Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

35
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
kuti ki, şagirdha bə imtahan mükəmməl hazir boşund. «Ba yaq 
müəllim    sinfə    daxil    olub,    dedi    ki,    şagirdl ər    imtahana 
mükəmməl hazırlaşsınlar». 
Zindəquni  «dolanacaq» (Qon. k.). Bə  zindəquni  imkan 
babat bireybu. «Dolanacaq üçün imkan babatlaşmışdı». 
Tat dilinin spesifik sözlərinin bəziləri Azərbaycan dili 
dialektlərində  də  işlənir. Bakı  və Quba dialektlərində bu cür 
sözlərə tez-tez təsadüf olunur. 
Qobi «su yığılan çökək», «dərə». 
Azərbaycanda tərkibində  qobu  sözü olan Qobu Dilağarda 
(Füzuli),   Qobuqırıq  (Xaçmaz)  kəndləri,  Qobu  və   Qobustan 
şəhər tipli qəsəbələri, Qobustan oronimi var (163-164). 
Qobi  «quyu» (Q.). Bu sözə ilk dəfə olaraq, M.Hacıyev 
diqqət vermişdir (30, 64). İran dill əri içərisində bu sözə fone- 
tik  cəhətdən  yaxın  olan  sözlərə  kürd.  quni  (RKS,  267)  və 
puştu.  kuhay  (RPDS, 296) sözlərini qeyd edə bilərik. Bu söz- 
lərdən   yalnız   kürd   dilindəki   «quni»   variantının   «qubi»  il ə 
bağlılığını   ehtimal   etmək   olar.   Bununla   yanaşı,   onu   da 
göstərmək lazımdır ki, bəzi  İran dillərində, o cümlədən talış 
dilində «bulaq» mənası  honi  sözü ilə ifadə olunur. Kürd dilin- 
dəki  qoni  sözü  honi  sözü ilə  əlaqədə götürülə bilər. Burada q-h 
əvəzlənməsi    qanunauyğun    sayıla    bil ər.    Qeyd    olunanlara 
istinadla demək olar ki, qubi  «quyu» sözü tat dilinin spesifik 
leksikasına aiddir. 
Xırsız  «evsiz-eşiksiz»  (Ab.).  Sözün  kökü   xır/xür   «ev- 
eşik» mənasındadır –»sız»  Azərbaycan dili mənşəli  şəkilçidir: 
Xırsız  sözü  əslən Xızıdan olan Azərbaycan  şairi Mikayıl 
Müşfiqin bir şeirində  işlənmişdir: Cilvələnmə  xırsızların  için- 
də, Ala gözlü ulduzların içind ə (M.Müşfiq). 
Alataş  «yorulub  əldən  düşmüş» (Lah.).  Xıştana  ə  səbhi 
alataş soxte. «Ozünü səhərdən alataş eləyib». 


36
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
«Alataş»  sözü  olmaq  və  eləmək  felləri ilə  əlaqədə Azər- 
baycan  dili  dialektlərində  işlənir (Cəbrayıl,  Zəngilan,  Qafan) 
(7, 11). 
Basarat/bəsərət//bəsərot  (Xaç.,  Dəv.).  Bəzi  lüğətlərdə 
bu sözə «qabiliyyət», «bacarıq», «fərasət» mənaları isnad ve- 
rilsə də, belə bir izah təxminidir. 
Əslində bu söz müstəqil olaraq işlənmir. O, basaratı 
bağlanmaq  felinin iştirakı ilə yaranan frazeologizmin tərkib 
hissəsi kimi (7, 12) işlənir. 
Hər iki dildə (tat və Azərbaycan dillərində)  basarat  sözü 
ərəbmənşəli söz hesab edilə bilər.  Ərəb və fars mənşəli sözlər 
lüğətində  basarat  sözü iki mənada qeyd olunmuşdur: «diqq ət» 
və   «bəxt,   tale»   (25,   55).   Müasir   fars   di lində   bəsalət   sözü 
«igidlik, qəhrəmanlıq, qoçaqlıq» mənalarında işlənir (25, 55). 
Bazburud/bazbürd  «boy-buxun, görkəm» (Qon. k.). 
Bazburut, bazburutdu və  bazbırıtdı  sözləri Azərbaycan dilinin 
dialekt və şivələrində də geniş surətdə işlənir (7, 39). 
Bazburut  sözü mənşə etibarilə  bazu  «qol» və  burut  «iri 
gövdə, bədən» sözlərindən əmələ gəlmişdir. 
Vəçəxor/beçəxor (Lah.) başqa tat ləhcələrində: «qadınla- 
rın uşaqlığında yara (xora)». 
Bəhli/bahli/bə:li   Bərə  ye  bəhlidor   koşta   birabı   ( Lah.). 
«Burada bir albalı ağacı əkilmişdi». 
Bəlim/bəlüm  (Lah.)   «xırmanda  taxıl  döyül əndən  sonra 
qalan küləş». Lüğətlərdə  məhz belə bir təyinlə rastlaşırıq. Baş- 
qa məlumata görə,  küləş  taxıla (arpa, buğda, çovdar və s.) aid 
olan  qalığı  bildirir.  Bəlim  sözü  isə  çəltik  döyüləndən  sonra 
qalan küləşdir. Amma, görünür, bu hər yerdə belə deyil. 
Cıqqa/cıqqan/cıqqana  «bir  az,  azacıq»  (Məl.).  Həmçi- 
nin:  cıklə  «kiçik, balaca»; «balaca bir şey», «nəyinsə çox kiçik 
bir  hissəsi».  Bu  və   başqa   yaxın  mənalarda   Azərbaycan  dili 


37
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
şivələrində  də  işlənir.  «D»  səsi ilə başlanan fonetik variantlar 
da mövcuddur. 
Çibildiz  «zirək, kələkbaz» (Bakı). Eyni səsləniş və məna- 
da Azərbaycan dili şivəlrində də işlənir. 
Dıkqıli/duqqulu  «balaca, azca, bir az» (Lah.). Əzin nun 
diqqıli bubur ti bə el. «Bu çörəkdən azca kəs, ver uşağa» və s. 
Dıqqılı  və  cıqqılı  formaları  d~c  əvəzlənmələrinə  misal  olub
tat və Azərbaycan şivələrində geniş yayılmışdır (7, 138). 
Dıqqan-dıqqana – Bax: dıqqılı. 
Geznə  (İsm.) / gəznə  (Qon. k.) / gezinə  (Q.) «gicirtkən». 
Yə bicə gəznə vekinim. «Bir az gicirtk ən yığaq» (Quba). 
Duru (Məl., Xızı) / duruğ (Ab.) / dürü (Lah.) «yalançı». 
Düdüxçi  (Q.) «yalançı» (< düdüx’  «yalan» sözündən). 
Azərbaycan dili şivələrindən bəzilərində də işlənir (7, 157). 
Dıruyə/dıruva  «ikiüzlü, riyakar» (< du  «iki» və ru  «üz»). 
Həm  tat,  həm  də  Azərbaycan  dili  variantlarında  mo tivlənmə 
eynidir. 
Girdə  «böyrək» (Lah.) / gürdə  (Ab.). Həmçinin bax: (7, 
199) Tat ləhcəsində olduğu kimi, dialekt və şivələrdə də «böy- 
rək» mənasında işlənir. 
Bun  «çardaq» (Lah.). Müq.et: Azərb. dial. Ban  «çardaq», 
«arabanın taxtaları», «arabanın gövdəsi» (7, 31-32). 
Bar//bor  «yük,  bağlama» (əksər  şivələrdə).  Azərbaycan 
dili dialekt və  şivələrində  həmin kökdən düzəltmə olan barxa- 
na  sözü eyni mənada işlənməklə yanaşı, «qıza verilən cehiz» 
mənasını da ifadə edir (7, 34). 
Həm/həmin «bir-birilə» (Ab., Lah. Q.). 
Xinik/xünük  «soyuq» (bütün ləhcə  və  şivələrdə). Ov xü- 
nükü   «su   soyuqdur»   (Ab.).   Havo   xiniki   «Hava   soyuqdur» 
(Məl.). Müq.et: Hünük su «ilıq su» (Gəncə) (7, 232). 
Xanda   «toya  dəvət  edilmiş  adama  təklif  edilən  şirni». 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə