Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

71
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
türk sözünün semantikasına tam müvafiq g əlir. 
Qart  «qoca», «əldən düşmüş» (insan haqqında) (Lah., 
Məl.). Qədim türk leksik qatına aid sözdür. Şübh ə yoxdur ki, 
qarı   sözü  də  bununla  bağlıdır.  V.Aslanov  göst ərir   ki,   qarı 
sözünə «qoca, qocalmaq» mənalarında bütün abidələrdə rast 
gəlinir.  Müasir  Az ərbaycan  dilində  «qoca  qadın»  mənasında 
işlənir. Sözün kökünün «qar» olması ehtimalı var. Qart m əhz 
bu kökdən törəmədir . 
Qisqi  «sıxma», «təzyiq».  Əsasən, lahıc ləhcəsində qeydə 
alınmışdır. Mənə qe qısqi məti. «Mənə çox təzyiq göstərmə» 
(Lah.).   Qədim  türk.   qis   sözündəndir.   Müasir   dildə   işlənən 
qısmaq  feli  də  yaxın  semantika  daşıyır.  Az ərbaycan  dilində 
işlənən   «boynunu   qısmaq»   sıxıntı   v ə   və   çətinliklə   bağlı 
olduğundan, tərkibdəki qıs «sıxma» anlamına yaxındır. 
Diriq  «arıq». Türk dilərində  işlənən  turuk  sözü ilə eyni 
anlamdadır və  şübhəsiz ki, bu söz əsasında formalaşmışdır. 
Müasir Azərbaycan dilində  arıq-tırıq  ifadəsində qorunub sax- 
lanmışdır. 
Dirrik//dirlik  «ailənin ehtiyacını ödəyən, bostan», «bağ». 
Mənbə etibarilə qəd. türk. tirilik «həyat» sözü ilə bağlıdır. 
Dəzgəçi  «ovçu» (Qon. k.). Bu söz qədim türk sözü olan 
tuzaq//duzaq  «tələ» sözünün əsasında formalaşmışdır. Lap q ə- 
dimdə  ov,  silahla  yanaşı,  t ələ  ilə  tutulmuşdur.  Tələ  ilə  ov 
edənlər tuzaqçı demişdir. 
Bo(bö)  «böyə». Türk dillərində bu söz böq  fonetik vari- 
antında işlənir. Maraqlıdır ki, tat dilind ə bu sözün böqcə  de- 
rivatı var. Həmin söz «qorxulu» anlamında işl ənir. Derivatın 
tərkibindəki -ca  şəkilçisinin türk dill ərinə  məxsusluğu heç bir 
şübhə doğurmur. 
Suqra//suvra «gil qab» (Dəv., Xaçm.). 
Ostin  «paltarın qolu» (Lah.). Pəncəkə ostini qutəhi «Pen- 


72
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
cəyin qolu qısadır». Qədim türk dilində bu söz (astın) «aşağı » 
mənasını bildirmişdir (78, 61). 
Çığrığ   «qarqara,   makara,   sap   çarxı»   (Lah.).   Umh əli 
nəneman  əzin  çığrığhon  bafuruxtanbı.  «O  vaxtlar  n ənəm  bu 
sap çarxından satırdı». Bu söz türk dillərində müəyyən fonetik 
dəyişikliklə həmin mənada işlənmişdir (78, 148). 
Qırt  «az, kəsik» (Lah.). Mü sərə  qırt-qırt  soxte «Başının 
tükünü   kəsik-kəsik   edib».   Həmin   söz   türk   dillərində   eyni 
fonetik tərkibdə və eyni mənada işlənmişdir (78, 442). 
Dağar  «mal, qoyun, keçi dərisindən tikilmiş kisə» (Lah.). 
Dağara  biyor bərə «Dağarı  gətir bura». Bu söz lüğətlərdə 
müəyyən fonetik dəyişikliklə «kisə, torba» mənasında qeydə 
alınmışdır (78, 588). Müq.et: az. əd.  dağarcıq, az. dial. dagar 
(7, 116). 
Tuş  «tuş  gəlmək, rast gəlmək» (Lah.). Tuş  umoran «rast 
gəlmək».  Qədim  türk  dillərində   də  bu  söz   tuş   formasında, 
həmin   mənada   işlənmişdir   (78,   590).   Müq.et:   az. əd.   tuş 
gəlmək, tuşlamaq, tay-tuş. 
Uruğ-turuğ  «nəsil, nəvə, nəticə» (Lah.). Mənə  uruğ-tu- 
ruğman   həmmeyi   misgəri   sənətirə   kor   fidoştond.   «Mənim 
uruğ-turuğumun hamısı misgərlik sənəti ilə  məşğul olmuşdur». 
Lüğətlərdə   bu   sözlər   ayrı-ayrılıqda   müvafiq   olaraq   «n əsil, 
kök»  və  «arıq,   əldən  düşmüş»  mənalarında  işlənmişdir  (78, 
588, 615). 
Ütüg  «zirək», «diribaş» (Xaç., Dəv., Q.). Bə bore ə  dəst 
ütügi. «İş barədə  əldən  itidir». Mahmud Kaşğirinin lü ğətində 
bu söz həmin mənada göstərilmişdir (42, 99). 
Arxış  «dua» (Lah.). Um ruz ye arxışi qazanc soxti. «Bu 
gün bir arxış  (alqış) qazandın». Qədim türk dillərində bu söz 
«səs, səda» mənasını ifadə etmişdir (42, 123). 
Kəsüy  «yazıq», «fağır», «qəlbisınıq» (Q., Dəv.). Kəsüyə 


73
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
mərd  ə  dəmicə  bərə  güzət  bə  soxtan  «Yazıq  kişi  bayaqdan 
burada gözləyir». M.Kaşğarinin lüğətində bu söz «yazıq, 
bədbəxt, yetim» mənasını bildirmişdir (78, 302). 
Tat dilinə Azərbaycan dilindən keçmiş türk sözlərinin 
tarixi-müqayisəli və etimoloji təhlili göstərir ki, bu dillər ara- 
sındakı leksik əlaqələr çox qədim tarixə malikdir. 
Aşıq  Ələsgər yaradıcılığında da tülək  sözünə rast gəlirik: 
«İtkin düşdü tülək tərlan, Sar da kəklik alan oldu». 
Azərbaycan dialekt və  şivələrində (tükünü) tüləmə  «xəs- 
təlik nəticəsində tükü tökmə» sözü işlənir (39, 74). 
Damad//domod  «kürəkən» (Ab., Q., Xaç., Lah.). Fars 
mənşəli söz olub, Azərbaycan dilinin Quba şivəsində, müasir 
türk dilində eyni mənada işlənir. 
Tanış-biluş  «tanış-biliş» (əksər  şivələrdə). Bo unca yə ta 
tanış//biluş nədərü. «Orada bir tanış-bilişi yoxdur» (Ab.). 
Tanış  və  biliş  söz formaları müvafiq sur ətdə  tanımaq  və 
bilmək felləri ilə bağlıdır. 
Qədim türk yazılı abidələrində, o cümlədən Yusif Balasa- 
qunlunun   «Kutadqu-bilik»   əsərində   və   Əhməd   Yuknekinin 
«Ətabat-ül-həqayiq»  («Həqq  qapısı»)  əsərin-də,  eləcə    də 
qədim  türk  lüğətində  bu  söz  «aşağı,  aşağıdakı,  aşağı  hiss ə » 
mənalarda işlənmişdir (14, 21). 
E.Sevortyan  astin  sözünün türkmən, qaraçay-balkar, uy- 
ğur, qırğız, tatar, başqırd, qaraim v ə s. dillərdə və qədim yazılı 
abidələrdə «aşağı hissə»; «aşağıda yerləşən məkan» mənalarını 
kəsb   etdiyini   qeyd   edir   (125,   195 -196).   Ast   sözünə   əlavə 
olunan -ın, -in və s. şəkilçiləri kök-əsasın semantikasına başqa 
mənalar əlavə etmir. 
Türkmən  dilində  də  ast  (aşağı,  aşağı  hissə)  mənasında 
qeydə alınmışdır. 
Qeyd  etməliyik  ki,  «aşağı»,  «alt»  m ənası  müasir  Azər- 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə