Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

86
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşadı- 
ğından, tatların məskən saldıqları  ərazilərdə bu xalqların 
nümayəndələri ilə  də dil əlaqələri baş vermişdir. Məsələn, tat- 
qrız dil əlaqələri nəticəsində bir sıra tat sözləri qrız dilinə 
keçmişdir. 
Azərbaycan   tatlarının   dilinin   leksik   t ərkibini,   əsasən, 
ümumiran mənşəli sözlər təşkil edir. Qeyd olunmalıdır ki, bu 
leksik vahidlərə tat dilinin digər ləhcələrində  də ya heç bir 
dəyişikliyə  uğramadan, ya da müəyyən fonetik və semantik 
dəyişikliklərlə rast gəlmək olur. Tat dilində alınma leksik 
vahidlər   də   xüsusi   yer   tutur.   Bunlar,   əsasən,   Azərbaycan 
dilindən  və   Aərbaycan  dili  vasitəsilə  digər  dillərdən  keçən 
sözlər və terminlərdir. 
Azərbaycan-tat dilinin leksik tərkibinin bir hissəsini 
müxtəlif  şivələrin özünəməxsus leksikası  təşkil edir, bu spe si- 
fika    tat    şivələrini    bir-birindən   fərqləndirir.   Ayrı -ayrı    tat 
şivələrindən   toplanmış   materiallar   əsasında   müəyy ən   sayda 
spesifik söz və terminlər qeydə alınmışdır. Tat mənşəli lek si- 
kaya daxil olan söz və terminlər,  əsasən, təsərrüfatın mü əyyən 
sahələri ilə bağlıdır. 
Tat   dilinin   ayrı-ayrı   ləhcə   və   şivələrinin   leksikası   ilə 
bağlı  aparılmış  araşdırmalar  göst ərir  ki,  hər  bir  ləhcədə,  bir 
çox hallarda hər bir şivədə  işlənən sözlər arasında fərqlər və 
oxşarlıqlar var. 
Azərbaycan tatlarının dilinin lüğ ət tərkibini, ilk növbədə 
dörd   əsas   qrup   (spesifik   sözlər;   ümumiran   mənşəli   sözlər; 
alınma sözlər; hibrid sözlər) ayırmaq mümkündür. 
Tat dilinin başqa türk dilləri ilə  əlaqələri də  qədim tarixə 
malik olmuşdur. Ona görə  də bu dilə keçmiş türk mənşəli 
sözlərin  az  olmayan  bir  qismi  ümumtürk  m ənşəlidir.  Həmin 
alınmaları   türkizmlər   kimi   qruplaşdırmaq   mümkün dür.   Tat 


87
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
dilindəki başqa alınma sözləri aşağıdakı qruplara bölürük: 1) 
müasir  Azərbaycan  dilindən  alınmalar;  2)  rus  dilindən 
alınmalar; 3) ərəb-fars dillərindən alınmalar; 4) başqa dillərdən 
(Dağıstan dilləri, ivrit və s.) alınmalar. Alınmalar tat dilinin 
birbaşa və dolayısı ilə  təmasda olduğu dillərdən aldığı söz və 
terminlər hesabına yaranmış leksik layı əhatə edir. 
Azərbaycan tatlarının dilindəki vəlg (yarpaq), pustə (qa- 
bıq),  künküro  (soğansu),  guştoy  (bozbaş),  ruşir  (çiyə,  südün 
üzü), so (səhəng),  şirəng (səhəngdən kiçik suqabı),  şirdüş (sər- 
nic), gülpoy (sacayaq), lalin (döşək), sərmizi (süfrə, stolüstü), 
kəndü (un saxlamaq üçün qab), tərəçu (oxlov), ardəvic (ələk; 
ard  «un»,  vic  «ələməkdən»), rusmu, varə (sap), sərçin (ülgüc; 
sər  – baş,  çin  – qırxmaq), guştəncin (qıymakeş), dürəş (biz), 
dürəzi (zivə, paltar asılan ip), corü (süpürgə), xiyə (kürək), tou 
(otaq),  şiləsər (eyvan), lanbun (ikinci mərtəbənin qarşısındakı 
dam), goudun (tövlə;  go  «inək»,  dun  «heyvan saxlamaq üçün 
yer»),  ələ  (toyuq hini), guşəbun (damın qırağı), dərpəncirə 
(pəncərə qapısı; dər «qapı», pəncirə «pəncərə»), qiroblü (qaloş), 
şitəl (corab), qilində (boyunbağı), gülğün (qığılcım), zin (tələ), 
şavar  (şərq  küləyi),  təkərd  (dolu;  atmosfer  hadisəsi),     kulak 
(qar),  xür  (duman),   vərəzə   (yoxuş),  pişin   (günorta),   aft ənüş 
(günbatan), aftəxis (gündoğan), hami (yay), vasal (yaz), bürg 
(qaş),  nuxum  (dırnaq),  kürdə  (böyrək),  pişni  (alın),  müq.  et: 
azərb.  qabaq  «alın»; zohuz (yaşıl) və s. sözlər spesifik leksik 
layda yer tutur. Onlardan mürrəkəb söz kimi formalaşanlarda 
tərkib hissələrindən birinin ümumiran mənşəli söz olması halları 
qeydə alınır. 
Tat dilində elə söz və terminlərə  də rast gəlmək olur ki, 
onlar digər  İran dillərində müxtəlif fonetik variantlarda iş lən- 
sələr  də,  tat  dilindəki  mənanı  ya  heç  vermir,  ya  da  h əmin 
mənanı   qismən   özündə   əks   etdirir.   Tat   dilində   təsərrüfatın 


88
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
müxtəlif  sahələri  ilə   bağlı  külli  miqdarda  sırf  sah ə  söz  və 
terminləri var ki, onlar ancaq tat dilind ə  işləndiyindən bu dilin 
spesifik leksik layına daxil olur. Həmin sözlərin terminoloji 
mahiyyət  kəsb  etməsi,  onların  müvafiq  sah ə  terminləri  kimi 
araşırılması məqsədəmüvafiqdir. 
Tat dilinin leksikasını,  əsasən,  İran mənşili sözlər və ter- 
minlər təşkil edir. Bu qəbildən olan söz və terminlərə tarixi 
inkişaf prosesində  dəyişikliyə ya heç məruz qalmamış, ya da 
müəyyən   dərəcədə    fonetik,    morfoloji,    semantik    c əhətdən 
dəyişikliyə məruz qalmış sözlər daxildir. 
Tat dilində  təkhecalı sözlər V, VC, VCC, CVC, CVCC 
quruluşlarına malikdir. Tat dili üçün hecanın q apalılığı  səciy- 
yəvidir.   Bununla   belə,   CV   tipli   təkhecalı   sözlər  də   qeydə 
alınır. 
Tat dilinin ümumiran mənşəli leksik layı digər  İran dillə- 
rinin eyni layı ilə demək olar ki, üst-üstə düşür. Ümumiran 
mənşəli sözlər nitq hissəsi kimi fellərdə özünü daha çox göstə- 
rir. 
Müasir Azərbaycan dilində fars dilindən alınmalar kimi 
qəbul edilən sözlərin az olmayan bir hiss əsi məhz ümumiran 
mənşəlidir və onları müəyyən fonetik dəyişiklərlə başqa  İran 
dillərində, o cümlədən də, tat dilində tapmaq mümkündür. 
Bununla belə, qeyd etmək lazımdır ki, həmin sözlər başqa  İran 
dillərindən deyil, bilavasitə fars dilindən Azərbaycan dilinə 
keçmişdir. Ona görə  də  həmin sözləri fars dilindən alınmalar 
kimi də  qəbul etmək düzgündür. Bu zaman tarixi-xronoloji və 
areal amilləri nəzərə almaq lazım gəlir. 
Azərbaycan tatlarının dilində külli miqdarda hibrid sözlər 
meydana gəlmişdir. Hibrid sözlər tərkib hissələri mənşəcə 
müxtəlif dillərdən olan sözlərdir. Belə sözlər dilin özündə yara- 
na bildiyi kimi, başqa dil vasit əsi ilə hazır  şəkildə alına bilir. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə