Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

47
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
lar:  asmiş saxtən  «asmaq»,  bəxişdəmiş saxtən  «bağışlamaq», 
buyurmiş saxtən  «buyurmaq»,  küçürtmiş saxtən  «köçürtmək», 
ütürmüş saxtən «ötürmək», sınəmiş saxtən «sınamaq» və s. 
Birən  «olmaq» köməkçi feli ilə  işlənən fellər:  quşulmiş 
birən  «qoşulmaq»,  daralmiş birən  «daralmaq»,  darixmiş birən 
«darıxmaq». 
Dərən  «vermək» feli ilə işlənən fel: bürmiş/burmiş  dərən 
«burmaq»,  fırlatmiş  dərən  «fırlatmaq»,  əşələmiş  dərən  «eşələ- 
mək». 
Qeyd edilən fellər alınma fel kökləri ilə də işlənərək, yeni 
fellər yaradır. Bəzi hallarda analitik felin birinci t ərkib hissəsi 
həm fel kökü, həm də keçmiş zaman feli sifət forması ilə ifadə 
olunur.      Məsələn:      dürt      saxtən,      dulaş/dulaşmış      birən 
«dolaşmaq», dəgiş/dəgişmiş saxtən «dəyişmək». 
Amma Azərbaycan dilində bu şəkilçi çoxfunksiyalıdır: 
onun köməyi ilə həm feli isim (feldən  əmələ  gəlmiş isim), həm 
də felin qarşılıq-müştərək məna növü yaranır. 
Bəs belə bir vəziyyət tat dilində necə əks olunur? Söz yox 
ki, Azərbaycan dilindən alınma adlar və fellərin iştirakı ilə 
yaranan fellərin tat dilində müqabilləri olmuşdur, yaxud var. 
Bunu ondan bilmək olur ki, həmin mənalar və onların ifadə 
formaları başqa  İran dillərində Azərbaycan dilinin müdaxiləsi 
olmadan  mövcuddur.  Bel ə  olan  halda,  analitik  formalarının, 
özü də birinci tərkib hissəsi başqa dilə  mənsub olan formalara 
nə ehtiyac var? Bizə belə  gəlir ki, burada dilin işarəvilik yox, 
kommunikativlik funksiyası mü hüm rol oynamışdır. Yəni, tat 
dilinə  məxsus olan sadə fellərdə  məna daha mücərrəd olub, 
analitik formadakı ifadəlilikdən xali olmuşdur. Bu boşluğu 
analitik forma belə aradan qaldırır. 
S.Cəfərovun fikrincə, hərəkətin subyekt və obyektə mü- 
nasibəti   mənasını  əmələ  gətirən  bu  şəkilçi   qrammatiklikdən 


48
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
çox leksikliyə doğru meyl göstərir və onunla işlənən söz 
substantivləşməyə məruz qalır (18, 125). 
Bu qrupa aid leksik vahidl ərə dildə çox az təsadüf etmək 
olur.  Bunlardan  aşağıdakıları  qeyd  edə  bilərik:  qəriş  saxtən 
«qarışdırmaq»,     qəriş     birən     «qarışmaq»,     guzət     saxtən 
«gözləmək»,  sataş birən  «sataşmaq»,  təp dərən  «təpmək»,  tuş 
saxtən  «tuşlamaq»,  bocər saxtən  «bacarmaq»,  vuruş birən  «vu- 
ruşmaq»,  quş birən  «qoşulmaq»,  quş saxtən  «qulaq asmaq» və 
s. 
Alınma adlar və başqa nitq hissələrinə  mənsub sözlərin 
hesabına olur. Alınma adlar birinci qrup lekseml ər kimi, dilin 
özünə  məxsus köməkçi və müstəqil mənalı fellərinə yanaşaraq, 
mürəkkəb quruluşlu fellər yaratmağa xidmət edir. Felin ad 
hissəsi effektivliyi təmin edir, köməkçi felsə buna prosesuallıq 
mənasını əlavə edir. 
Alınma adlar və başqa nitq hissələrinə  mənsub olan söz- 
lərdən  dilin  özünə  məxsus  saxtən  «etmək»  köməkçi  feli  ilə 
hibrid mürəkkəb fel əmələ  gətirir:  rəhbəri saxtən  «rəhbərlik 
etmək», sakit saxtən «sakit etmək», yovoş saxtən «yavaşımaq». 
Alınma adlar və başqa nitq hissələrinə  mənsub sözlərdən 
dilin özünə  məxsus  birən  «olmaq» köməkçi feli ilə düzələn 
hibrid  mürəkkəb  fellər:  şahad  birən  «şahid  olmaq»,  qohum 
birən  «qohum   olmaq»,   səhəb  birən  «sahib  olmaq»,  alt-üst 
birən «alt-üst olmaq», ağ birən «ağ olmaq» və s. 
Analitik üsulla düzələn fellərin müəyyən hissəsi isə alın- 
ma sözlərlə tat dilinə  məxsus müstəqil mənalı fellər hesabına 
düzəlir.  Cümlə  daxilində  müstəqil  məna  ifadə  edən  bir  sıra 
fellər  müxtəlif  nitq  hissələrinə    mənsub  alınma  sözlərlə 
işlənərək,   mürəkkəb   fellər   əmələ   gətirir.   Bu   zaman   həmin 
fellər öz həqiqi mənasını itirərək, məcazi mənada işlənir. Tat 
dilinə   məxsus   müxtəlif   müstəqil   fellərin   iştirakı   ilə   əmələ 


49
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
gələn fellər az deyil. Onları tat dilinin müs təqil mənalı fellərin 
əsasında aşağıdakı kimi qruplaşdırmaq olar. 
1.  Kəndən  «çıxar/t/maq» feli ilə düzələnlər:  qəral kəndən 
«qərar çıxar/t/maq», hüküm kəndən «hökm çıxar/t/maq». 
2.  Girorundən  «keçir/t/mək» feli ilə düzələnlər:  yoşəyiş 
girorundən  «yaşayış keçir/t/mək»,  döüran girorundən  «dövran 
keçir/t/mək», vəxt girorundən «vaxt keçir/t/mək». 
3.   Dirən   «görmək»   feli   ilə   düzələnlər:   həzurluğ   dirən 
«hazırlıq görmək», məsləhət dirən «məsləhət görmək». 
4.  Narən  «qoymaq»  feli  ilə  düzələnlər:  məzəndə  narən 
«məzəndə qoymaq», nirx narən  «nırx qoymaq», münnet narən 
«minnət qoymaq», vəxt narən «vaxt qoymaq». 
5. Amorən  «gəlmək» feli ilə düzələnlər: güc amorən  «güc 
gəlmək»,  hərbə amorən  «hərbə-zorba gəlmək»,  hədə-qurxu 
amorən «hədə-qorxu gəlmək». 
6.  Kəşirən  «çəkmək» feli ilə düzələnlər:  kef kəşirən  «kef 
çəkmək»,  ziyan keşrən  «ziyan çəkmək»,  misal keşirən  «misal 
çəkmək»,  qul kəşrən  «qol çəkmək»,  xərc keşirən  «xərc çək- 
mək». 
7.  Əngəstən  «salmaq»  feli  ilə  düzələnlər:  bağ  əngəstən 
«bağ salmaq», dəvo  əngəstən  «dava salmaq», düşmoni  əngəs- 
tən «düşmənçilik salmaq». 
8.  Avardən  «gətirmək» feli ilə düzələnlər:  misal avardən 
«misal gətirmək», xəbər avardən «xəbər gətirmək». 
9.   Giriftan   «tutmaq»   feli   ilə   düzələnlər:   üstün   güftən 
«üstün   tutmaq»,   hürmet   güftən   «hörmətini   tutmaq »,   pulan 
güftən «plan tutmaq» və s. 
10.  Dirmorən  «çıxmaq» feli ilə düzələnlər:  şərik dirmo- 
rən  «şərik çıxmaq»,  xoyin dirmorən  «xain çıxmaq»,  düşman 
dirmorən «düşmən çıxmaq» və s. 
11. Dərən «vermək» feli ilə düzələnlər: təhvil dərən «təh- 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə