Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

41
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
süngüldar   «iydə   ağacı»,   vəsirən   «südün   çürüməsi»,   veixtən 
«ələnmək,  ələkdən, xəlbirdən keçirilmək»,  vəzərən  «asmaq, 
sallamaq»,  rəxşirən  «saralmaq»,  vatarüstən  «qarışdırmaq»,  va- 
küftən  «dəymək, toxunmaq», ğəngistən  «buynuzlaşmaq», «höl- 
ləşmək»,    ğəngündən    «heyvan    döyüşdürmək»,    fülləmüstən 
«əyilmək»,  fixarüstən  «qaşımaq»,  fitarüstən  «başını daramaq», 
fikəndən  «çevirmək (tərs üzünə)»,  fərmündən  «əmr etmək», 
dəbürüştən  «yapışmaq»,  dəbürğündən  «yapışdırmaq»,  çə- 
pindən  «sıxmaq,  əzmək, bürüşdürmək»,  çəpistən  «sıxılmaq, 
əzilmək,  bürüşmək»  spesifik  sözlərdir  (71,  114-116;  22,  18- 
19). 
Tat   dilinin   spesifik   leksikası   heç   d ə   qeyd   edilənlərlə 
məhdudlaşmır. Topladığımız materiallar içərisində buna aid 
misallar kifayət qədərdir. Tat dilində olan mürəkkəb sözlər və 
söz birləşmələrinin tərəflərini təşkil edən vahidlərin semantik- 
qrammatik xüsusiyyətlərini də  nəzərə alsaq, tat dilinin spesifik 
leksikası haqqında daha geniş m əlumat  əldə etmiş olarıq. Bu 
qəbildən olan ifadələrə  aşdi birən  «barışmaq»,  dülə qoğal  «içli 
qoğal»,  qal zərən  «çağırmaq»,  qorag birən  «geyinmək»,  gal 
şəndən    «əmr    etmək»,    varaşıst    «toy    xərci»,    qaqalaxırdi 
«dəvədabanı»,  ruğanmü  «vazelin»,  çobəgird  «dörd  bir  tərəf, 
hər tərəf»,  bağala xırsi  «ayı moruğu»,  ələülzəran  «banlamaq», 
isbi mijə  «çobanyastığı»,  təli qətqəli  «çaytikanı»,  künd biran 
«yaxınlaşmaq»,    ləc    durmarən    «acığı    gəlmək»,    xudadus 
«rəhmdil» və s. misal göstərmək olar. 
Tat dilindəki  vəlg  «yarpaq»,  pustə  «qabıq»,  künküro  «so- 
ğansuyu»,  guştoy  «bozbaş»,  ruşir  «qaymaq» «çiyə», «südün 
üzü»,  so  «səhəng»,  şirəng  «səhəngdən kiçik su qabı» (güyüm), 
şirdüş   «sərnic»,   gülpoy   «sacayaq»,   nalin   «döşək»,   sərmizi 
«süfrə»,  kəndü  «un saxlamaq üçün qab», tirəçu  «oxlov»,  ardə- 
vic «ələk» (ard «un», vic «ələmək»), rusmu, varə «sap», sərçin 


42
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
«ülgüc»  (sər   «baş»,  çin  «qırxmaq»),   guştəncin   «qıymakeş», 
dürəş    «biz»,    dürəzi    «zivə»,    «paltar    asılan    ip»,    coğrü 
«süpürgə»,  xiyə  «kürək»,  tou  «ocaq»,  şiləsər  «eyvan»,  lanbun 
«ikinci   mərtəbənin   qarşısındakı   dam»,   goudun   «tövlə»   (go 
«inək», dun «heyvan saxlanan yer»), ələ «toyuq hini», guşəbun 
«damın kənarı»,  dərpəncərə  «qapı-pəncərə»,  qiroblü  «qaloş», 
şitəl   «corab»,   qilində   «boyunbağı»,   gülğün   «qığılcım»,   zin 
«tələ»,  şavar   «şərq   küləyi»,  təkərd   «dolu»  (yağmur  növü), 
kulak  «qar»,  xür  «duman»,  vərəzə  «yoxuş»,  pişin  «günorta», 
aftənüş  «günbatan»,  aftəxis  «gündoğan»,  hami  «yay», 
vasal/vassol   «yaz »,   «bahar»,   bürg   «qaş»,   nuxum   «dırnaq», 
kürdə  «böyrək»,  pişni  «alın»,  zohuz  «yaşıl» kimi sözlər də 
spesifik leksik laya aiddir. Onların arasında mür rəkəb söz kimi 
formalaşanlarda tərkib hissələrindən birinin ümumiran mənşəli 
söz olması halları qeydə alınır. Göstərilən sözlərdən bəziləri 
tədqiqat işində müəyyən problemlərlə bağlı  təhlilə  cəlb 
olunmuşdur. 
Tat dilində elə söz və terminlərə  də rast gəlmək olur ki, 
onlar digər  İran dillərində müxtəlif fonetik variantlarda iş lən- 
sələr  də,  tat  dilindəki  mənanı  ya  heç  vermir,  ya  da  h əmin 
mənanı qismən özündə  əks etdirir. Məsələn:  anaştö  «ac-susuz» 
sözünü  götürək.  Bu  söz  Lahıc  ləhcəsində  qeydə  alınmışdır. 
Əgər sözü tərkib hissələrinə ayırsaq, birinci tərəfin – ana  İran 
dillərində   inkarlıq   bildirən   ünsür,   ikinci   tərəfin   (-ö)   İran 
dillərində müxtəlif fonetik formalarda özünü göstərən  ab  «su» 
sözünün olduğuna  şübhə yeri qalmır. «Talışca-rusca- 
azərbaycanca lüğət»də    inkarlıq bildirən  ənə – (ünsürü 
ilə    bir    neçə    söz    qeydə  alınmışdır:  ənərəs  «yetişməmiş, 
dəyməmiş, kal», ənəxəbədə  «xəbərsiz, qəfildən»,  ənəhan  «yu- 
xusuz»,   ənəhard   «ac»,   ənəhıt//ənəhan   «yuxusuz»,   ənətəklif 
«çağrılmamış, dəvət olunmamış» və s. (TRAL, 180). 


43
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Tat dilində  təsərrüfatın müxtəlif sahələri ilə bağlı külli 
miqdarda sırf sahə söz və terminləri var ki, onlar ancaq tat 
dilində  işləndiyindən bu dilin spesifik leksik layına aid edil- 
məlidir. Həmin sözlər terminoloji mahiyyət kəsb etdiyindən 
onların sahə terminləri kimi araşırılması m əqsədəuyğundur. 
 
Tat dilində hibrid sözlər 
 
Tat dili ilə Azərbaycan dili arasında  əlaqələr böyük tarixə 
malikdir. Azərbaycan dili ilə  sıx təmas tat dilinin leksik fon- 
duna  əsaslı  təsir göstərmişdir. Nəticədə Azərbaycan tatlarının 
dilində külli miqdarda hibrid sözl ər meydana gəlmişdir. Hibrid 
sözlər  tərkib  hissələri  mənşəcə    müxtəlif  dillərdən  olan 
sözlərdir. Belə sözlər dilin özündə yarana bildiyi kimi, başqa 
dil vasitəsi ilə  də hazır  şəkildə alına bilir. Qeyd olu nan cəhət 
nəzərə alınarsa, tat dilində Azərbaycan və tat mənşəli ünsür- 
lərdən,  morfemlərdən  təşkil  olunmuş,  eləcə  də,  Azərbaycan 
dili vasitəsi ilə alınmış hibrid sözləri ayırmaq mümkündür. 
Azərbaycan dili vasitəsi ilə alınmış hibrid sözlərin tərkibində 
Azərbaycan dili və başqa dillərin ünsürlərinin işlənməsi özünü 
göstərir. 
Hibrid sözlərin tərkibində dilin özünə  məxsus elementi 
olduqda onun alınma və  ya  dilin  öz  sözü  kimi  qəbul edilməsi 
məsələsinə  fərqli münasibətlər var. Bu məsələ hibrid termin- 
lərlə  bağlı  terminologiyada  da  üz ə  çıxır  (81,  26).  Dilçi likdə 
hibrid sözləri ayrıca qrupda birl əşdirmək, ya da işləndiyi dilin 
öz sözü hesab etmək kimi fikirlər irəli sürülür. 
Hibrid sözlər kök və sözdüzəldici morfemlərdən təşkil 
olunur. Tərkib ünsürlərinin mənşəyində özünü göstərən fərqlər 
də   bu   ünsürlərin   hansı   dilə   aid   olmasında   özünü   gös tərir. 
Burada    iki    əsas    forma    özünü    göst ərir:    1)    sözün    kökü 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə