Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

32
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
«Qoy, plaşını geyinsin». 
Ləc durmarən  «acığı  gəlmək» (Kil.). Əzü qəy  ləc dur- 
marabü. «Ondan çox acığı gəlirdi» və s. 
Ləşgər  «işçi arı» (Lah.). Əngə  səto növi bəliran:  Şoh, 
ləşgər,  kələsər. «Arının üç növü olur: ana arı,  işçi arı  və erkək 
arı. 
Nosi-nosi  «novruz payı» (Ab.). Əyəlun müamarund bə 
nosi-nosi  xonçə muxastund. «Uşaqlar xonçadan novruz payı 
gəlib istəyərdilər» və s. 
Tirəçu  «yelləncək» (Qon. k.). İmi bə hamin bə Qonaq- 
kənd  bəraftəni  boş  əyalun  ə  tütdar  tirəçi  midoruxtim.  «Biz 
yayda Qonaqkəndə gedəndə  uşaqlarla tut ağacından  yelləncək 
asardıq» və s. 
Nühəvar  (nun  «çörək»+həvar  «yaymaq») (Q., Qon. k.). 
İki mənada işlənir: «çörəkyayan»; «yellənçək». Mu nün həvar- 
dənüm «Mən lavaş yayıram» və s. 
Odəs  (o  «su»+dəs  «əl»)  (Q.)  «əl  suyu»  mənasına  gəlir 
(tualetdə istifadə etmək üçün). 
Ösinə  «nağıl» (Qon. k.). Nəneymu beymu «Dütə birar»ə 
öüsineyirə qaft saxt. «Nənəmiz bizə  «İki qardaş»ın nağılını 
danışdı». 
Pezirən  «bişirmək». Balaxanı  və Suraxanı tatlarının di - 
lində qeydə alınmışdır. Nezilə əyəlü, nə   mutanı xurak pezirən. 
«Nazilə uşaqdır, xörək bişirə bilməz». 
Bürcundan  «bişirmək». Tat dilinin bir çox ləhcələrində 
məlum  olan  bir  sözdür.   Digər  İran  dili  və   ləhcələrində  də 
işlənir. 
Pirvayi  «yaxşı» (Ab.). Əsasən, Balaxanı tatlarının di lin- 
də  işlənir. Uşuna xuneyşun  pirvayiyü. «Onların evləri  lap 
yaxşıdır». 
Çak  «yaxşı» (Kil.). «Çak, bra bu xun ə, bü künc ye kürə 


33
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
histi, ta ba dun hərşəfi puru», «Yaxşı, get ev ə, evin küncündə 
bir  kuzə  (küpə) var, ağzunadək qızılla doludur». Talış dilind ə 
çok  variantında işlənir. Bundan başqa,  xob//xub  «yaxşı» həm 
səciyyələndirici söz kimi, həm də modal söz kimi işlənir. 
Pişətə  «əvvəllər» (Q.). Pişətə  ye dihə  ədəmiyəyi u yekin 
deh zu-zu bəraftən birund. «Əvvəllər  bir kəndin adamları o biri 
kəndə tez-tez gedib-gələrdilər» və s. 
Pısgiri  «cırcırama» (Lah.). Bə homin bərə ve pisgiri  pur 
bəbiran. «Yayda bura cırcırama ilə dolu olur». 
Pəsfərdu  «birisi gün» (Q.) Hərfən: «sabahdan sonrakı 
(gün)». Pəsfərdu avaz ama di u yəhudi bə həmin çuqo poyustes 
hərey zərənü. «Birisi gün yenə  gəlib görür ki, həmin yəhudi 
burada dayanıb ağlayır» v ə s. 
Ruzinə  «nəfəslik»  (Lah.).  Umhəli  duxta  birə  xunahona 
bə  həmmeyi  ruzinə  nohra bire. «O vaxt tikil ən evlərin hamısı- 
na nəfəslik qoyulardı» və s. 
Sər zərən  «qalxmaq» (Xaç.). Sər  «baş» və  zərən  «vur- 
maq» sözlərindən  əmələ  gəlmişdir. Ma sər zərü. «Ay qalxdı 
(doğdu)» və s. 
Sərzimi  «üzüaşağı» (Ab.) (Hərfən:  başıaşağı). Xaçmaz, 
Dəvəçi ləhcələrində «sərzirava», Lahıc ləhcəsində isə «sərbə- 
nüşvə» kimi işlənir. Məs: Ey taraf bire, sərzimi ibire «Bu 
tərəfdən gedəsi olsan, üzüaşağı düş əcəksən» və s. 
Sərzirava  «eniş» (Q.). Ə ye gal ə  bədə imu be sərzirava 
raftem. «Bir azdan bir enişlə getdik» və s. 
Şatur  «qasid» «şatır» (Ab.). Başqa ləhcələrdə rast gəlmə- 
dik. Şatur, bereki nü maha rahə bə çahar ma mirey? «Qasid, n ə 
üçün doqquzaylıq yolu dörd aya g əldin? ». 
Şüküm,  şükümüm  «hirs, qəzəb; hirsli, qəzəbli, qırım» 
(Q.). Xədicə xalə  şüküm  xastənə pönə  nədast saxtən. «Xədicə 
xala öz qəzəbini gizlədə bilmədi». 


34
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Şərm  «xəcalət», «utanma» (Q.). Pərviz be dura gof sax- 
teyirə  şərm  keşi. «Pərviz danışdığı yalana gör ə  xəcalət  çəkdi». 
Qədim sözlərdən olub, hind-Avropa dillərində geniş fonetik və 
semantik variantlar nümayiş etdirir. 
Tarustan  «qaşımaq» (Ab.). Bu söz Quba ləhcəsində «düş 
bədiran», Lahıc ləhcəsində «qorıstan» formasında eyni m ənada 
işlənir. 
Tastən  «bilmək»   (Ab.).   Tastəni   ya  nə?   «Bilirsən,   ya 
yox? ».   Başqa   ləhcələrdə   bastən//bıstan//bistən   formalarında 
rast gəlmək olur. 
Terter  «iman» (Kil.). Nümunə: Ey ti iman, hazar manət 
pul, mən bərum, nun buxrum. «Ey sən imanın, min manat  pul 
ver, gedim çörək yeyim». 
Tso  «doşab» (Ab.). Əsasən, Balaxanı tatlarının dilində 
işlənir.  Saxtə  xəşilə  muxardim  boş  tşo  boş  rağan  ve  lezzəti. 
«Bərk xəşili doşabla, yağla ləzzətlə yeyərdik». Digər tat ləhcə- 
lərində təsadüf etməmişik. 
Tənbirəhnə  «çılpaq» (Q.). Əyal  təndirəhnə  məndəbü bə 
sər divan. «Uşaq divanın üstünd ə çılpaq qalmışdı». 
Usqu  «tonqal».  Əsasən Abşeron tatlarının dilində  təsadüf 
edilir.   Bu   həyət   usqu    müsaxandim,    ə   səri    müşanandim. 
«Həyətdə tonqal yandırardıq üstündən tullanardıq». 
Xudadus  «rəhmdil» (Kil.). İm mərd bire qe xudadus ada- 
mi. «Bu kişi çox rəhmdil adam idi». 
Vəcə  «necə» (Xaç.). Malla Nusradin d ənşi, di ki, cəmaət 
nə  bəstən  vəcə  bigrarund. «Molla Nəsrəddin baxıb gördü ki
camaat bilmir necə keçsin». 
Vəçanüm  «dilənçi» (Q.). Sekinə xalə  bə  dər amarə  vəça- 
numə  dəst bə tihi rahə  nə  dərəbü. «Səkinə xala qapıya gələn 
dilənçini əliboş geri qaytarmazdı/yola salmazdı». 
Yedəmgə  «bayaq»  (Q.).  Yedəmgə  malim   ama   bə   sinif 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə