Günah lüğət elmində



Yüklə 3,25 Mb.
səhifə38/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

6-“BƏRAƏT” AYƏLƏRİ


“Tövbə” surəsində də bir neçə ayə vardır ki, onların nazilolma səbəbilə əlaqədar təfsir, hədis və tarix kitablarında nəql olunan rəvayətlərə diqqət yetirdikdə, Əmirəl-möminin Əlinin (ə) fəzilətləri aşkar olur.

Bu surənin ilk ayələrində əhd-peymanı pozan müşriklərə müharibə elan olunur. Demək olar ki, bütün tarixçi və təfsirçilərin nəzərincə, hicrətin 9-cu ili bu ayələr nazil olanda, İslam peyğəmbəri (s) həmin əmri Məkkədə həcc mərasimində hamıya çatdırmağı Əbu Bəkrə tapşırdı. Lakin Əbu Bəkr yolun bir miqdarını getdikdən sonra bu iş Əliyə (ə) həvalə olundu və Əbu Bəkr geri çağırıldı. Əli (ə) Peyğəmbərin (s) əmrini olduğu kimi icra etdi. Tarix, təfsir və hədis alimləri bu hadisəni azacıq fərqlə nəql etmişlər. İndi həmin rəvayətlərdən bir qismini nəzərdən keçiririk:



1. Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl “Müsnəd” kitabında yazır: “Peyğəmbəri-əkrəm (s) “Bəraət” ayələrini Əbu Bəkrə verib, Məkkəyə göndərdi ki, onu Məkkə əhlinə çatdırıb desin: “Bu ildən heç bir müşrik Allah evi Kəbəni ziyarət etmək hüququna malik deyil. Heç kəs çılpaq halda Kəbəni təvaf edə bilməz...” Sonra Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu ki, özünü (Məkkə ilə Mədinə yolu arasında) Əbu Bəkrə çatdırıb, onu geri qaytarsın və “Bəraət” ayələrini özü aparsın. Əli (ə) belə də etdi. Hədisin axırında deyilir: “Əbu Bəkr Peyğəmbəri-əkrəmdən (s) “Mənim geri qayıtmağımla əlaqədar bir ayəmi nazil olub” soruşduqda Həzrət buyurdu:

اُمِرْتُ اَنْ لا يُبَلِّغَهُ اِلاّ اَنَا اَوْ رَجُلٌ مِنِّى:

Mənə əmr gəlib ki, bu surəni camaata ya özüm çatdırım, ya da məndən olan bir kəs!”1

Əhli-sünnənin mötəbər mənbələrindən sayılan “Sünəni-Termizi”də bu rəvayət başqa şəkildə Ənəs ibn Malikdən nəql olunur. Peyğəmbəri-əkrəm (s) “Bəraət” ayələrini Əbu Bəkrə verəndən sonra onu geri çağırtdırıb buyurdu:

لا يَنْبَغِى لاَِحَدٍ اَنْ يُبَلِّغَ اِلاّ رَجُلٌ مِنْ اَهْلِى فَدَعا عَلِيّاً فَاَعْطاهُ اِيّاهُ:

Bu surəni mənim Əhli-beytimdən olan kişidən başqa heç kəs camaata çatdırmağa layiq deyil.” Sonra Əlini çağırıb, bu surəni ona verdi!”2

Termizi İbn Abbasdan təfsilatı ilə başqa bir hədis nəql edir.1 Diqqəti cəlb edən məsələ budur ki, o, hər iki hədisi qeyd etdikdən sonra bu barədə həm özünün, həm də başqalarının nəzərini belə açıqlayır: “Bu hədis “həsən” (yaxşı) və “qərib”dir!” Lakin o, bu sözü nə ondan qabaqkı, nə də sonrakı hədislər barəsində demir. Bu da öz növbəsində qəribə münasibətdir. İmam Əlinin (ə) məqamı və fəziləti haqda nəql olunan bütün hədislər onlara qəribə görünür!

2. Süyuti “Əd-durrul-mənsur” kitabında Abdullah ibn Əhməd Hənbəldən və İbn Mərdəveyhdən, onlar da imam Əlidən (ə) belə nəql edirlər: “Bəraət” surəsinin ilk on ayəsi nazil olanda, Peyğəmbər (s) Əbu Bəkri çağırıb, ayələri ona verdi ki, Məkkə əhalisinə yetirsin. Sonra isə məni çağırıb buyurdu: “Əbu Bəkrə çatıb, məktubu (ayələri) ondan al (və özün elan et)! Əbu Bəkr geri qayıdıb dedi: “Ya Peyğəmbər (s)! Mənim haqqımda (bu işə layiq olmadığımı göstərən) bir şeymi nazil olub?!”

Peyğəmbər (s) buyurdu: “Xeyr, lakin Cəbrail gəlib mənə dedi: “Bu xəbəri başqası oxuya bilməz, ya özün, ya da sənin Əhli-beytindən bir kişi oxumalıdır!”2



3. Yenə həmin kitabda Əhməddən, Termizidən, eləcə də, İbn Mərdəveyhdən, onlar da Ənəs ibn Malikdən belə nəql edirlər: “Peyğəmbər (s) “Bəraət” ayələrini Əbu Bəkrə verib Məkkəyə göndərdi. Sonra onu geri çağırtdırıb buyurdu:

لا يَنْبَغِى لاَِحَدٍ اَنْ يُبَلِّغَ هذا اِلاّ رَجُلٌ مِنْ اَهْلِى، فَدَعا عَلِيّاً فَاَعْطاهُ اِيّاهُ:

Bu surəni camaata çatdırmağa mənim Əhli-beytimdən olan kişidən başqa bir kəs layiq deyil.” Sonra Əlini çağırıb, “Bəraət” ayələrini ona verdi!”3



4. Yenə orada Səd ibn Əbi Vəqqasdan belə nəql edilir: “Peyğəmbər (s) “Bəraət” ayələrini Əbu Bəkrə verib Məkkəyə göndərdi. Sonra Əlini (ə) onun ardınca göndərib tapşırdı ki, ayələri ondan alsın. Əbu Bəkr narahat olub, bunu Peyğəmbərə (s) dedikdə, Həzrət buyurdu:

اِنَّهُ لا يُؤَدِّى عَنِّى اِلّا اَنا اَوْ رَجُلٌ مِنِّى

Şübhəsiz, məndən, yaxud mənim əhli-beytimdən olan kəsdən başqa birinin onu mənim tərəfimdən camaata çatdıra bilməz!” 1



5. Yenə orada məşhur səhabə Əbu Səid Xudridən belə nəql edilir: “Peyğəmbəri-əkrəm (s) “Bəraət” ayələrini Məkkə camaatına elan etmək üçün əvvəlcə Əbu Bəkri göndərdi. Sonra Əlini çağırıb dedi: “Ya Əli! (Bu ayələri) mənim özümdən, yaxud səndən başqa kimsə camaata çatdıra bilməz.” Sonra onu öz dəvəsinə mindirib Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) yola düşüb, Əbu Bəkrə çatdı və “Bəraət” ayələrini ondan aldı. Əbu Bəkr qorxa-qorxa Peyğəmbərin (s) hüzuruna gəlib “Ya Peyğəmbər (s), mənim haqqımda bir şeymi nazil olub deyə soruşduqda o həzrət Əliyə (ə) dediyi sözləri buyurdu.”2

6. Yenə həmin kitabda Peyğəmbərin (s) məşhur səhabəsi Əbu Rafedən belə nəql edilir: “Peyğəmbəri-əkrəm (s) Əbu Bəkri “Bəraət” ayələri ilə birlikdə həccə göndərdi. Cəbrail nazil olub dedi: “Şübhəsiz, onu səndən, yaxud sənin Əhli-beytindən başqa kimsə camaata çatdıra bilməz!” Bundan sonra Peyğəmbər (s) Əlini (ə) Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) Məkkə ilə Mədinə arasında ona çatıb, ayələri ondan aldı və həcc mövsümündə camaata elan etdi.”3

7. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malik, İbn Abbas, Səd, Əbu Səid Xudri, Əbu Hüreyrə və başqalarından bu haqda on iki rəvayət nəql etmişdir. (Əlavə məlumat əldə etmək istəyənlər o kitaba müraciət etsinlər.)4

Digər alimlər də bu rəvayəti müxtəlif sənədlərlə nəql etmişlər. Onun ravilərinin sayı olduqca çoxdur. Əllamə Əmini bu barədə yazır: “Bu hədis “təvatür” həddinə çatmış, hətta bəzilərinin nəzərincə “təvatür” həddini keçmişdir.” Sonra bu hədisi öz kitablarında nəql edən 73 əhli-sünnə aliminin qeydlərini təfsilatı – mənbə və sənədləri ilə birlikdə qeyd etmiş5, sonra yazmışdır: “Bu hədisin raviləri aşağıda adları çəkilən səhabələrdir: Əli (ə), Əbu Bəkr, İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Ənəs ibn Malik, Əbu Səid Xudri, Səd ibn Əbi Vəqqas, Əbu Hüreyrə, Abdullah ibn Ömər, Həbəş ibn Cünadə, İmran ibn Həsin və Əbuzər Qifari.”1

Bu mövzunu da səkkizinci (h.q) əsrin məşhur şairlərindən olan Şəmsəddin Malikinin şerilə sona çatdırırıq:
Və ərsələhu ənhur-Rəsulu mubəlliğən,

Və xəssə bihazəl-əmri təxsisə mufrədi,

Və qalə: “həlit-təbliğu ənni yənbəği,

Li-mən ləysə min bəyti minəl-qovmi fəqtəda.”


“Peyğəmbər (ə) onu (Əlini) onun (Əbu Bəkrin) əvəzinə öz təbliğatçısı kimi göndərdi və bu əmri yalnız ona tapşırıb buyurdu: “Görəsən, layiqdirmi ki, Əhli-beytimdən kənar bir şəxs bunu mənim tərəfimdən yetirsin ?! Əli də ona tabe oldu!”2

***


Nəticə:

Bu hədis mənbə və sənədləri ilə birgə imam Əlinin (ə) Allah dərgahında Peyğəmbəri-əkrəmdən (s) sonra bütün insanlardan üstün və fəzilətli olduğunu göstərən aydın və möhkəm dəlildir. Çünki bu hədisdə açıq-aydın buyurulur: “Cəbrail Allah tərəfindən nazil olub Peyğəmbərə (s) dedi ki, “Bəraət” ayələrini ya özün elan et, ya da Əli (ə)!” Peyğəmbər (s) də buyurdu: “Bu, ya mənim, ya da mənim Əhli-beytimdən olan bir kişinin işidir. Bu işə yalnız Əli layiqdir!”

Müşriklərin əhd-peymanları pozması o zaman ən həssas və mühüm hadisələrdən olduğu üçün İslamın göstərişlərinin şücaət və yüksək tədbirlə həyata keçirilməsi tələb olunurdu. Həcc mərasimində müxaliflərin sərt rəftar edəcəyi ehtimalı güclü idi. İmam Əlinin (ə) bu işə seçilməsi onun ümmət arasında ən şücaətli və tədbirli bir şəxs olduğunu göstərir. Belə bir mühüm işə seçilən şəxs sözsüz ki, İslam peyğəmbərinin (s) canişini olmağa hamıdan layiqdir.

Diqqət yetirmək lazımdır ki, Əbu Bəkrin özü də Peyğəmbərin (s) hüzuruna gəldikdə, tam nigarançılıqla “Mənim haqqımda bir şeymi nazil olub, deyə soruşur. Peyğəmbər (ə) buyurur: “Bu iş mənim yaxınlarımdan olan bir şəxsin vasitəsilə yerinə yetirilməlidir.”

Yenə də bəhanə axtaranlar bu işin imam Əli (ə) üçün fəzilət olmadığını göstərmək üçün məntiqsiz təhlillərlə çıxış edirlər. Misal üçün, Alusi “Ruhul-məani” kitabında bu hədisi nəql etdikdən sonra yazır: “Bu rəvayət qısa şəkildə Əli (ə) və qüreyşin fəzilətini göstərir. Bunu heç bir mömin inkar etmir. Lakin bu fəzilət xilafət məsələsində Əlinin (ə) Əbu Bəkrdən üstün və layiqli olmasına dəlil sayıla bilməz!” Sonra belə əlavə edir: “Bəzi sünnilər burada Əbu Bəkrin hacıların başçısı, Əlini (ə) isə “Bəraət” ayələrinin elanı üçün təbliğatçı seçilməsi ilə bağlı bir incəliyi qeyd etmişlər. O da budur ki, Əbu Bəkr camal və rəhmət sifətinin cilvəsi olduğu üçün Peyğəmbəri-əkrəm (s) müsəlmanların rəhmətlə bağlı işlərini ona tapşırmışdı. Lakin Əli (ə) Allahın aslanı və cəlal sifətinin məzhəri olduğundan (Allahın qəzəbinə səbəb olan kafirləri əhd-peymanı pozduqlarına görə) həmin ayələrin elanını onun öhdəsinə qoymuşdur. Onlar hər ikisi qaynar bulağa bənzəyir. Biri camal, digəri isə cəlal sifətlərinin nümunəsidir.” Daha sonra yazır: “Amma Peyğəmbərin (s) söylədiyi səbəb olmasaydı, bu təhlil daha münasib sayılardı.”1

O, sözünün sonunda yazır: “Bu təhlil özü Peyğəmbərin (s) buyuruğu ilə uyğun gəlmir. Peyğəmbər (s) açıq-aydın buyurur: “Cabrail Allah tərəfindən mənə göstəriş verdi ki, bu işi ya özüm, ya da mənim Əhli-beytimdən olan bir şəxs yerinə yetirsin.” Yəni o şəxs Peyğəmbərə (s) bənzəməli, onun xüsusiyyətlərinə malik olmalıdır. Bildiyimiz kimi, Peyğəmbər (s) bütün camal və cəlal sifətlərinə malik idi.”

Görəsən, nə üçün bizim sünni qardaşlarımız imam Əlinin (ə) misilsiz fəzilətlərini inkar etməyə, yaxud müxtəlif yozumlarla ört-basdır etməyə çalışırlar?! Şübhəsiz, qorxurlar ki, şiələr ona istinad etməklə öz məzhəblərinin doğru olduğunu sübut etsinlər.

Bu bəhsi də “Mətalibus-sual” kitabında Əbuzər Qifaridən nəql olunan bir hədislə sona yetiririk. O deyir ki, Peyğəmbəri-əkrəm (s) buyurmuşdur



عَلِىٌّ مِنِّى وَاَنَا مِنْ عَلِىّ وَلا يُؤَدِّى اِلاّ اَنَا اَوْ عَلِىٌّ:

Əli məndəndir, mən də Əlidənəm. Bu risaləti (“Bəraət” ayələrinin elanını) mən və Əlidən başqa heç kim yerinə yetirə bilməz!”1



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə