınmalar 
Azərbaycan dili vasitəsilə tat dilinə  də daxil olaraq 
işlənməkdədir  (65,  102-103).  Məs:  qarnizun,  kamandir
kapitan,  podpolkovnik,  pulk,  saldat,  mayur,  buxaltir,  matrus
maşinist//moşinçi,  şovir  (şofer),  tıraxturist//traxturçi,  sumo- 
var//sümovar/simvar,  vedrə,  lum,  bulaşə  (yubka),  rumkə,  qu- 
ruşkə//kuruşkə,  fənar, silis,  cimix//cimix  (cmıx),  abed,  çuxutkə 
(çaxotka-dan, pirvoy/surt (əla növ), zoud (zavod). 
 
Tat dilində digər dillərdən alınmalar
 
Dağ  yəhudilərinin dilində  qədim yəhudi sözləri qorunub 
saxlanmışdır.   Alınma  dili  öz  döğma   dilin ə   çevirən   (bunun 
analogiyası dünya xalqlarında olduqca çoxdur) yəhudilər ailə- 
məişət,   xüsusilə   din   və   onun   mərasimlərinə   dair   leksik 
vahidləri (bunların bəziləri yəhudi dili ilə qohum olan qədim 
ərəb dili leksemləri ilə eyniyyət təşkil edir) tat dilinə  gətirmiş, 
beləliklə  də, alınma, özününkü olmayan (qeyri -semit dil olub, 
İran dillər qrupuna daxil olan) tat dilini     bir növ 
özününküləşdirmiş, ona milli-semit tərkibi vermişlər. Bu da 
təbiidir. Çünki yəhudilər tat deyillər, Azərbaycana gələndən 
sonra    tat    dilini    qəbul    etmişlər.    (Yaxın    vaxtlara    q ədər 
Azərbaycanda  olmuş,  bu  torpağa  köçüb  g əlmiş  bəzi  tatdilli 
erməni kəndlərinin  əhalisi kimi). Məs.: Tat dilində müsəlman 
ay  adları  ilə  yanaşı,  indi,  əsasən,  Avropa  ay  adları  işl ədilir. 
Yəhudilərsə   mart   ayının   20-21-dən   başlanan   aylar   qədim 


78
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
yəhudi adları ilə adlandırırlar:  nisan  (mart-aprel),  iyer  (aprel- 
may),  sivon  (may-iyun),  tomuz  (iyun-iyul),  ov  (iyul-avqust),  ilül 
(avqust-sentyabr),  tişri  (sentyabr-oktyabr),  xəşvon  (oktyabr- 
noyabr),  kisləv  (noyabr-dekabr),  divid  (dekabr-yanvar),  şəvəd 
(yanvar-fevral), odor (fevral-mart; uzun ildə: voodor). 
Dağ  yəhudiləri bu gün belə danışdıqları tat dilind ə  yəhu- 
di-semit  (ivrit)  dilinin  ən  qədim  qatlarına  gedib  çıxan  çox lu 
dini, ailə-məişət termin-sözlərini işlədirlər. Bu leksik vahidlər 
bu  gün  də  həmin  ləhcənin  sabit  leksik  tərkibini  təşkil  edir. 
Həmin ləhcədən gətirdiyimiz aşağıdakı materiallar buna misal 
ola bilər:  baxur  «cavan»,  bit  «ev»,  broxo  «xeyir-dua»,  barux 
«xeyir-dua   verilmiş   (iş,   adam)»,   bəhimo   «heyvan»,   cədoy 
«qurbanlıq (heyvan)», quf  «bədən, vücud», qənidim  «cənnət», 
qadeş   «müqəddəs»,   qadüş   «mərhuma   oxunan   dua»,   qolut 
«qovulma, sürgün»,  qıyno  «matəm mahnısı»,  dofus  «möhür», 
dohan  «ruhani atanın dua oxuyanda ekstaz v əziyyəti»,  dərəşo 
«dua (oxunan)», zəxüt  «yaxşılıq»,  zox  «paklıq»,  zəmiro  «dini 
mahnı   oxuma»,   zəmirüt   «dini   mahnıları   oxuyan   şəxs»,   bəs 
«qərb»,  id  «şahid»,  isroylümə  «yəhudi dinini təbliğ edən şəxs», 
kadim  «şərq»,  timon  «cənub»,  sofun  «şimal»,  kətubo  «kəbin 
kağızı», sinaqoqda «təsdiqlənmiş sənəd», kəllo «gəlin», lovonə 
«ay»,  mesovo  «qəbir (əlhət) daşı, baş daşı»,  miğdoş  «məbəd», 
midbor  «səhra, çöl», midraş  «mədrəsə»,  mizbəyax  «qurban 
kəsilən yer», miyus  «murdar»,  «napak  (adam,  heyvan)»,  milo 
«sünnət»,  minhəq  «dini adət, mərasim»,  misva  «müqəddəs dini 
borc», «din xatirinə xeyirxahlıq»,  molqut  «şəhid»,  moloxo  «iş, 
fəaliyyət»,  molxut  «ağa,  hökmdar»,  moləxo  «pıçaq»,  motono 
«allah vergisi», moşiyax  «ziyarət» (messiya), müri  «müəllim», 
məsliyax   «müvəffəqiyyət»,  namaz   «namaz »,   nimaz   «yəhudi 
kilsəsi»  (sinaqoq),  nişir   «artal»,  novi   «peyğəmbər»,  nəşumo 
«can, ruh»; odomi  «adam»,  olo  «aid» (özünə  bəraət zamanı), 


79
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
omin  «amin»,  paroşo  «müqəddəs kitab», pesax  «pasxa»,  rabi 
«savad»,   rav   «alim»,   roqiyaq   «göy»;   rufi   «həkim»;   rəşoq 
«zalım», «günahkar»; sedağa  «sədəqə»,  sisid  «kəbin kəsiləndə 
təzəbəylə   gəlinin  üstünə   salınan   örtük»;   sifir   «kitab»,   suko 
«novruz»;   suf   «son»,   tahnit   «oruc»;   tiro   «tövrat»;   təlmid 
«şagird», «köməkçi»;  təfilim  «dua-səna», «alqış»;  təşuvo 
«tövbə»;  xalaf  «əvəz edən», «nəslin davamçısı», «xələt»;  xələt 
«xalat»,   hazzon   «ruhani»,   hazzir   «donuz   əti»,   haton   «bəy 
(evlənən oğlan)», müq.et: az 
ərb.  xatun/xatın; haham 
«başkəsmə  mərasimi»;  həşqoho  «allah nəzəri»,  şədar 
«şəxsiyyət vəsiqəsi»;  şiro  «dini nəğmə»;  şobot  «şənbə»;  şovo 
«and içmək»;  şolum  «salam»;  şolumi  «əmin-amanlıq»; «dost- 
luq»;   şomoş   «yəhudi   məbədində   xidmət   edən   şəxs»,   ivri 
«yəhudi»;  ozun  «günah;  hədinoy  «bir  allah»,  milix  «məlik», 
«padşah»;  ərif  «axşam    qaranlığı», «toran», «alato 
ranlıq»; 
ətiyüt «dövr», «zaman» (30, 80-82). 
Tat dilində türk-monqol elementləri  (1, 304-329). Azər- 
baycan dili ilə ortaq olan bir sıra türk-monqol elementləri 
mövcuddur ki, həmin leksik vahidlər Azərbaycan dili vasitəsilə 
tat dilinə keçmişdir. Həmin leksik vahidlər aşağıdakılardır: tat. 
tatar  (azərb., monq. ib.); tat. kağaz/kağəz/koğəz  (azərb.  kağız
monq.  çaas); tat. seyrəq/seyrey  (azərb.  seyrək,  monq.  siyrəq); 
tat.  sərün/sərin  (azərb.  sərin, monq. sərüün); tat. buğa/büğo 
(azərb.  buğa, monq. bux); tat. bez  (azərb.  bez,  monq.  bes); tat. 
çiçəg/çiçeq  (azərb.  çiçək, monq. çeçeq); tat. zöendun/şoindun 
(azərb. 
gecə donu, monq. 
şöniygən); tat. 
quymağ//quymoğ//qiymoğ  (azərb.  quymaq, monq. xuymaq); tat. 
çöl//çul   (azərb.,   monq.   çöl);   tat.   qaburğa//qaburğo   (azərb. 
qabırğa, monq. xavirqa(n)); tat. başmağ/başmoğ  (azərb.  əd. 
başmaq//dial.  başmağ, türk. başmak); tat. yapunci//yapuncü 
(azərb.  yapıncı, türk. yapınca); tat. sanduğ//sanduğ  (azərb.  san- 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə