Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   14   15   16   17   18   19   20   21   ...   44
    Bu səhifədəki naviqasiya:
  • Qəri

56
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
həşəratı), çolaq, azqın, ara, arx, bəqə  (bağa),  barış, batman, 
bülöv,   bilək,   biliş   (tanış-biliş),   buyuruq,   boğ   –   (boğmaq), 
bölük,  buğa,  bütrüm   (bütöv),  bayraq,  çalpaş   (qarışıq),  çaq 
(çağ),  çülpək  (irin),  çəpiş, cırıq, çil, yalqız, çolaq, darğa, qılıq, 
qayıq,  qab,  tuluq,  yan  (tərəf),  yügrüg,  körpü,  qayın,  qayış, 
qayıq, koğuş, qulac, qarı, qapaq, qart, qazmaq, qıdıq, qılınc, 
kimiz, qısır, sağrı, şalqam, sırt, söyüş, sırtıq, ülgü, hörük, uyuq 
kimi sözlərin, tat dilində  işlənmə xüsusiyyətləri haqqında 
məlumat vermişdir. Tədqiqatçı Azərbaycan dilindən alınma 
sözləri  tematik  qruplar  və    nitq    hissələri  üzrə  ayırmaş, 
nümunələr göstərmişdir (30, 41-64). 
Azərbaycan dilindən alınma sözlər tat dilində struktur də- 
yişikliyə  uğrayır. Məlumdur ki, «başqa dillərdən keçmiş istər 
düzəltmə  və istərsə  də, mürəkkəb sözlər o zaman düzəltmə  və 
ya mürəkkəb sözlər kimi qəbul etmək olar ki, həmin sözlərin 
tərkibində  iştirak edən leksik vahidlər bu dildə  də ayrıca leksik 
vahidlər  kimi  işlənmiş  olsun,  eyni  zamanda  düz əltmə  sözləri 
əmələ  gətirən ünsür dilimizdə bir çox sözləri  əmələ  gətirə bilən 
şəkilçi kimi özünü göstərə bilsin» (18, 12). 
Tat dilinə keçmiş sadə olmayan söz tat dilində sadə söz 
kimi qəbul olunur. Məsələn, Azərbaycan dilində düzəltmə olan 
qışlaq,  aylıq;  mürəkkəb  olan  qırxayaq,  qaraqaş.  Tat  dilində 
belə alınmlar az deyil. Məsələn:  gündəlik, sınıqçı, illik, 
yüzlük//yuzduğ, pisduğ//pislik, tu tuquşu//tutiquşi, yelbeyin, do - 
daqaltı//dudaqaltı və s. 
Bu   sözlər   qiymətli   mülahizələr   olub,   dil   əlaqələrinin 
muxtar səciyyə daşıdığı hallara aiddir. Bu n ə deməkdir? Bu o 
deməkdir ki, həmin mülahizə dillərin  əlaqəsi bir-birinə (və bir- 
birindən) söz alıb-vermə prosesi çərçivəsində özünü doğruldur. 
Amma Azərbaycan dili ilə tat dilinin münasibəti bu standarta 
uyğundurmu? Bizcə, yox. 


57
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Tat  əhalisi çoxdan və hal-hazırda bilinqvizm şəraitində 
yaşayır. Hətta deyə bilərik ki, onun həyatında Azərbaycan dili 
tat dilinə nisbətən daha mühüm rol oynayır. Azərbaycan dili 
Azərbaycan    respublikasının    dövl ət    dili    olmaqla,    tatların 
həyatında  mühüm   kommunikativ   rol   oynayır.   Bu  dil,  hamı 
kimi, tatlar üçün də  məktəb, mətbuat, kütləvi informasiya 
vasitələri  dilidir.  Tat   övladı   Azərbaycan  dilində  orta  təhsil 
alırsa, ali məktəbi bu dildə bitirirsə, yaxud əmək fəaliyyətinə 
bu dildə başlayırsa, onun Azərbaycan dili haqqında məlumatı 
tat dili barəsində  məlumatından artıq olur. Bel ə olan surətdə 
inanmaq olmur ki, tat mənşəli gənc Azərbaycan dilindən tat 
dilinə keçmiş düzəltmə  və mürəkkəb sözün əmələgəlmə üsulu, 
rolu  və motivlənməsi  barəsində heç nə bilməsin,  onları  sadə 
söz hesab etsin. Yadımıza salaq ki, Azərbaycan  ədəbiyyatının, 
mədəniyyətinin  bir  çox  görkəmli  nümayəndələri  tatlar 
arasından  çıxmışlar.  Bu,  dili  mü kəmməl  bilmədən  mümkün 
deyil. 
Azərbaycan dilindən alınma sözlərin tat dilində  mənaca 
daralması  və genişlənməsi müşahidə olunur. Bununla bağlı bir 
neçə nümunəni nəzərdən keçirək. 
Qol  1.  İnsanın bədən üzvü. 2. Paltarın qola düşən və qolu 
örtən hissəsi. 3. Ağac budağı,  şaxə. 4. Cinah, tərəf, səmt. 5. 
İmza  və  s.  (7,  338).  Bu  söz  tat  dilind ə  qul  şəklində  «imza» 
mənasında işlənir. 
Qoşma  1. Qoşulan, özü hərəkət edə bilməyən. 2. Bir-biri- 
nə qoşulan, bağlanan, birl əşdirilən. 3. Hər bəndi dörd misradan 
ibarət  lirik  şer  forması.  4.  nitq  hiss ələrindən  biri  və  s.  Tat 
dilində quşmə sözü şer formasının adını bildirir. 
Qərə  «qara» 1. Rəng adı. 2. Yer kürəsinin torpaqla örtülü 
hissəsi. 3. Plovun üzərinə, qoyulan xuruş  və s. Tat dilində 
sonuncu məna işləkdir. 


58
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Qəri  «qarı» 1. «Qoca qadın, arvad»; 2. «Arvad»; 3. Qatı, 
qəddar, kinli, hiyləgər və s. 
Quruğ  «qoruq». 1. Təbii-tarixi  əhəmiyyəti olan bitki, hey- 
van və s. cinslərini qoruyub-saxlamaq məqsədilə dövlət tə- 
rəfindən xüsusi mühafizə olunan yer; 2. Əkilmiş yerlər/əkin, 
bostan, tarla, otlaq və s.; 3. Keçmişdə istifadə edilməsi qadağan 
olunmuş mülkədar yerləri; 4. Qarovul, keşik. 
Quç  «qoç». Azərb.:  qoç  1. Qoyunun erkəyi, döllük erkək 
qoyun. 2. məc. igid, qoçaq. 
 
Türk dilindən alınmalar. 
 
Dilin   yazıyaqədərki  dövrünün  tədqiqində  başqa  dillərə 
aid materiallar xüsusi rol oynayır. Yazısı olan h ər bir dilin ya- 
zıyaqədərki dövrü də olmuşdur. Bu dövrə aid faktlar başqa 
dillərdə, onun öz tarixi boyu əlaqə  və  təmasda olduğu dillərdə 
qorunub  saxlanır,  yazılı  abid ələrdə  yer  tutur.  «Hind-Avropa 
dilçiləri,  İran dillərini, slavyan və başqa dilləri öyrənərkən bu 
dillərdə   kökü   Azərbaycan   dilinə   gəlib   çıxan   turkizmlərin 
qədim  qatını  aşkara  çı xarmışlar»  (73,  3).  80-ci  illərin  ikinci 
yarısından başlayaraq, tədqiqatçılar bu məsələyə böyük diqqət 
göstərmişlər. 
Dilin yazıyaqədərki dövrünə aid qədim sözlər onomastik 
vahidlərin tərkibində daim mühafizə olunur. Ona görə  də 
onomastikaya, eləcə  də etnogenezə dair tədqiqatlarda qədim 
leksik qat diqqət mərkəzində olur. 
Məlumdur ki, dillər tarixi inkişaf prosesind ə bir-biri ilə 
birtərəfli və ikitərəfli  əlaqədə olurlar. Dil əlaqələri xalqlar 
arasındakı  mədəni, siyasi və iqtisadi əlaqələr zəminində baş 
tutur.  Xalqların  tarix ən  yaxın  və   ya   eyni   ərazidə  yaşaması 
onların   dilləri   arasında   təmaslı   əlaqələr   yaradır.   Təmaslı 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə