Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

53
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
yüksəlmişdir. 
Son yüz ildə Azərbaycan mədəniyyətinin yüksəlişində bir 
sıra xalqlar üçün ümumi olan «Sovet m əkanı»  əhəmiyyətli rol 
oynamışdır. Düzdür, həmin məkanın ideoloji əsaslarından biri 
olan rus şovinizmi milli respublikalara qarşı mürt əce siyasətini 
həmişə aparmış, «beynəlmiləlçilik» adı altında milli-mənəvi 
dəyərləri   sıxışdırmağa   çalışmışdır.   La kin   şovinizm   «Sovet 
məkanı»nı heç də axıracan zəbt edə bilməmiş, həmin məkana 
daxil olan türk, fin-uqor, monqol, İran,  İber-Qafqaz, qədim 
Asiya,  roman,  Baltikyanı  xalqları  da,  Ş ərqi  slavyan  xalqları 
kimi, dünya mədəniyyətinin uğurlarından bu və ya digər 
dərəcədə  faydalanaraq,  ümumdünya  (ümümsovet)  prosesind ə 
fəal iştirak edə bilmişlər (74, 12). 
S.Azadəliyeva  rus  dilinin  Az ərbaycan  dilinə  təsiri  haq- 
qında yazır: «Sovet məkanı»nda rus dili aparıcı dil olmuş, bir 
sıra    xalqlar    öz    elmlərini,    ədəbiyyatlarını,    ictimai -siyasi
mənəvi-ideoloji mədəniyətlərini və  s.  bu  və ya digər dərəcədə 
məhz bu dildə inkişaf etdirmişdir. Azərbaycan xalqı isə  həm 
Azərbaycan   dilindən,   həm   də   rus   dilindən   uğurla   istifadə 
etmiş, lakin daha çox ana dilinin inkişafına diqq ət yetirmişdir 
(5, 3). 
A.Qurbanov dillərin qarşılıqlı  əlaqəsi haqqında da yazır: 
«Dilçilikdə   belə  bir  qəti   hökm   var:   dünyada   mövcud   olan 
dillərin heç birinin lüğət tərkibi ancaq öz sözlərindən ibarət 
deyil. Deməli, dillərin bir-birinə söz alıb-verməsi, qarşılıqlı 
zənginləşmə  əsasında inkişafı obyektiv qanunauyğunluqlarla 
bağlıdır (44, 88). 
B.A.Serebrennikov   ətraf   mühitin   dilə   təsiri   haqqında 
qeyd edir ki, dünya dillərinin heç biri şüşə qapaq altında inki- 
şaf etmir. Ətraf mühit həmişə dilə  təsir edir və onun müxtəlif 
sahələrində diqqəti cəlb edən izlər buraxır (113, 11). 
R.Əliyeva Avropa mənşəli söz  və terminlərin mənimsə- 


54
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
nilməsi ilə bağlı yazır: «Gündən-günə inkişaf edib artan m ədə- 
niyyətimizin bütün mərhələlərində  işlənən yeni məfhum və 
anlayışların  adları,  demək  olar  ki,  Avropa  dillərinə  məxsus 
sözlər və ya onların  əsasında dilimizdə düzəlmiş terminlər 
vasitəsilə  ifadə  edilir.  Bu  gün  Az ərbaycan  dilində  ərəb-fars 
sözləri ilə yanaşı, dünyanın  ən geniş yayılmış Avropa dil- 
lərinin-latın,   yunan,   ingilis,   fransız,   holland,   alman,   is pan, 
italyan, polyak və s. sözləri işlənir (25, 113). 
Ərəb  alınmaları.   Mövcud   tədqiqatlarda   İran   dill ərində 
işlənən  ərəb sözlərinin leksik və qrammatik xüsusiyyətləri ilə 
bağlı məsələlər öz əksini tapmışdır (122, 178 -184; 121, 17-29). 
Əl-Abbasi   Xeyruddin   Nəşət   sözlərin   alınma   prosesinin 
bilavasitə xalqın tarixi ilə bağlı olduğunu qeyd edərək yazır: 
«Sözlərin alınması zamana və  məkana görə baş verən mürək- 
kəb dialektik proses qəbul edən dilin müntəzəm inkişafına və 
təkamülünə xidmət edən vasitələrdən biridir. Bu proses dilin 
lüğət tərkibində daha çox açıq-aydın  şəkildə özünü göstərir. 
Sözlərin alınma prosesi bilavasit ə xalqın tarixi ilə bağlıdır. Bu 
prosesi,     yalnız     dilin     daşıyıcısı    olan    xalqın    tarixi    v ə 
təkamülünün  öyrənilməsi  fonunda  tədqiq  etmək  və  anlamaq 
olar (23, 17). 
V.İ.Koduxovun qeyd etdiyi kimi, «Sözl ərin alınması dilin 
lüğət tərkibinin zənginləşməsinin fəal yaradıcılığı prosesidir. 
Söz və terminlərin alınması  həm ictimai hadisə, həm də dil 
prosesidir» (83, 223). 
A.Qurbanov alınma sözləri dörd qrupa bölür: zəruri söz- 
lər; məcburi sözlər; adi sözlər; beynəlmiləl sözlər. O yazır: 
Ancaq  keçdiyi  və   mənsub  olduğu  dillərdə  bu  və  ya  başqa 
anlayışı ifadə edən sözlərə adi alınma söz deyilir. Məsələn: 
qanun,  əsas,  əlamət, zövq, imkan. Bir sıra müxtəlif sistemli 
dünya      dillərində      işlənib,      elmə,      texnikaya,      siyasətə


55
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
mədəniyyətə  və incəsənətə aid anlayışları ifadə edən sözlərə 
beynəilmiləl sözlər deyilir. Məs.:  Proletar, demokrat, roman, 
opera (44, 204-205). 
Alınma sözlər ehtiyaca görə daxil olduğu dilin lüğət tər- 
kibinin zənginləşməsinə kömək edirsə, bu müsbət təsirdir (47, 
121).  Tat  və  Azərbaycan  dillərinin  qarşılıqlı  əlaqəsi  nəticə- 
sində  tat  dilinin  lüğət  tərkibinin  zənginləşməsi  hadisəsi  baş 
verir. Tat dilinin Azərbaycan dilindən sözalma prosesi eh- 
tiyacdan irəli gəlir. Yeni əşya, predmet və anlayışların ad- 
landırılması   məqsədilə   Azərbaycan   dilindən  alınan   sözlərin 
sayı  artır.  Onu  da  qeyd  etm ək  lazımdır  ki,  tat  dili  h əm  də 
Azərbaycan dili vasitəsi ilə başqa dillərə  məxsus sözləri alır. 
Həmin   sözlər   əvvəlcə   Azərbaycan   dilində   sınaqdan   keçir, 
sonra   tat   dili   bu   sözləri   alır.   Tat   dilinin   mənşəyi   məlum 
olmayan sözlərinin  əksəriyyəti vasitəli alınmadır. Tat dili üçün 
vasitəçi   dil   funksiyasını   Azərbaycan   dili   oynayır.   Bu nunla 
yanaşı, tat dilinin bəzi dillərdən birbaşa sözalması hadisəsi də 
baş verir. 
Tat  dilindəki  alınma  sözləri  aşağıdakı  qruplara  ayır maq 
olur:  1)  Azərbaycan-türk  mənşəli  alınmalar;  2)  rus  m ənşəli 
alınmalar;    3)    Avropa    dilləriinə  aid  alınmalar;  4)  ərəb 
alınmaları; 5) digər dillərdən alınmalar. 
 
Azərbaycan dilindən alınmalar
 
Tat dilində çoxlu miqdarda Az ərbaycan mənşəli sözlərin 
olduğunu qeyd etmiş M.Hacıyev  sağdış, solduş, turac, bu xov, 
dovdaq  (quş adı),  qırğı, balaban, qaşqaldaq, sıqnaq, sığnacaq, 
qayğılı, qolçomaq, qızılala, yataq, asma, b əzək, dən, ovçu, pis, 
boğaz, səs, damğa, iz, yağı,  ətlik, adaş, ayırd, ağnamaq, ağu, 
ağız,  anqırmaq,  alaçıq,  alda  –  (aldatmaq),   alqış,  anduz  (su 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə