Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   2   3   4   5   6   7   8   9   ...   44

13
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Onun   mövqeyinin   genişliyi   Azərbaycan  ərazisində   mövcud 
olan digər dillərlə müqayisədə daşıdığı funksiyalarla əla- 
qədardır.   Bu   funksiyalardan   ən   başlıcası   onun   döv lət   dili 
olmasıdır. Azərbaycan dili Azərbaycan Respublikasının bü tün 
əhalisi üçün məcburi məktəb, radio-televiziya, mətbuat dilidir, 
məişətimizin bütün sahələrində istifadə olunan rəsmi dövlət 
dilidir.   Odur   ki,   tat   dilinin   yayıldığı   bütün   ərazilərdə   ana 
dilində danışan  əhali məişətində, həyatın müxtəlif sahələrində 
ondan istifadə etsə  də, radio-televiziyada, gündəlik mətbuatda
məktəbdə, yığıncaqlarda, idarə  və  təşkilatlarda rəsmi dil kimi 
Azərbaycan dilindən istifadə edir. Bu səbəbdən də tat dilinin 
leksik fondunda həyatın müxtəlif sahələrini  əhatə edən ictimai- 
siyasi və s. məfhumları bildirən söz və terminlər Azərbaycan 
dili hesabına artır. Bununla əlaqədar olaraq, A.L.Qrünberq və 
L.X.Davıdova  qeyd  edirl ər  ki,  intensiv  ikidillilik  şəraitində 
Azərbaycan dilinə  mənsub olan hər bir söz tat dilində  işlənə 
bilər və  hamı onu başa düşə bilər. Onların qənaətinə görə, türk 
mənşəli sözlər tat dilinin istər cənub, istərsə  də,  şimal 
dialektlərinə  daxil  olur,  dildə          aparıcı  mövqe  qazanır. 
Müəlliflər   bura   qeyinata,   yara,   bulut,   daq//doq,   qaqlovo, 
qıskac, kazan, yovluq, buyruq, yoşov  («yaşayış»),  tütün  və s. 
sözləri aid edirlər (69, 284). 
Məlum olduğu kimi, dillər ilk növbədə daxili imkanları, 
dilin özünə  məxsus vahidləri hesabına zənginləşir və inkişaf 
edirsə,   xarici   amillər   də   bu   prosesdə   çox   əhəmiyyətli   rol 
oynayır, onların fonetik, leksik, sintaktik v ə qrammatik sistem- 
lərində  həm kəmiyyət, həm də keyfiyyət dəyişmələri baş verir. 
Bu   baxımdan   konkret   bir   dilin   materialları   əsasında   onun 
başqa dillərlə qarşılıqlı  əlaqə  və münasibətlərini dərindən 
araşdırmaq, həmin dildəki alınmaları tarixi-xronoloji aspektdə, 
müasir elmi səviyyədə tədqiq etmək, alınmaların dil sistemində 


14
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
yerini və funkstonal-struktur tiplərini müəyyənləşdirmək, dilin 
formalaşma və inkişafındakı rolunu açıq lamaq  kimi  problemlər 
xüsusi  əhəmiyyət kəsb edir. Elə buna görədir ki, tat dilinin 
Azərbaycan və digər dillərlə qarşılıqlı    əlaqələri, bu dillərdən 
tat dilinə keçmiş sözləri dilçilik baxımından araşdırmaq daim 
dilçilərimizin  diqqət  mərkəzində    olsa    da,    bu    məsələyə 
kompleks  şəkildə  yanaşılmamışdır.  Azərbaycan  dilinin  ayrı - 
ayrı    dillərlə    əlaqələri  müxtəlif  səviyyələrdə    tədqiq 
olunmuşdur. Azərbaycan dilinə daxil olan alınmalar m ənşəcə 
araşdırılsa  da,  bütövlükdə  Azərbaycan  dilinin  başqa  dill ərlə 
tarixi   əlaqələri,   xüsusilə,   təmasda   olduğu   azsaylı   xalq ların 
dillərindən Azərbaycan dilinə keçən sözlər tədqiqat obyekti 
olmamışdur. 
Belə  hesab  etmək  olar  ki,  İran  dill əri  ailəsində bir sıra 
spesifik xüsusiyyətləri ilə seçilən tat dilinin leksikasının r ən- 
garəngliyi, zənginliyi və tarixi baxımdan mühafiz əkarlığı sayə- 
sində  bu  dilin  leksik  fondunu  təşkil  edən  söz  və  terminlərin 
elmi təhlilə  cəlb edilməsi həm  İran dillərinin, həm də türk dil- 
lərinin leksikasının öyr ənilməsi üçün əhəmiyyət kəsb edir. 
Tat dilinin lüğət fonduna daxil olan sözl ərin mənşəcə təs- 
nifi ilə bağlı apardığımız təhlil  əsasında belə  qənaətə  gəlmək 
olur  ki,  ilk  növbədə dörd  əsas  qrupu  ayırmaq  düzgün dür:  1) 
spesifik sözlər; 2) ümumiran mənşəli sözlər; 3) alınma sözlər; 
4) hibrid sözlər. 
Tat dilinin leksik sistemind əki alınmaların yarımqrup lara 
ayrılması ilə bağlı  bəzi məsələlərin üzərində dayanmaq lazım 
gəlir.  A.L.Qrünberq  tat  dilinin  leksik  sistemində  İran  layını 
önə  çəkməklə qeyd edir ki, «tat lek sikası»na hansı sözləri aid 
etmək bir çox hallarda dəqiqləşdirmə  tələb edir. Təsadüfi 
xarakterli alınmaları tat dilinin leksik layının ayrılmaz hissəsi 
olan   əsl   alınmalardan   fərqləndirmək   lazımdır.   Bu   qəbildən 


15
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
olan  söz   və  terminlər  hətta  Azərbaycan  dilində  danışmayan 
tatların gündəlik şifahi nitqlərində işlədilir və başa düşülür. 
Alınmalar, vasitəli və vasitəsiz olmaqla, iki yerə ayrılır. 
Azərbaycan tatlarının dilinə sözlər,  əsasən, Azərbaycan dili 
vasitəsi ilə keçmişdir. Bu dildə Azərbaycan dili mənşəli sözlər 
əksəriyyət  təşkil  edir.  Eyni  zamanda,  tat  dilinin  baş qa   türk 
dilləri ilə  əlaqələri də  qədim tarixə malik olmuşdur. Ona görə 
də bu dilə keçmiş türk mənşəli sözlərin heç də az olmayan bir 
qismi ümumtürk mənşəlidir. Həmin alınmaları türkizml ər kimi 
qruplaşdırmaq mümkündür. Tat dilindəki türkizmlərin ayrıca 
tədqiq olunması, həm tat, həm də türk dillərinin tarixi 
leksikologiyası  üçün  əhəmiyyətlidir.  Tat  dilindəki  başqa 
alınma sözləri aşağıdakı qruplara bölm ək olar: 1) Müasir Azər- 
baycan dilindən alınmalar; 2) Rus di lindən alınmalar; 3) Ərəb- 
fars dillərindən alınmalar; 4) Başqa dillərdən (Dağıstan dilləri, 
ivrit   və   s.)   alınmalar.   Alınmalar  tat  dilinin  bilavasit ə   və 
bilvasitə  təmasda olduğu dillərdən aldığı söz və terminlər 
hesabına yaranmış leksik layı əhatə edir. 


16
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
I  F Ə S İ L 
 
Tat dilinin spesifik və ümumiran mənşəli sözləri 
 
Tat dilinin spesifik sözl əri 
 
Tat dilinin özünə  məxsus leksik layını 200-dən bir qədər 
çox sadə fellər, bir çox heyvan və bitki adları, bəzi coğrafi və 
təbiət hadisələri adları, səma cisimləri adları, qohumluq 
terminləri, bədən üzvləri adları, keyfiyyət bildirən adlar təşkil 
edir. 
A.A.Ufimtsevaya görə, hər bir dilin öyrənilməsinə onun 
fonetik və qrammatik sisteminin təsviri ilə başlanılır. Minlərlə 
söz və ifadələrə malik olan lüğət fondunun sistemləşdirilməsi 
və  təsviri  isə  digər  sahələrə  nisbətən  çətindir.  Lakin  tarixi, 
izahlı,   etimoloji,   dialektoloji   lüğ ətlərin,   antonimlər   və   si- 
nonimlər lüğəti, frazeoloji və s. lüğətlərin olması onu göstərir 
ki, dilçilik elmində dilin lüğət zənginliklərini konkret şəkildə 
təsvir  etmək  metodları    çoxdan    mövcuddur.    Dilin    leksik 
sistemi, hər  şeydən öncə, onu təşkil edən dil vahidlərinin
ifadələrin təsvirini və  tədqiqini  şərtləndirir (120, 7-8). Bu ba- 
xımdan tat dilinin spesifik sözlərinin toplanması, onların digər 
İran dillərindəki eyni məfhumu ifadə edən leksemlərlə 
müqayisəli  təhlilə    cəlb  edilməsi,  özünəməxsus  sözlərin 
müvafiq kontekstlərdə  işlənməsinə aid nümunələrin verilməsi 
leksik vahidlərin təhlil və təsvirini əhatə edir. 
Tat dilinin özünə  məxsus spesifik leksik layına aid top la- 
dığımız dil materiallarının bir qismini t əhlil etmək və onların 
xarakterik xüsusiyyətlərini göstərməyə çalışaq. 
Hər  şeydən  əvvəl, «spesifik leksika» dedikd ə, digər  İran 
dilləri  və  dialektlərində  həmin  mənada  olmayan  söz  və  ter- 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə