Günah lüğət elmində


-“SİQAYƏTÜL-HACC” (HACILARA SU VERMƏ) AYƏSİ



Yüklə 3,25 Mb.
səhifə39/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

7-“SİQAYƏTÜL-HACC” (HACILARA SU VERMƏ) AYƏSİ


“Bəraət” surəsinin 19-cu ayəsində buyurulur:

أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni bilirsiniz?! Onlar Allah yanında eyni deyillər. Allah zalım tayfanı hidayət etməz.”

Hakim Həskani Hənəfi “Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə bu ayənin imam Əli (ə) haqda nazil olduğunu göstərən ondan çox rəvayət nəql etmişdir. Rəvayətlərin birində Ənəs ibn Malikdən belə nəql edir: “Abbas ibn Əbdül-Müttəliblə Şeybə (Allah evinin qarovulçusu) hər biri özünün üstün və fəzilətli olduğunu deyəndə, Əli onların yanına gəldi. Abbas dedi: “Qardaşoğlu, dayan, sənə sözüm var!” Əli dayandı. Abbas dedi: “Şeybə mənə deyir ki, mən səndən üstün və şərafətliyəm!” Əli (ə) buyurdu: “Əmican! Sən ona nə cavab verdin?” Abbas dedi: “Dedim ki, mən Peyğəmbərin (s) əmisi, onun atasının vəsisi və hacıları su ilə təmin edənəm! Buna görə də mən səndən üstünəm.” Əli (ə) üzünü Şeybəyə tutub buyurdu: “Bəs, sən ona nə dedin?” Şeybə dedi: “Dedim ki, mən səndən şərafətliyəm; çünki mən Kəbəni qorumaqla Allaha əmanətdarlıq edirəm. Onun evinin qapısını açıb-bağlamaq mənim öhdəmdədir. Əgər Abbas şərafətli olsaydı, bu işə o seçilər və onu əmanətdar bilərdilər!”

Əli (ə) buyurdu: “Mən isə fəxr edirəm ki, bu ümmətin içərisində Peyğəmbərə (s) iman gətirən, hicrət edən və cihad edən birinci şəxsəm!”

Nəhayət, onların hər üçü Peyğəmbərin (s) yanına gedib, öz sözünü ərz etdi. Peyğəmbər (s) onlara heç bir cavab vermədi. Onlar geri qayıtdılar. Bir neçə gündən sonra bu haqda vəhy nazil oldu. Bu zaman Peyğəmbər (s) onların yanına gedib, yuxarıdakı ayəni tilavət etdi.”1

Bu hadisə azacıq fərqlə digər rəvayətlərdə də bəyan edilmişdir. Onların bəzisində belə nəql olunur: “Abbas həmin ayənin nazil olduğunu eşitdikdə, üç dəfə “biz təslimik” dedi.”

Hakim Həskanidən başqa alimlər də bunu öz kitablarında geniş, ya qısa şəkildə nəql etmişlər. Aşağıda adı çəkilən alimləri misal göstərmək olar:

–Təbəri: “Təfsir” kitabında, Ənəs ibn Malikdən2;

–Vahidi: “Əsbabun-nüzul” kitabında3;

–Qurtubi: “Təfsir” kitabında4;

–Fəxri-Razi: “Kəbir” təfsirində5;

–Xazin: “Xazin” təfsirində6;

–Əbul-Bərəkat Nəsəfi: “Təfsir” kitabında7;

–İbn Səbbağ Maliki: “Füsulul-muhimmə” kitabında8;

Əhli-sünnənin öz hədisləri əsasında yazılmış “Əd-durrul-mənsur” kitabında haqqında danışılan ayənin imam Əli (ə) barəsində nazil olması ilə bağlı həm yuxarıdakı rəvayət, həm də başqa rəvayətlər nəql edilmişdir.9

Burada bir sual qarşıya çıxır: Məgər, müsəlmanların öz üstünlüklərini bir-birlərinə deyib, onunla qürrələnməsi İslamda məzzəmət olunmayıbmı? Əgər bu iş pis və bəyənilməzdirsə, nə üçün Əli (ə) bu işi görüb?

Burada bir incəliyə diqqət yetirdikdə sualın cavabı aydın olur. Bəzən insanlar dəyərləri müəyyənləşdirərək səhvə düçar olur, həqiqi dəyəri buraxıb, qiymətsiz işlərin ardınca düşürlər. Belə bir şəraitdə insanın öz üstünlüyünü bəyan etməsi nəinki eyib deyil, hətta onun üzərinə düşən vəzifədir. Məsələn, məclisdə bir nəfər fəxrlə böyük imarət tikdirdiyini, başqa birisi idarə rəisi olduğunu deyərkən, məclisin bir guşəsində əyləşən şəxsin həqiqi dəyərləri göstərmək üçün “mən sərvət, mal-dövlət və vəzifə sahibi olmasam da, Quranı əzbər bilirəm” deməsi nəinki pis iş deyil, üstəlik dəyərli bir dərsdir.

8-“SALİHUL-MUMİNİN” (MÖMİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİ


“Təhrim” surəsinin 4-cü ayəsində Allah-taala Peyğəmbəri-əkrəmin (s) bəzi zövcələrinə xitabən buyurur:

إِن تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ

Əgər (siz iki qadın) ona qarşı bir-birinizə kömək etsəniz də (əlinizdən bir iş gəlməyəcək), çünki Allah onun mövlası (hamisi), Cəbrail və əməlisaleh möminlər, bunlardan sonra mələklər onun köməkçiləridir.”

“Əməlisaleh” möminlər ifadəsi ümumi məna daşıyır, Peyğəmbərə (s) kömək edən bütün imanlı, əməlisaleh kəslərə, (təkcə o həzrətin dövründə yaşayan əməlisaleh səhabələr və möminlərə yox, bütün dövrlərdə yaşamış möminlərə aiddir. Onların hər biri öz növbəsində İslamın, Peyğəmbəri-əkrəmin (s) və onun məktəbinin köməkçiləridir.

Mühüm məsələ budur ki, bir çox rəvayətlərdə bu ayədə qeyd olunmuş “əməlisaleh möminlər” ifadəsi birbaşa Əliyə (ə) aid edilmişdir. Məlum olur ki, o həzrət bu ayə üçün ən kamil nümunədir. Bu sözün “Cəbrail” sözünün kənarında yerləşməsinə diqqət yetirdikdə imam Əlinin (ə) məqamının böyüklüyü və bu fəzilətin əhəmiyyəti aydın olur.

Bəli, Allah-taala və Cəbrail-Əmindən sonra İslam peyğəmbərinin (s) ömür boyu ən yaxın köməkçisi və hamisi imam Əli (ə) olmuşdur. Buna əsasən xilafətə və Peyğəmbəri-əkrəmin (s) canişinliyinə ondan başqa heç kim layiq deyil. Məgər bu rəvayətlər İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) sonra ümmətin ən fəzilətlisi və ən üstünü olduğunu göstərən tutarlı dəlil deyilmi?

İndi də əhli-sünnə mənbələrində nəql olunan bəzi rəvayətlərin sənədlərini araşdıraq: Hakim Həskani Hənəfi “Şəvahidut-tənzil” kitabında bu ayədə qeyd olunan “əməlisaleh möminlər” ifadəsinin imam Əliyə (ə) işarə olması ilə bağlı müxtəlif sənədlərlə on səkkiz hədis nəql etmişdir. O cümlədən, Əsma binti Ümeys belə nəql edir: “İslam peyğəmbəri buyurdu:



صالِحُ الْمُؤمِنِينَ عَلِىُّ بْنُ اَبِيطالِب:

Əməlisaleh möminlər Əli ibn Əbi Talibdir.”1

Yenə həmin kitabda İbn Abbasın nəqlinə görə, Peyğəmbəri-əkrəm (s) Əli ibn Əbi Talib (ə) haqda buyurmuşdur: “Əməlisaleh mömin odur!”2

Həmçinin Əmmar Yasirdən belə nəql olunur: “Əli (ə) deyirdi ki, Peyğəmbər (s) məni çağırıb buyurdu: “Sənə bir müjdə verimmi?” Dedim: ”Bəli, ya Rəsuləllah! Sən həmişə xeyirli müjdə verənsən!” Buyurdu: “Allah-taala sənin haqqında bir ayə nazil etmişdir.” Dedim: “Hansı ayədir?” Buyurdu: “Sən Cəbraillə eyni səviyyədə nəzərdə tutulmusan!” Sonra bu ayəni söylədi.”3

Bu məzmun başqa hədislərdə Hüzeyfədən, İbn Sirindən və imam Əlidən (ə) eynilə nəql edilir. Peyğəmbər (s) buyurur: “Əməlisaleh mömin Əli ibn Əbi Talibdir!”4

Bir çox təfsir alimləri bu hədisi öz təfsir kitablarında, o cümlədən, Süyuti “Əddurrul-mənsur”da həmin ayənin təfsirində İbn Abbas və Əsma binti Ümeysdən nəql etmişdir.

Bursui “Ruhul-bəyan” kitabında bu ayənin təfsiri ilə bağlı alimlərin nəzərini qeyd etdikdən sonra Mücahidin bu barədəki fikrini belə açıqlayır: “Əməlisaleh mömin” dedikdə Əli ibn Əbi Talib (ə) nəzərdə tutulur.” O yazır: “Mücahidin bu sözünün dəlili Peyğəmbərin (s) buyurduğu başqa bir hədisdir: “Ya Əli! Sən mənim üçün Harun Musa üçün olduğu kimisən!”

Sonra o, bir sıra ayələri misal çəkir. Onlarda Allah-taala “əməlisalehlər” sözünü İslam peyğəmbərinə (s) aid etmişdir. Belə bir nəticə alınır ki, əgər Əli (ə) Allahın peyğəmbəri Harun (ə) kimidirsə, deməli, “əməlisaleh” adına layiqdir.1

Bu hədisi Əsqəlani, (“Fəthül-Bari”də), İbn Həcər (“Əs-səvaiq”də), Əlaəddin Müttəqi (“Kənzül-ümmal”da) kimi alimlər də nəql etmişlər.

Bir sözlə, “əməlisaleh möminlər”dən olmaq böyük bir fəzilətdir. Belə bir şəxs Cəbrail-Əminlə eyni səviyyədə durur. Qeyd etdiyimiz rəvayətlərə əsasən, onun ən kamil nümunəsi imam Əlidir (ə). Bəli, Peyğəmbəri-əkrəmlə (s) bütün hadisələrdə çiyin-çiyinə dayanan, həmişə o həzrətin köməkçisi olan Əmirəl-möminin Əli (ə) imamət və canişinlik məqamına hamıdan çox layiqdir.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə