Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

62
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
məqsədəuyğundur. 
Ağa/əğə  «ağa», «böyük», «başçı» (bütün ləhcə və şivələr- 
də). V.Aslanov bu sözün XVII əsrədək işlək olmasını, sonra 
arxaikləşməsini qeyd etmişdir (3, 243). 
R.Məhərrəmova «Kitabi-Dədə Qorqud» dastanlarında 
«çıxmaq,   qalxmaq,   yüksəlmək»   mənalarında,   eyni   mənada 
XIII-XIV  əsrlər  ədəbi dilində (Qul Əli, Suli Fəqih), türk dili 
lüğətlərində qeydə alınmasını, Füzuli rayonu şivələrində  təsa- 
düf edilməsini qeyd etmişdır (46, 52). 
H.Zərinəzadə   «ağa»   sözünün   «ağ-»   felindən   yaranmasını 
Səfəvilər dövründən əvvəl və ondan sonra «böyümək, yaşlanmaq», 
«böyük  qardaş»,  «xanın  qardaşı  və  ya  əmisi  oğlanları»,  «el  və 
qəbilə başçısı», «böyük və başçı» və başqa  mənalarda fars dilində 
işlənməsini qeyd etmişdir (58, 135-137). Həmin söz Azərbaycan 
dilində «ağa» mənasında qalmışdır. Azərbaycan tatlarının dilində 
«böyük», «ağa» və babaya müraciət forması kimi işləkdir. 
Ağu/ağö – «zəhər» (Lah., Məl.). Qeyd etmək lazımdır ki, 
Azərbaycan tatlarının dilində  ağu  sözünün «ağ» fonetik variantı da 
işlənir. Bu söz qədim dövrlərdən türk dillərində  işlənməyə 
başlamışdır (4, 112; 93). Bu söz Orxon-Yenisey abidələrində qeydə 
alınmışdır. Abidələrdə ağu və ağuluğ yer adlarına rast gəlirik. Eyni 
zamanda  abidələrdə    ağuluğ    sözü  «ağılı,  zəhərli»    sözü    də 
işlənmişdir. «Uçına bəgdəməgə  təgir yəmə  ol  ok  taşın subı yaşıl 
bolsar, kem özintə tutsar, ağuluğ  kurt konuz adartu ımıza – Yenə 
eyni daşın suyu yaşıl olsa, kim özündə tutsa, zəhərli qurd böcəklər 
təhlükəli   olmaz»   (49,   184-185).   Ağu   sözü   Mahmud   Kaşğari 
lüğətində «zəhər» mənasında verilmişdir. Lüğətdə  ağu qılmaq  «zə- 
hər düzəltmək,  ağuluğ  «zəhərli, zəhərlənmiş,  ağuqmaq  «zəhər- 
lənmək» sözləri də yer tutur (77, 24). Faruk Kadri Timurtaşın XV 
əsrə aid abilər  əsasında hazırladığı kitabın lüğət bölümündə  ağu 
sözünün «zəhər» mənasında müxtəlif abidələrdə  işlənməsinə dair 


63
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
nümunələr verilmişdir. Məsələn: «İçürsə firak ağu  (Şeyfi Divanı); 
ağu itmişdi şerbetini («Husrev ü Şirin»); Nesihet ağudır əvvəl, sonı 
bal («Vesiyyeti-Nuşiravan»); Ağuluyum bana ağu katdılar (Mevlid. 
«Vesiletün-necat») (139, 277). Təbii ki, sözün qədim turk sözü 
olması heç bir şübhə doğurmur. Bu söz həm Azərbaycan klassik 
ədəbiyyatında, həm də, müasir Azərbaycan dilində işlənir. M.P.Va- 
qif, Ə.Nəbati və başqa klassiklərimizin dilində ağı formasında təsa- 
düf edilir: Aşiqə vəfalı bir həmdəm gərək, Həmdəmsiz bal yesə, ona 
ağıdır (M.P.Vaqif); Məni bir məst qıl saqi, aman, ey gözlərin yağı, 
Şərabın yox, gətir ağı, Qulağın niyə kar olmuş  (Ə.Nəbati). Müasir 
dildə daha çox poeziya nümunələrində  ağu  sözünə rast gəlinir. 
Azərbaycan ədəbi dilində arxaikləşərək, fars mənşəli zəhər sözü ilə 
əvəz olunmuşdur. Müasir türk dillərində, əsasən, ağu (qumuq, qara- 
çay-balkar, qaraqalpaq, tatar, karay və s.) və ağı/ağu (türkmən, türk 
(dial.) və s.) fonetik variantlarında işlənməkdədir (128, 67). Bu sözə 
krım-tatar dilində  ağuv,  başqırd dilində  ağıv  şəkillərində  təsadüf 
edilir. Tədqiqatçılar qədim uyğur yazılarındakı  ağuk  – «zəhərlən- 
mək», qırğız dilindəki u:k – (o:ğ  (ağa  «zəhər» 
formalarına  əsaslanaraq, sözün *ağ – «zəhərlənmək» felindən 
yarandığını ehtimal edirlər (128, 67). 
Bu da maraqlıdır ki, q ədim və orta əsrlər türk yazılı abi- 
dələrində  həmin leksik vahid, tat dilind ə olduğu kimi, daima 
sonu  dodaq  saitli  şəkilçi  ilə  –  ağu  şəklində  özünü  göstərir. 
Bunu   ən   qədim   dövrlərdə   söz   sonundakı   -ğ   şəkilçisinin 
düşməsi   ilə   izah   etmək   mümkündür:   ağığ   >   ağu.   Sifət 
düzəldən  -ığ  şəkilçisinin  tərkibindəki  «ğ»  samitinin  düşməsi 
ilə sözün son hecasının dodaq lanan variantda işlənməsi qədim 
və orta əsr yazılı abidələrindəki  aru  (kapu 
(alu  (satu  («satış, alver», saru  (


64
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
edilir (128, 417). Krım -tatar  və başqırd dillərindəki  ağuv/ağıv 
«zəhər»   variantlarından   da   sözün   ilkin   formasının   * ağığ 
şəklində   olması   qənaəti   hasil   olur.   Tat   di lində   sözün   ağu 
şəklində mühafizə olunması onu qədim alınmalar sırasına aid 
etməyə əsas verir. 
Ağça/axça  – «pul». Sözə ilk dəfə akça şəklində Tan süla- 
ləsi dövrünə aid (713-748-ci illər) sikkə üzərindəki yazıda 
təsadüf  edilir  (129,  120).  Daha  son ra  orta  türk  dövrünə  aid 
«Ət-töhfə», «Bulğat  əl-muştaq», «Kitab əl-idrak»,  İbn Mühən- 
na lüğəti və s. qaynaqlarda qeydə alınmış  akça/ağça  sözü müa- 
sir   krım-tatar,   qaqauz,   qırğız,   tatar,   özb ək,   uyğur,   altay, 
karayim, noqay, qazax, qaraqalpaq v ə s. türk dillərində də eyni 
mənada   işlənməkdədir   (129,   120).   Anadolu   və  Azərbaycan 
yazılı abidələrində  də «pul» mənasını ifadə etmişdir (TS, 69). 
Azərbaycan   dilinin   Qazax,   Ş əmkir,  Salyan  şivələrində  axça 
fonetik  variantında  işlənərək,  «balıqların  üzərindəki  pul
pərək» mənası bildirir (7, 45). L.Budaqov, N.Dmitriyev, 
V.Yeqorov, G.Dörfer və b. türkoloqlar sözün etimologiyasını 
ak  «ağ» sözü ilə bağlamış, -ca  formantını kiçiltmə, bənzətmə 
şəkilçisi   kimi   qiymətləndirmişlər.   Akça/ağça   sözü   əvvəlcə 
yalnız gümüş pula aid edilmiş, daha s onra semantikasını geniş- 
ləndirərək, ümumiyyətlə, «pul» anlayışı bildirən leksik vahidə 
çevrilmişdir. 
Qabağ/qəbəğ «alın, ön». Göstərilən mənalarda tat dilinin 
bir   sıra   şivələrində,   o   cümlədən,   Quba   dialektinin   Şu dux, 
Novdun, Çiçi, Bakı dialektin in Balaxanı, Suraxanı  şi vələrində 
(qəbağ   şəklində)   işlənir   (4,   8).   Müasir   Azərbaycan   ədəbi 
dilində  qabaq  sözü yalnız «ön», «irəli», «əvvəl» mənasında 
məlumdur. Azərbaycan dilinin Qazax və Tovuz şivələrində 
qavax  fonetik variantında «alın» və «üz» mənalarında qeydə 
alınmışdır   (6,   104).   Həmin   leksik   vahidin   «alın»   m ənasına 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə