Günah lüğət elmində


-“UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ



Yüklə 3,25 Mb.
səhifə47/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

19-“UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ


“Haqqə” surəsinin 12-ci ayəsində buyurulur:

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

Məqsəd bu idi ki, bunu (möminlərə Nuhun gəmisi ilə nicat verib, tufan vasitəsilə kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu (və bu kimi hadisələri) eşidib yadda saxlayacaq (ki, başqaları da ibrət götürsünlər)!”

Süyuti “Əd-durrul-mənsur” kitabında altı sənədlə məşhur səhabə Büreydədən nəql edir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:

اِنَّ اللهَ اَمَرَنِى اَنْ اُدْنِيَكَ وَلا اُقْصِيَكَ، وَاَنْ اُعَلِّمَكَ وَاَنْ تَعِىَ، وَحَقٌّ لَكَ اَنْ تَعِىَ، فَنَزَلَتْْ هذِهِ الآيَةُ وَتَعِيَها اُذُنٌ واعِيَةٌ:

Allah-taala mənə əmr etdi ki, səni özümə yaxın bilim və özümdən uzaqlaşdırmayım, sənə təlim verim və səni saxlayım. Sən buna layiqsən!” Elə bu zaman bu ayə nazil oldu: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!”1

Yenə həmin kitabda (Əbu Nəim İsfahaninin “Hilyətül-övliya” kitabından) imam Əlidən (ə) bunu nəql edir və Peyğəmbəri-əkrəmin (s) yuxarıda qeyd etdiyimiz sözlərdən (Büreydənin nəql etdiyi hədisdən) sonra belə buyurduğunu yazır: “Ya Əli! Sən mənim elmimi qoruyub-saxlayacaqsan!”2

Yenə həmin kitabda beş sənədlə Peyğəmbərin (s) Məkhul adlı xidmətçisindən belə nəql edir: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) buyurdu: “Rəbbimdən istəyirəm ki, eşidib yadda saxlayan qulaq Əlinin olsun!” Əli (ə) deyir: “Bundan sonra Allahın Peyğəmbərindən (s) elə bir söz eşitmədim ki, onu yaddan çıxarım!”3

Eləcə də, Zəməxşəri “Kəşşaf” kitabında qeyd etdiyimiz sonuncu hədisi iradsız nəql etmişdir.4

Digər təfsir alimləri də, o cümlədən, Fəxri-Razi “Kəbir”5 , Alusi “Ruhul-məani”6 , Borsui “Ruhul-bəyan”7 və Qurtubi “Təfsiri-came”də8 həmin ayənin təfsirində bu hədisi nəql etmişlər. Təbəri də “Təfsir” kitabında bu haqda bir sıra hədislər nəql etmişdir.9

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində müxtəlif ravilərdən sonu Peyğəmbəri-əkrəmə (s) çatan on üç hədis nəql etmişdir. Bu hədislərdən bəzisini Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Məkhuldan, bəzisini Büreydədən, bəzisini imam Əli ibn Əbi Talibdən (ə), bəzisini Cabir ibn Abdullah Ənsaridən nəql etmişdir. Onların bir qismini nəzərdən keçirək:

Əbud-Dünyanın imam Əlidən (ə) nəql etdiyi bir hədisdə belə deyilir: ”Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) mənə buyurdu: “Ya Əli! Mən Allahdan istəmişəm ki, o qulaq sənin qulağın olsun.” (Eşitdiklərini yadda saxlayıb, başqalarına çatdırasan.)1

Məkhuldan nəql olunan başqa bir hədisdə belə buyurulur: “Peyğəmbəri-əkrəm (s) “və təiyəha uzunun-vaiyəh” (Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq) ayəsini tilavət etdikdən sonra üzünü Əliyə (ə) tutub buyurdu: “Allahdan istəmişəm ki, eşidib yadda saxlayan qulaqlar sənin qulaqların olsun!” Əli (ə) deyir: “Ondan sonra Peyğəmbərdən (s) hər nə eşidirdimsə, yadımdan çıxmırdı!”2

Həmin kitabda Büreydə Əsləminin hədisi olduğu kimi nəql edilir. Nəhayət, Cabir ibn Abdullah Ənsarinin belə dediyi yazılır: “Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) Allahdan istədi ki, bu fəzilət Əliyə (ə) nəsib olsun və Peyğəmbərin (s) də bu istəyi qəbul oldu.”3

“Fəzailul-xəmsə”nin müəllifi bu hədisi qeyd edilən kitablardan əlavə, “Kənzül-ümmal”, “Nurul-əbsar”, “Məcməüz-zəvaid” (Heysəmi) və “Əsbabun-nüzul” (Vahidi) kitablarından da nəql etmişdir.4

Nəticə: İmamət, vilayət və Peyğəmbərin (s) canişinliyinin şərtlərinə, ilahi rəhbərlərin elm və bilikdən kifayət qədər bəhrələnməsinə, eləcə də, bəhs etdiyimiz ayənin təfsirində nəql olunan rəvayətlərə əsasən, imam Əli (ə) imamət və vilayət məqamına daha çox layiqdir!

20-“MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ


“Məryəm” surəsinin 96-cı ayəsində buyurulur:

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا

Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır!”

Bu ayədə açıq-aydın göstərilir ki, iman və saleh əməl insanlar arasında məhəbbət və sevgiyə səbəb olur. Bəli, iman və saleh əməl qəribə cazibədarlığa malikdir ki, ürəkləri yumşaldır. Günahkar insanlar belə, pak və saleh əməldən ləzzət alırlar.

Bu ayənin təfsiri ilə əlaqədar əhli-sünnə mənbələrində Peyğəmbərdən müxtəlif rəvayətlər nəql olunmuşdur. Həmin rəvayətlərdə onun imam Əli (ə) haqqında nazil olması bildirilir. Qeyd etdiyimiz kimi, ayənin müəyyən bir şəxs haqqında nazil olması həmin şəxsin kamil nümunə olduğunu göstərir. Bu isə ayənin əhatəli mənası ilə əsla ziddiyyət təşkil etmir.

“Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə Bərra ibn Azib, Əbu Rafe, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Əbu Səid Xidri və Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədisdə deyilir ki, bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Həzrətin məhəbbəti hər bir möminin qəlbində yer tutmuşdur.

Əbu Səid Xudridən nəql olunan hədisdə deyilir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:



:يا اَبَاالْحَسَن! قُل اَللّهُمَّ اجْعَلْ لِى عِنْدَكَ عَهْداً وَاجْعَلْ لِى فِى صُدُورِهِ الْمُؤمِنِينَ مَوَدَّةً:

Ya Əbəl-Həsən, de ki: “İlahi! Yanında əhd-peymanımı qəbul et1 və məhəbbətimi möminlərin qəlbinə sal!”

Bu zaman “Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır” ayəsi nazil oldu və Peyğəmbər (s) buyurdu:

لا تَلْقِى رَجُلاً مُؤمِناً اِلاّ فِى قَلْبِهِ حُبٌّ لِعَلِىِّ بْنِ اَبِى طالِبٍ:

Buna görə də elə bir mömin tapılmaz ki, onun qəlbində Əli ibn Əbi Talib məhəbbəti olmasın!”2

Bu hədis azacıq fərqlə Cabir ibn Əbdüllahdan, Bərra ibn Azibdən3, həmçinin (bir neçə sənədlə) Məhəmməd ibn Hənəfiyyədən nəql olunmuşdur. Bu hədisdə Əlidən (ə) əlavə, Əhli-beytin məhəbbəti qeyd olunmuşdur. Ümumiyyətlə, bu kitabda müxtəlif sənədlərlə eyni məna daşıyan iyirmi rəvayət nəql olunmuşdur.1

Süyuti “Əd-durrul-mənsur” kitabında bu hədisi müxtəlif sənədlərlə Bərra ibn Azib və İbn Abbasdan nəql etmişdir.2

Zəməxşəri “Kəşşaf” kitabında (bəhs etdiyimiz ayənin təfsirində) Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: “Allahdan istə ki, Öz dərgahında səninlə əhd-peyman (şəfaət) bağlasın, məhəbbətini möminlərin qəlbinə yerləşdirsin.” Elə bu zaman həmin ayə nazil oldu.”3

Məşhur təfsir alimi Qurtubi bu rəvayəti eynilə nəql etmiş və “Kəşşaf” kitabının müəllifi kimi rəvayətə irad tutmamışdır.4

Bu hədisi nəql edən digər alimlər aşağıdakılardır:

–Sibt ibn Cövzi: “Ət-təzkirə” kitabı5;

–Muhibbuddin Təbəri: “Zəxairul-uqba” kitabı6;

–İbn Səbbağ Maliki: “Əl-füsulul-muhimmə” kitabı7;

–Heysəmi: “Əs-səvaiq” kitabı8;

–İbn Səbban: “Əsafur-rağibin”9 və imamət məsələsi ilə bağlı sair kitablar.

Bu hədislərə münasibətdə məşhur təfsir alimlərindən yalnız “Ruhul-məani” kitabının müəllifi Alusi mənfi mövqedədir. O bu hədisi nəql etdikdən sonra onu əhəmiyyətsiz qələmə vermək istəmişdir. Hədisi Bərra ibn Azibdən nəql edərək, onu Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədislə təsdiqləyib yazır: “Ayə kiminsə haqqında nazil olmayıb, ümumi məna ifadə edir.”10

Dəfələrlə deyildiyi kimi, heç kim ayənin nazilolma səbəbi ilə onun ümumiliyini məhdudlaşdırmaq istəmir. Belə bir səbəb ayənin kamil nümunəsini göstərir. Başqa sözlə, bu rəvayətlərdə imam Əli (ə) haqqında deyilənlər, onun bütün möminlərin ürəklərində yerləşən məhəbbəti həzrət üçün böyük fəzilət sayılır və bu baxımdan kimsə onunla müqayisə oluna bilməz.

Görəsən, məhəbbəti möminlərin qəlbinə dolmuş bir kəs imamət və vilayət məqamına hamıdan artıq layiq deyilmi?!


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə