Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   2   3   4   5   6   7   8   9   10   ...   44

23
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
«ki» – av. hača, yaqnob. či, orta fars. če, müas. fars. či,  əf.  şe
os.  çi; tat. ya//yo//ya iş//yo iş  «ya, ya da» – fars., əf.  ya, os. yo
yaqnob.  yo;  tat.  ama//amal  «amma» –  av.  hamat,  qəd.  hind. 
sama, işkaşim. əlməc/əcma və s. 
Əlbəttə, tat dilinin umumiran m ənşəli leksik layı verilmiş 
bu nümunələrlə  məhdudlaşmır. Biz burada müxtəlif nitq 
hissələrinə aid nümunə kimi bir neçə misalı  qədim, orta və 
müasir  İran dilləri ilə müqayisədə verdik ki, tarixi inkişaf 
prosesində onların və bu qəbildən olan sözlərin dəyişikliyə 
məruz qalmasını nümayiş etdir ək. 
Tat dilinin leksikasının bir sistem ş əkildə  tədqiqi, lüğət 
vahidlərinə xas olan ləhcə  fərqlərinin aşkara çıxarılıb ümu mi- 
ləşdirilməsi, sözlərin leksik-semantik qruplar əsasında araş- 
dırılması tələbini də ortaya atır. 
Müqayisəli tədqiqat  əsasında tat dilinin ümumiran m ən- 
şəli leksik qatını müəyyənləşdirmək də lazım gəlir. 
Ard  –  «un»  (Ab.).  Bu  sözün  İran  dillərinə  aid  olması 
artıq qeyd edilmişdir. Müq.et: fars. ard  (PRS, 281); kürd. ar 
(KRS, 332); tac. ord (TRS 325); dəri. ard (RPDS, 348); gil. iri 
«un»,  «ard»;  düyü  nu  ard ə  (QRS,  358);puştu.  orə  dəri.  ard 
(RPDS, 348). 
Ard  sözü Azərbaycan dili dialektləri və Azərbaycan 
ərazisində yayılmış başqa dillərdə  və Azərbaycan  ərazisində 
yayılmış  başqa  dillərdə  də  qeydə  almışdır:  ard  «unun  tozu » 
(İsmayıllı  rayon  şivəsi,  Cəbrayıl  rayon  şivəsi);  udin.  dilində 
ard «dəyirman daşının arxasında yığılan un» (72 v ə s. 112). 
Həmçinin müq.et: tat.  ardava  «undan bişirilmiş xörək», 
şirava «südlü sıyıq» və s. 
Qərd  «toz». Ümumiran mənşəli sözdür. İran dillərinin bir 
çoxunda işlənir. Gil. gərd, gərdu xak (QRS, 409), puşt.  qard 
(RPDS, s. 592), fars. qard  (RPS, 557), tac. qard  (TRS, 621); 


24
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
tal.  qard  (99, 49) və s. Abşeron və Quba dialektlərində  işlənən 
gərde//gərdə  «saman  xırdası»  gard  «toz »  sözündəndir.  Usua 
gərdəni  palçığa  qarışdırıbanı  özü  suvıyadı  (Quba).  İ.Tahi rov 
qert   sözünün   türkmən   və   özbək   dillərində   müvafiq   olaraq 
«saman  xırdası» və  «narın  un»  mənalarında  işləndiyini  qeyd 
etmişdir (54, 69). 
Küto  «qısa» (Dəv.). Müq.et: kürd kurt  «xülasə», «qısası» 
kütasi  (KRS,  279);  tac.  kütoh  (TRS,  263);  fars.  kütəh  (RPS, 
239); gily. kütə (QRS, 345); dəri. kütəh (RPDS, 305). 
Ümumiran   mənşəli   sözlərə   sər   «baş»,   dəs   «əl»,   çəşm 
«göz» və  dəhan//duhun  «ağız» sözlərini də aid etmək olar. 
Bunlar o qədər işlək sözlərdir ki, onları müəyyən olaraq misal- 
larla nümayiş etdirm əyə ehtiyac görmürük. 
Tat dilinin ümumiran mənşəli leksik layı digər  İran 
dillərinin  eyni  tipli  layı  il ə,  demək  olar  ki,  üst-üstə  düşür. 
Ümumiran mənşəli sözlər fellərdə özünü daha çox göstərir. Bu 
da  təbiidir,  çünki  fellər  dilin  az  dəyişən  və  təsirə  az  məruz 
qalan hissəsidir. Tat dilindəki qohumluq terminləri, bədən 
üzvlərinin adları, təbiət hadisələrinin adları, nəbatat və hey- 
vanata aid sözlər, saylar, eləcə  də,  əvəzliklər arasında ümu- 
miran  mənşəli   sözlər   çoxdur.  Belə   sözlərin   bəziləri   qədim 
olub, hind-Avropa dil birliyi dövrün ə aid nümunələrdir. 
L.S.Peysikov  fars  dilinin  leksikologiyasını  araşdırar kən 
müxtəlif   İran   dilləri   üçün   eyni   olan   sözləri   «İran   fondu 
sözləri» adlandırmışdır (97, 17). 
Ümumirnan mənşəli sözlərə aid nümunələri nəzərdən ke- 
çirək. Qeyd edək ki, bu sözlərdən bəziləri türk dillərinə, o 
cümlədən, Azərbaycan dilinə keçmişdir. 
Bu qəbildən olan sözlər Azərbaycan-tat dili əlaqələri ba- 
xımından müəyyən əhəmiyyət kəsb edir. 
Pədər  «ata» (Şam.). Bu söz Azərbaycan dilinin müxtəlif 


25
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
dövrlərində, xüsusən ali üslubda xeyli işl ənmişdir və bununla 
yanaşı,  fonetik  cəhətdən  böyük  sabitlik  nümayiş  et dirmişdir. 
Buna  Azərbaycan  dilinin  ədəbi  dil  və    danışıq  dili 
səviyyələrində fars dili ilə sıx əlaqələri səbəb olmuşdur. 
Tat dilində başqa mənzərə ilə qarşılaşırıq. Bu dildə  pi- 
yar/piyər  formaları fars dilindəki  pedər/pədər  variantlarından 
əhəmiyyətli dərəcədə  fərqlənir. Bu isə qohum dillərin (fars və 
tat dillərinin) bir-birindən təcrid olunması, bir-biri ilə kifayət 
qədər təmasda olmaması  şəraitində baş verə bilərdi. Azərbay- 
canda   belə   bir   şəraitin   olması   tarixin   müxtəlif   dövrlərində 
özünü   göstərmişdir.   Nəticədə   bəzi   irandilli   tayfalar,   etnik 
qruplar iran həyatı  və fars dili ilə Azərbaycan dili vasitəsilə 
əlaqə saxlaya bilmişlər. 
Niştan  «oturmaq» (Lah.). Müq.et: tal. nişt.  Başqa  İran 
dillərində  vəziyyət belədir: fars. neşastan,  dəri.  nişastan;  puş- 
tu. nenəstən (RPDS, 636); tac. nişastən. 
 
Avesta ilə ortaq sözlərə aid nümunələr 
 
Azərbaycan
 
Avesta
 
Tat
Fars
Talış
 
ata
 
pitar
 
piyar//piyər
pedär
pə (pıə)
 
qardaş
bratar
 
buror//burvar
bärädär
boə
 
baş
 
sarah
 
sər
sär

 
diş
 
dantan
 
dandun//dəndu
dändan
dandon
 
dəri
 
çarəman
 
çər
çärm
pus
 
diz
 
zanu
 
zuni//zunu
zanu
zıno (zono)
 
əl
 
zasta
 
dəs(t)//des(t)
däst
das (dast)
 
iki
 
dva
 
du//dü//di
do

 
yeddi
harta
 
həft//haft
häft
haft
 
yüz
 
sata
 
səd//sad
säd
sa
 
at
 
aspa
 
əs
zädän
asb
 
keçi
 
buza
 
biz//büz
bäz
bız
 
soruşmaq
pərəz
 
pursirən//pürsirən
porsidän
parse
 
su
 
ap
 
av//ov//oü
ab
ov
 
qorxmaq
tərəsbar
 
tərsiran//tərsirən
tärsidän
tarse
 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə