Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

59
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
əlaqələr prosesində dillər bir-birinə təsir göstərir. Bu təsir daha 
çox leksik səviyyədə baş verir. 
Azərbaycanda  İran dilləri ailəsinə  mənsub bir sıra dillər 
yayılmışdır.  Bu  dill ər arasında  tat  dilinin  öz  yeri  var.  Tat lar 
uzun  əsrlər boyu azərbaycanlılarla yanaşı yaşamış, Azərbaycan 
dili tatlar üçün canlı ünsiyyət vasitəsi olmuşdur. Hər iki xalq 
arasında yaranan davamlı ictimai, iqtisadi v ə mədəni əlaqələrin 
təsiri nəticəsində tat dilinin tərkibində Azərbaycan dilindən 
alınmış    türk    sözlərindən  ibarət    xüsusi    leksik    lay 
formalaşmışdır. Bu leksik lay həm tematik zənginliyinə, həm 
də  qarşılıqlı  əlaqələrin tarixi xronologiyasını  əks etdirməsinə 
görə mühüm əhəmiyyət kəsb edir. 
Q.Qeybullayev  Zaqafqaziyada   yayılmış   dill ərdə   qədim 
türk sözlərindən bəhs edərkən tat dilində  işlənən alınma söz- 
lərə  də xüsusi yer ayırmışdır. Onun tat dilind ə  işlənən qədim 
türk sözlərinə dair verdiyi nümunl ərdə  aya  (aya),  aqu  (ağu), 
ağa  (əğə),  baxiçi  (baxıcı),  bo  (bö),  emr əq  (ömrağ),  bilerzik 
(bilərzik), vergi (vergi), qiziz (qiziz), qedeş  (ğadaş), qatanqaz 
(gatangaz),  qizluq  (qizlug),  qed  (gad),  qey qu  (geygu),  qisqi 
(qisqi), qintir (qintir), burk (qaraqaş), qeteq (qətəv), qovuz, 
qunum (qunum), diriq (diriv), qu den (qudön), qurqut (qurqut), 
qundaq (qundağ), quzur (qüzür), dir rik, dirlik (dirlik, dirrik), 
tirilik (tirilik), dəzgəçi (dözğaçi), dəzkə (gözgö), durlu (dürlü), 
duş,  zırlek (zırlak), z ələ  (zölö),  zinqilti  (zingilti),  zırp  (zirp), 
ərəmik (örömik), eçur (açur), key (key), kendu (köndü), künqür 
(küngür), kuruk (kürük), kuşek (kusek), kube (kübö), kuşek 
(ikindi), kür (kur), lalo (lalo), m əkəcin (mökaçin), oyna, ovna 
(övna), uva, ünkər (ünkar), obur-sabur (ubur-sabur), sayki, 
sayqi, tapxur (tapxur), sail (sail), suqra (suvra), öd, örük, ürük 
(örük),  tutmac  (tutmoz),  uqur  (uğur),  tanq  (tang),  tutam  (tu - 
tam),   tuvenk   (tuvenk),   çənəx   (çanak),   ciqan   (çigan),   caq ra 


60
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
(çaqra),  cis  (cis!),  çiçirinq  (çiçiring),  çov,  ş ire   (şirə),  hurt 
(hurt), kərənti (kərənti), cir (zir) kimi sözlər var. Bunlar 
müəllifin göstərdiyi sözlərin tam siyahısı olmayıb, onun yalnız 
bir hissəsini təşkil edir (66, 452-453). 
Tat dilində  işlənən qədim türk sözləri,  şübhəsiz ki, tari- 
xən  qədim  dövrlərdə  bu  dilin  lüğət  fonduna  daxil  olmuşdur. 
Eyni  ərazidə yaşayan bu xalqlar arasında həm iqtisadi, həm də, 
mədəni  əlaqələr müntəzəm səciyyə daşımışdır. Nəticədə tat 
dilinə  bir  çox  Azərbaycan  sözləri  keçmişdir.  Qeyd  olun muş 
sözlərin tarixi aspektdə leksik-semantik təhlilə  cəlb olunması 
dil   tarixi   üçün   əhəmiyyətli   olduğu   kimi,   tat   dilinin   lek - 
sikologiyasının öyrənilməsi baxımından da böyük əhəmiyyət 
daşıyır. 
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, yuxarıda ve ril- 
miş  qədim türk sözlərinin bir qismi müasir Azərbaycan dili və 
başqa   türk    dillərində   qalmaqdadır.   Bir   sıra   sözl ərsə   ar- 
xaikləşmiş,  dilin  passiv  lüğət  fonduna  keçmişdir.    M əsələn, 
Azərbaycan tatlarının dilind ə  işlənən  ağu  – zəhər,  acı, bo//bö 
«böyə»,   bilərzik   qizluq,   şirə   «qatı   palçıq»,   dirrik,   soqrak 
«fincan»,  diriq  «arıq»,  qədeş  «qardaş»,  yaxın  «doğma adam » 
sözləri müasir Azərbaycan  ədəbi dilində, dialekt və  şivələrdə, 
o  cümlədən,  danışıq  dilində  işlənir.  Bununla  yanaşı,  həmin 
sözlər dilin tarixən qədim dövrlərinə aid leksik qata aid olan 
sözlərdir. Qeyd olunmuş sözlər müasir Azərbaycan dili ilə 
müqayisədə tat dilində daha çox işləkdir. 
Tat dilində  işlənən türk-Azərbaycan sözlərini T.Əhmədov 
dörd qrupa ayı rır: 1) abidələrdə, eləcə  də, Azərbaycan dilinin 
dialekt və  şivələrində rast gəlinən sözlər; 2) yalnız ümumtürk 
abidələrində  və Azərbaycan klassiklərinin  əsərlərində rast 
gəlinən sözlər; 3) fonetik cildinə görə  qədim formalara uyğun 
gələn  sözlər;  4)  türk  sözlərinə  oxşayan,  lakin  abidələrdə  və 


61
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Azərbaycan dilində qeydə alınmayan sözlər. Tədqiqatçı birinci 
qrupa  süskün,  çig,  ganıx//gonix,  goğuş,  keş,  əbo,  sürt,  üğür, 
gut, çuğ, geyğulu, səxən//səxtən, kəçü,  üçüncü qrupa 
gərliğaz//garinğaz, gəzğun,  dördüncü qrupa qarağaz, küngür, 
sağat sözlərini daxil etmişdir (22, 69-79). 
Tat dilindəki türk sözlərinin hərtərəfli araşdırılması  təkcə 
tat dilinin leksik tərkibini öyrənmək üçün deyil, eyni zamanda 
Azərbaycan  dilinin  tarixi  inkişafı    ilə  bağlı  bir  sıra 
problemlərin aydınlaşdırılması üçün də xüsusi əhəmiyyət kəsb 
edir. 
Məlumdur ki, dillər arasındakı  əlaqələr  ədəbi dil və dia- 
lekt səviyyələrində baş verir. Tarixən müxtəlif sistemli dillər 
arasındakı   əlaqələr  daha   çox   dialekt   səviyyəsində   başlanır; 
ədəbi dil səviyyəsindəki münasibətlər nisbətən sonrakı dövr- 
lərdə formalaşır. Tatların Azərbaycan  ərazisində müxtəlif dia- 
lekt   mənsubiyyətinə   daxil   olan   coğrafi   regionlarda   m əs- 
kunlaşması  onların  di lində  ən qədim  türk  tayfalarına məxsus 
leksik alınmaların işl ənməsinə lazımi  şərait yaratmışdır. Başqa 
sözlə    desək,  Azərbaycan  dili  dialekt  və    şivələrinin 
təşəkkülündə  oğuz  və  qıpçaq  tayfa  dillərinin  təsiri  bu  və  ya 
başqa dərəcədə tat dilinə keçmiş türk sözlərinin xarakterində 
də  xüsusi  izlər  buraxmış,  alınmaların  tarixi -areal  izoqloslar 
şəklində yayılmasına  şərait yaratmışdır. Bu baxımdan həmin 
izoqlosların   müəyyənləşdirilməsi   bir   sıra   alınma   sözlərin 
mənbə dildəki ilkin fonetik və semantik formalarını  dəqiqliklə 
bərpa   etməyə   imkan   verir.   Tat   dilin ə   Azərbaycan   dilindən 
keçmiş sözlər mənşə etibarı ilə müxtəlifdir. Azərbaycan dili 
başqa  dillərdən  alınmaların  mənimsənilməsində  tat  dili  üçün 
əsas   vasitəçi   rolunu   oynamışdır.   Təbiidir   ki,   Azərbaycan 
dilindən alınmış, tarixi-linqvistik baxımdan diqq əti cəlb edən 
bir   sıra   türk   sözlərinin   geniş   planda   nəzərdən   keçirilməsi 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə